Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-237/2024 26.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X2 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı iddiaçı və Cavabdeh2 MMC arasında bağlanmış 12 noyabr 2020-ci il tarixli, 1020/2 nömrəli kredit müqaviləsi üzrə kredit üzrə gecikmiş borc məbləği 96.275,81 ABŞ dolları, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 1.042,99 ABŞ dolları olmaqla, cəmi 97,318,80 ABŞ dolları məbləğdə kredit borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən mediasiya xərci də daxil olmaqla ödənilmiş cəmi 456 AZN məbləğdə dövlət rüsumunun cavabdeh - Cavabdeh2 MMC-dən tutularaq birdəfəlik şəkildə iddiaçıya ödənilməsi, iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin təminatı üsulu kimi yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********09- 05301- 083027, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi - 160.2 kv .metr olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 370.000 AZN məbləğində müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçıya ödənilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdeh - Cavabdeh2 MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı iddiaçı və Cavabdeh2 MMC arasında bağlanmış 12 noyabr 2020-ci il tarixli, 1020/2 nömrəli kredit müqaviləsi üzrə kredit üzrə gecikmiş borc məbləği 96.275,81 ABŞ dolları, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 1.042,99 ABŞ dolları olmaqla, cəmi 97,318,80 ABŞ dolları məbləğdə kredit borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən mediasiya xərci də daxil olmaqla ödənilmiş cəmi 456 AZN məbləğdə dövlət rüsumunun cavabdeh - Cavabdeh2 MMC-dən tutularaq birdəfəlik şəkildə iddiaçıya ödənilməsi, iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin təminatı üsulu kimi yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********09- 05301- 083027, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi - 160.2 kv .metr olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 370.000 AZN məbləğində müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçıya ödənilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdeh - Cavabdeh2 MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-237/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-237/2024
26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver