Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-239/2020 31.01.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı icarə üzrə yaranmış 1605.19 manat borcun cavabdehdən tutularaq iddiaçının bank hesabına köçürülməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə kiçik iddiaya dair kommersiya işinə sadələşdirilmiş qaydada baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı icarə üzrə yaranmış 1605.19 manat borcun cavabdehdən tutularaq iddiaçının bank hesabına köçürülməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2017-ci il tarixdə cavabdeh və iddiaçı arasında CP15022017 saylı icarə müqaviləsi imzalanmışdır. Həmin icarə müqaviləsinə uyğun olaraq iddiaçı razılığa gələrək Bakı şəhəri, Səbail rayonu, 200-cü məhəllə, Ü. Hacıbəyov küçəsi, 4A ünvanında yerləşən Avto dayanacaqda 4 ədəd maşın yeri icarəyə götürmüşdür. Həmin müqavilənin 4-cü maddəsinə əsasən cavabdeh icarə sahəsi üçün ayda ƏDV xaric 1000 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüş və cavabdeh ödənişi gecikdirdikdə, hər gecikdirildiyi 1 gün üçün gecikdirilmiş ödənişin 0,2% miqdarındacərimə ödəməlidir. Həmin icarə müqaviləsinin 5-ci maddəsinə uyğun olaraq cavabdeh icarə haqqını vaxtlı-vaxtında ödəməlidir. xx.xx.2017-ci tarixli Akt (Saziş) tərəflər arasında imzalanaraq iddiaçı qarşısında icarə haqqından yaranmış borcun ümumi qalığının 9085 manat olmasını qəbul etmiş və bu məbləğin 4080 manat hissəsinin dayanacaq daxilində görülmüş təmir-tikinti işlərinə qarşılıq olaraq ümümi borcdan silinməsinə razılıq vermişdir. Cavabdeh geri qalan 5 005 manat məbləğindəki borcu xx.xx.2017-ci il tarixə qədər 1500 manat, xx.xx.2017-ci il tarixə qədər 1500 manat və xx.xx.2017-ci il tarixə isə 2005 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixləri arasında 3400 manat ödəniş etmışdır. İcarəçinin bu gün qalıq borcu 1605.19 manat təşkil edir. xx xxxxxxx 2019-cu il tarixdə cavabdehə pretenziya məktubu göndərilərək 1605 manat məbləğdə yaranmış borcun ödənilməsi tələb edilmişdir. Lakin iddiaçı hazırki iddia ərizəsini məhkəməyə təqdim edənə qədər cavabdeh tərəfindən icarə müqaviləsi üzrə yaranmış borc ödənilməmişdir. Beləliklə, cavabdehin xx xxxxxx 2017-ci il tarixli, CP15022017 saylı icarə müqaviləsi üzrə iddiaçı qarşısında borcu 1605 manat təşkil edir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı xx xxxxxxx 2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın surətindən görünür ki, Cavabdeh vergi ödəyicisi kimi uçota alınmaqla ona ********** saylı VÖEN verilmişdir. xx xxxxxx 2017-ci il tarixli CP15022017 saylı icarə müqaviləsinin surətindən görünür ki, iddiaçı bu Müqavilə ilə Bakı şəhəri, Səbail rayonu, 200-cü məhəllə, Ü.Hacıbəyov küçəsi, 4A ünvanında yerləşən Avto dayanacaqda cavabdehə dayanacaq yerini verməsini, cavabdeh isə həmin dayanacaq yerinin müqabilində iddiaçıya aylıq olaraq icarə haqqının ödənilməsini öhdələrinə götürmüşlər. xx xxxxxx 2017-ci il tarixli aktın surətindən görünür ki, cavabdeh xx.xx.2017-cı ıl tarixli CP15022017 saylı müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, 200-cü məhəllə, Ü.Hacıbəyov kuçəsi, 4A ünvanında yerləşən avto dayanacaqda icarəçiyə dayanacaq yerinin verilməsi qarşılığında xx.xx.2017-ci il tarixinə icarə haqqından yaranmış borcun ümumi qalığının 9085 manat olmasını qəbul etmiş və bu məbləğin 4080 manat hissəsinin dayanacaq daxilində görülmüş təmir-tikinti işlərinə qarşılıq olaraq ümumi borcdan silinməsinə razılıq verilmiş, geri qalan 5005 manat məbləğindəki icarə haqqından yaranmış borcu xx.xx.2017-ci il tarixə qədər 1500 manat, xx.xx.2017-ci il tarixə qədər 1500 manat və xx.xx.2017-ci il tarixə isə 2005 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixli Maliyyə arayışından görünür ki, xx xxxxxx 2017-ci il tarixli CP15022017 saylı İcarə Müqaviləsinə əsasən cavabdehin xx.xx.2017-ci il tarixinə icarə haqqından yaranmış borcun ümumi qalığı 9085.19 manat təşkil etmiş, bu məbləğin 4080 manat hissəsinin dayanacaq daxilində görülmüş təmir-tikinti işlərinə qarşılıq olaraq ümümi borcdan silinməsinə razılıq verilmiş, icarəçi geri qalan 5005.19 manat məbləğindəki icarə haqqından yaranmış borcu xx.xx.2017-ci il tarixə qədər 1500 manat, xx.xx.2017-ci il tarixə qədər 1500 manat və xx.xx.2017-ci il tarixə isə 2005 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüş və xx.xx.2017-xx.xx.2019 tarixləri arasında 3400 manat ödəniş etmiş, cavabdehin xx.xx.2019-cu tarixədək qalıq borcu 1605.19 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinə əsasən icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli CP15022017 saylı icarə müqaviləsinə əsasən iddiaçı bu Müqavilə ilə Bakı şəhəri, Səbail rayonu, 200-cü məhəllə, Ü.Hacıbəyov küçəsi, 4A ünvanında yerləşən Avto dayanacaqda cavabdehə dayanacaq yerini verməsini, cavabdeh isə həmin dayanacaq yerinin müqabilində iddiaçıya aylıq olaraq icarə haqqının ödənilməsini öhdələrinə götürmüşlər. Cavabdeh xx xxxxxx 2017-ci il tarixli aktla xx.xx.2017-ci il tarixinə icarə haqqından yaranmış borcun ümumi qalığının 9085.19 manat olmasını etiraf etmiş, bu məbləğin 4080 manat hissəsinin dayanacaq daxilində görülmüş təmir-tikinti işlərinə qarşılıq olaraq ümümi borcdan silinməsinə razılıq verilmiş, geri qalan 5005.19 məbləğindəki icarə haqqından yaranmış borcu xx.xx.2017-ci il tarixə qədər 1500 manat, xx.xx.2017-ci il tarixə qədər 1500 manat və xx.xx.2017-ci il tarixə isə 2005 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüş və xx.xx.2017-xx.xx.2019 tarixləri arasında 3400 manat ödəniş etmiş, cavabdehin xx.xx.2019-cu tarixədək qalıq borcu 1605.19 manat təşkil edir. Məhkəmə hesab edir ki, xx xxxxxx 2017-ci il tarixli akta əsasən borc təsdiq olunduğundan 1605,19 manat icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməklə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İcarə üzrə yaranmış 1605.19 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı bank hesabına ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-239/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-239/2020
31.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver