Məhkəmə qərarları › İş №e-2-2(113)-2394/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2394/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2394/2021 02.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi, icarə haqqının ödənilməsi və sahənin boşaldılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış 17 fevral 2012-ci il tarixli “Əmlakın icarəyə verilməsi haqqında” 02/İM nömrəli müqaviləsinin ləğv edilməsi, icarəyə götürülmüş sahənin boşaldılması və müqavilə üzrə ƏDV daxil 147 172,41 (bir yüz qırx yeddi min yüz yetmiş iki manat 41 qəpik) manat məbləğində icarə haqqı üzrə yaranmış borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icarəyə götürülmüş həmin sahədə söküntü və yenidənqurma işlərinin aparılacağı təqdirdə iddiaçıya məxsus tikililərə zərər vurulacağını, nəticədə onların bərpasının böyük xərclər tələb edəcəyini göstərib hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, iddianın təmin edilməsi tədbiri kimi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsində yerləşən futbol stadionunun sahəsində söküntü və yenidənqurma işlərinin aparılmasının cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04.05.2021-ci il tarixli, e-2-2(113)-2394/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçüxür qəsəbəsi, K.İsmayılov küçəsində yerləşən futbol stadionunun sahəsində söküntü və yenidənqurma işlərinin aparılması Cavabdeh MMC-yə qadağan edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.07.2021-ci il tarixli, e-2-2(113)-2394/2021 saylı qərardadı ilə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə yazılı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh ilə aralarında barışıq sazişinin bağlandığını və iş üzrə icraata xitam verilmədiyi göstərib iddianın təmin tədbirinin ləğv edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə ərizəni müdafiə etdiyini bildirib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi İ.Axundov iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş ərizənin təmin edilməsini və iddianın təmin tədbirinin ləğv edilməsini Məhkəmədən xahiş etdi. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Azərbaycan Respublikası MPM-nin 162.2-ci maddəsinə əsasən iddianı təmin tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. Beləliklə, məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edildiyindən və iş üzrə icraata xitam verildiyindən, tərəflərin nümayəndələri iddianı təmin etmə tədbirinin ləğv olunmasını xahiş etdiklərindən və iddianı təmin etmə tədbirinin saxlanılmasına zərurət aradan qalxdığından iddianı təmin etmə tədbiri ləğv edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsində yerləşən futbol stadionunun sahəsində söküntü və yenidənqurma işlərinin aparılması barədə cavabdehin üzərinə qoyulmuş qadağa götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 04.05.2021-ci il tarixli, e-2-2(113)-2394/2021 saylı qərardadı ilə tətbiq edilmiş iddianı təmin etmə tədbiri ləğv edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsində yerləşən futbol stadionunun sahəsində söküntü və yenidənqurma işlərinin aparılması barədə Cavabdeh MMC-nin üzərinə qoyulmuş qadağa götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar