Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-24/2024 02.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən (VÖEN №**********) xx.xx.2014-cü il tarixli 072/İCD saylı Kredit müqaviləsi üzrə ümumilikdə 140542,55 ABŞ dolları (əsas borcu- 37661,03 ABŞ dolları, faiz borcu-102881,52 ABŞ dolları) və xx.xx.2020-ci il tarixli 726/M saylı kredit müqaviləsi üzrə ümumilikdə 160602,11 ABŞ dolları (əsas borcu-157500 ABŞ dolları, faiz borcu-785 ABŞ dolları, dəbbə pulu-2317,11 ABŞ dolları), 802 manat rüsumun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh (VÖEN №**********) arasında xx.xx.2014-cü il tarixli 072/İCD saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, illik 16% hesablanmaqla, 42 ay müddətinə, 6 ay güzəşt müddəti olmaqla 400000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh MMC (VÖEN №**********) arasında xx.xx.2020-ci il tarixində 726/M saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, illik 6 % olmaqla, 36 ay müddətinə 160000 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin Cavabdeh MMC (VÖEN №**********) tərəfindən xx.xx.2014-cü il tarixli 072/İCD saylı və xx.xx.2020-ci il tarixli 726/M saylı kredit müqavilələri üzrə öhdəliklər icra edilmir. İddiaçı ASC–nin xx.xx.2022-ci il tarixli arayışına əsasən, xx.xx.2014-cü il tarixli 072/İCD saylı Kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin (VÖEN №**********) əsas məbləğdən borcu 37661,03 ABŞ dolları, faiz borcu 102881,52 ABŞ dolları, ümumilikdə 140542,55 ABŞ dolları məbləğində təşkil edir. İddiaçı ASC–nin xx.xx.2022-ci il tarixli arayışına əsasən, xx.xx.2020-ci il tarixli 726/M saylı Kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin (VÖEN №**********) əsas məbləğdən borcu 157500 ABŞ dolları, faiz borcu 785 ABŞ dolları, dəbbə pulu 2317,11 ABŞ dolları, ümumilikdə 160602,11 ABŞ dolları məbləğində təşkil edir. xx.xx.2022-ci il tarixli arayışa əsasən tərəflər arasında ilkin mediasiya sessiyası təşkil edilmişdir. Lakin tərəflər arasında ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul edilmədi. İddia qiyməti 50000 manatdan çox olduğundan ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 400 manat haqq iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Vəkil sistemə ərizə yükləyərək bildirmişdir ki, Muğanbank ASC "xxxx" MMC-yə qarşı 22 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə ümumilikdə 140542,55 ABŞ dolları, xx.xx.2020-ci il tarixli müqavilə üzrə isə 160602,11 ABŞ dolları pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin kredit müqavilələri formal xarakterli olub və cavabdeh həmin vəsaitlərdən istifadə etməyib. İkincisi, ilk müqavilə 8 il bundan əvvəl bağlansa da, iddiaçı bildirir ki, həmin müqavilə üzrə ödənişlər gecikdirilib. Cavabdeh bu müqavilələr üzrə ödəniş etməyib və iddiaçıya 6 il əvvəl məlum olub ki, cavabdeh öhdəliyini icra etmir. Beləliklə, iddiaçı Mülki Məcəllənin 373.2-ci maddəsi ilə müəyyən edilmiş müqavilə tələbləri ilə bağlı 3 illik iddia müddətini ötürməklə hazırkı iddia ərizəsini təqdim edib. Odur ki, hazırkı iddianın 22 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı hissəsini iddia müddətinin keçməsi əsası ilə rədd etməyinizi xahiş edirəm. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2014-cü il tarixli 072/İCD saylı Kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh MMC-yə illik 16% hesablanmaqla, 42 ay müddətinə, 6 ay güzəşt müddəti olmaqla 400000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 4.5-ci maddəsinə əsasən gecikdirilmiş borc yarandıqda borc alan borc verənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 2% miqdarında vaxtı keçmiş faiz ödəyir. xx.xx.2020-ci il tarixinli 726/M saylı Kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Vest İndastris AZ MMC-yə illik 6 % olmaqla, 36 ay müddətinə 160000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 4.6-cı maddəsinə əsasən gecikdirilmiş borc yarandıqda borc alan borc verənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0,1% miqdarında dəbbə pulu (penya) ödəyir. xx.xx.2023-cü il tarixli 9/9351 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2020-ci il tarixinli 726/M saylı müqavilə üzrə Cavabdeh MMC-nin banka xx.xx.2022-ci il tarixə əsas borc üzrə 160000 ABŞ dolları, faiz borcu üzrə 2550 ABŞ dolları, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 156107,65 ABŞ dolları, faiz borcu üzrə 83,90 ABŞ dolları müəyyən edilir. xx.xx.2014-cü il tarixli 072/İCD saylı müqavilə üzrə hesablamanın aparılması mümkün deyildir. Tədqiqatın dəyəri 150 manat təşkil eidr. xx.xx.2023-cü il tarixli 9/2590 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2020-ci il tarixinli 726/M saylı müqavilə üzrə Vest İndastris AZ MMC-nin banka xx.xx.2023-cü il tarixə əsas borc üzrə 154542,93 ABŞ dolları, faiz borcu üzrə 8441,93 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 072/İCD saylı müqavilə üzrə xx.xx.2017-ci il tarixə əsas borc üzrə 327661,03 ABŞ dolları, faiz borcu üzrə 69882,84 ABŞ dolları, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 37661,03 ABŞ dolları, faiz borcu üzrə 100000,29 ABŞ dolları müəyyən edilir. Tədqiqatın dəyəri 150 manat təşkil edir. xx.xx.2023-cü il tarixli 9/6186 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli 072/İCD saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixə müqavilə bitdiyi tarixdən illik 5% hesablanmaqla əsas borc üzrə 37661,03 ABŞ dolları, faiz borcu üzrə 76213,95 ABŞ dolları, xx.xx.2023-cü il tarixə müqavilə bitdiyi tarixdən illik 5% hesablanmaqla əsas borc üzrə 37661,03 ABŞ dolları, faiz borcu üzrə 79064,68 ABŞ dolları, xx.xx.2020-ci il tarixinli 726/M saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixə müqavilə bitdiyi tarixdən illik 5% hesablanmaqla əsas borc üzrə 154542,93 ABŞ dolları, faiz borcu üzrə 10794,42 ABŞ dolları müəyyən edilir. Həmçinin rəydə olan qrafikdən göründüyü kimi xx.xx.2014-cü il tarixli 072/İCD saylı müqavilə üzrə Cavabdeh MMC tərəfindən xx.xx.2019-cu il tarixdə 195,96 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 79,10 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 1217 ABŞ dolları məbləğində ödənişlər aparılmışdır. Tədqiqatın dəyəri 100 manat təşkil edir. xx.xx.2023-cü il tarixli iddiaçı "xxxx" ASC tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixinli 726/M saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixə "xxxx" ASC-yə cəmi borcu 162635,89 ABŞ dolları (153726,93 ABŞ dolları əsas borc, faiz borcu üzrə 8908,96 ABŞ dolları) təşkil edir. xx.xx.2023-cü il tarixli iddiaçı "xxxx" ASC tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2014-cü il tarixli 072/İCD saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixə "xxxx" ASC-yə cəmi borcu 147940,88 ABŞ dolları (37661,03 ABŞ dolları əsas borc, faiz borcu üzrə 110279,85 ABŞ dolları) təşkil edir. xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, "xxxx" ASC 402 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2022-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC Bakı şəhəri 6 saylı mediasiya təşkilatına 400 manat məbləğində mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386.1, 445.7 və 467-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından da göründüyü kimi iddiaçı və cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilsə də, cavabdeh bankın qarşısında olan öhdəliklərini yerinə yetirməyərək borcu ödəməmişlər. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.2014-cü il tarixli 072/İCD saylı müqavilə üzrə əsas borc hissəsində iddiasının tələbi əsaslı olduğundan təmin edilməlidir, bununla yanaşı məhkəmə qeyd edir ki, ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixə yaranmış faiz borcu müqavilə müddətinin bitdiyi 22.1.2017-ci tarixə illik 16%-lə hesablamaqla 69882,84 ABŞ dolları, həmin tarixdən xx.xx.2022-ci il tarixədək Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablamaqla 6331,11 ABŞ dolları cəmi 76213,95 ABŞ dolları məbləğində təmin edilməlidir. Həmçinin məhkəmə bildirir ki, xx.xx.2020-ci il tarixinli 726/M saylı müqavilə üzrə əsas borc ekspert rəyinə əsasən 154542,93 ABŞ dolları, faiz borcu isə iddia tələbinə uyğun 785 ABŞ dolları həcmində təmin edilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2020-ci il tarixli 726/M saylı kredit müqaviləsi üzrə 2317,11 ABŞ dolları məbləğində cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 1672,07 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin xx.xx.2020-ci il tarixli 726/M saylı kredit müqaviləsi üzrə faiz borcu hissəsində tələbi artıraraq 10794,42 ABŞ dolları məbləğində cavabdehdən tutulması ilə bağlı hissədə bildirir ki, həmin ərizə məhkəmənin hazırlıq iclasında deyil baxış iclasında verildiyi üçün məhkəmə tərəfindən qəbul edilmir. Eyni zamanda məhkəmə mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində vəsaitin tələbini tam təmin etsə də, dövlət rüsumu ilə bağlı tələb iddianın təmin edilmiş hissəyə mütənasib, yəni 361,55 (89,94%) manat həcmində təmin edilməli, ekspertiza xərci də eyni qaydada iddianın təmin edilmiş hissəyə mütənasib təmin edilməlidir, belə ki, Cavabdeh MMC-dən 224,85 manat (89,94%), iddiaçı LPO İddiaçı ASC-dən 25,15 (10,06%) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Həmçinin məhkəmə cavabdehin nümayəndəsinin xx.xx.2014-cü il tarixli 072/İCD saylı müqavilə üzrə borcun tutulması tələbi ilə bağlı hissəsini iddia müddətinin keçməsi əsası ilə rədd edilməsi ilə bağlı ərizəyə münasibətdə bildirir ki, həmin müqavilənin bitmə tarixi xx.xx.2017-ci il tarix olsa da, Cavabdeh MMC tərəfindən 3 il tamam olmamış xx.xx.2019-cu il tarixdə 195,96 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 79,10 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 1217 ABŞ dolları məbləğində ödənişlər etdiyinə görə, sözügedən müqaviləyə münasibətdə iddia müddəti tətbiq edilməklə iddia rədd edilə bilməz. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2014-cü il tarixli 072/İCD saylı kredit müqaviləsi üzrə 37661,03 ABŞ dolları əsas borc, 76213,95 ABŞ dolları (16% və 5%) faiz borcu cəmi 113874,98 ABŞ dolları, həmçinin xx.xx.2020-ci il tarixli 726/M saylı kredit müqaviləsi üzrə 154542,93 ABŞ dolları əsas borc, 785 ABŞ dolları faiz borcu, 1672,07 ABŞ dolları dəbbə pulu cəmi 157000 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın məzənnəsi ilə manatla, bununla yanaşı mediasiya xərci kimi ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 361,55 manat məbləğində vəsait tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. 250 manat məbləğində ekspertiza xərcinin 224,85 manatı Cavabdeh MMC-dən, 25,15 manat isə LPO İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2014-cü il tarixli 072/İCD saylı kredit müqaviləsi üzrə 37661,03 ABŞ dolları əsas borc, 76213,95 ABŞ dolları (16% və 5%) faiz borcu cəmi 113874,98 ABŞ dolları, həmçinin xx.xx.2020-ci il tarixli 726/M saylı kredit müqaviləsi üzrə 154542,93 ABŞ dolları əsas borc, 785 ABŞ dolları faiz borcu, 1672,07 ABŞ dolları dəbbə pulu cəmi 157000 ABŞ dolları ödəniş günü Mərkəzi Bankın məzənnəsi ilə manatla, bununla yanaşı mediasiya xərci kimi ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 361,55 manat məbləğində vəsait tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. 250 manat məbləğində ekspertiza xərcinin 224,85 manatı Cavabdeh MMC-dən, 25,15 manat isə LPO İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-24/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-24/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver