Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2429/2020 21.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh2 X6 nümayəndəsi Vəkil2, Cavabdeh1 nümayəndəsi Vəkil1 iştirakı ilə, XXXXXXX Cavabdeh2 X8 (ASC) və Cavabdeh1nə qarşı (ləğv prosesində olan “xxxxxxxxxxxxx” X9 Səhmdar Cəmiyyətinin ləğvedicisi X4 üçüncü şəxs kimi cəlb edilməklə) kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tutmanın əmlaklara yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti göstərilməklə açıq hərracdan satılaraq borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: XXXXXXXX iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin xx xxx 2014-cü il tarixli, KBU14-1592 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 231780,88 manat faiz borcu olmaqla, ümumilikdə 9481780,88 manat, xx xxxxxxxx 2014-cü il tarixli, KBO14-1618 nömrəli kredit müqaviləsi üzrə 5194444,45 manat əsas, 63395,64 manat faiz borcu olmaqla, ümumilikdə 5257840,09 manat olmaqla, cəmi 14739620,97 manat kredit borcunun ödənilməsi üçün tutmanın Cavabdeh2 ASC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 36 ünvanında 1,43973 ha torpaq sahəsində yerləşən 14987,2 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə və Cavabdeh1 MMC-yə məxsus “xxxxxxxxxxxxxxxx” ASC-nin nominal dəyəri 24 manat olan 843 113 ədəd sənədsiz adlı səhmə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) göstərilməklə ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin ləğvedicisi X4 tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına QSC “xxxxxxxxxxxxx” KB-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 ASC-nin nümayəndəsi Vəkil2 və Cavabdeh1 MMC-nin nümayəndəsi Vəkil1 vəsatət verərək hazırkı işin Bakı Kommersiya Məhkəməsinin digər hakiminin icraatında olan ləğv prosesində olan “xxxxxxxxxxxxx” X10 Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 Cavabdeh1 MMC-yə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə işlə bir icraatda birləşdirilməsini xahiş etmişlər. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırda Cavabdeh1 MMC-nin təminatı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından “xxxxxxxxxxxxx” Kommersiya Bankı QSC tərəfindən alınaraq ona verilmiş kredit hal – hazırda hər 2 iş üzrə tələb edilir. Cavabdehlər Cavabdeh2 ASC-nin nümayəndəsi Vəkil2 və Cavabdeh1 MMC-nin nümayəndəsi Vəkil1 ayrı – ayrılıqda vəsatətdə göstərilən xüsusatları təsdiq etdiklərini bildirərək təmin olunmasını məhkəmədən xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1 və 43.2-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Hər 2 iddia ərizəsinin məzmunundan görünür ki, mübahisənin predmetini eyni kredit müqaviləsi təşkil edir, hazırkı iş üzrə kredit borcunun ödənilməsi üçün tutmanın yüklü edilmiş əmlaklara yönəldilməsi, digər iş üzrə isə həmin kredit borcunun ödənilməsi tələb olunur. İş materiallarından görünür ki, “xxxxxxxxxxxxx” X10 Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 Cavabdeh1 MMC-yə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iş xx xxxxxxxx 2020-ci il tarixdə, hazırkı iş isə xx xxxxxxxx 2020-ci il tarixdə icraata qəbul edilmişdir. Məhkəmə hesab edir ki, işlər bir-biri ilə əlaqəli və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılması zəruri olduğundan həmin işlər bir icraatda birləşdirilməli, hazırkı mülki iş daha sonra icraata qəbul olunduğundan “xxxxxxxxxxxxx” X10 Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 Cavabdeh1 MMC-yə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: XXXXXXXXX Cavabdeh2 X8 və Cavabdeh1nə qarşı (ləğv prosesində olan “xxxxxxxxxxxxx” X9 Səhmdar Cəmiyyətinin ləğvedicisi X4 üçüncü şəxs kimi cəlb edilməklə) kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tutmanın əmlaklara yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti göstərilməklə açıq hərracdan satılaraq borcun ödənilməsi barədə e-2-2(113)-2429/2020 saylı iş “xxxxxxxxxxxxx” X10 Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 X2rşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə e-2-2(113)-2351/2020 saylı mülki işlə bir icraatda birləşdirilsin və baxılması üçün Bakı Kommersiya Məhkəməsinin hakimi X7 verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2429/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2429/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver