Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2387/2020 01.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin həcminin artırılması (dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixə ödənilməmiş 37069,90 manat icarə haqqının və icarə haqqının vaxtında qaytarılmamasına görə illik 5% pul vəsaitinin, habelə 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutulub “xxxx” MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində İddiaçı MMC ilə Cavabdeh MMC arasında 97 nömrəli icarə müqaviləsi bağlanmış, icarə müqaviləsinə əsasən cavabdeh icarəçinin sahəsində ödəmə terminalları quraşdırmış, müqaviləyə olan 1 saylı əlavəyə əsasən 9, 2 saylı xx.xx.2018-ci il tarixli əlavəyə əsasən 2 və xx.xx.2019-cu il tarixli 4 saylı əlavəyə əsasən 2 terminal, ümumilikdə 12 terminal quraşdırılmışdır. Bu terminalların bəziləri sonradan icarəçi tərəfindən götürülmüşdür. Hər bir terminalın aylıq icarə haqqı ƏDV-siz 130 manat təşkil etmişdir. Müqavilə imzlandığı tarixdən cavabdeh, iddiaçıya xx.xx.2019-cu il tarixə ümumilikdə ƏDV daxil 9825,3 manat ödəniş etmişdir. Halbuki, bu müddət ərzində ödəniş 36273,20 manat olmalı idi. Cavabdeh sonuncu ödənişi xx xxx 2019-cu il tarixdə ödəmişdir. Ödənişin icra olunması barədə cavabdehə dəfələrlə müraciət edilməsinə və pretenziya məktubu göndərilməsinə baxmayaraq, icarə borcu cavabdeh tərəfindən bu günə qədər icra olunmamışdır. Cavabdeh uzun müddət icarə haqqını ödəmədiyi üçün onun xx.xx.2019-cu il tarixə 26447,90 manat məbləğində borcu yaranmış, cavabdehlə olan müqavilənin qüvvədən düşməməsi, müqavilənin predmetinin icarə üçün yer ayrılmasından ibarət olması əsası ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə qədər yaranmış ümumi icarə borcu 10620 manat təşkil etmiş və yekun olaraq ümumilikdə 37069,9 manat icarə haqqı borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxx 2018-ci il tarixli 97 nömrəli icarə müqaviləsindən görünür ki, İddiaçı MMC (İcarəyəverən) istifadəsində olan obyektin və ya obyektlərin 1 m2 hissəsini və ya hissələrini İcarəçiyə - Cavabdeh MMC-yə məxsus Cavabdeh özünəxidmət terminalının (ÖV) yerləşdirilməsi üçün icarəçinin istifadəsinə verməyi, İcarəçi isə bunun qarşılığında müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən aylıq icarə haqqı 130 manat təşkil edir və icarəçi aylıq icarə haqqını terminal quraşdırıldığı vaxtdan bir ay keçdikdən sonra hər növbəti ayın ilk 5 günü ərzində icarəyə verən tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən, köçürmə və ya nağd qaydasında icarəyə verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.3-cü bəndinə əsasən icarəçi icarə haqqını bu müqavilənin 2.2-ci bəndində göstərilən müddətdə icarəyəverənə ödəməzsə, gecikdirilmiş hər bir gün üçün aylıq icrarə haqqının 0,1%-i həcmində icarəyəverənə cərimə ödəməlidir. xx xxxx 2018-ci il tarixli 97 nömrəli icarə müqaviləsinə xx.xx.2018-ci il tarixli 1 saylı, xx.xx.2018-ci il tarixli 2 saylı, xx.xx.2019-cu il tarixli 4 saylı əlavələrdən və təhvil təslim aktlarından görünür ki, aylıq icarə haqqı 130 manat olan 12 ədəd Cavabdeh MMC-yə məxsus ödəmə terminalları İddiaçı MMC-yə məxsus müxtəlif obyektlərdə quraşdırılmışdır. İddiaçı MMC-nin təqdim etdiyi maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinə kimi Cavabdeh MMC tərəfindən 9825,30 manat ödəniş edilmiş, xx.xx.2019-cu il tarixinədək hesablanmış icarə haqqı məbləği 36273,20 manat təşkil etmiş, həmin tarixə 26447,90 manat icarə haqqı borcu qalmış, xx.xx.2020xx.xx.2020-ci il tarixləri aralığında İddiaçı MMC-nin Cavabdeh MMC-yə məxsus özünəxidmət terminallarının yerləşdirilməsinə görə hesablanmış icarə haqqı məbləği və borcu ƏDV daxil 10620 manat ümumilikdə isə icarə haqqı borcu 37069,90 manat təşkil edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İcarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.2.2, 445.7, 465.2, 467, 700.1, 700.2, 862.1 və 862.3 -cü maddələri, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi və 13-cü maddəsinin 5-ci bəndi). Göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq icarə müqaviləsi bağlanmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirməyərək icarə haqlarını ödəməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsas borcun tələbi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə pul vəsaitlərin tutulması ilə bağlı işlər üzrə qətnamə çıxarılarkən nəticə hissəsində tutulmalı olan məbləğ konkret göstərilməlidir, iddiaçı isə tələbində icarə haqqının vaxtında qaytarılmamasına görə tələb etdiyi vəsaiti konkret göstərmədiyi üçün tələb həmin hissədə təmin edilə bilməz. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixə yaranmış 37069,90 manat məbləğində icarə haqqı borcu və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixə icarə haqqı borcu kimi yaranmış 37069,90 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2387/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2387/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver