Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-242/2025 25.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həşimova Günay qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin cavabdehlər "xxxx" MMC, "X2" MMC, Cavabdeh3, X1 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin cavabdehlər "xxxx" MMC, "X2" MMC, Cavabdeh3, X1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, , Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 25 dekabr 2020-ci il tarixli 297313-1-37010 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 355000 manat məbləğində əsas borc, 23712.46 manat məbləğində faiz borcu, 55.95 manat məbləğində cərimə borcu, ümumilikdə isə 378768.41 manat məbləğində pulun, dövlət rüsumunun 668.77 manat məbləğində xərcin əvəzinin, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 36 (otuz altı) manat xidmət haqqının müştərək qaydada Cavabdeh2 MMCdən, Cavabdeh4 və Cavabdeh1 MMC-dən (keçmiş TUR SAN-A” MMC) İddiaçı ASCnin xeyrinə tutulmasını və ipoteka predmetinin ilkin satış qiymətinin 3000.00 (üç yüz min) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında 0.29065 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 494.3 kv.m. olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı və cavabdeh məhkəməyə barışıq sazişi təqdim etməklə, aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 30 may 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. Bakı Kommersiya Məhkəməsinin icraatında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "X2" MMC, Cavabdeh3, "xxxx" MMC və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə e-2- 2(113)-242/2025 saylı mülki işə baxılır.
2. “Borclular’’ın 25 dekabr 2020-ci il tarixli 297313-1-37010 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə “Bank"a müştərək qaydada olan ümumi borcu 355.000,00 (üç yüz əlli beş min) manat məbləğində əsas borc, 23.712,46 (iyirmi üç min yeddi yüz on iki, 46) manat məbləğində faiz borcu, 55,95 (əlli beş, 95) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 378.768,41 (üç yüz yetmiş səkkiz min yeddi yüz altmış səkkiz, 41) manat məbləğində müəyyən edilir.
3. “Tərəflər" hazırki Sazişi imzalamaqla aralarında yaranmış kommersiya mübahisənin məhkəmədən kənar qaydada həllinə dair razılığa gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: 3.1. Bu Sazişin 2-ci bəndində göstərilən kredit müqaviləsi üzrə “Borclular”ın müştərək qaydada Banka ümumi borcu 378.768,41 (üç yüz yetmiş səkkiz min yeddi yüz altmış səkkiz manat, 41) manat məbləğində müəyyən edilir. Bu Saziş bağlandıqdan sonra borc məbləğinə hər hansı faiz və digər əlavə ödəniş hesablanmır. “Borc!ular"ın Banka müştərək qaydada olan ümumi borc məbləğini 36 (otuz altı) ay müddətində, hər ayın 05dən gec olmayaraq aşağıd^ qeyd olunan qrafika əsasən “Borclular' tərəfindən müştərək qaydada “Banka" ödənilir. Bununla da, “Borclular”ın “Bank” qarşısında olan öhdəlikləri tam/jicra /oKjnmuş hesab olunur, “Bank” tərəfindən “Borclular”a bu barədə arayış jpbdiıWedilir və “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş ipoteka predmeti yüklülük/dən azad olunur. . Barışıq sazişi üzrə ödəniş cədvəli 1. 5,000 13. 8000 25. 8000 2. 5,000 14. 8000 26. 8000 3. 5,000 15. 8000 27. 8000 4. 5,000 16. 8000 28. 8000 5. 5,000 17. 8000 29. 8000 6. 5,000 18. 8000 30. 8000 7. 6,000 19. 8000 31. 8000 8. 6,000 20. 8000 32. 8000 9. 6,000 21. 8000 33. 8000 10. 6,000 22. 8000 34. 8000 11. 6,000 23. 8000 35. 8000 12. 6,000 24. 8000 36. 128.768,41
4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) gündən artıq olmamalıdır. “Borclular” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan və hər hansı mübahisə etmədən aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. “Borclular”dan müştərək qaydada “Bank”a olan 378.768,41 (üç yüz yetmiş səkkiz min yeddi yüz altmış səkkiz manat, 41) manat məbləğində ümumi borc üzrə borcun həmin günə olan qalıq məbləği “Bank”ın xeyrinə tutulur. 4.2. Bu sazişin 4.1-ci bəndinə əsasən “Borclular”dan müştərək qaydada tutulmalı olan borc “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında 0.29065 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 494.3 kv.m (Əmlak kompleksi kimi müəssisənin tərkibi “İstehsal binası”-1 mərtəbəli, tikintialtı sahəsi 440.8 kv.m ümumi sahə 353.7 kv.m “Anbar”-1 mərtəbəli, tikintialtı sahəsi 50 kv.m, ümumi sahəsi 34.4 “İstehsal sahəsi” 1 mərtəbəli tikintialtı sahəsi 90 kv.m, ümumi sahəsi 70.7 kv.m “Gözətçi binası” 1 mərtəbəli, tikintialtı sahəsi 48 kv.m, ümumi 35.5 kv.m) olan əmlak kompleksi kimi müəssisə (ipoteka predmetinin ilkin satış qiyməti satış zamanı müstəqil, qiymətləndirici tərəfindən mövcud likvid qiymətinə uyğun qiymətləndirilməklə) yönəldilir, daşınmaz əmlak açıq hərracdan satılır, “ipoteka qoyan” Cavabdeh3 ən gec bir ay ərzində tərk etmədikdə və Əmlak Kompleksindən çıxmadıqda Əmlak Kompleksindən məcburi/qaydada çıxarılır və boşaldılır, satışdan əldə olunmuş vəsait isə “Bank”a ödən/lir.'y 4.3. İpoteka predmetinin satışından əldə olunmuş vəsait Äu Sjazi^in 4.1-ci bəndində qeyd olunan “Borclular”ın müştərək qaydada “Bank’la ola# borcunun qalığının bağlanmasına, qalan hissə isə “ipoteka qoyan”a qaytarılır. ,
4.4. İpoteka predmetinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, həmin çatışmayan məbləğ “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar “İcra haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq açıq hərracdan satılır və əldə olunmuş vəsait “Borclular”ın müştərək qaydada “Bank”a olan borcunun ödənilməsinə yönəldilir.
5. “Borclular” bu Sazişin 3-cü bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqaviləsi üzrə “Bank” qarşısında heç bir öhdəliyi qalmır, bu Sazişin 4.2-ci bəndində göstərilən daşınmaz əmlak "Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad edilir və ipoteka müqaviləsinə xitam verilir.
6. “Tərəflər” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir. Yekun müddəalar.
7. Bu Sazişin şərtləri “Tərəfiər”in könüllü iradələrini əks etdirir.
8. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.
9. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi “Tərəflər”ə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir.
10. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 6 (altı) nüsxədə tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :