Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2415/2025 16.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh, nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı LPO İddiaçı ASC (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonracavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 633068,63 ABŞ dolları borc olmaqla – bundan 538985,65 ABŞ dolları əsas, 19223,86 ABŞ dolları faiz borcunun və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 74859,12 ABŞ dolları, iş üzrə ödənilmiş 1328,11 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 sentyabr 2020-ci il tarixli 732/M nömrəli kredit müqaviləsinə əsasən “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə cavabdehə 18 (on səkkiz) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 700.000 (yeddi yüz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə Borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə Borc verən Borc alanı xəbərdar etdikdən 3 (üç) iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək Borc alanın vəzifəsidir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2H-21-1340/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 633.068,63 (altı yüz otuz üç min altmış səkkiz dollar 63 sent) ABŞ dolları təşkil edir. Bundan 538.985,65 (beş yüz otuz səkkiz min doqquz yüz səksən beş dollar 65 sent ) ABŞ dolları əsas, 19.223,86 (on doqquz min iki yüz iyirmi üç dollar 86 sent) ABŞ dolları faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 74.859,12 (yetmiş dörd min səkkiz yüz əlli doqquz dollar 12 sent) ABŞ dolları təşkil edir.
3. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə yazılı etiraz verib iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını, X2 barəsində xüsusi qərardad qəbul edib, aiddiyəti prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 732/M saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi xx.xx.2022-ci ilə qədər qüvvədə olmuşdur. Bundan əlavə iş materiallarına əlavə edilən sənədlərdən görsənir ki, guya Cavabdeh tərəfindən həmin pul vəsaiti Kanadada yerləşən şirkətə ödənilib. Halbuki, ödəniş tapşırıqlarında olan imza Cavabdeh məxsus deyildir. Buna dair tərəfimizdən məhkəməyə vəsatət verilmiş və xətşünaslıq ekspertizasının keçirilməsi tələb edilmişdir. Lakin məhkəmə tərəfindən bu vəsatət təmin edilməmişdir. Qeyd etmək istəyir ki, ödənişlərin Cavabdeh tərəfindən həyata keçirilməməsi danılmazdır. Belə ki, o, yalnız Sultanov Natiqin nümayəndəsi qismində 447/M saylı müqavilə üzrə 150.000 ABŞ dolları məbləğində ödəniş etmiş, digər pul vəsaitləri onun tərəfindən ödənilməmişdir. Əlavə olaraq, iş materiallarında əks olunmuş digər sənədlərə əsasən, guya 2022-ci ilin oktyabr ayında 700.000 (yeddi yüz min) ABŞ dolları xarici mənbədən "xxxx" ASC-yə qaytarılmış və bu məbləğ tam şəkildə nağd olaraq Cavabdeh təqdim edilmişdir. Bildirir ki, bu iddia reallığı əks etdirmir. Belə ki, qeyd edilən tarixdə tərəflər arasında olan kredit müqaviləsi artıq qüvvəsini itirmişdi və bu halda "xxxx" ASC tərəfindən Cavabdeh hər hansı məbləğdə vəsaitin verilməsi nə hüquqi, nə də iqtisadi baxımdan əsaslandırıla bilər. Eyni zamanda, qeyd edilən məbləğin kassadan çıxarılaraq Cavabdeh təqdim edilməsinin hər hansı hüquqi bazası mövcud deyildir. Bu baxımdan, əgər formal olaraq belə bir təqdim etmənin baş verdiyi iddia olunursa, bu hal yalnız əsassız varlanma kimi qiymətləndirilə bilər ki, bu barədə iddia müddəti qanunvericiliyə əsasən iki il təşkil edir. Bütün bu faktları nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qərar qəbul etməyinizi xahiş edir. Həmçinin Cavabdeh verdiyi ifadələrə əsasən, onun Həsənov Elmir tərəfindən aldadılaraq sənədlərin imzalatdırılması ona dəlalət edir ki, həmin pul vəsaitləri həmin dövr bankın sabiq rəhbərliyi tərəfindən mənimsənilmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, xahiş edir ki, iddia tələbi rədd edilsin və Həsənov Elmir barəsində qeyd edilmiş faktın araşdırılması üçün xüsusi qərar qəbul edib, aiddiyəti prokurorluq orqanlarına göndərilsin.
İİ.Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Yusubov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, kredit müqaviləsi üzrə vəsait xx.xx.2020-ci il tarixdə cavabdehin adına olan bank hesabına köçürülmüş, cavabdehin göstərişi ilə xx.xx.2020-ci il tarixdə köçürmə sifarişi əsasında Kanadaya kompyuter hissələrinin alışı məqsədilə köçürülmüş, daha sonra vəsait xarici ölkədən xx.xx.2022-ci il tarixdə cavabdehin həmin hesabına geri qaytarılmış, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən kassa məxaric orderinə imza edilməklə nağd qaydada alınmışdır. Müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 155820 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 56000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 37286,71 manat vəsait ödənilmişdir. Rəylə razıdır, cavabdehin göstərdiyi xüsusatlar əsassızdır.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz edib iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, kredit müqaviləsini, kassa məxaric orderini özü imza etsə də, ona hər hansı vəsait verilməmiş, vəsait komendant işlədiyi binada sakin olan Elmir Həsənov adlı şəxs tərəfindən götürülmüşdür. Elmir ondan müqaviləyə qol çəkməsini xahiş etmiş, pulun Kanadaya köçürüləcəyini demiş, 2 il sonra yenidən banka gedərək Elmirin istəyi ilə kassa məxaric orderini imza etmişdir, lakin ona pul verilməmişdir. Kredit müqaviləsi üzrə hər hansı ödəniş etməmişdir. xx.xx.2022-ci il tarixli kassa mədaxil orderində imza ona məxsus olsa da, o, həmin vəsaiti başqa bir müqavilə üzrə ödəmiş, lakin ödənişin təyinat hissəsində nə yazılmasına əhəmiyyət verməmişdir. Kredit müqaviləsi üzrə ondan pulun tutulmasını istəmir.
İİİ. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin:
9. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
10. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
11. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
12. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
13. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 732/M nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 6% olmaqla 700000 ABŞ dolları məbləğində kredit 18 ay müddətinə verilmişdir.
15. Müqavilənin 5.2-ci bəndinə görə borc alana verilən kreditin qaytarılması faizlər rüblük, əsas məbləğ müddət ərzində ödənilməklə xx.xx.2022-ci il tarixinə kimi tam ödənilməlidir. Ödəniləcək kredit, o cümlədən ona hesablanmış faizlər, borcverənin hesabına ödənilir və ya köçürülür.
16. Müqavilənin 5.5-ci bəndinə görə gecikdirilmiş borc yarandıqda borc alan borc verənə gecikdirilmiş gün üçün icra edilmiş öhdəliyin 0,01% miqdarında vaxtı keçmiş faiz ödəyir.
17. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına görə xx.xx.2020-ci il tarixli, 732/M nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə yaranmış əsas borc 538985,65 ABŞ dolları, faiz borcu 19223,86 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 74859,12 manat təşkil edir.
18. Cavabdehin kredit müqaviləsi üzrə bank hesabından çıxarışa əsasən 700000 ABŞ dolları vəsait xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən həmin hesaba köçürülmüş, xx.xx.2021-ci ildə 37286,71 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 155820 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 56000 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə ödənişlər edilmişdir.
19. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına görə 700000 ABŞ dolları məbləğində pul cavabdehin bank hesabından “Fortressbank”a köçürülmüşdür (ödənişin təyinatı: 03-09/20 saylı xx.xx.2020-ci il tarixli müqavilə üzrə kompüter hissələri üçün avans).
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2025-ci il tarixli, 9/1989 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan hesabdan çıxarış məlumatları və xx.xx.2020-ci il tarixli, 732/M saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla və müqavilə dövründə illik 6%-lə, müqavilə dövründən sonra illik 5%-lə faiz hesablanmaqla Cavabdeh xx.xx.2022-ci il tarixədək (kredit müqaviləsinin son tarixi) banka olan faiz və əsas borcu 740.016,64 ABŞ dolları məbləğində və xx.xx.2025-ci il tarixədək (sualda göstərilən tarix) banka olan faiz borcu tam ödənilməmiş, əldən çıxmış fayda və əsas borcu 602.507,23 ABŞ dolları məbləğində müəyyən edilir. xx.xx.2022-ci il tarixə əsas borcu 699.999,97 ABŞ dolları, faiz borcu 40.016,67 ABŞ dolları (illik 6%-lə), xx.xx.2025-ci il tarixə əsas borcu 528.196,64 ABŞ dolları, faiz borcu 0.00 ABŞ dolları (illik 6 %-lə), əldən çıxmış fayda borcu 74.310,59 ABŞ dolları (illik 5%-lə) təşkil edir.
21. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
22. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
25. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
26. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2020-ci il tarixli, 732/M nömrəli kredit müqaviləsinə əsasən illik 6% olmaqla 700000 ABŞ dolları məbləğində 18 ay müddətinə qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh krеdit müqaviləsinin tələbini pоzaraq müqavilə üzrə ödəmələri yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışdır.
27. 28 iyul 2025-ci il tarixli ekspert rəyinə əsasən kredit müqaviləsi üzrə əsas borcu 528.196,64 ABŞ dolları, faiz borcu 0.00 ABŞ dolları (illik 6 %-lə) təşkil edir.
28. Məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq əsas və faiz borcu həmin rəy əsas götürülməklə müəyyən edilməlidir.
29. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehdən kredit müqaviləsi üzrə 528196,64 ABŞ dolları əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
30. Bundan əlavə, iddiaçı iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 74859,12 ABŞ dolları (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) məbləğində pulun ödənilməsi tələbini də irəli sürmüşdür.
31. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
32. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
33. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
34. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
35. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
36. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
37. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
38. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
39. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
40. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
41. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
42. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır, iddia bu hissədə qismən təmin edilməli, illik 5 faizlə hesablanan faiz borcunun məbləği 28 iyul 2025-ci il tarixli ekspert rəyinə uyğun olaraq müəyyən olunmalıdır.
43. 28.07.2025-ci il tarixli ekspert rəyində illik 5 faizlə hesablanan faiz borcunun məbləği 74310,59 ABŞ dolları müəyyən edilmişdir.
44. Məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin edilməli, cavabdehdən 74310,59 ABŞ dolları illik 5 faizlə hesablanan faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
45. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 528196,64 ABŞ dolları əsas borc, 74310,59 ABŞ dolları illik beş faizlə hesablanmış faiz borcu, ümumilikdə 602507,23 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
46. Məhkəmə cavabdehin yazılı etirazlarında göstərilən xüsusatları əsassız hesab edir.
47. Belə ki, cavabdeh məhkəmə iclaslarındakı izahatlarında xx.xx.2020-ci il tarixli kredit müqaviləsini, habelə xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzini və xx.xx.2022-ci il tarixli kassa məxaric orderini şəxsən imza etdiyini etiraf etmiş, kredit müqaviləsi üzrə pulun Kanadaya komputer alışı üçün köçürüldüyündən, daha sonra vəsaitin 2022-ci ildə geri qaytarıldığından məlumatlı olduğunu, 2022-ci il tarixdə yenidən banka gedib kassa məxaric orderinə imza etdiyini bildirmişdir.
48. Məhkəmə cavabdehin Elmir Həsənov adlı şəxs tərəfindən aldadılması barədə dəlilini əsassız hesab edir.
49. Belə ki, cavabdeh hansı səbəbdən 2020-ci ildə aldanıb müqaviləyə imza etdiyi halda, yenidən həmin şəxsin xahişi ilə 2022-ci ildə, yəni 2 il sonra iddiaçı banka yaxınlaşaraq kassa məxaric orderinə imza etməsinin səbəbini ağlabatan şəkildə izah edə bilməmiş, izahatında ümumi sözlər işlətmişdir.
50. Məhkəmə cavabdehin xx.xx.2022-ci il tarixli mədaxil qəbzində olan imzanın ona məxsus olmasına baxmayaraq hazırkı müqavilə üzrə hər hansı ödəniş etməməsi, həmin qəbzdə göstərilmiş ödənişin Natiq Sultanov adlı şəxsin nümayəndəsi qismində 447/M saylı müqavilə üzrə ödəməsi barədə dəlilini də əsassız hesab edir.
51. Belə ki, adıçəkilən həmin qəbzdə ödənişin təyinatı qismində “borclu Cavabdeh”, pulun mədaxil edildiyi hesab nömrəsi isə hazırkı kredit müqaviləsi üzrə olan hesab nömrəsi göstərilmiş, cavabdeh həmin təyinat hissəsinin iddiaçı tərəfindən dəyişdirilməsi ilə bağlı hər hansı addım atması barədə sübutunu məhkəməyə təqdim edə bilməmişdir.
52. Məhkəmə cavabdehin kredit müqaviləsi üzrə vəsaitin ona müqavilə bağlanan zaman deyil, 2022-ci ildə, yəni müqavilənin müddəti bitdikdən sonra hansı səbəbdən kassa məxaric orderinə imza etməklə verilməsi, bu səbəbdən həmin vəsaitin hazırkı müqavilə üzrə deyil, yalnız əsassız varlanma qaydasında tələb edilə bilməsi barədə dəlili ilə də razılaşmır.
53. Belə ki, materiallarda olan cavabdehin kredit müqaviləsi üzrə bank hesabından çıxarışdan görünür ki, 700000 ABŞ dolları vəsait tam şəkildə xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən həmin hesaba köçürülmüş, beləliklə həmin tarixdə cavabdehin sərəncamına daxil olmuş, müqavilə üzrə cavabdeh imzasını mübahisələndirmədiyi kassa mədaxil orderinə əsasən xx.xx.2022-ci il tarixdə 155820 ABŞ dolları kredit müqaviləsi üzrə ödəniş etmiş, 2 il ərzində həmin vəsaitin ona verilməsini tələb etməsi, habelə razılığı olmadan bankın vəsaiti digər hesaba köçürməsi barədə iddiaçı banka hər hansı pretenziya verilməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
54. Məhkəmə cavabdehin Elmir Həsənov adlı şəxs barədə (iddiaçı bankın İdarə Heyətinin əvvəlki sədri) xüsusi qərardad çıxarılması barədə vəsatətinə münasibətdə bildirir ki, məhkəmə araşdırması zamanı cavabdehin göstərdiyi xüsusatlar, ümumiyyətlə adı şəkilən şəxs tərəfindən aldanması öz təsdiqini tapmamışdır.
55. Bundan əlavə, cavabdeh müqavilənin imzalandığı 2020-ci ildən keçən 5 il müddət ərzində də göstərilən halla bağlı hər hansı hüquq mühafizə orqan(lar)ına müraciət və ya şikayət etməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
57. Hazırkı kommersiya mübahisəsi ilə bağlı xüsusi qərardadın çıxarılması üçün əsaslar müəyyən edilmədiyi üçün məhkəmə cavabdehin həmin vəsatətini əsassız hesab edir.
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
59. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 1302,13 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 25,87 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
60. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil edir.
61. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 200 (iki yüz) manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 528196,64 ABŞ dolları əsas borc, 74310,59 ABŞ dolları illik beş faizlə hesablanmış faiz borcu, ümumilikdə 602507,23 ABŞ dolları (altı yüz iki min beş yüz yeddi dollar iyirmi üç sent) (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 1302,13 (bir min üç yüz iki manat on üç qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 25,87 (iyirmi beş manat səksən yeddi qəpik) manat dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-nin özünə aid edilsin. Cavabdeh 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) hesabına ödənilsin. Cavabdeh tərəfindən verilmiş “xüsusi qərardad çıxarılması barədə vəsatət” təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X5