Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2407/2024 14.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMc-dən 17424 (on yeddi min dörd yüz iyirmi dörd) manat, 1000 (min) manat zərər, vəkilə xidmət haqqı olaraq ödənilmiş 540 manat pul olmaqla, cəmi 18964 (on səkkiz min doqquz yüz altmış dörd) manat pulun və iş üzrə ödənilmiş 150 manat dövlət rüsumunun alınaraq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.1996-cı il tarixdən kənd təsərrüfatı sahəsində dərman preparatlarının satışı ilə məşğul olmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı MMC kənd təsərrüfatı sahəsində istifadə olunan dərman preparatlarını xarici dövlətlərdən alaraq Azərbaycan Respublikasına gətirir və satışını həyata keçirir. İddiaçı QSC 2022-ci ilin aprel, iyun aylarında təhvil-təslim aktı əsasında ümumilikdə 21784,02 manat dəyərində kənd təsərrüfatı üçün lazım olan dərman preparatları vermişdir. Həmin məbləğdən cavabdeh İddiaçı QSC-yə cəmi 4360 manat ödəmiş və hazırda 17424 manat borclu qalmışdır. Dəfələrlə Cavabdeh MMC-yə İddiaçı QSC-yə olan 17424 manat borcunu ödəməsi bildirilsə də, cavabdeh bu günə qədər iddiaçıya olan borcunu ödəməmişdir. Cavabdeh MMC yuxarıda sadalanan məsulların alışı üzrə 17424 manat pulu qanunsuz olaraq özündə saxlamaqla, İddiaçı QSC-yə zərər vurmuşdur. İddiaçı bu zərəri 1000 (min) manat olaraq dəyərləndirir. Hesab edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə əsasən 1000 manat pul Cavabdeh MMC-dən alınaraq İddiaçı QSC-yə ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - xx.xx.2022-ci il tarixli, **********3 bitki mühafizə vasitələrinin satışına dair təhviltəslim aktından görünür ki, 5254,02 (beş min iki yüz əlli dörd manat iki qəpik) manat dəyərində aktda göstərilən mal(lar) İddiaçı QSC tərəfindən təhvil verilmişdir. Sözgedən təhvil-təslim aktı hər iki tərəfin imzası (direktor xxxxxin imzası) ilə təsdiq edilmişdir. - xx.xx.2022-ci il tarixli, **********4 bitki mühafizə vasitələrinin satışına dair təhviltəslim aktından görünür ki, 4000 (dörd min) manat (ƏDV daxil) dəyərində aktda göstərilən mal(lar) İddiaçı QSC tərəfindən cavabdeh təhvil verilmişdir. Sözgedən təhvil-təslim aktı hər iki tərəfin imzası ilə (direktor xxxxxin imzası) təsdiq edilmişdir. - xx.xx.2022-ci il tarixli, **********5 bitki mühafizə vasitələrinin satışına dair təhviltəslim aktından görünür ki, 12530 (on iki min beş yüz otuz) manat dəyərində aktda göstərilən mal(lar) İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Sözgedən təhvil-təslim aktı hər iki tərəfin imzası ilə (direktor xxxxxin imzası) təsdiq edilmişdir. - 2495 nömrəli, xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, xxxxx tərəfindən İddiaçı QSC-yə 1360 (min üç yüz altmış) manat məbləğində ödəniş edilmişdir. - 0044 nömrəli, xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, xxxxx tərəfindən İddiaçı QSC-yə 3000 (üç min) manat məbləğində ödəniş edilmişdir. - İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3-ci maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında şifahi formada bağlanan alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdehndən 17424 manat ((5254,02+4000+12530)-(1360+3000)=17424,02) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı həmçinin 1000 (min) manat zərər məbləğinin cavabdehdən tutulmasını xahiş etmişdir. Göründüyü kimi, alqı-satqı predmeti olan kənd təsərrüfatı sahəsində istifadə olunan dərman preparatları 2022-ci ildə (aprel, iyun ayları) təhvil verilsə də, hazırkı vaxtadək onların dəyəri tam ödənilməmişdir. Beləliklə, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı geçikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də 1000 (min) manat zərər məbləği iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı vəkilə ödənilmiş 540 (beş yüz qırx) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150 (yüz əlli) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, 540 (beş yüz qırx) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumuna görə 145 (yüz qırx beş) manat (ödənilməli olan dövlət rüsumu olmuşdur) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 17424 (on yeddi min dörd yüz iyirmi dörd) manat borc, 1000 (min) manat zərər, 540 (beş yüz qırx) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumuna görə 145 (yüz qırx beş) manat olmaqla, cəmi 19109 (on doqquz min yüz doqquz) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2407/2024
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2407/2024
14.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver