Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-241/2024 02.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Rafiq qızına qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Rafiq qızına qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Rafiq qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 166319,80 (bir yüz altmış altı min üç yüz on doqquz manat səksən qəpik) manat əsas, 85214,63 (səksən beş min iki yüz on dörd manat altmış üç qəpik) manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 6606,60 (altı min altı yüz altı manat altmış qəpik) manat faiz borcu, iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 404 (dörd yüz dörd) manat məbləğində mediasiya xərci, iş üzrə ödənilmiş 145 (bir yüz qırx beş) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat rüsumun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Rafiq qızından müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 Rafiq qızına məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində 0.1345 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 280.1 kv.m olan 306 nömrəli bağ evinə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 və Cavabdeh1 Rafiq qızından müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli, 11/0017/OBK saylı kredit müqaviləsinə əsasən borcalana 36 (otuz altı) ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 200000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 Rafiq qızına məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində 0.1345 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 280.1 kv.m olan 306 nömrəli bağ evi ipotekaya qoyulmuş və bu barədə bank ilə ipoteka qoyan arasında 15 oktyabr 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Borcalan Cavabdeh2 kredit verilərkən Cavabdeh1 Rafiq qızı ilə bank arasında 15 oktyabr 2019-cu il tarixli üç tərəfli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********997 saylı xx.xx.2023-cü il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 və Cavabdeh1 Rafiq qızına qarşı “kredit borcunun qaytarılması” tələbi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdehlər mediasiya sessiyasında iştirak etmədiklərindən “İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə MŞB/12/2023-00564 nömrəli xx.xx.2023-cü il tarixli arayış tərtib edilmişdir. xx.xx.2023-cü il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 258141,03 manat təşkil edir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.7, 295, 317.1, 319.1, 385.1, 442, 445, 445.2.1, 445.2.2, 445.3, 449.1, 449.4, 472.1, 739.1, və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.3, 36.2, 39.3, 47.5-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.
5. İş üzrə Cavabdeh1 Rafiq qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
7. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini əsas borc hissəsində qəbul edir, lakin faiz borcu hissəsində qəbul etmir. Ona görə də iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş edir.
8. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 11/0017/OBK nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh2 bank tərəfindən 36 ay müddətinə 200000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ, müddət, faiz dərəcəsi və məqsədi ayrıca оlaraq kredit razılaşması ilə müəyyən olunmuşdur.
9. "xxxx" ASC ilə Cavabdeh1 Rafiq qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 11/0017/OBK nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 11/0017/OBK nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 Rafiq qızı bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
10. İpoteka saxlayan – "xxxx" ASC ilə ipoteka qoyan – Cavabdeh1 Rafiq qızı, borc alan – Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 54 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin məzmunundan görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 11/0017/OBK nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 Rafiq qızı tərəfindən ünvan 1 ünvanında olan 0.1345 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 280.1 kv.m olan 306 nömrəli bağ evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 98 nömrəli reyestr kitabının 9967 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, ünvan 1 ünvanında olan 0.1345 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 280.1 kv.m olan 306 nömrəli bağ evinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.
12. xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin məzmunundan görünür ki, ipoteka saxlayan "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Rafiq qızına müvafiq bildirişlər göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixdə təqdim olunmuş və xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat məbləğində dövlət rüsumu və 45 (qırx beş) manat məbləğində xidmət haqqı ödəmişdir.
13. "xxxx" ASC-nin Cavabdeh2 və Cavabdeh1 Rafiq qızına ünvanladığı xx.xx.2023cü il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, 258141,03 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir.
14. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, **********007 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 11/0017/OBK nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka əsas borcu 166319,80 manat, faiz borcu 85214,63 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 6606,60 manat olmaqla, ümumilikdə 258141,03 manat təşkil edir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9009 saylı ekspert rəyindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 11/0017/OBK nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2022-ci il tarixə əsas borc üzrə 169352,98, faiz borcu üzrə 56096,09 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 169352,98, faiz borcu üzrə 56096,09 manat, əldən çıxmış fayda borcu üzrə 6727,08 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 169352,98, faiz borcu üzrə 56096,09 manat, əldən çıxmış fayda borcu üzrə 7573,84 manat məbləğində müəyyən olunur.
16. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli, LP-084/2024 saylı qiymətləndirmə rəyindən görünür ki, ünvan 1 ünvanında olan 0.1345 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 280.1 kv.m olan 306 nömrəli bağ evinin likvid dəyəri 421000 manat, bazar dəyəri 468000 manat təşkil edir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
18. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
20. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi
21. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, 11/0017/OBK nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 bankdan 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 20% olmaqla, 200000 (iki yüz min) manat məbləğində kredit götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh1 Rafiq qızı arasında xx.xx.2019-cu il tarixli, 11/0017/OBK nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqavilələrə əsasən "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 11/0017/OBK nömrəli kredit müqaviləsi Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 Rafiq qızı bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İpoteka saxlayan – "xxxx" ASC ilə ipoteka qoyan – Cavabdeh1 Rafiq qızı, borc alan – Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 54 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 11/0017/OBK nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 Rafiq qızı tərəfindən onların mülkiyyətində olan ünvan 1 ünvanında olan 0.1345 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 280.1 kv.m olan 306 nömrəli bağ evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.
22. İddia tələbinin bir hissəsini cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 Rafiq qızından müştərək qaydada xx.xx.2019-cu il tarixli, 11/0017/OBK nömrəli kredit müqaviləsi üzrə 166319,80 (bir yüz altmış altı min üç yüz on doqquz manat səksən qəpik) manat əsas, 85214,63 (səksən beş min iki yüz on dörd manat altmış üç qəpik) manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 6606,60 (altı min altı yüz altı manat altmış qəpik) manat faiz borcunun tutulması təşkil edir.
23. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində qismən (ekspert rəyinə uyğun müqavilə müddətinin sonuna olan faiz məbləği) təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Rafiq qızından müştərək qaydada 166319,80 manat (yüz altmış altı min üç yüz on doqquz manat səksən qəpik) əsas borc, 56096,09 manat (əlli altı min doxsan altı manat doqquz qəpik) faiz borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra 5 faizlə hesablanmış 6606,60 manat (altı min altı yüz altı manat altmış qəpik) faiz məbləği olmaqla, cəmi 229022,49 manat iddiaçının xeyrinə tutulmalıdır.
24. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.
25. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh1 Rafiq qızına məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır.
26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 Rafiq qızına məxsus olan ünvan 1 ünvanında olan 0.1345 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 280.1 kv.m olan 306 nömrəli bağ evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh1 Rafiq qızına qaytarılmalıdır.
27. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
28. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan, ünvan 1 ünvanında olan 0.1345 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 280.1 kv.m olan 306 nömrəli bağ evinin likvid dəyərinin 421000 (dörd yüz iyirmi bir min) manat olması müəyyən edilmişdir.
29. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 Rafiq qızna məxsus olan ünvan 1 ünvanında olan 0.1345 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 280.1 kv.m olan 306 nömrəli bağ evinin ilkin satış qiyməti 421000 (dörd yüz iyirmi bir min) manat məbləğində müəyyən edilməlidir.
30. Eləcə də, iddiaçı 404 manat mediasiya xərci, ödənilmiş 145 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 45 (qrıx beş) manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
31. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat xidmət haqqı, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş mediasiya və dövlət rüsumuna görə 486,30 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
32. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pulun 177,40 manatı (yüz yetmiş yeddi manat qırx qəpik) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Rafiq qızından müştərək qaydada, 22,60 manat (iyirmi iki manat altmış qəpik) hissəsi iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
33. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pulun 266,20 manatı (iki yüz altmış altı manat iyirmi qəpik) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Rafiq qızından müştərək qaydada, 33,80 manat (otuz üç manat səskən qəpik) hissəsi iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30AZRT********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ02NABZ********************, kod: 512565, SWİFT: AZRT AZ 22) köçürülməlidir.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Rafiq qızından müştərək qaydada 166319,80 manat (yüz altmış altı min üç yüz on doqquz manat səksən qəpik) əsas borc, 56096,09 manat (əlli altı min doxsan altı manat doqquz qəpik) faiz borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra 5 faizlə hesablanmış 6606,60 manat (altı min altı yüz altı manat altmış qəpik) faiz məbləği olmaqla, cəmi 229022,49 manat (iki yüz iyirmi doqquz min iyirmi iki manat qırx doqquz qəpik), ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat xidmət haqqı, ödənilmiş mediasiya və dövlət rüsumuna görə 486,30 manat (dörd yüz səksən altı manat otuz qəpik) olmaqla, ümumilikdə 229568,79 manat (iki yüz iyirmi doqquz min beş yüz altmış səkkiz manat yetmiş doqquz qəpik) məbləğində pul vəsaiti ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh1 Rafiq qızına məxsus, ünvan 1 ünvanında olan 0.1345 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 280.1 kv.m olan 306 nömrəli bağ evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh1 Rafiq qızına qaytarılsın. İpoteka predmeti olan, ünvan 1 ünvanında olan 0.1345 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 280.1 kv.m olan 306 nömrəli bağ evinin ilkin satış qiyməti 421000 (dörd yüz iyirmi bir min) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pulun 177,40 manatı (yüz yetmiş yeddi manat qırx qəpik) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Rafiq qızından müştərək qaydada, 22,60 manat (iyirmi iki manat altmış qəpik) hissəsi iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pulun 266,20 manatı (iki yüz altmış altı manat iyirmi qəpik) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Rafiq qızından müştərək qaydada, 33,80 manat (otuz üç manat səskən qəpik) hissəsi iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30AZRT********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ02NABZ********************, kod: 512565, SWİFT: AZRT AZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova