Məhkəmə qərarları › İş №e-2-2(113)-2368/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2368/2025

19.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2368/2025 19.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: müqavilə üzrə borcun ödənilməsi X2 Seyfəddin oğlunun sədrliyi, Kərimova Binəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh MMC-yə qarşı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən pulun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, I. İŞİN HALLARİ

1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 26 avqust 2024-cü il tarixli müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1. Bəndinə asasen, "İcraçı" "Sifarişçinin" sifarişinı uyğun olaraq 1 (bir) il ərzində poliqrafiya reklam işlərinin görülməsi və montaj olunması məhsullarının çapına dair işləri yerinə yetirir, "Sifarişçi" isə onun sifarişinə uyğun olaraq görülmüş iş və xidmətleri qəbul edib, dəyərini "İcraçıya" ödəməyi öhdələrinə götürürlar. 2.1-ci bəndinə əsasən xidmət və işlərin miqdarı və qiymətləri Müqavilənin ayrılmaz hissəsi sayılan X1 göstərilir" 2.2-ci bəndinə əsasən "Sifarişçi" Müqavilə üzrə ödənişi, Müqavilə üzrə bütün işləri təhvil verildikdən sonra ən geci 5 (beş) iş günü ərzində köçürmə yolu ilə "İcraçı" tərafindan təqdim olunmuş Hesab Faktura və X3 əsasında hayata keçirir. 2.3-cü bəndinə əsasən Ödəniş köçürmə yolu ilə aparılır. 3.3-cü bəndinə əsasən "İcraçr" bu Müqavilənin Öhdəliklər hissəsində nəzərdə tufulan işləri yüksək peşəkar səviyyəsində yerinə yetirməyi və hazır nətiçəni razılaşdırılmış vaxtda həyata keçirməsini öz üzərinə götürür. 3.4-cü bəndinə əsasən Müqavilə üzrə öz öhdəliklərini icra etməyən və ya lazımınca icra etmayən tərəf Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 3.5-ci bəndinə əsasən Bu müqəvilayə hər hansı bir səbəbdən xitam verilməsindən asılı olmayaraq, Təraflər müqavilənin qüvvədə olduğu müddətdə icra edilməmiş öhdəliklərin icrasına görə məsuliyyət daşıyırlar. 4.1-ci bəndinə əsasən Bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 26.08,2025-ci il tarixədək qüvvədə qalır. 4.2-ci bəndinə əsasən Müqavilənin bitməsinə ən azı 1 (bir) ay qalmış taraflərdən biri yazılı şəkildə müqavilənin xitam verilmasinə dair etiraz etməsa o zaman müqavilə avtomatik olaraq daha 1 (bir) il uzadılmış hesab edilir.

2. İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin İddiaçı xx.xx.2025-ci il tarixinə olan borcun məbləği 9660 manat təşkil edir. Üzləşmə aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixli pretenziya məktubu ünvanlanaraq borcun ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.

MƏHKƏMƏDƏ İCRAAT a) İddia tələbi və iddia tələbinin dəlilləri

4. İddiaçı Cavabdeh MMC-dən 9660,0 manat pul vəsaiti, 116,60 manat dövlət rüsumu və 320,0 manat vəkil xərcinin Cavabdeh MMC–dən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 26 avqust 2024-cü il tarixli işlərin xidmətlərin göstərilməsi müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən işlər görülüb təhvil verilmişdir. Müqaviləyə əsasən 17.160 manat dəyərində işlər və xidmətlər göstərilmişdir. Cavabdeh tərəfindən 7500 manat ödəniş edilmişdir. Cavabdehin ümumilikdə 9660 manat borcu qalmışdır. Borcun ödənilməsi barədə cavabdehə şifahi qaydada xəbərdarlıq edilməsinə və pretenziya məktubu göndərilməsinə baxmayaraq borc ödənilməmişdir.

6. Hazırda cavabdehin ümumilikdə 9660 manat borcu qalmışdır.

İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

7. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasını onun iştirakı olmada keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdi.

8. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdi.

9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

11. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

TƏTBİQ EDİLƏN HÜQUQ

AR Mülki Məcəlləsinin: -390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. -777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. -783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. AR MPM-in: -106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

V. MƏHKƏMƏNİN MÖVQEYİ

14. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

15. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında 26 avqust 2024-cü il tarixli işlərin xidmətlərin göstərilməsi müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən işlər görülüb təhvil verilmişdir. Müqaviləyə əsasən 17.160 manat dəyərində işlər və xidmətlər göstərilmişdir. Cavabdeh tərəfindən 7500 manat ödəniş edilmişdir. Cavabdehin ümumilikdə 9660 manat borcu qalmışdır. Borcun ödənilməsi barədə cavabdehə şifahi qaydada xəbərdarlıq edilməsinə və pretenziya məktubu göndərilməsinə baxmayaraq borc ödənilməmişdir.

16. İş materiallarına əlavə edilmiş Seriya: MT2410 Nömrə:11129294-li xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 3120 manatlıq Liginbox və 2 tərəfli reklam hazırlanıb montaj təqdim edilmişdir.

17. İş materiallarına əlavə edilmiş Seriya: MT2409 Nömrə:11137615-li xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 4620 manatlıq Liginbox və 2 tərəfli light box, orqanik şüşələr 5 mağaza üzrə görülmüş işlər təqdim edilmişdir.

18. İş materiallarına əlavə edilmiş Seriya: MT2409 Nömrə:10283239-li xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 9420 manatlıq 5 mağaza reklamların dəyişdirilməsi və əlavə 5 ədəd 2 tərəfli reklam hazırlanması və montajı üzrə görülmüş işlər təqdim edilmişdir.

19. İş materiallarına əlavə edilmiş Seriya: xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı hesabına 2500 manat “AccessBank” vasitəsi ilə pul vəsaiti köçürülmüşdür.

20. İş materiallarına əlavə edilmiş Seriya: xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı hesabına 2000 manat “AccessBank” vasitəsi ilə pul vəsaiti köçürülmüşdür.

21. İş materiallarına əlavə edilmiş Seriya: xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı hesabına 1000 manat “AccessBank” vasitəsi ilə pul vəsaiti köçürülmüşdür.

22. İş materiallarına əlavə edilmiş Seriya: xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı hesabına 1000 manat “AccessBank” vasitəsi ilə pul vəsaiti köçürülmüşdür.

23. İş materiallarına əlavə edilmiş Seriya: xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı hesabına 1000 manat “AccessBank” vasitəsi ilə pul vəsaiti köçürülmüşdür.

24. Belə olan halda məhkəmə mübahisəli hüquq münasibətlərində kreditor olan iddiaçının borclu olan cavabdehdən aldığı malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbinə münasibətdə edilmiş ödənişlər nəzərə alınaraq cavabdehdən müqavilə üzrə 9660 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

25. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, vəkil xidmətlərinə görə 320 manat xidmət haqqı iddiaçı tərəfindən ödənilmişdir.

26. Həmçinin, dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 116,60 manat təşkil edir və dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

27. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 116,60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. 9660,0 manat pul vəsaiti, 116,60 manat dövlət rüsumu və 320,0 manat vəkil xərci Cavabdeh MMC–dən tutularaq İddiaçı ödənilsin Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar