Məhkəmə qərarları › İş №e-2-2(113)-243/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-243/2021

23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-243/2021 23.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndələri Nümayəndə və X1, cavabdehin qanuni təmsilçisi X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi, icarə haqqının ödənilməsi və əmlakın geri qaytarılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış “avadanlığın və əsas vəsaitin icarəyə verilməsi barədə” QSZİ 37/0318 saylı, 05.03.2018-ci il tarixli müqavilənin ləğv edilməsi, müqavilə üzrə cavabdehin istifadəsinə verilmiş 1 ədəd tırtıllı Mobil Drobilka, 1 ədəd elektron yük tərəzisi 3x14 m. gücü 80 t; 1 ədəd dəmir konteyner 12m; 1 ədəd Prefabrik Ofis (sökülüb yığılan) 64 m2; 1 ədəd otaq daşla tikili (300x200sm); 1 ədəd bunker - qumxammalı üçün; 1 ədəd ələk - qumxammalı üçün; 1 ədəd podşibnik 211; 1 ədəd reduktor oksigen; 1 ədəd reduktor propan; 1 ədəd motor 18,5 Kv 1000; 1 komplekt rezak – Rusiya (komplekt);1 ədəd propan balonu (boş balon);48 kv.m. alçıpan; 1 ədəd rubilnik 250A; 1 ədəd sayğac elektrik 220 V; 1 ədəd şit 500X600 (406); 2 ədəd propan balonu üçün rezin halqa 30.5; Qum-çınqıl 0x40; 196723.18 ton ballast (çay daşı); 1 ədəd generator 2,5 kva; 1 ədəd motor 5.5kv 1500; 1 ədəd su nasosu 18 kw; 1 ədəd əl ilə qaynaq aparatı; 1 ədəd çalışma masası; 2 ədəd oksigen balonu (boş balon); 960,3 ton qum otsep doğranmış; 206,22 qum-çınqıl 5x15 – dən ibarət olan əmlakın və ya onun dəyərinin Cavabdeh MMC-dən alınaraq İddiaçıMMC-yə verilməsi; iddiaçı ilə cavabdeh arasında bağlanmış QSZİ 37/0318 saylı, 05.03.2018-ci il tarixli avadanlığın və əsas vəsaitin icarə müqaviləsi üzrə hesablanmış 70.800 manat məbləğində icarə haqqının Cavabdeh MMC-dən tutularaq İddiaçıMMC-yə ödənilməsi, İddiaçı MMC-nin İdarə Heyəti sədrinin “Əsas vəsaitlərin təhvil-təslim edilməsi barədə” 100 K nömrəli, 10 iyul 2018-ci il tarixli əmri ilə cavabdehə verilmiş 1 ədəd X7-9 kondisioner; 1 ədəd daşqıran Sex Erdem(Türkiyə istehsalı); 1 ədəd motorlu qumyuyan qurğu; 1 ədəd klassifikator; 1 ədəd qaynaq makinası 450 RKM; 1 ədəd transformator - 630 Kvt; 1 ədəd nasos FHE 40-125/22 - elektrik mühərrik ilə; 1 ədəd Nasos K 20/30 elektrik mühərrik ilə; 1 ədəd Nasos K 20/30 elektrik mühərrik ilə; 1 ədəd Tərəzi Gas/NT/Vvbk25/80t avtomobil; 1 ədəd gedik Gkm500- 2 W qaynaq aparatı (Welding); 1 ədəd Mon HP 2011 X Led Backlit LCD; 1 ədəd CSE HP Pro 3500 X8 500Gb Ram4Gb İ5; 1 ədədAdslModem; 1 ədəd Samovar Elektrik-Qaz 40 l; 1 ədəd Soyuducu Ulvi“Aliyev&Co”Az(100*200*80 sm); 1 ədəd stol- ofis üçün; 1 ədəd stolofis üçün; 1 ədəd stol- ofis üçün; 1 ədəd masa l-vari (nabor); 1 ədəd çarpayı - 1 nəfərlik; 1 ədəd dəmir konteyner 12x2.4 metr; 1 ədəd dəmir vaqon 6x3; 1 ədəd dəmir vaqon 6x3; 1 ədəd dəmir vaqon 6x3; 2 ədəd B.İ.S dəmir vaqon (3*6.2.8); 1 ədəd qaynaq aparatı 380 VT; 1 ədəd bunker 3500 x 3500 mm; 3 ədəd kondisioner; 12 ədəd sarı əlcək; 1 ədəd qaynaqçı maskası; 13 ədəd bolt-qayka-şayba m24x120; 1 ədəd A.S.Z. qarmaq (müxtəlif ölçüdə); 1 ədəd yanğın tupu CO 2-5 kq; 1 dəstaçar - altıkünc 1.5-10; 6 ədəd filter hava 1R2162/2R2162; 1 ədəd filter hava AF25129; 1 ədəd filter hava AF25130; 1 ədəd filter karobka 714-07-28712; 1 ədəd filter yanacaq FF202; 1 ədəd filter yanacaq P557440; 1 ədəd filter 4F2045; 1 ədəd filter hava 1R2102/2R2102; 3 ədəd filter hava 1R2137/2R2137; 2 ədəd filter hava 1R2203/2R2203; 1 ədəd filter hava AF7623372; 1 ədəd filter hidravlik; 1 ədəd filter hidravlık; 3 ədəd filter korobka; 7 ədəd filter su; 2 ədəd filter yağ 3l1080; 2 ədəd filter yağ P559000; 1 ədəd filter yanacaq P553500; 2 ədəd filter yanacaq AD2422 (Türkiyə istehsalı); 1 ədəd filter yanacaqAD2246 (Türkiyəistehsalı); 3 ədəd filter yanacaq FS1000; 2 ədəd filter yanacaq FS19599/(3S4007); 7 ədəd remen 17x4267; 4 ədəd satalitin şestirnası; 5 ədəd podşibnik yatağı 512 (komplekt); 2 ədəd podşibnik yatağı SN534 SKF; 2 ədəd PST-1 yatağı(23136 podşibnik üçün); 1 ədəd tank su ton (Çən); 2 ədəd GSB 1600 RE Drel Bosch (Almaniya istehsalı); 2 ədəd B.İ.S. dəmir seyf 1700x900x500; 1 ədəd B.İ.S. şkafseyf; 1 ədəd çalışma masası; 2 ədəd ofis stul dönən; 11 ədəd şkaf paltar tək qapı; 2 ədəd tumboçka; 1 ədəd qaz plitəsi(4 gözlü); 1 ədəd Tərəzi elektron 30 kq; 1 ədəd yanğın söndürmə balonu; 3 ədəd oksigen balonu (boş); 2 ədəd propan balonu (boş); 22,06 kq B.S.S. setka (asinkovuməftildən) 2.5 mm; 1 ədəd elektrik qızdırıcı(ekvator 3 kw); 2 ədəd radiator qızdırıcı seksiyası; 1 ədəd su qızdırıcı sopen 40 lt; 1400 ədəd satış qaiməsi; 3 ədəd elektrik setkası 6mm1.95x2.1; 1 ədəd su nasosu 150/100; 1 ədəd elektrik setkası 16 mm1.95x2.1; 3 ədəd elektrik setkası 25 mm1.95x2.1; 1 ədəd baraban F 326 mm; 1 ədəd elektrik setkası – 25 mm1.5x4.35; 1 ədəd elektrik setkası – 6 mm1.5x4.35; 2 ədəd elektrik setkası – 5 mm1.16x2.10-dan ibarət olan əmlakın (avadanlıqların) və ya onun dəyərinin Cavabdeh MMC-dən alınaraq İddiaçıMMC-yə verilməsi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (əvvəlki adı “xxxx” MMC) ilə Cavabdeh MMC (əvvəlki adı: “X6” MMC) arasında bağlanmış QSZİ 37/0318 saylı, 05.03.2018-ci il tarixli avadanlığın və əsas vəsaitin icarə müqaviləsinə görə, iddiaçı/icarəyə verən, ona məxsus olan müqavilənin ayrılmaz tərkib hissəsi Əlavə-1-də göstərilən tərkibdə Ağstafa rayonu Poylu qum çınqıl karxanası ərazisində yerləşən avadanlıq və əsas vəsaitləri icarə məqsədi ilə cavabdehin/icarəçinin müddətli istifadəsinə verməyi, cavabdeh isə müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirərək, aşağıdakı avadanlıq və əsas vəsaitləri cavabdehin istifadəsinə vermiş və həmin əmlak hazırda cavabdehin istifadəsindədir: 1 ədəd tırtıllı mobil drobilka, 1 ədəd elektron yük tərəzisi 3x14 mgücü 80 t; 1 ədəd dəmir konteyner 12m; 1 ədəd prefabrik ofis (sökülüb yığılan) 64 m2; 1 ədəd otaq daşla tikili (300x200sm); 1 ədəd bunker – qum xammalı üçün; 1 ədəd ələk – qum xammalı üçün; 1 ədəd podşibnik 211; 1 ədəd reduktor kislorod; 1 ədəd reduktor propan; 1 ədəd motor 18,5 Kv 1000; 1 komplekt rezak – Rusiya (komplekt);1 ədəd propan balonu (boş balon);48 kv.m. Alçıpan; 1 ədəd rubilnik 250A; 1 ədəd sayğac elektrik 220 V; 1 ədəd Şit 500X600 (406); 2 ədəd propan balonu üçün rezin halqa 30.5; qum-çınqıl 0x40; 196723.18 ton ballast (çay daşı); 1 ədəd generator 2,5 kva; 1 ədəd Motor 5.5kv 1500; 1 ədəd su nasosu 18 kw; 1 ədəd əl ilə qaynaq aparatı; 1 ədəd çalışma masası; 2 ədəd oksigen balonu (boş balon); 960,3 ton qum otsep doğranmış; 206,22 qum-çınqıl 5x15. Lakin müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 2.1 və 2.2.-ci bəndlərinə görə, cavabdeh hər ay üzrə müəyyən olunmuş 2000 manat (ƏDV xaric) icarə haqqını bank köçürmə yolu ilə iddiaçıya ödəməli olduğu halda, hal-hazıradək heç bir ödəniş etməmişdir. Hazırda cavabdehin iddiaçıya 70.800 manat məbləğində icarə haqqı borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini pozduğuna görə iddiaçı cavabdehə müraciət edərək, Ağstafa rayonu, Poylu kəndi ərazisində Qum-çınqıl karxanasının ərazisindəki mal-material və əsas vəsaitlərin icarəyə verilməsi barəsində olan QSZİ 37/0318 saylı, 05.03.2018-ci il tarixli müqavilənin ləğv edilməsi haqqında razılaşmanın 7 gün müddətində bağlanılması, icarə haqqı borcunun ödənilməsi, malmaterial və əsas vəsaitlərin iddiaçıya təhvil verilməsini cavabdehə təklif etsə də, sonuncu tərəfindən bu istiqamətdə hər hansı addım atılmamışdır. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilədən irəli gələn öhdəliklərin icra olunmaması, yəni müqavilə üzrə müəyyən olunmuş aylıq icarə haqqının ödənilməməsi, müqavilənin əhəmiyyətli dərəcədə pozuntusuna dəlalət edir ki, bu da müqavilənin ləğv edilməsinə əsas verir. Bundan başqa, İddiaçı MMC-nin İdarə Heyəti sədrinin “Əsas vəsaitlərin təhvil-təslim edilməsi barədə” 100 K nömrəli, 10 iyul 2018-ci il tarixli əmri ilə iddiaçıya məxsus olan, Poylu Qum-Çınqıl sahəsində yerləşən 88 növdə olan avadanlıqlar cavabdehə təhvil verilmişdir. Həmin avadanlıqlar aşağıdakılardan ibarətdir: 1 ədəd X7-9 Kondisioner; 1 ədəd daşqıran sex Erdem (Türkiyə istehsalı); 1 ədəd motorlu qumyuyan qurğu; 1 ədəd klassifikator; 1 ədəd qaynaq makinası 450 RKM; 1 ədəd transformator - 630 Kvt; 1 ədəd nasos FHE 40-125/22 - elektrik mühərrik ilə; 1 ədəd nasos K 20/30 elektrik mühərrik ilə; 1 ədəd nasos K 20/30 elektrik mühərrik ilə; 1 ədəd tərəzi Gas/NT/Vvbk25/80t avtomobil; 1 ədəd Gedik Gkm500-2 W qaynaq aparatı (Welding); 1 ədəd Mon HP 2011 X Led Backlit LCD; 1 ədəd CSE HP Pro 3500 X8 500Gb Ram4Gb İ5; 1 ədəd AdslModem; 1 ədəd samovar elektrik-qaz 40 l; 1 ədəd soyuducu Ulvi“Aliyev&Co”Az(100*200*80 sm); 1 ədəd stol- ofis üçün; 1 ədəd stolofis üçün; 1 ədəd stol- ofis üçün; 1 ədəd masa l-vari (nabor); 1 ədəd çarpayı - 1 nəfərlik; 1 ədəd dəmir konteyner 12x2.4 metr; 1 ədəd dəmir vaqon 6x3; 1 ədəd dəmir vaqon 6x3; 1 ədəd dəmir vaqon 6x3; 2 ədəd B.İ.S dəmir vaqon (3*6.2.8); 1 ədəd qaynaq aparatı 380 VT; 1 ədəd bunker 3500 x 3500 mm; 3 ədəd kondisioner; 12 ədəd sarı əlcək; 1 ədəd qaynaqçı maskası; 13 ədəd bolt-qayka-şayba m24x120; 1 ədəd A.S.Z. qarmaq (müxtəlif ölçüdə); 1 ədəd yanğın tupu CO 2-5 kq; 1 dəstAçar - altıkünc 1.5-10; 6 ədəd dilter hava 1R2162/2R2162; 1 ədəd filter hava AF25129; 1 ədəd filter hava AF25130; 1 ədəd filter korobka 714-07-28712; 1 ədəd filter yanacaq FF202; 1 ədəd filter yanacaq P557440; 1 ədəd filter 4F2045; 1 ədəd filter hava 1R2102/2R2102; 3 ədəd filter hava 1R2137/2R2137; 2 ədəd filter hava 1R2203/2R2203; 1 ədəd filter hava AF7623372; 1 ədəd filter Hidravlik; 1 ədəd filter Hidravlık; 3 ədəd filter Karobka; 7 ədəd filter su; 2 ədəd filter yağ 3l1080; 2 ədəd filter yağ P559000; 1 ədəd filter yanacaq P553500; 2 ədəd filter yanacaq AD2422 (Türkiyə istehsalı); 1 ədəd filter yanacaq AD2246 (Türkiyə istehsalı); 3 ədəd filter yanacaq FS1000; 2 ədəd filter yanacaq FS19599/(3S4007); 7 ədəd remen 17x4267; 4 ədəd satalitin şestirnası; 5 ədəd podşibnik yatağı 512 (komplekt); 2 ədəd podşibnik yatağı SN534 SKF; 2 ədəd PST-1 yatağı(23136 podşibnik üçün); 1 ədəd tank su ton (çən); 2 ədəd GSB 1600 RE Drel Bosch (Almaniya istehsalı); 2 ədəd B.İ.S. dəmir seyf 1700x900x500; 1 ədəd B.İ.S. şkafseyf; 1 ədəd çalışma masası; 2 ədəd ofis stul dönən; 11 ədəd şkaf paltar tək qapı; 2 ədəd tumboçka; 1 ədəd qaz plitəsi (4 gözlü); 1 ədəd tərəzi elektron 30 kq; 1 ədəd yanğın söndürmə balonu; 3 ədəd oksigen balonu (boş); 2 ədəd propan balonu (boş); 22,06 kq B.S.S. setka (asinkovu məftildən) 2.5 mm; 1 ədəd elektrik qızdırıcı (ekvator 3 kw); 2 ədəd radiator qızdırıcı seksiyası; 1 ədəd su qızdırıcı sopen 40 lt; 1400 ədəd satış qaiməsi; 3 ədəd elektrik setkası 6mm1.95x2.1; 1 ədəd su nasosu 150/100; 1 ədəd elektrik setkası 16 mm1.95x2.1; 3 ədəd elektrik setkası 25 mm1.95x2.1; 1 ədəd baraban F 326 mm; 1 ədəd elektrik setkası – 25 mm1.5x4.35; 1 ədəd elektrik setkası – 6 mm1.5x4.35; 2 ədəd elektrik setkası – 5 mm1.16x2.10. İddiaçının 100 K nömrəli, 10 iyul 2018-ci il tarixli əmri ilə cavabdehə verilmiş avadanlıqların (əmlakın) geri qaytarılması Cavabdehdən tələb edilsə də, cavabdeh iddiaçının tələbini təmin etməmişdir. Beləliklə, cavabdeh tərəfindən həmicarə müqaviləsinin şərtlərinin pozulması, həmdə müvafiq əmrlə ona verilmiş əmlakın geri qaytarılmaması, cavabdehin hazırkı iddia ilə məhkəməyə müraciət etməsinə əsas yaratmışdır. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış “avadanlığın və əsas vəsaitin icarəyə verilməsi barədə” QSZİ 37/0318 saylı, 05.03.2018-ci il tarixli müqavilə, habelə iddiaçının İdarə Heyəti sədrinin “Əsas vəsaitlərin təhvil-təslim edilməsi barədə” 100 K nömrəli, 10 iyul 2018-ci il tarixli əmri ilə cavabdehin istifadəsinə verilmiş 1 ədəd tırtıllı Mobil Drobilka, 1 ədəd elektron yük tərəzisi 3x14 m gücü 80 t; 1 ədəd dəmir konteyner 12m; 1 ədəd prefabrik ofis (sökülüb yığılan) 64 m2; 1 ədəd otaq daşla tikili (300x200sm); 1 ədəd bunker - qum xammalı üçün; 1 ədəd ələk - qum xammalı üçün; 1 ədəd podşibnik 211; 1 ədəd reduktor oksigen; 1 ədəd reduktor propan; 1 ədəd motor 18,5 Kv 1000; 1 komplekt rezak - Rusiya (komplekt); 1 ədəd propan balonu (boş balon); 48 kv.m. alçıpan; 1 ədəd rubilnik 250A; 1 ədəd sayğac elektrik 220 V; 1 ədəd şit 500X600 (406); 2 ədəd propan balonu üçün rezin halqa 30.5; qum-çınqıl 0x40; 196723.18 ton ballast (çay daşı); 1 ədəd generator 2,5 kva; 1 ədəd motor 5.5kv 1500; 1 ədəd su nasosu 18 kw; 1 ədəd əl ilə qaynaq aparatı; 1 ədəd çalışma masası; 2 ədəd oksigen balonu (boş balon); 960,3 ton qum otsep doğranmış; 206,22 qum-çınqıl 5x15, 1 ədəd X7-9 kondisioner; 1 ədəd daşqıran sex Erdem (Türkiyə istehsalı); 1 ədəd motorlu qum yuyan qurğu; 1 ədəd klassifıkator; 1 ədəd qaynaq makinası 450 RKM; 1 ədəd transformator - 630 Kvt; 1 ədəd nasos FHE 40- 125/22 -e mühərrik ilə; 1 ədəd nasos K 20/30 elektrik mühərrik ilə 1 ədəd nasos K 20/30 elektrik mühərrik ilə; 1 ədəd tərəzi Gas/NT/Vvbk25/80t avtomobil; 1 ədəd Gedik Gkm 500- 2 W qaynaq aparatı (Welding); 1 ədəd Mon HP 2011 X Led Backlit LCD; 1 ədəd CSE HP Pro 3500 X8 500Gb Ram 4Gb 15; 1 ədəd Adsl Modern; 1 ədəd samovar Elektrik-Qaz 40 1; 1 ədəd soyuducu Ulvi “Aliyev&Co” Az (100*200*80 sm); 1 ədəd stol - ofis üçün; 1 ədəd stol - ofis üçün; 1 ədəd stol - ofis üçün; 1 ədəd masa 1-vari (nabor); 1 ədəd çarpayı - 1 nəfərlik; 1 ədəd dəmir konteyner 12x2.4 metr; 1 ədəd dəmir vaqon 6x3; 1 ədəd dəmir vaqon 6x3; 1 ədəd dəmir vaqon 6x3; 2 ədəd B.İ.S dəmir vaqon (3*6.2.8); 1 ədəd qaynaq aparatı 380 VT; 1 ədəd bunker 3500 x 3500 mm; 3 ədəd kondisioner; 12 ədəd sarı əlcək; 1 ədəd qaynaqçı maskası; 13 ədəd bolt-qayka-şayba m24xl20, 1 ədəd A.S.Z. qarmaq (müxtəlif ölçüdə); 1 ədəd yanğın tupu CO 2-5 kq; 1 dəst açar - altıkünc 1.5-10; 6 ədəd filter hava 1R2162/2R2162; 1 ədəd filter hava AF25129; 1 ədəd filter hava AF25130; 1 ədəd filter korobka 714-07-28712; 1 ədəd filter yanacaq FF202; 1 ədəd filter yanacaq P557440; 1 ədəd filter 4F2045; 1 ədəd filter hava 1R2102/2R2102; 3 ədəd filter hava 1R2137/2R2137; 2 ədəd filter hava 1R2203/2R2203; 1 ədəd filter hava AF7623372; 1 ədəd filter hidravlik; 1 ədəd filter hidravlık; 3 ədəd filter korobka; 7 ədəd filter su; 2 ədəd filter yağ 311080; 2 ədəd filter yağ P559000; 1 ədəd filter yanacaq P553500; 2 ədəd filter yanacaq AD2422 (Türkiyə istehsalı); 1 ədəd filter yanacaq AD2246 (Türkiyə istehsalı); 3 ədəd Filter yanacaq FS1000; 2 ədəd filter yanacaq FS19599/(3S4007); 7 ədəd remen 17x4267; 4 ədəd Satalitin şestirnası; 5 ədəd Podşibnik yatağı 512 (komplekt); 2 ədəd Podşibnik yatağı SN534 SKF; 2 ədəd PST-1 yatağı (23136 podşibnik üçün); 1 ədəd tank su ton (Çən), 2 ədəd GSB 1600 RE Drel Bosch (Almaniya istehsalı); 2 ədəd B.İ.S. dəmir seyf 1700x900x500; 1 ədəd B.İ.S. şkaf seyf; 1 ədəd çalışma masası; 2 ədəd ofis stul dönən; 11 ədəd şkaf paltar tək qapı; 2 ədəd tumboçka; 1 ədəd qaz plitəsi (4 gözlü); 1 ədəd tərəzi elektron 30 kq; 1 ədəd yanğın söndürmə balonu, 3 ədəd oksigen balonu (boş); 2 ədəd propan balonu (boş); 22,06 kq B.S.S. setka (asinkovu məftildən) 2.5 mm; 1 ədəd elektrik qızdırıcı (ekvator 3 kw); 2 ədəd radiatoır qızdırıcı seksiyası; 1 ədəd su qızdırıcı sopen 40 İt; 1400 ədəd satış qaiməsi; 3 ədəd elektrik setkası 6mm 1.95x2.1; 1 ədəd su nasosu 150/100; 1 ədəd elektrik setkası 16 mm 1.95x2.1; 3 ədəd elektrik setkası 25 mm 1.95x2.1; 1 ədəd baraban F 326 mm, 1 ədəd elektrik setkası - 25 mm 1.5x4.35; 1 ədəd elektrik setkası - 6 mm 1.5x4.35; 2 ədəd elektrik setkası - 5 mm 1.16x2.10-dan ibarət olan əmlakın (avadanlıqların) siyahıya alınmaqla, üzərinə həbs qoyulması və həmin əmlaklardan istifadənin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, e-2-2(113)-2659/2020 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə ərizə təmin edilmiş, ərizədə göstərilmiş əmlakların siyahıya alınaraq üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 03.11.2020-ci il tarixli, 2- 2(103)-601/2020 saylı qərardadı ilə İddiaçı MMC və Cavabdeh MMC tərəfindən ayrıayrılıqda verilmiş şikayətlər təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2659/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 25 sentyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sonradan iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, iddiaçı “İddiaçı" MMC ilə Cavabdeh MMC arasında bağlanmış “avadanlığın və əsas vəsaitin icarəyə verilməsi barədə” QSZİ 37/0318 saylı, 05.03.2018-ci il tarixli müqavilənin ləğv edilməsi, müqavilə üzrə cavabdehin istifadəsinə verilmiş 1 ədəd tırtıllı mobil drobilka, 1 ədəd elektron yük tərəzisi 3x14 mgücü 80 t; 1 ədəd dəmir konteyner 12m; 1 ədəd prefabrik ofis (sökülüb yığılan) 64 m2; 1 ədəd otaq daşla tikili (300x200sm); 1 ədəd bunker – qum xammalı üçün; 1 ədəd ələk – qum xammalı üçün; 1 ədəd podşibnik 211; 1 ədəd reduktor kislorod; 1 ədəd reduktor propan; 1 ədəd motor 18,5 Kv 1000; 1 komplekt rezak – Rusiya (komplekt);1 ədəd propan balonu (boş balon);48 kv.m. Alçıpan; 1 ədəd rubilnik 250A; 1 ədəd sayğac elektrik 220 V; 1 ədəd Şit 500X600 (406); 2 ədəd propan balonu üçün rezin halqa 30.5; qum-çınqıl 0x40; 196723.18 ton ballast (çay daşı); 1 ədəd generator 2,5 kva; 1 ədəd Motor 5.5kv 1500; 1 ədəd su nasosu 18 kw; 1 ədəd əl ilə qaynaq aparatı; 1 ədəd çalışma masası; 2 ədəd oksigen balonu (boş balon); 960,3 ton qum otsep doğranmış; 206,22 qum-çınqıl 5x15 - dən ibarət olan əmlakın və ya onun dəyərinin Cavabdeh MMC-dən alınaraq iddiaçı “İddiaçı" MMC-yə verilməsi, iddiaçı ilə Cavabdeh arasında bağlanmış QSZİ 37/0318 saylı, 05.03.2018-ci il tarixli avadanlığın və əsas vəsaitin icarə müqaviləsi üzrə hesablanmış 82.600 (səksən iki min altı yüz) manat (ƏDV daxil) manat məbləğində icarə haqqının cavabdeh “Cavabdeh" MMC-dən tutularaq iddiaçı “İddiaçı" MMC-yə ödənilməsi, İddiaçı MMC-nin İdarə Heyəti sədrinin “Əsas vəsaitlərin təhvil-təslim edilməsi barədə” 100 K nömrəli, 10 iyul 2018-ci il tarixli əmri ilə cavabdehə verilmiş 1 ədəd X7-9 Kondisioner; 1 ədəd daşqıran sex Erdem (Türkiyə istehsalı); 1 ədəd motorlu qumyuyan qurğu; 1 ədəd klassifikator; 1 ədəd qaynaq makinası 450 RKM; 1 ədəd transformator - 630 Kvt; 1 ədəd nasos FHE 40-125/22 elektrik mühərrik ilə; 1 ədəd nasos K 20/30 elektrik mühərrik ilə; 1 ədəd nasos K 20/30 elektrik mühərrik ilə; 1 ədəd tərəzi Gas/NT/Vvbk25/80t avtomobil; 1 ədəd Gedik Gkm500-2 W qaynaq aparatı (Welding); 1 ədəd Mon HP 2011 X Led Backlit LCD; 1 ədəd CSE HP Pro 3500 X8 500Gb Ram4Gb İ5; 1 ədəd AdslModem; 1 ədəd samovar elektrik-qaz 40 l; 1 ədəd soyuducu Ulvi“Aliyev&Co”Az(100*200*80 sm); 1 ədəd stol- ofis üçün; 1 ədəd stolofis üçün; 1 ədəd stol- ofis üçün; 1 ədəd masa l-vari (nabor); 1 ədəd çarpayı - 1 nəfərlik; 1 ədəd dəmir konteyner 12x2.4 metr; 1 ədəd dəmir vaqon 6x3; 1 ədəd dəmir vaqon 6x3; 1 ədəd dəmir vaqon 6x3; 2 ədəd B.İ.S dəmir vaqon (3*6.2.8); 1 ədəd qaynaq aparatı 380 VT; 1 ədəd bunker 3500 x 3500 mm; 3 ədəd kondisioner; 12 ədəd sarı əlcək; 1 ədəd qaynaqçı maskası; 13 ədəd bolt-qayka-şayba m24x120; 1 ədəd A.S.Z. qarmaq (müxtəlif ölçüdə); 1 ədəd yanğın tupu CO 2-5 kq; 1 dəstAçar - altıkünc 1.5-10; 6 ədəd dilter hava 1R2162/2R2162; 1 ədəd filter hava AF25129; 1 ədəd filter hava AF25130; 1 ədəd filter korobka 714-07-28712; 1 ədəd filter yanacaq FF202; 1 ədəd filter yanacaq P557440; 1 ədəd filter 4F2045; 1 ədəd filter hava 1R2102/2R2102; 3 ədəd filter hava 1R2137/2R2137; 2 ədəd filter hava 1R2203/2R2203; 1 ədəd filter hava AF7623372; 1 ədəd filter Hidravlik; 1 ədəd filter Hidravlık; 3 ədəd filter Korobka; 7 ədəd filter su; 2 ədəd filter yağ 3l1080; 2 ədəd filter yağ P559000; 1 ədəd filter yanacaq P553500; 2 ədəd filter yanacaq AD2422 (Türkiyə istehsalı); 1 ədəd filter yanacaq AD2246 (Türkiyə istehsalı); 3 ədəd filter yanacaq FS1000; 2 ədəd filter yanacaq FS19599/(3S4007); 7 ədəd remen 17x4267; 4 ədəd satalitin şestirnası; 5 ədəd podşibnik yatağı 512 (komplekt); 2 ədəd podşibnik yatağı SN534 SKF; 2 ədəd PST-1 yatağı(23136 podşibnik üçün); 1 ədəd tank su ton (çən); 2 ədəd GSB 1600 RE Drel Bosch (Almaniya istehsalı); 2 ədəd B.İ.S. dəmir seyf 1700x900x500; 1 ədəd B.İ.S. şkafseyf; 1 ədəd çalışma masası; 2 ədəd ofis stul dönən; 11 ədəd şkaf paltar tək qapı; 2 ədəd tumboçka; 1 ədəd qaz plitəsi (4 gözlü); 1 ədəd tərəzi elektron 30 kq; 1 ədəd yanğın söndürmə balonu; 3 ədəd oksigen balonu (boş); 2 ədəd propan balonu (boş); 22,06 kq B.S.S. setka (asinkovu məftildən) 2.5 mm; 1 ədəd elektrik qızdırıcı (ekvator 3 kw); 2 ədəd radiator qızdırıcı seksiyası; 1 ədəd su qızdırıcı sopen 40 lt; 1400 ədəd satış qaiməsi; 3 ədəd elektrik setkası 6mm1.95x2.1; 1 ədəd su nasosu 150/100; 1 ədəd elektrik setkası 16 mm1.95x2.1; 3 ədəd elektrik setkası 25 mm1.95x2.1; 1 ədəd baraban F 326 mm; 1 ədəd elektrik setkası – 25 mm1.5x4.35; 1 ədəd elektrik setkası – 6 mm1.5x4.35; 2 ədəd elektrik setkası – 5 mm1.16x2.10-dan ibarət olan əmlakın (avadanlıqların) və ya onun dəyərinin Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə verilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin cavabdeh “Cavabdeh" MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: -“xxxx” MMC (icarəyə verən) ilə “X6” MMC (icarəçi) arasında 05 mart 2018-ci il tarixdə QSZİ 37/0318 saylı avadanlığın və əsas vəsaitin icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən icarəyə verən ona məxsus olan bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən tərkibdə Ağstafa rayonu Poylu qum çınqıl karxanası ərazisində yerləşən avadanlıq və əsas vəsaitləri icarə məqsədi ilə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndinə görə icarə haqqı tərəflərin qarşılıqlı razılığına əsasən hər ay ƏDV xaric 2000 manat müəyyən olunur. 2.2-ci bəndinə əsasən ödəniş hər ay üçün bank köçürmə yolu ilə icarəçi tərəfindən icarəyə verənə ödənilir. 6.1-ci bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir, 1 il müddətində qüvvədə qalır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. -QSZİ 37/0318 saylı, 05.03.2018-ci il tarixli QSZİ 37/0318 saylı avadanlığın və əsas vəsaitin icarə müqaviləsinə 1 saylı əlavə ilə tərəflər qeyd olunan icarə müqaviləsi üzrə icarəçi tərəfindən icarəyə götürülən avadanlıq və əsas vəsaitlərin siyahısını təsdiq etmişlər. Həmin siyahıda aşağıdakı əmlaklar göstərilmişdir. 1 ədəd tırtıllı mobil drobilka, 1 ədəd elektron yük tərəzisi 3x14 mgücü 80 t; 1 ədəd dəmir konteyner 12m; 1 ədəd prefabrik ofis (sökülüb yığılan) 64 m2; 1 ədəd otaq daşla tikili (300x200sm); 1 ədəd bunker – qum xammalı üçün; 1 ədəd ələk – qum xammalı üçün; 1 ədəd podşibnik 211; 1 ədəd reduktor kislorod; 1 ədəd reduktor propan; 1 ədəd motor 18,5 Kv 1000; 1 komplekt rezak – Rusiya (komplekt);1 ədəd propan balonu (boş balon);48 kv.m. Alçıpan; 1 ədəd rubilnik 250A; 1 ədəd sayğac elektrik 220 V; 1 ədəd Şit 500X600 (406); 2 ədəd propan balonu üçün rezin halqa 30.5; qum-çınqıl 0x40; 196723.18 ton ballast (çay daşı); 1 ədəd generator 2,5 kva; 1 ədəd Motor 5.5kv 1500; 1 ədəd su nasosu 18 kw; 1 ədəd əl ilə qaynaq aparatı; 1 ədəd çalışma masası; 2 ədəd oksigen balonu (boş balon); 960,3 ton qum otsep doğranmış; 206,22 qum-çınqıl 5x15. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. -QSZİ 37/0318 saylı, 05.03.2018-ci il tarixli QSZİ 37/0318 saylı avadanlığın və əsas vəsaitin icarə müqaviləsinə 2 saylı əlavə (avadanlığın və əsas vəsaitin təhvil-təslim aktı) bağlanmışdır, həmin əlavəyə əsasən tərəflər qeyd olunan icarə müqaviləsi üzrə icarəyə verən cədvəldə göstərilən avadanlıq və əsas vəsaitləri icarəyə götürənə təhvil vermiş, icarəçi isə qəbul etmişdir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. -02.08.2018-ci il tarixdə QSZİ 37/0318 saylı, 05.03.2018-ci il tarixli QSZİ 37/0318 saylı avadanlığın və əsas vəsaitin icarə müqaviləsinə 3 saylı əlavə bağlanmışdır. Həmin əlavənin: 1-ci bəndinə görə tərəflərin qarşılıqlı razılığına əsasən müqavilənin 2.1-ci bəndində göstərilmiş aylıq icarə haqqı məbləği ƏDV xaric 200 (iki yüz) manat müəyyən edilmişdir. 2-ci bəndinə əsasən tərəflər Ağstafa rayonu Poylu qum çınqıl karxanası ərazisində 2006-2012-ci illərdə “xxxx” ASC tərəfindən istehsal olunmuş və daha sonra törəmə şirkəti olan “xxxx” MMC-yə təhvil verilərək sonuncunun balansında mal qalığı kimi qalmış 1.967.230,18 ton ballast çay daşı təmənnasız (əvəzsiz) olaraq “X6” MMC-yə təhvil verilməsi barədə razılığa gəlmişlər. 3-cü bəndinə görə tərəflər qeyd edilən ballast çay daşından emal nəticəsində əldə edilmiş 0-5, 5-15, 15-25 fraksiyalı materiallar hər kub metri üçün 2 (iki) manat emal xidmət haqqı xərci ödənilmək şərti ilə “xxxx” ASC-yə və İddiaçı MMC-yə təhvil verilməsi barədə razılığa gəlmişlər. 4-cü bəndinə əsasən təhvil-təslim işlərinin aparılması faktiki olaraq mümkün olmadığından “X6” MMC hər il üçün emal etdiyi həcmə uyğun olaraq “xxxx” ASC-yə və İddiaçı MMC-yə məlumat təqdim etməlidir. 5-ci bəndinə görə “X6” MMC emal etdiyi 0-5, 5-15, 15-25 fraksiyalı materialların satışını digər müştərilərə göstərərsə bu halda “xxxx” ASC-yə hər satılmış ton üçün 1 (bir) manat ödəniş etməlidir. 6-cı bəndinə əsasən bu müqavilənin digər şərtləri dəyişdirilmədən qüvvədə saxlanılır. 7-ci bəndinə görə bu əlavə 02.08.2018-ci il tarixdən qüvvəyə minir və 05.03.2018ci il tarixli, QSZİ 37/0318 saylı müqavilənin ayrılmaz hissəsidir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. -“xxxx” MMC-nin 10.07.2018-ci il tarixli 100 K saylı əmri ilə “xxxx” MMC-nin Qazax (Dəmirçilər) Qum-çınqıl sahəsində yerləşən avadanlıqların sökülərək Poylu Qum-çınqıl sahəsinə quraşdırılması üçün əsas vəsaitlərin təhvil-təslim edilməsi məqsədilə komissiya yaradılmışdır. - İddiaçı MMC-nin 02.08.2018-ci il tarixli 004-18 saylı Müşahidə Şurası İclasının protokoluna əsasən Quba rayonu, Qudyalçay ərazisi kənarında yerləşən qum-çınqıl yatağında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bütün sənədləşmə işləri (razılıqlar, ekoloji pasport və digər) əldə edilməyincə fəaliyyət dayandırılması qərara alınmışdır. - İddiaçı MMC ilə “X6” MMC arasında İddiaçı MMC-nin Müşahidə Şurası İclasının 004-18 saylı, 02 avqust 2018-ci il tarixli protokoluna istinadən razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən İddiaçı MMC Qazax rayonu, Dəmirçilər qəsəbəsindən sökülərək “X5” MMC-nin Poylu qəsəbəsindəki sahəsinə daşınacaq istismara yararsız 88 adda olan avadanlıq-aqreqat və digər materiallar əvəzsiz olaraq (dəyəri tələb olunmadan) “X5” MMC-yə təhvil verilməsi, “X5” MMC öz növbəsində öz vəsaiti hesabına bütün daşınmanı və köçürmə işlərini həyata keçirərək buna dair İddiaçıMMC-yə hər hansı bir hesab təqdim etməməyi öz üzərinə götürmüşdür. Həmin razılaşmanın şərtlərinə əsasən tərəflər: 1.Qazax rayonu, Dəmirçilər qəsəbəsindən demontaj edilmiş istismara yararsız olan siyahıda göstərilən 88 adda inventar əvəzsiz olaraq “X6” MMC-yə təhvil verilməsi; 2.Qazax rayonu, Dəmirçilər kəndində demontaj olunan avadanlıq və qurğuların sökülməsi, daşınması, ərazinin təmizlənməsi, çay axının bərpa edilməsi ilə bağlı “X6” MMC tərəfindən görüləcək işlərə dair məsrəflər “X6” MMC-nin öz xərci hesab edilərək İddiaçı MMC-yə hər hansı bir hesab təqdim edilməsi;

3. 05.03.2018-ci il tarixli. QSZİ 37/0318 saylı müqavilə üzrə icarəyə verilmiş inventarların yararsız olan hissələri müəyyən edilərək silginin aparılması üçün İddiaçı MMC-yə təqdim edilməsi barədə razılığa gəlmişlər. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - 04.08.2018-ci il tarixli mal-materialların təhvil-təslim aktlarına əsasən cəmi 88 adda mal-material İddiaçı MMC-nin tərəfindən “X5” MMC-yə təhvil verilmişdir. - İddiaçı MMC-nin 19.04.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış Nizamnaməsi ilə müəyyən edilir ki, 30.12.2013-cü il tarixdə yaradılmış İddiaçı MMC-nin adı 27.09.2016cı il tarixdə dəyişdirilərək “xxxx” MMC olmuş və sonradan adı yenidən dəyişdirilərək İddiaçı MMC adlandırılmışdır. Cavabdeh MMC-nin 13.11.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış Nizamnaməsi ilə müəyyən edilir ki, həmin nizamnamə AR Vergilər Nazirliyinin 14 saylı ərazi vergilər İdarəsi tərəfindən 23.09.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış “X5” MMC-nin, 13.11.2018-ci il tarixdə adının dəyişməsi nəticəsində Cavabdeh MMC adlandırılmış, hazırda Cavabdeh” MMC-nin yeni redaksiyada nizamnaməsidir. - Şahid2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ilin yanvar ayında İddiaçı MMC-nin İdarə heyətinin üzvü, iyun ayından isə sədr vəzifəsində işləmişdir. MMCnin Qubada, Qazaxda karxanaları fəaliyyət göstərmişdir. Həmin vaxtlar yoxlamalar başlamış, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Quba rayonunda yerləşən Qudyalçay karxanasına 28.000 manat cərimə yazmışdır. Zavodun nüfuzuna xələl gəlməməsi üçün müşahidə şurasının iclası keçirilmiş və qərar qəbul olunmuşdur ki, mallar demontaj olunaraq Cavabdeh MMC-yə əvəzsiz verilsin. Zavod ölkədə fəaliyyət göstərən 5 sement zavodundan biridir. Həmin vaxt səyyar vergi yoxlaması başlamışdır. Əlavələrin bağlanması bu hadisələrlə əlaqədardır. Həmçinin bildirdi ki, 3 saylı əlavə və razılaşma onun tərəfindən imzalamışdır. İmzaladıqdan sonra həmin əlavəni möhürlənməyə vermiş və həmin əlavəyə möhür vurulmuşdur. Zavodda 3 möhür var idi, biri zavodda qalırdı, biri Bakı şəhərində saxlanılırdı, biri isə özündə olurdu. Buna görə həmin əlavəyə hansı möhürün vurulduğunu xatırlamır və nəyə görə möhürlərin bir-birindən fərqlənməsi barədə suala cavab verə bilmir. Ola bilər ki, sənədlərin bir hissəsini Bakıda, bir hissəsini isə Qazaxda olanda imzalamışdır. Möhürlərin 2-ni təhvil vermiş, 1-i isə zavodda qalmışdır. Əmrə əsasən mallar Cavabdeh MMC-nin mülkiyyətinə keçmişdir. Mallar tam yararsız vəziyyətdə deyildi, lakin Cavabdeh MMC sökülmə və daşınma xərclərini öz üzərinə götürmüşdür. Habelə bildirdi ki, idarə heyəti kollegial icra orqanı olmuş, idarə heyətinin üzvündə də möhür var idi.

Əsaslandırıcı hissə:

Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı MMC-nin iddiası 4 iddia tələbindən ibarətdir: icarə müqaviləsinin ləğv edilməsi, icarə obyekti olan əmlakların qaytarılması, icarə haqqının ödənilməsi və iddiaçının 10.07.2018-ci il tarixli 100 K saylı əmrinə əsasən cavabdehə təhvil verilmiş əmlakların geri qaytarılması 1.İcarə müqaviləsinin ləğv edilməsi Göstərilən tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında 05.03.2018-ci il tarixli QSZİ 37/0318 saylı avadanlığın və əsas vəsaitin icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri icra edərək icarə obyekti olan avadanlıq və mal-materialları Cavabdeh MMC-yə təhvil vermiş, lakin Cavabdeh MMC müqavilənin bağlandığı tarixdən hal-hazıradək icarəyə götürdüyü avadanlıqlara və əsas vəsaitlərə görə icarə haqqını ödəməmişdir. Mülki Məcəllənin 719.7-ci maddəsinə görə Bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur. Göründüyü kimi icarə münasibətlərində icarəçi olan Cavabdeh MMC 3 ilə yaxın müddət ərzində 05.03.2018-ci il tarixli QSZİ 37/0318 saylı icarə müqaviləsi üzrə icarə haqqını ödəmədiyindən icarə verən İddiaçı MMC-nin xəbərdarlıq müddətləri gözlənilmədən müqaviləni ləğv etmək hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, icarə müqaviləsinin ləğv edilməsi hissəsində İddiaçı MMC-nin iddiası əsaslı olduğundan təmin edilməlidir.

2. İcarə haqqının ödənilməsi 05.03.2018-ci il tarixli QSZİ 37/0318 saylı icarə müqaviləsi üzrə icarə haqqı tələbi ilə bağlı tərəflər arasında mübahisə predmeti olan hal icarə haqqının məbləğidir. Belə ki, İddiaçı MMC hər ay üçün ƏDV xaric 2000 manat məbləğində icarə haqqı olmaqla ƏDV daxil 82.600 manat məbləğində icarə haqqı borcunun ödənilməsini cavabdeh Cavabdeh MMC-dən tələb edir. Cavabdeh isə mübahisəli icarə müqaviləsinə 02.08.2018-ci il tarixdə bağlanmış 3 saylı əlavə ilə aylıq icarə haqqının 200 manat (ƏDV xaric) məbləğində müəyyən olunmasını iddia edir. İddiaçı öz növbəsində cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş icarə müqaviləsinə 3 saylı əlavəyə vurulmuş möhürün İddiaçı MMC-nin möhürü olmadığını, eləcə də tərəflər arasında bağlanılmış icarə müqaviləsinin şərtlərinə görə həmin müqaviləyə əlavə və dəyişiklərin tərəflərin imzası və möhürü ilə təsdiq edilməli olduğunu əsas göstərərək həmin əlavənin hüquqi qüvvəsinin olmadığını bildirir. Əvvəla qeyd edilməlidir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş icarə müqaviləsinə 3 saylı əlavənin hər iki tərəfin səlahiyyətli şəxslərinin imzaları ilə təsdiq edilməsi işin mübahisəsiz halını təşkil edir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş həmin vaxt İddiaçı MMC-nin İdarə Heyətinin sədri olmuş Şahid2 mübahisəli 3 saylı əlavəni imzaladığını və möhür vurulması üçün müvafiq şəxsə təqdim etdiyini bildirmişdir. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Beləliklə, işin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, hər iki tərəf mübahisəli 3 saylı əlavəni imzalamaqla həmin əlavədə əks olunan mühüm şərtlər barədə razılığa gəldiklərini təsdiq etmiş və əlavənin bağlanmasına dair iradələrini ifadə etmişlər. 3 saylı əlavəyə vurulmuş möhürlə İddiaçı MMC-nin möhürü arasında fərqlərin mövcud olması ilə bağlı cavabdehin istinad etdiyi məsələyə gəldikdə, məhkəmə əvvəla qeyd edir ki, sözügedən əlavəyə İddiaçı MMC-nin adından vurulmuş möhür izi ilə iddiaçının məhkəməyə təqdim etdiyi həmin dövrə aid digər sənədlərdə vurulmuş möhür izlərində əks olunmuş yazıların məzmunu fərqli olduğundan (məsələn, möhürlərin birində ingiliscə “Azerbaijan Republic”, digərində isə “Republic of Azerbaijan” əks edilmişdir) həmin izlərin fərqli möhürlərlə vurulmasını müəyyən etmək üçün xüsusi bilik tələb edilmir. Lakin məhkəmə həmçinin onu da qeyd edir ki, birincisi, Şahid2 (mübahisəli dövrdə İddiaçı MMC-nin idarə heyətinin sədri vəzifəsində işləmişdir) məhkəmədə verdiyi ifadəsində MMC-nin 3 ədəd möhürünün olmasını, iddiaçının nümayəndələri isə məhkəmədə verdikləri izahatlarında MMC-nin hazırda 2 ədəd möhürünün olmasını təsdiq etmişlər. Aydındır ki, şirkətin bir neçə möhürü olduğu hazırkı halda müxtəlif sənədlərdə şirkətin adından vurulmuş möhür izlərinin fərqlənməsi istisna edilmir və bu halda möhür izlərində fərqlərin mövcudluğu sənədə vurulmuş möhürün şirkətə məxsus olmaması barədə birmənalı nəticəyə gəlməyə əsas vermir. İkincisi, Şahid2 ifadəsindən aydın olur ki, iddiaçı şirkətin idarə heyətinin sədri işlədiyi dövrdə MMC-nin möhürlərindən ikisi onun birbaşa nəzarətində olmuş və vəzifədən azad edildikdən sonra həmin möhürlər onun tərəfindən zavoda təhvil verilmişdir. Belə olan halda isə möhürün saxlanmasına görə məsuliyyət daşıyan şəxsin imzaladığı sənədə MMC-nin möhürünün deyil, saxta möhürün vurulması barədə İddiaçı MMC-nin istinad etdiyi dəlillər inandırıcı da görünmür. Digər tərəfdən Mülki Məcəllənin 425.1-cü maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə qeyd edir ki, mülki dövriyyənin subyekti olan hər bir şəxs öz mülki hüquqlarını həyata keçirərkən və öhdəliklərini yerinə yetirərkən vicdanlı və ağlabatan şəkildə hərəkət etməlidir. Mülki dövriyyənin hər hansı iştirakçısının davranışını vicdanlılıq prinsipinin tələbləri baxımından qiymətləndirərkən digər tərəfin hüquq və qanuni mənafeləri nəzərə alınmaqla həmin şəxsdən gözlənilən davranış əsas götürülür. Hazırkı halda müqavilənin tərəfi kontragentinin qanuni təmsilçisi tərəfindən imzalanmış sənədə (hazırkı halda müqaviləyə əlavəyə) vurulmuş möhürün həqiqiliyini və sənədin mötəbərliyini güman etməyə, yəni kontragentin bu məsələdə vicdanlı davranacağını gözləməyə haqlıdır. Belə olan halda isə məhkəmə hesab edir ki, hüquqi şəxsin qanuni təmsilçisi tərəfindən imzalanmış sənədin üzərinə vurulmuş möhürün həmin hüquqi şəxsə məxsus olmaması əsası ilə hüquqi qüvvəyə minməməsini iddia etməsi mülki dövriyyənin vicdanlı iştirakçısından gözlənilən davranış olmadığından vicdanlılıq prinsipinin tələblərinə cavab vermir. Bu baxımdan İddiaçı MMC-nin qanuni təmsilçisi tərəfindən imzalanmış müqaviləyə əlavəyə vurulmuş möhürün MMC-nin möhürləri ilə eynilik təşkil etməməsi müəyyən edilsə belə, göstərilən hal əlavənin bağlanmamış (qüvvəyə minməmiş) sayılması üçün əsas hesab edilə bilməz. Məhkəmə belə qənaətə gəlir ki, icarəçi Cavabdeh MMC-dən tutulmalı olan icarə haqqı mübahisəli icarə müqaviləsinə 3 saylı əlavə ilə icarə haqqı məbləğinə edilmiş dəyişiklik nəzərə alınmaqla 05.03.2018-ci ildən 02.08.2018-ci il tarixədək olan dövr üçün aylıq ƏDV daxil 2360 (2000+18%) manat, 02.08.2018-ci il tarixdən qətnamənin çıxarıldığı günədək olan dövr üçün isə aylıq ƏDV daxil 236 (200+18%) manat olmaqla aşağıdakı qaydada hesablanmalıdır: 2360x5 ay+236x31 ay 20 gün=19.509 manat Beləliklə, icarə haqqı tələbinə dair hissədə iddia qismən təmin edilməli, cavabdehdən 19.509 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.

3. İcarə obyekti olan avadanlıq və əsas vəsaitlərin geri qaytarılması. Mülki Məcəllənin: 700.3-ci maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 697.1-ci maddəsinə görə kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Göründüyü kimi hazırkı qətnamə ilə tərəflər arasında bağlanmış icarə müqaviləsi ləğv edildiyindən iddiaçı icarə obyekti olan avadanlıq və əsas vəsaitlərin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Digər tərəfdən İddiaçı MMC-nin qaytarılmasını tələb etdiyi 1.967.230,18 ton ballast çay daşına münasibətdə məhkəmə qeyd edir ki, icarə müqaviləsinə 3 saylı əlavəyə əsasən tərəflər həmin əmlakın təmənnasız (əvəzsiz) olaraq “X6” MMC-yə təhvil verilməsi barədə razılığa gəlmişlər. Razılaşmada həmçinin çay daşının “X6” MMC tərəfindən emal edilməsi, gələcəkdə emal edilmiş materialın hər kub metri üçün İddiaçı MMC-yə pul ödənilməsi və ya emal xərcləri ödənilməklə emal edilmiş materialın İddiaçı MMC-yə verilməsi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin: 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Göründüyü kimi icarə müqaviləsinə 3 saylı əlavədən də göründüyü kimi 1.967.230,18 ton ballast çay daşı “X6” MMC-yə icarə məqsədləri üçün deyil, emal edilməsi üçün təhvil edilmişdir. Belə olan halda İddiaçı MMC emal edilməsi üçün təhvil verilmiş malı icarə obyekti kimi geri qaytarılmasını tələb etməkdə haqlı deyil və 1.967.230,18 ton ballast çay daşının geri qaytarılmasına dair hissədə iddia rədd edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırkı iddia tələbinin rədd edilməsi gələcəkdə İddiaçı MMC tərəfindən emal edilmiş çay daşına görə müqavilədə nəzərdə tutulmuş haqqın tutulması (hər satılmış kub metr üçün 1 manat) və ya çay daşının emal edilməsindən əldə edilmiş materialın ona təhvil verilməsi tələbinin irəli sürülməsini istisna etmir. Belə olan halda isə məhkəmə hesab edir ki, icarə obyekti olan avadanlıq və əsas vəsaitlərin geri qaytarılması hissədə iddia qismən təmin edilməli, 1.967.230,18 ton ballast çay daşı istisna olmaqla icarə obyekti olan digər əmlaklar cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır.

4. 04.08.2018-ci il tarixdə mal-materialların təhvil-təslim aktlarına əsasən cavabdehə təhvil verilmiş mal-materialların geri qaytarılması Qeyd olunan tələbə gəldikdə məhkəmə qeyd edir ki, 04.08.2018-ci il tarixli malmaterialların təhvil-təslim aktlarına əsasən İddiaçı MMC tərəfindən cəmi 88 adda malmaterialın Cavabdeh MMC -yə təhvil verilməsi işin mübahisəsiz halıdır. İddiaçı MMC həmin mal-materialların qaytarılmaq şərti ilə cavabdeh Cavabdeh MMC-yə təhvil verildiyini iddia edir və həmin mal-materialların geri qaytarılmasını tələb edir. Cavabdeh Cavabdeh MMC geri qaytarılması tələb edilən mal-materialların tərəflər arasında bağlanılmış 02.08.2018-ci il tarixli razılaşmaya əsasən əvəzsiz olaraq cavabdehə verildiyini iddia edir və mövqeyini əsaslandırmaq üçün İddiaçı MMC-nin Müşahidə Şurasının 02.04.2018-ci il tarixli qərarını və tərəflər arasında bağlanılmış 02.08.2018-ci il tarixli razılaşmanı məhkəməyə təqdim edir. Göstərilən dəlillərə qarşı iddiaçı həmin sənədlərə vurulmuş möhürün İddiaçı MMC-nin möhürü olmadığını və belə olan halda sənədlərin saxta olduqlarını bildirir. İddiaçı MMC-nin Müşahidə Şurasının protokolunun saxta olması barədə iddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəf belə bir iclasın keçirilmədiyini iddia etsə də, göstərilən dəlillərini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Əksinə işin yuxarıda göstərilən hallarından da göründüyü kimi müşahidə şurasının mübahisəli iclasının katibi olmuş və protokolu imzalamış şəxs olan Şahid2 verdiyi ifadəsində 02.04.2018-ci il tarixdə onun təşəbbüsü ilə İddiaçı MMC-nin Müşahidə Şurasının iclasının keçirildiyini və həmin iclasda mübahisəli protokolda göstərilən qərarların həqiqətən də qəbul edildiyini təsdiq etmişdir. Məhkəmə sözügedən Müşahidə Şurasının iclas protokoluna və razılaşmaya İddiaçı MMC adından vurulmuş möhürlə bağlı iddiaçının dəlillərinə münasibətdə hüquqi şəxsin səlahiyyətli şəxsi tərəfindən imzalanmış sənədlərə vurulmuş möhürə dair gəldiyi nəticələri təkrarlamağı zəruri saymır. Razılaşmaya münasibətdə məhkəmə əlavə olaraq qeyd edir ki, tərəflər 02.08.2018-ci il tarixli razılaşmanın bağlanmış hesab edilməsi üçün əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər müəyyən etməmişlər. Mülki Məcəllədə isə hüquqi şəxslərin bağladıqları yazılı əqdlərə möhürün vurulmalı olması barədə imperativ norma yer almamışdır. Belə olan halda sözügedən razılaşmanın bağlanması üçün ona İddiaçı MMC-nin möhürünün vurulub-vurulmaması ümumiyyətlə əhəmiyyət kəsb etmir. İstinad edilən 02.08.2018-ci il tarixli razılaşmanın məzmunundan isə görünür ki, həmin razılaşmaya əsasən Qazax rayonu, Dəmirçilər kəndində demontaj olunan avadanlıq və qurğuların sökülməsi, daşınması, ərazinin təmizlənməsi, çay axının bərpa edilməsi ilə bağlı “X6” MMC tərəfindən görüləcək işlərin müqabilində İddiaçı MMC iddia ərizəsində göstərilmiş 88 adda mal-materialı əvəzsiz olaraq Cavabdeh MMC-yə vermişdir. Həmin razılaşmada mal-materiallarının müəyyən müddətdən sonra və ya İddiaçı MMC-nin tələbi ilə geri qaytarılmalı olması barədə heç bir müddəa yer almamışdır. İddiaçı MMC həmin hissədə iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2ci maddəsinə istinad etmişdir. Mülki Məcəllənin: 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırkı halda iddiaçı 02.08.2018-ci il tarixli razılaşmaya əsasən mübahisəli malmaterialları İddiaçı MMC-nin mülkiyyətinə verdiyindən həmin əmlakların mülkiyyətçisi deyil. Bundan əlavə Cavabdeh MMC həmin əmlaklara qanuni əsaslarla sahiblik edən şəxsdir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, 88 adda mal-materalların qaytarılması hissəsində İddiaçı MMC-nin iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 15 manat hissəsi iddiaçılara aid edilməlidir.

Nəticə hissəsi:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış “Avadanlığın və əsas vəsaitin icarəyə verilməsi barədə” QSZİ 37/0318 saylı 05.03.2018-ci il tarixli müqavilə ləğv edilsin. Müqaviləyə əsasən Cavabdeh MMC-nin istifadəsinə verilmiş 1 ədəd tırtıllı Mobil Drobilka, 1 ədəd elektron yük tərəzisi 3x14 m gücü 80 t; 1 ədəd dəmir konteyner 12m; 1 ədəd prefabrik ofis (sökülüb yığılan) 64 m2; 1 ədəd otaq daşla tikili (300x200sm); 1 ədəd bunker - qum xammalı üçün; 1 ədəd ələk - qum xammalı üçün; 1 ədəd podşibnik -211; 1 ədəd reduktor oksigen; 1 ədəd reduktor propan; 1 ədəd motor 18,5 Kv 1000; 1 komplekt rezak - Rusiya (komplekt); 1 ədəd propan balonu (boş balon); 48 kv.m. alçıpan; 1 ədəd rubilnik 250A; 1 ədəd sayğac elektrik 220 V; 1 ədəd şit 500X600 (406); 2 ədəd propan balonu üçün rezin halqa 30.5; qum-çınqıl 0x40; 1 ədəd generator 2,5 kva; 1 ədəd motor 5.5kv 1500; 1 ədəd su nasosu 18 kw; 1 ədəd əl ilə qaynaq aparatı; 1 ədəd çalışma masası; 2 ədəd oksigen balonu (boş balon); 960,3 ton qum otsep doğranmış; 206,22 ton qum-çınqıl 5x15 (onlar olmadıqda dəyərləri) Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə verilsin. İcarə müqaviləsi üzrə ƏDV daxil 19.509 manat (on doqquz min beş yüz doqquz) məbləğində icarə haqqı borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar