Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2380/2021 11.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Nümayəndə2 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Nümayəndə2 ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən mütərək qaydada 11 mart 2019-cu il tarixli 101842-645536/1 nömrəli kredit müqaviləsi üzrə 6703.61 manat məbləğində əsas borc və 2833.93 manat məbləğində faiz borcu olmaqla, cəmi 9537.54 manat və 30.40 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 11 mart 2019-cu il tariхli, 101842-645536/1 nömrəli krеdit müqaviləsinə əsasən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi üçün 12 ay müddətinə, illik 25% dərəcəsi ilə 15000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdehlər – Cavabdeh3 və Cavabdeh1 arasında 11 mart 2019-cu il tariхli, 101842- 645536/1 nömrəli və 11 mart 2019-cu il tariхli, 101842-645536/1 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh2 MMC tərəfindən əsas öhdəlik lazımınca icra edilməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafiki pоzulmuşdur. Borclulara dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Səmədov iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə razı deyil, belə ki, həmin rəydə faiz borcu düzgün hesablanmamışdır. Bu səbəbdən həmin rəyin sübut kimi nəzərə alınmamasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 11 mart 2019-cu il tarixli 101842-645536/1 saylı kredit müqaviləsinə əsasən bank borc alana (Cavabdeh2 MMC-nin direktoru Cavabdeh3) 15000 manat məbləğində kredit verməyi, borc alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən müqavilənin 1nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 25 faiz dərəcəsi ilə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür. Müqavilənin 7.3-cü bəndinə əsasən bu müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, hər gecikdirilmiş gün üçün gecikdirilmiiş əsas borc məbləğinə illik 50 faiz dərəcəsi ilə faiz hesablanır və bu faiz borcalan tərəfindən tam həcmdə ödənilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 11 mart 2109-cu il tarixli 101842-645536/1 saylı kredit müqaviləsinə 1 nömrəli əlavədə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ona verilmiş kreditin aylar üzrə ödəniş cədvəli razılaşdırılmışdır. İddiaçı ilə Cavabdeh3 və Cavabdeh2 MMC arasında bağlanmış 11 mart 2019-cu il tarixli 101842-645536/1 saylı zaminlik müqaviləsinə əsasən zamin borc alanın 11 mart 2019-cu il tarixli 101842-645536/1 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 11 mart 2019-cu il tarixli 101842-645536/1 saylı zaminlik müqaviləsinə əsasən zamin borc alının 11 mart 2019-cu il tarixli 101842- 645536/1 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. İddiaçı tərəfindən verilmiş 25.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 25 fevral 2021-ci il tarixə borclanın (Cavabdeh2 MMC) banka 6703.61 manat əsasə borc və 2833,93 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 471 gün təşkil edir. İddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış 26.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavablehlərdən 11 mart 2019-cu il tarixli 101842- 645536/1 saylı kredit müqaviləsi üzrə yaranmış borcun 5 iş günü ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 13 iyul 2021-ci il tarixli 9/4412 saylı ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və 11 mart 2019-cu il tarixli 101842-645536/1 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh3 25.02.2021-ci il tarixədək banka olan borcu ümumilikdə 8978,18 manat - əsas borc üzrə 6703.61 manat, faiz borcu üzrə isə 2274,57 manat məbləğində müəyyən olunmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya kredit və zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Bununla yanaşı, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlərdən faiz borcu isə 2833,93 manat məbləğində pulun ödənilməsini tələb etsə də, ekspert rəyinə əsasən Cavabdeh3 kredit müqaviləsi üzrə 25.02.2021-ci il tarixədək banka olan faiz borcu 2274,57 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslı olduğundan cavabdehlərdən tutulacaq faiz borcu ekspert rəyinə uyğun müəyyən edilməlidir. Nəticə: Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdükləri öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə onların kredit müqaviləsi üzrə iddiaçıya əsas borc üzrə 6703.61 manat, faiz borcuna görə 2274,57 manat, cəmi 8978,18 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsi cavabdehlərə, 5 manat hissəsi iddiaçıya aid edilməlidir. Hazırkı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərcinin 70 manat hissəsi cavabdehlərdən, 30 manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 6703,61 manat (altı min yeddi yüz üç manat altmış bir qəpik), faiz borcuna görə 2274,57 manat (iki min iki yüz yetmiş dörd manat əlli yeddi qəpik), cəmi 8978,18 manat (səkkiz min doqquz yüz yetmiş səkkiz manat on səkkiz qəpik) məbləğində pul və 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Nümayəndə2 ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçı Nümayəndə2 ASC-yə aid edilsin. Aparılmış ekspertiza ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərcinin 70 (yetmiş) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, Cavabdeh3 müştərək qaydada, 30 (otuz) manat hissəsi isə iddiaçı Nümayəndə2 ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2380/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2380/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver