Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2431/2025 25.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 21536,75 manat əsas borcun, 1076,84 manat cərimənin və 157,84 manat dövlət rüsumunun, ümumilikdə 22771,43 manat məbləğində pul vəsaitinin onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 may 2023-cü il tarixli AQRO-18-05/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə 21 536,75 AZN məbləğində borcu yaranmışdır. İddiaçı MMC tərəfindən dəfələrlə yazılı və şifahi şəkildə məlumat verilsə də “X4” MMC tərəfindən 21 536,75 AZN məbləğində borca münasibətdə ödəniş edilməmişdir. 16 may 2023-cü il tarixdə bağlanmış AQRO-18-05/23 saylı müqavilənin 6-cı bəndində nəzərində tutulan öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Müqavilə şərtlərinə görə satıcı, cavabdeh isə alıcı qismində çıxış edir. Bağlanmış müqavilə ilə razılaşdırılmış qiymət arasında, satıcı kimi tərəfindən cavabdehə ümumi dəyəri 16 may 2023-ci il tarixdə bağlanan mövcud müqavilənin 17.05.23-cü il tarixli 01 saylı Əlavəsi ilə təsdiq edilmiş Qiymət razılaşdırması Protokoluna əsasən ümumi dəyəri 2 481,70 ərik (mikado) qarışıq, xx.xx.2023-cü il tarixli 02 saylı Əlavə ilə təsdiq edilmiş X2 əsasən ümumi dəyəri 7 838,86 AZN ərik, xx.xx.2023-cü il tarixli 03 saylı Əlavə ilə təsdiq edilmiş X2 əsasən ümumi dəyəri 2 786,16 AZN ərik, xx.xx.2023-cü il tarixli 04 saylı Əlavə ilə təsdiq edilmiş X2 əsasən ümumi dəyəri 3094,15 AZN olan ərik, xx.xx.2023-cü il tarixli 05 saylı Əlavə ilə təsdiq edilmiş X2 əsasən ümumi dəyəri 2 688,64 AZN olan ərik, xx.xx.2023-cü il tarixli 06 saylı Əlavə ilə təsdiq edilmiş X2 əsasən 6147,24 AZN məbləğində gilas meyvəsi, toplam ümumi dəyəri 25 036,75 AZN dəyərində olan meyvələr cavabdehə təhvil verilmişdir. Cavabdeh isə öz növbəsində bu borca münasib çox cüzi bir məbləğ 3500 AZN ödəniş etmişdir. 21536,75 AZN məbləğində yaranan borcu ümumiyyətlə ödəməmişdir. Mallar iddia ərizəsinə əlavə edilmiş elektron qaima fakturalar əsasında qəbul edilmişdir. Mal qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən bağlanmış müqavilənin satıcının hüquq və vəzifələrini özündə ehtiva edən 6-cı bəndinin tələbləri yerinə yetirilmiş, müqavilə ilə razılaşdırılmış mal tam şəkildə alıcıya təhvil verilmişdir. Müqavilə şərtləri əsasında mal alındıqdan sonra alıcı müqavilə üzrə şərtləşdirilmiş şəkildə malın dəyərini ödəməli idi. Lakin halhazırki günə qədər malı almış cavabdeh tərəfindən çox cüzi bir ödəniş həyata keçirilməmişdir Müqaviləyə əsasən alıcı malı qəbul etdikdən sonra müəyyənləşdirilmiş pul məbləğinin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməyini nəzərdə tutur. Lakin indiyədək alıcı tərəfindən alınmış malın dəyəri tam ödənilməmişdir və alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir. Qeyd edilən müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi və razılaşdırılması ilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi əsasında bağlanmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik icra edilmişdir. Alıcı tərəfindən öhdəlik icra edilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3, 385.1, 405.2, 407.1, 409.4, 425, 445, 448, 567, 598, 600.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: 16 may 2023-cü il tarixli AQRO-18-05/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən Satıcı satır, Alıcı isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrində göstərilən tərkibdə malları alır. Müqavilə üzrə satılan Malların adları, miqdarı, çeşidi, dəyəri bu Müqavilənin Əlavələrində göstərilir. Əlavə müvafiq qaydada imzalanıb möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir. Hesablaşmalar təqdim olunmuş ödəniş sənədinə əsasən aparılır. Müqavilənin ümumi qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə göstərilən məbləğdən ibarətdir. Alıcı tərəfindən ödəniş sifariş verilən malın partiyası təhvil veriləndən sonra bu müqavilənin əlavələrində müəyyən edilmiş müddət ərzində köçürmə yolu ilə həyata keçiriləcəkdir. Malın çadırılması şərtləri bu müqavilənin əlavələrində müəyyən edilmiş qaydada həyata keçirilir. Mal təhvil verilərkən Tərəflər təhviltəslim aktını imzalayır və/və ya təhvil-təslimi təsdiq edən qaiməni imzalayırlar. Alıcı Müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədikdə, məsələn malların dəyərini vaxtında ödəmədikdə, gecikdirilən hər gün üçün Malın dəyərinin 0,1 % miqdarında cərimə ödəyir. Lakin hər bir halda cərimə malın dəyərinin 5 %-dən artıq ola bilməz. Tərəflər arasında bağlanılmış 16 may 2023-cü il tarixli AQRO-18-05/23 nömrəli alqısatqı müqaviləsinə 16 may 2023-cü il tarixli Əlavə №01 X1 uyğun olaraq, satıcı tərəfindən təchiz edilməsi, çatdırılması nəzərdə tutulan malın dəyəri, çatdırılma xərcləri daxil olmadan Ərik (mikado) qarışıq 1079 kq, vahidinin qiyməti 2,3 manat olmaqla cəmi 2481,7 manat razılaşdırılmışdır. Cəmi məbləğin 100% hissəsi Mallar Müqavilədə nəzərdə tutulmuş qaydada Alıcıya tam təhvil verildikdən sonra Malların təhvil-təslimini təsdiq edən müvafiq təhvil-təslim aktına və Satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (hesab-faktura, e-qaimə) əsasən 15 (on beş) iş günü ərzində nağdsız hesablaşmalar qaydasında aparılır. Tərəflər arasında bağlanılmış 16 may 2023-cü il tarixli AQRO-18-05/23 nömrəli alqısatqı müqaviləsinə 17 may 2023-cü il tarixli Əlavə №02 X1 uyğun olaraq, satıcı tərəfindən təchiz edilməsi, çatdırılması nəzərdə tutulan malın dəyəri, çatdırılma xərcləri daxil olmadan Ərik meyvəsi, 3408,2 kq, vahidinin qiyməti 2,3 manat olmaqla cəmi 7838,86 manat razılaşdırılmışdır. Cəmi məbləğin 100% hissəsi Mallar Müqavilədə nəzərdə tutulmuş qaydada Alıcıya tam təhvil verildikdən sonra Malların təhvil-təslimini təsdiq edən müvafiq təhvil-təslim aktına və Satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (hesab-faktura, e-qaimə) əsasən 15 (on beş) iş günü ərzində nağdsız hesablaşmalar qaydasında aparılır. Tərəflər arasında bağlanılmış 16 may 2023-cü il tarixli AQRO-18-05/23 nömrəli alqısatqı müqaviləsinə 18 may 2023-cü il tarixli Əlavə №03 X1 uyğun olaraq, satıcı tərəfindən təchiz edilməsi, çatdırılması nəzərdə tutulan malın dəyəri, çatdırılma xərcləri daxil olmadan Ərik meyvəsi 2932,8 kq, vahidinin qiyməti 0,95 manat olmaqla cəmi 2786,16 manat razılaşdırılmışdır. Cəmi məbləğin 100% hissəsi Mallar Müqavilədə nəzərdə tutulmuş qaydada Alıcıya tam təhvil verildikdən sonra Malların təhvil-təslimini təsdiq edən müvafiq təhvil-təslim aktına və Satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (hesab-faktura, e-qaimə) əsasən 15 (on beş) iş günü ərzində nağdsız hesablaşmalar qaydasında aparılır. Tərəflər arasında bağlanılmış 16 may 2023-cü il tarixli AQRO-18-05/23 nömrəli alqısatqı müqaviləsinə 19 may 2023-cü il tarixli Əlavə №04 X1 uyğun olaraq, satıcı tərəfindən təchiz edilməsi, çatdırılması nəzərdə tutulan malın dəyəri, çatdırılma xərcləri daxil olmadan Ərik meyvəsi 3257 kq, vahidinin qiyməti, 0,95 manat olmaqla cəmi 3094,15 manat razılaşdırılmışdır. Cəmi məbləğin 100% hissəsi Mallar Müqavilədə nəzərdə tutulmuş qaydada Alıcıya tam təhvil verildikdən sonra Malların təhvil-təslimini təsdiq edən müvafiq təhvil-təslim aktına və Satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (hesab-faktura, e-qaimə) əsasən 15 (on beş) iş günü ərzində nağdsız hesablaşmalar qaydasında aparılır. Tərəflər arasında bağlanılmış 16 may 2023-cü il tarixli AQRO-18-05/23 nömrəli alqısatqı müqaviləsinə 20 may 2023-cü il tarixli Əlavə №05 X1 uyğun olaraq, satıcı tərəfindən təchiz edilməsi, çatdırılması nəzərdə tutulan malın dəyəri, çatdırılma xərcləri daxil olmadan Ərik meyvəsi 2830,15 kq, vahidinin qiyməti, 0,95 manat olmaqla cəmi 2688,64 manat razılaşdırılmışdır. Cəmi məbləğin 100% hissəsi Mallar Müqavilədə nəzərdə tutulmuş qaydada Alıcıya tam təhvil verildikdən sonra Malların təhvil-təslimini təsdiq edən müvafiq təhvil-təslim aktına və Satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (hesab-faktura, e-qaimə) əsasən 15 (on beş) iş günü ərzində nağdsız hesablaşmalar qaydasında aparılır. Tərəflər arasında bağlanılmış 16 may 2023-cü il tarixli AQRO-18-05/23 nömrəli alqısatqı müqaviləsinə 06 iyun 2023-cü il tarixli Əlavə №06 X1 uyğun olaraq, satıcı tərəfindən təchiz edilməsi, çatdırılması nəzərdə tutulan Malların dəyəri, çatdırılma xərcləri daxil olmadan gilas meyvəsi 5301,6 kq, vahidinin qiyməti 1 manat olmaqla cəmi 5301,60 manat və gilas meyvəsi 939,6 kq, vahidinin qiyməti 0,90 manat olmaqla cəmi 845,64 manat, cəmi 6147,24 manat razılaşdırılmışdır. Cəmi məbləğin 100% hissəsi Mallar Müqavilədə nəzərdə tutulmuş qaydada Alıcıya tam təhvil verildikdən sonra Malların təhvil-təslimini təsdiq edən müvafiq təhvil-təslim aktına və Satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (hesab-faktura, e-qaimə) əsasən 15 (on beş) iş günü ərzində nağdsız hesablaşmalar qaydasında aparılır. EBDF seriyalı, 895966 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2481,70 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. EBDG seriyalı, 027978 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 7838,86 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. EBDG seriyalı, 116826 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2786,16 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. EBDG seriyalı, 116826 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2786,16 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. EBDG seriyalı, 116990 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2688,64 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. EBDG seriyalı, 122959 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3094,15 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. EBDG seriyalı, 799327 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 660,80 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. EBDH seriyalı, 668424 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1551,60 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. EBDH seriyalı, 658814 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1504,00 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli, **********72 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 157,84 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı-satqı üzrə mal göndərmə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə meyvələr satmış, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək aldığı meyvələrin dəyərini tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (müqavilə, protokollar, qaimələr) öz təsdiqini tapır. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz verilməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, təhvil aldığı malların dəyərindən 21536,75 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, malların dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 21536,75 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasındakı müqaviləyə əsasən hesablanmış 1076,84 manat məbləğində cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən 1076,84 manat cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhəkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 1076,84 manat məbləğində cərimə məbləği tutulmalıdır. Həmçinin məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 157,84 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 21536,75 manat pul məbləğində əsas borc, 1 076,84 cərimə, ümumilikdə 22613 (iyirmi iki min altı yüz on üç) manat, 59 (əlli doqquz) qəpik borc, ödənilmiş 157 (yüz əlli yeddi) manat 84 (səksən dörd) qəpik dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2431/2025
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2431/2025
25.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver