Məhkəmə qərarları › İş №e-2-2(113)-239/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-239/2021

26.01.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-239/2021 26.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddaçının nümayəndəsi X3, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əmlakın qaytarılması və pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətdə olan markalı, Az 10P- dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, SD22AA113598 zavod nömrəli nəqliyyat vasitəsinin təhvil verilməsi və “xxxx” MMC-yə dəymiş 64000 manat maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verilmiş və ərizədə qeyd olunmuşdur ki, texniki səhv olaraq iddiaçının adı İddiaçı MMC əvəzinə «xxxx” MMC kimi qeyd olunmuşdur. Ona görə iddiaçının adının İddiaçı MMC olduğunun nəzərə alınması xahiş olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC və “xxxx” MMC-nin (qurumun indiki adı İddiaçı MMC) mülkiyyətdə olan markalı, Az 10P- dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, SD22AA113598 zavod nömrəli nəqliyyat vasitəsi təmir olunması üçün Cavabdeh MMC-yə xx xxxxxx 2018-ci ildə təhvil verilmişdir. Belə ki, Cavabdeh” MMC və «İddiaçı” MMC arasında olan razılaşmaya əsasən «İddiaçı” MMC-nin mülkiyyətdə olan həmin nəqliyyat vasitəsinin təmiri üçün xx xxxxxx 2018-ci ildən təmirin dəyərinin tam olaraq ödənilməsinə baxmayaraq, avtomobil qısa bir müddət ərzində təmir olunub təhvil verilməli olsa da, təəssüf ki, avtomobil bu günə qədər şirkətə təhvil verilməmişdir. Hər dəfə müraciət etdikdə müxtəlif bəhanələr gətirmiş, sonuncu dəfə isə 2019-cu ilin dekabr ayının sonunda nəqliyyat vasitəsini qaytarmayacaqları cavabdeh tərəfindən bildirilmişdir. Ona görə də cavabdeh “Cavabdeh" MMC-yə xx.xx.2020-ci il tarixində pretenziya məktubu ilə müraciət etmişlər, ancaq buna baxmayaraq, indiyə kimi cavab verilməmişdir. Beləliklə, şirkətin buldozerinin 16 aydan artıq bir müddətdə işləməməsi nəticəsində hər ay şirkətə 4000 (dörd min) manat, ümumulikdə 64000 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçının nümayəndələri məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh MMC ilə İddiaçı MMC (keçmiş adı - “xxxx” MMC) arasında ilkin olaraq işgüzar münasibətlər 2012-ci ildə yaranmışdır və tərəflər arasında xx.xx.2012-ci il tarixli, 063 Rİ- GR nömrəli və xx xxxxxxxx 2017-ci il tarixli, 0093 Rİ-GM/17 nömrəli “Ehtiyat hissələrinin satışı müqavilələri”, xx.xx.2012-ci il tarixli, TXM- 00134C nömrəli və xx xxxxxx 2017-ci il tarixli, TXM-00052C/17 nömrəli “Texniki Xidmət müqavilələri” imzalanmışdır. Lakin İddiaçı MMC yuxarıda adıçəkilən müqavilələr üzrə öz öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirmədiyinə görə Cavabdeh MMC tərəfindən iddia ərizəsi ilə Gəncə İnzibati-iqtisadi Məhkəməsinə müraciət edilmiş və xx xxxxxxxx 2017-ci il tarixli, 0093 Rİ-GM/17 saylı “Ehtiyat hissələrinin Satışı müqaviləsi”nə əsasən 14100,67 (on dörd min yüz, 67) manat məbləğində əsas borcun, gecikdirilmiş günlərə görə hesablanmış 262,27 (iki yüz altmış iki, 27) manat cərimə məbləğinin, xx xxxxxxxx 2012-ci il tarixli, TXM-00134C saylı “Texniki Xidmət müqaviləsi”nə əsasən 20113,61 (iyirmi min bir yüz on üç manat 61 qəpik) manat məbləğində əsas borcun, gecikdirilmiş günlərə görə hesablanmış 1690,21 (bir min altı yüz doxsan manat 21 qəpik) manat cərimə məbləğinin, xx xxxxxx 2017-ci il tarixli, TXM- 00052C/17 saylı “Texniki xidmət müqaviləsi”nə əsasən 15177,63 (on beş min bir yüz yetmiş yeddi manat 63 qəpik) manat məbləğində əsas borcun, gecikdirilmiş günlərə görə hesablanmış 1274,30 (bir min iki yüz yetmiş dörd manat 30 qəpik) manat cərimə məbləğinin, ümumilikdə 52 618,69 (əlli iki min altı yüz on səkkiz, 69) manat məbləğində vəsaitin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdeh “xxxx” MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Gəncə İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(083)- 109/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” MMC-dən xx.xx.2017ci il tarixli, 0093 Rİ-GM/17 saylı “ehtiyat hissələrinin satışı müqaviləsi”nə əsasən 14.100 (on dörd min bir yüz) manat 67 (altmış yeddi) qəpik əsas məbləğin, gecikdirilmiş günlərə görə hesablanmış 26 (iyirmi altı) manat 20 (iyirmi) qəpik məbləğində cərimə məbləğinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi, iddianın qalan hissədə, yəni cavabdehdən xx.xx.2012-ci il tarixli TXM-00134C saylı “texniki xidmət müqaviləsi”nə əsasən 20.113,61 manat əsas məbləğin, gecikdirilmiş günlərə görə hesablanmış 1.690,21 manat cərimə məbləğinin, xx.xx.2017-ci il tarixli TXM- 00052C/17 saylı “texniki xidmət müqaviləsi”nə əsasən 15177,63 manat əsas məbləğin, gecikdirilmiş günlərə görə hesablanmış 1.274,30 manat cərimə məbləğinin tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı və cavabdeh apellyasiya şikayəti vermiş və Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(104)-91/2019 nömrəli qərardadı ilə Gəncə Apelyasiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “pul” tələbinə dair 2- 2(104)-91/2019 saylı mülki iş üzrə icraat, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin icraatında olan iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “istehlakçı hüquqlarının müdafiəsi tələbinə dair” 2-2(81 )-998/2019 saylı iqtisadi iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İddiaçı “xxxx” MMC Cavabdeh MMC-yə qarşı “texnikanın yenisi ilə əvəz olunması, əks təqdirdə həmin texnika üçün ödənilmiş pulun geri qaytarılması və 180.000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(81 )-998/2019 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Göstərilən qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(103)-267/2020 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(81 )-998/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırki kommersiya mübahisəsi üzrə iddiaçı tərəfin öz iddia ərizəsində göstərdiyi “təmir xərcləri tam şəkildə ödənilməsinə baxmayaraq, SHANTUl SD22 markalı, AZ 10P- dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanunsuz olaraq iddiaçıya təhvil verilməməsi” ifadəsi əsassızdır. Belə ki, mübahisə predmeti olan nəqliyyat vasitəsinin təmir işləri Cavabdeh MMC ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, TXM-00052C/17 nömrəli “Texniki Xidmət müqaviləsi”nə əsasən həyata keçirilmişdir. Həmin müqavilənin 3.6-cı bəndinə görə “İcraçı” tərəfindən “Sifarişçi”nin öhdəliyinə möhlət verilmədiyi halda, “Sifarişçi” ödənişləri dərhal həyata keçirməlidir. Əks halda “İcraçı” ona məxsus olan texniki-təmir ərazisində, ödənişlər baş verənə qədər müvafiq texnikaların saxlanılması hüququna malikdir. Müqavilənin bu şərtindən açıq-aydın görünür ki, əgər "xxxx” MMC ona məxsus texnikalara göstərilmiş texniki xidmətə görə hesablanmış borc məbləğini vaxtında ödəmədiyi təqdirdə, Cavabdeh MMC-nin müvafiq texnikaları borc məbləği tam ödəyənədək saxlamaq hüququ vardır. Göstərilən müqavilə hər iki tərəfin qanuni təmsilçiləri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir və tərəflərin iradəsini ifadə etməkdədir. Hazırki iş üzrə iddiaçı olan İddiaçı MMC ödəməli olduğu borc məbləğini ödəmək əvəzinə, müxtəlif əsaslarla məhkəmələrə müraciət edərək, bu etiraz ərizəsinin 1-ci bəndində göstərilən və Gəncə Apelyasiya Məhkəməsinin icraatında olan iş üzrə icraatın təzələnərək, yekun qərarın çıxarılmasına maneçilik törətməklə məşğuldur. Əgər “İddiaçı" MMC həqiqətən də Cavabdeh MMC-yə borcu olmadığını bildirirsə, bəs nə üçün o zaman Cəmiyyətimizin onlara qarşı qaldığı “pul” tələbinə dair iddia ərizəsinə mahiyyəti üzrə baxılmasına prosessual maneələr yaradır. Həmçinin tərəflər arasında təsdiqlənmiş müqavilə və texnikanın saxlanılması ilə bağlı müvafiq bənd mövcud olsa da, iddiaçı iddia tələbində bu məsələni məhkəmənin diqqətinə çatdırmamış, bir növ məhkəməni yanlış yönləndirməyə çalışmışdır. Halbuki Cavabdeh MMC-nin iddia tələbində göstərilən məbləğin bir hissəsi tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli üzləşmə aktı ilə təsdiqlənmiş və “xxxx” MMC-nin nümayəndəsi Gəncə İnzibati-lqtisadi Məhkəməsindəki çıxışında bu faktı təsdiqləmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Cavabdeh MMC ilə İddiaçı MMC (keçmiş adı - “xxxx” MMC) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 063 Rİ-GR nömrəli və xx xxxxxxxx 2017-ci il tarixli, 0093 Rİ-GM/17 nömrəli “Ehtiyat hissələrinin satışı” müqavilələrindən görünür ki, “Satıcı”,Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (Əlavə 1. Əlavə 2 və s.) göstərilmiş malları “Alıcı”ya satmağı və “Alıcı" isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Həmin Müqavilələrin 1.1-ci bəndinə əsasən Malların adı, ölçüsü,kəmiyyəti, çatdırılma şərtləri və qiymətləri bu əlavələrdə göstərilib. Malların təhvil verilməsi hər iki tərəfin imzaladığı təhvil-təslim aktına uyğun olaraq həyata keçiriləcək. Əlavələr hər iki tərəfdən imzalandıqdan sonra qüvvəyə minəcək və müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcəkdir. - Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, TXM- 00134C nömrəli və xx xxxxxx 2017-ci il tarixli, TXM-00052C/17 nömrəli “Texniki Xidmət” müqavilələrindən görünür ki, “Sifarişçi”nin və yaxud “Sifarişçi” tərəfindən təyin edilmiş məsul şəxsin tapşırığına əsasən “İcraçı” “Sifarişçi”yə məxsus olan yeni və yaxud işlənmiş texnikaları üzrə servis xidməti göstərilməsini və anbarda olan ehtiyyat hissələri ilə təchiz edilməsini öz üzərinə götürür. Həmin Müqavilələrin 1.2-ci bəndinə əsasən “İcraçı” hazırkı müqavilənin ayrılmaz hissəsi olan Əlavə № 1 göstərilən texnikaların siyahısı üzrə servis xidməti göstərməli və hər texnika üçün tərtib edilmiş texniki kitabçalarda görülmüş işlər barəsində qeydləri aparmalıdır. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən “İcraçı” “Sifarişçi”nin təyin etdiyi məsul şəxs tərəfindən və yaxud “Sifarişçi’nin özü tərəfindən, şifahi və yaxud yazılı şəkildə, o cümlədən zəng ilə verilmiş sifarişlərini əsas tutaraq, bu müqavilənin qüvvədə olduğu müddət ərzində "Sifarişçiyə” məxsus olan texnikalara texniki xidmət göstərməyi, “Sifarişçi” isə bu işin müqabilində tələb olunan haqqı “İcraçı”ya vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürür. Həmin Müqavilələrin 4.6-cı bəndinə əsasən “İcraçı” tərəfindən, “Sifariçi”nin öhdəliyinə möhlət verilmədiyi halda, "Sifarişçi” ödənişləri dərhal həyata keçirməlidir. Əks halda “İcraçı” ona məxsus olan texniki-təmir ərazidə müvafiq texnikaların ödənişlər baş verənə qədər saxlanılması hüququna malikdir. - Tərəflər arasında tərtib edilmiş xx.xx.2018-ci il tarixli “Üzləşmə akt”ından görünür ki, İddiaçı MMC (keçmiş adı - “xxxx” MMC) ilə Cavabdeh MMC arasında 2015-2018-ci illər ərzində olmuş qarşılıqlı əlaqələr nəticəsində xx.xx.2018-ci il tarixə yaranmış borcu 14100,67 manat təşkil etmişdir. Qeyd olunn akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir. - AZ 009663 nömrəli X1 Şəhadətnaməsindən görünür ki, markalı, Az 10Pdövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, SD22AA113598 zavod nömrəli nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətindədir. - İddiaçı MMC pretenziya qaydasında məktubla cavabdehə müraciət edərək, markalı, Az 10P- dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011, N-si SD22AA113598 olan nəqliyyat vasitəsini təhvil verib, dəymiş ziyanın tam ödənilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında işgüzar münasibətlər yaranmış və xx.xx.2012-ci il tarixli, 063 Rİ-GR nömrəli və xx xxxxxxxx 2017ci il tarixli, 0093 Rİ-GM/17 nömrəli “Ehtiyat hissələrinin satışı” müqavilələri, xx.xx.2012-ci il tarixli, TXM- 00134C nömrəli və xx xxxxxx 2017-ci il tarixli, TXM-00052C/17 nömrəli “Texniki Xidmət” müqavilələri bağlanmışdır. Lakin İddiaçı MMC yuxarıda adıçəkilən müqavilələr üzrə öz öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirmədiyinə görə cavabdehə borcu yaranmışdır. Tərəflər arasında bağlanmış xidməti müqavilələr əsasında göstərilmiş xidmət üzrə yaranmış 14100,67 manat məbləğində borcla bağlı tərəflər arasında müvafiq üzləşmə aktı tərtib edilmiş və həmin borcun mövcudluğunu iddiaçı mübahisələndirməmişdir. Cavabdeh iddiaçının daha çox məbləğdə borcu olduğunu bildirmişdir. Yaranmış borca görə iddiaçının mülkiyyətində olan SHANTUİ SD-22 markalı, Az 10P- dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, SD22AA113598 zavod nömrəli nəqliyyat vasitəsi cavabdehə məxsus texniki-təmir ərazisində saxlanılmışdır. Cavabdeh iddiaya etirazında tərəflər arasında bağlanmış “Texniki Xidmət” müqaviləsinin müvafiq normalarına istinad edərək, mübahisə predmeti olan əmlakı iddiaçı tərəfindən borc məbləği tam ödənilənədək saxlamaq hüququnun olduğunu bildirmişdir. İddiaçı göstərilən əsasla razılaşmayaraq, həmin əmlakla bağlı cavabdehə heç bir borcunun olmamasını və əmlakın cavabdeh tərəfindən qanunsuz saxlandığını iddia etmişdir. Mübahisə predmeti olan əmlakla bağlı borcun olmamasını cavabdeh mübahisələndirməmişdir. Beləliklə, iddiaçının cavabdehə olan borcu həmin əmlakla bağlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 468.2-ci maddəsinə əsasən əmlakın və ya ona çəkilən xərclərin və digər zərərin əvəzinin ödənilməsi ilə bağlı olmasa da, tərəfləri sahibkarlar kimi fəaliyyət göstərən öhdəlikdən əmələ gələn tələblər də əmlakın saxlanması ilə təmin edilə bilər. Eyni zamanda həmin Məcəllənin 468.4-ci maddəsinə əsasən bu maddənin qaydaları, əgər müqavilədə ayrı şərt nəzərdə tutulmayıbsa, tətbiq edilir. Məhkəmənin qənaətinə əsasən əmlakın və ya ona çəkilən xərclərin və digər zərərin əvəzinin ödənilməsi ilə bağlı olmasa da, tərəfləri sahibkarlar kimi fəaliyyət göstərən öhdəlikdən əmələ gələn tələblər də əmlakın saxlanması ilə təmin edilə bilsə də, hazırkı iş üzrə tərəflər arasında bağlanan müqavilələrdə ayrı şərt nəzərdə tutulmuşdur. Belə ki, tərəflər arasında bağlanan “Texniki Xidmət” müqavilələrinin 4.6-cı bəndinə əsasən “İcraçı” tərəfindən, “Sifariçi”nin öhdəliyinə möhlət verilmədiyi halda, "Sifarişçi” ödənişləri dərhal həyata keçirməlidir. Əks halda “İcraçı” ona məxsus olan texniki-təmir ərazidə müvafiq texnikaların ödənişlər baş verənə qədər saxlanılması hüququna malikdir. Beləliklə, müqavilə şərtindən göründüyü kimi, cavabdehin ona məxsus olan texniki-təmir ərazidə müvafiq texnikaları ödənişlər baş verənə qədər saxlamaq hüququnun olması nəzərdə tutulur. Mübahisə predmeti olan texnika ilə bağlı ödənişlər edilmiş, həmin texnika ilə bağlı borcun olmamasını cavabdeh mübahisələndirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Mülki Məcəllənin 468-ci maddəsinin qaydaları hazırkı halda tətbiq edilməməli, müqavilə şərti əsas götürülməlidir. Beləliklə, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan nəqliyyat vasitəsinin təhvil verilməsi tələbini irəli sürməkdə haqlı olmuşdur və iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin olunmalıdır. Eyni zamanda məhkəmə 64000 manat maddi ziyanın cavabdehdən onun xeyrinə tutulması hissəsində iddia tələbini əsaslı saymır və həmin hissədə iddia aşağıdakılara əsasən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İddiaçı qeyd olunan texnika ilə bağlı icarə müqaviləsinin bağlandığını və 16 aydan artıq bir müddətdə həmin texnikanın işləməməsi nəticəsində hər ay şirkətə 4000 (dörd min) manat, ümumulikdə 64000 manat məbləğində maddi ziyan dəydiyini iddia etmiş və bu zaman X4 ilə “xxxx” MMC arasında xx xxxx 2018-ci ildə bağlandığını iddia etdiyi icarə müqaviləsinə istinad etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi həmin müqavilədə 3500 manat aylıq icarə haqqının ödənilməsi nəzərdə tutulur. Cavabdeh tərəf X2 iddiaçının öz əməkdaşı olduğunu bildirmiş, cavabdeh də təsdiqləyərək, həmin halı mübahisələndirməmişdir. Məhkəmə həmin halı, həmçinin mübahisəli əmlakın iddiaçının borcu qarşılığında saxlandığını, borcun ödənilməməsi nəticəsində cavabdehin də zərərə məruz qalmasını, eyni zamanda qeyd olunan məbləğdə ziyanla bağlı sübutların məhkəməyə təqdim edilmədiyini nəzərə alıaraq belə nəticəyə gəlir ki, iddia 64000 manat maddi ziyanın cavabdehdən tutulması hissəsində təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. markalı, Az 10P- dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, SD22AA113598 zavod nömrəli nəqliyyat vasitəsi Cavabdehndən alınaraq İddiaçınə təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar