Məhkəmə qərarları › İş №e-2-2(113)-2398/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2398/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2398/2023 25.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Hüsaməddin oğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2626,01 manat əsas borc, 247,77 manat faiz borcu və 229,45 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3103,23 manat borcun və mediasiya xərci olaraq ödənilmiş 66 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırmışdır ki, Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixdə Kredit limitinin ayrılmasına dair müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 24 faizlə 12 ay müddətinə 5000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh3 Hüsaməddin oğlu ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü il yanvarın 19-dək Cavabdeh2 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2626,01 manat əsas borc, 247,77 manat faiz borcu və 229,45 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3103,23 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabdehlər Cavabdeh2,Cavabdeh1 və Cavabdeh3 Hüsaməddin oğlu arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır Qanunla müəyyən edilmiş müddətdə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Hüsaməddin oğlunun ünvanlarına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərildiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İİ.İşin halları İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh2 illik 24 faizlə 12 ay müddətinə 5000 manat kredit vermişdir. Müqaviləyə əsasən ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0,2 % məbləğində cərimə tutulması nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli nömrəli İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Cavabdeh2 ilə birlikdə İddiaçı ASC qarşısında məsuliyyəti öz üzərinə götürür. xx.xx.2022-ci il tarixli nömrəli İddiaçı ASC ilə Cavabdeh3 Hüsaməddin oğlu arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Hüsaməddin oğlu xx.xx.2022ci il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Cavabdeh2 ilə birlikdə İddiaçı ASC qarşısında məsuliyyəti öz üzərinə götürür. xx.xx.2023-cü il tarixli İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh2 2626,01 manat əsas borc, 247,77 manat faiz borcu və 229,45 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3103,23 manat borcu vardır. 10 mart 2023-cü il tarixli MŞB/12/2023-00139 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ASC ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən edilmiş 66 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 467 və 472.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilsə də, cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Odur ki, qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, iddiaçının tələbi xx.xx.2022-ci il tarixli krеdit müqaviləsi üzrə 2626,01 manat əsas borc və 247,77 manat faiz borcu, həmçinin 66 manat məbləğində mediasiya xərci hissədə əsaslı olduğundan təmin edilməlidir. Həmçinin iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edirəm ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 126,22 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2626,01 manat əsas borc, 247,77 manat faiz borcu və 126,22 manat məbləğində cərimə borcu cəmi 3000 manat məbləğində pul, həmçinin 66 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, Q Ə T E T D İ M: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2626,01 manat əsas borc, 247,77 manat faiz borcu və 126,22 manat məbləğində cərimə borcu cəmi 3000 manat məbləğində pul, həmçinin 66 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar