Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-238/2025 29.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə2 birgə qaydada iddiaçının xeyrinə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 19 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə 118 328,58 manat əsas borc, xx.xx.2024-cü il tarixə 10109,15 manat faiz borcu, 1087,55 manat dəbbə pulu olmaqla ümumilikdə 129 525,28 manat məbləğində pulun və ödənilmiş 420 manat dövlət rüsumunun tutulması, ipoteka qoyan Qanuni nümayəndə2 məxsus 19 avqust 2022-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən iddiaçının ipoteka hüquqları ilə yüklü edilmiş ünvan ünvanda yerləşən bağ evi və 0,12 ha torpaq sahəsi və Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Türkan qəsəbəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 26,66 kv.m yaşayış sahəsi, 9,43 kv.m köməkçi sahədən ibarət 176 nömrəli bağ evi və 0,25 ha torpaq sahəsinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan129 525,28 manat kredit borcunun və 420 manat məbləğində dövlət rüsumunun ödənilməsi, ipoteka qoyan Qanuni nümayəndə2 məxsus ünvan ünvanda yerləşən bağ evi və Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Türkan qəsəbəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 26,66 kv.m yaşayış sahəsi, 9,43 kv.m köməkçi sahədən ibarət 176 nömrəli bağ evinin Qanuni nümayəndə2 və qeydiyyatda olan şəxslərin istifadə hüquqlarından məhrum etməklə məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, tərəflər arasında razılıq əldə edildiyindən iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur”. Məhkəmənin hazırlıq iclasında iddiaçının ərizənin qaytarılması barədə ərizəsi daxil olduğundan məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə qeyd edir ki, icraatın gedişində Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4003/2024 nömrəli qərardadları ilə məhkəməmühasibatlıq və məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş, həmin ekspertizalar üzrə aparılmış tədqiqatın dəyəri ekspertiza xərclərinə dair bildirişlərə əsasən 245 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan hesabdan çıxarışlardan görünür ki, Cavabdeh1 tərəfindən 19 avqust 2022-ci il tarixli kredit razılaşması üzrə borc məbləği ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə qeyd edir ki, iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, ekspertiza xərcinin bölüşdürülməsi qaydası mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də hazırkı halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 122.2-ci maddəsi müvafiq qaydada və şərtlərlə (mutatis mutandis) iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, ekspertiza xərcinin bölüşdürülməsi qaydasına münasibətdə tətbiq edilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Belə olan halda məhkəmə qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması cavabdehlər tərəfindən boc məbləğinin tam ödənilməsi ilə əlaqədar olduğundan işə baxılması ilə əlaqədar məsrəf – ekspertiza tədqiqatının dəyəri olaraq 245 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, ********** nömrəli qəbz ilə iddia ərizəsinin verilməsinə görə 420 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından 420 manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən həmin Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13, 122.2, 114, 170.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ekspertiza xərci olaraq 245 (iki yüz qırx beş) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 420 (dörd yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-238/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-238/2025
29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver