Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2434/2024 25.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh QSC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icarə Müqaviləsi üzrə 14,823.61 manat ödənilməmiş icarə haqqı, vəkilə hüquqi yardıma görə ödənilmiş 3.000,00 manat və dövlət rüsumu kimi ödənilmiş 143.47 manat, ümumilikdə 17,967.08 manat məbləğinin tutulmasını qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “13” fevral 2022-ci il tarixli icarə müqaviləsinə əsasən İcarəyə verən, yəni iddiaçı, icarəyə verənin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 2, “Tover-3” adlanan binanın giriş mərtəbəsindəki, ərazisi 101 kvadrat metr olan ofis sahəsini icarəçiyə, yəni cavabdehə icarəyə vermişdir. İcarə Müqaviləsinin 1-ci bəndinə əsasən İcarə müqaviləsi 15 fevral 2022-ci il tarixindən etibarən 14 fevral 2023-cü il tarixinə qədər qüvvədədir. İcarə müqaviləsinə edilən 14 fevral 2023-cü il tarixli, 001 saylı əlavə ilə icarə Müqaviləsinin müddəti 31 mart 2023-cü il tarixinə qədər uzadılmışdır. İcarə Müqaviləsinin 2-ci bəndinin birinci paraqrafına əsasən icarə obyekti üzrə aylıq 2,929.00 manat icarə haqqı müəyyən edilmiş və cavabdeh üzərinə aylıq olaraq fakturanın iddiaçı tərəfindən verildiyi tarixdən 10 təqvim günündən gec olmayaraq ödənilməsi öhdəliyi qoyulmuşdur. Bu maddənin tələbinə müvafiq olaraq, iddiaçı tərəfindən cavabdehə, 28 fevral 2022-ci il və 31 mart 2023-cü il tarixləri arasında qaimələr təqdim edilmişdir. Təqdim edilən ödəniş tapşırıqlarına əsasən cavabdeh qaimələrə əsasən ödəməli olduğu 49,865.69 manat məbləğin 35,042.08 manat məbləğində olan hissəsini ödəmişdir. Lakin cavabdeh tərəfindən borcunun 14, 823.61 manat məbləğində olan hissəsi ödənilməmişdir. Cavabdeh tərəfindən ödəniş öhdəliklərinin yerinə yetirilmədiyini müşahidə edən iddiaçı, mütəmadi olaraq cavabdehlə telefon vasitəsilə əlaqə saxlayıb, ondan icarə Müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmişdir. Cavabdeh tərəfindən borc öhdəliyinin olduğu iddiaçıya etiraf edilmiş və cavabdeh tərəfindən borc öhdəliyini tezliklə yerinə yetirəcəyi barədə müxtəlif vədlər verilmiş, lakin nəticə etibarilə borc öhdəliyi yerinə yetirilməmişdir. İddiaçı Cavabdehə 17 oktyabr 2023-cü il tarixli pretenziya məktubu ünvanlayaraq cavabdehdən borc öhdəliyinin yerinə yetirilməsini yazılı olaraq da tələb etmişdir. 20 oktyabr 2023-cü il tarixində İddiaçı tərəfindən cavabdehə xəbərnaməli olaraq pretenziya məktubu göndərilərək, 28 fevral 2022-ci il və 31 mart 2023-cü il tarixləri arasında təqdim edilmiş və cavabdeh tərəfindən ödənilməmiş qaimələrə əsaslanaraq, icarə müqaviləsi üzrə borcu olduğunu və belə borcun ödənilməməsi nəticəsində həmin müqavilələrin şərtlərinin pozulduğu bildirilmişdir. Həmçinin məktubda qeyd edilmişdir ki, müqavilə öhdəliklərinin yerinə yetirilmədiyi halda, İddiaçı tərəfindən Azərbaycan Respublikasının müvafiq məhkəmələrinə müraciət ediləcəkdir. Cavabdeh tərəfindən bu məktubun qəbul edildiyi barədə 25 oktyabr 2023-cü il tarixli qeyd qəbzin üzərində qeyd olunmuşdur. X1 İdarəsinin sistemi ilə cavabdehin elektron kabinetinə 18 oktyabr 2023-cü il tarixində eyni məzmunlu pretenziya məktubu göndərilmişdir. Lakin buna baxmayaraq cavabdeh yenə də borc öhdəliyini yerinə yetirməmişdir. İddiaçı tərəfindən həyata keçirilmiş bütün tədbirlərə baxmayaraq, cavabdeh tərəfindən cavabdehin icarə Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi, yəni borc ödənişini ödənməsi istiqamətində bugünə qədər hər hansı tədbirlər həyata keçirilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445, 448.1, 675-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh QSC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək cavabdehin məhkəmə bildirişlərini qəbul etsədə, məhkəmə prosesində iştirak etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" QSC (“İcarəyə verən”) ilə Cavabdeh QSC (“İcarəçi”) arasında imzalanmış 13 fevral 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, İcarəyə verən mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 2, “Tover-3” adlanan binanın giriş mərtəbəsindəki, ərazisi 101 kvadrat metr olan ofis sahəsini icarəçiyə icarəyə vermişdir. Müqavilənin 1-ci bəndində əsasən müddət 15 fevral 2022-ci il tarixində (və ya Tərəflərin qarşılıqlı yazılı razılığı əsasında daha tez bir tarixdə) başlanmalı və daha əvvəl ləğv edilməmiş və ya uzadılmamışdırsa 14 fevral 2023-cü il tarixində qüvvədən düşməsi razılaşdırılmışdır. Müqavilənin 2-ci bəndinə əsasən (İcarə haqqı) əmlakın icarəsinə görə aylıq icarə haqqı 2,929.00 manat təşkil edəcəkdir. İcarə haqqı cari aya görə aylıq əsasda, fakturanın verilmə tarixindən 10 (on) təqvim günündən gec olmayaraq icarəyə verənin hesab-fakturalarının əsliləri əsasında ödənilməlidir və əgər müqavilənin qüvvədə olduğu və ya xitam edildiyi sonuncu gün ayın son gününə təsadüf etmirsə, bu zaman tam olmayan ayın günləri üçün icarə haqqı bütöv ay üçün ödənilən məbləğə proporsional olaraq hesablanıb ödənilir. Bütün icarə haqqı ödənişiəri vaxtı-vaxtında və icarəyə verənin hazırkı Müqavilədə göstərilən hesabına köçürülməlidir. Bu Müqaviləyə əsasən icarəçi tərəfindən icarəyə verənə ödənilməli olan məbləğ ödəniş günündə ödənilməzsə, İcarəyə verənin hüququ olacaq ki, ödəniş günündən sonrakı hər gecikmə günü üçün ödənilməsi gecikdirilən məbləğə illik 15 (on beş) % dərəcə ilə, aylıq icarə haqqı məbləğindən çox olmayaraq faiz tətbiq etsin. Müqavilənin 11-ci bəndinə əsasən hazırkı Müqaviləyə şərtlər icarəçi tərəfindən əsaslı şəkildə pozulduğuna görə xitam verilərsə, tətbiq edilən qanunvericiliklə icazə verildiyi həddə, icarəyə verən bu Müqaviləyə əsasən icarəçi tərəfindən verilməli və ya veriləcək və icarəçi, icarəyə verilmiş sahədə olduğu müddət üçün icarə haqqının tam məbləği daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq bütün pulları əldə etmək hüququna malikdir. "xxxx" QSC (“İcarəyə verən”) ilə Cavabdeh QSC (“İcarəçi”) arasında imzalanmış 13 fevral 2022-ci il tarixli icarə müqaviləsinə 001 saylı Əlavəyə əsasən ünvan 1 ünvanında yerləşən, “Tover-3” adı ilə tanınan, binanın giriş mərtəbəsində, ərazisi 101 kvadrat metr olan ofis sahəsini Tərəflər arasında mövcud olan 13 fevral 2022 tarixli İcarə Müqaviləsində nəzərdə tutulmuş şərtlərlə və razılaşdırımış ödəniş qaydası ilə 15 fevral 2023-cü ildən 31 mart 2023-cü il tarixinədək icarəyə götürməklə İcarə Müqaviləsinin uzadılmasını təsdiq etmişlər, bu Əlavə icarə Müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Müqavilənin 2-ci bəndinə əsasən ("İcarə haqqı") əmlakın icarəsinə görə aylıq icarə haqqı 2,929.00 manat təşkil edəcəkdir. İcarə haqqı cari aya görə aylıq əsasda, fakturanın verilmə tarixindən 10 (on) təqvim günündən gec olmayaraq icarəyə verənin hesab-fakturalarının əsilləri əsasında ödənilməlidir və əgər müqavilənin qüvvədə olduğu və ya xitam edildiyi sonuncu gün ayın son gününə təsadüf etmirsə, bu zaman tam olmayan ayın günləri üçün icarə haqqı bütöv ay üçün ödənilən məbləğə proporsional olaraq hesablanıb ödənilir. Bütün adı çəkilən ödənişlər icarəyə verən tərəfindən göstərilən hesaba köçürülməlidir. İcarə haqqına X2 daxil deyildir. İcarə haqqı üzrə hesablanmış ƏDV cari aya görə İcarə haqqının ödənişi ilə birgə hesaba yazılmalı və ödənilməlidir. ƏDV-dən yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş ƏDV-dən azad edilmə haqqında etibarlı sənədin əldə edilməsindən sonra azad oluna bilər. 13 iyun 2022-ci il tarixli, 207OPXO221640501 saylı ödəniş tapşığına əsasən 1000 manat, 27 aprel 2022-ci il tarixli, 107OPX********** saylı ödəniş tapşığına əsasən 1500 manat, 27 may 2022-ci il tarixli, 107OPX1221461F27 saylı ödəniş tapşığına əsasən 1511,57 manat, 31 avqust 2022-ci il tarixli, VTBA**********6 saylı ödəniş tapşığına əsasən 1758 manat, 01 iyul 2022-ci il tarixli, 207OPXO221820017 saylı ödəniş tapşığına əsasən 150 manat, 05 mart 2022-ci il tarixli, 107OPX1220631A4E saylı ödəniş tapşığına əsasən 1464,5 manat, 05 iyul 2022-ci il tarixli, 207OPXO221860107 saylı ödəniş tapşığına əsasən 5000 manat, 10 noyabr 2022-ci il tarixli, 207OPXO223140530 saylı ödəniş tapşığına əsasən 1000 manat, 05 noyabr 2022-ci il tarixli, 207OPXO223090048 saylı ödəniş tapşığına əsasən 1000 manat, 01 iyul 2022-ci il tarixli, 107OPX12218209E6 saylı ödəniş tapşığına əsasən 1350 manat, 23 dekabr 2022-ci il tarixli, 107OPX1223570FDC saylı ödəniş tapşığına əsasən 1000 manat, 24 yanvar 2023-ci il tarixli, 107OPX1230241CE1 saylı ödəniş tapşığına əsasən 2880 manat, 09 dekabr 2022-ci il tarixli, 207OPXO223430069 saylı ödəniş tapşığına əsasən 4000 manat, 04 avqust 2022-ci il tarixli, 107OPX********** saylı ödəniş tapşığına əsasən 999 manat, 07 oktyabr 2022-ci il tarixli, **********1 saylı ödəniş tapşığına əsasən 2400 manat, 26 avqust 2022-ci il tarixli, 207OPXO222380038 saylı ödəniş tapşığına əsasən 1336 manat pul vəsaiti Cavabdeh QSC tərəfindən "xxxx" QSC-nin müvafiq bank hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixli 73 saylı invoysa əsasən Cavabdeh QSC-yə 3456,22 manat məbləğində (ƏDV daxil olmaqla), xx.xx.2023-cü il tarixli 211 saylı invoysa əsasən Cavabdeh QSC-yə 3456,22 manat məbləğində (ƏDV daxil olmaqla), xx.xx.2023-cü il tarixli 510 saylı invoysa əsasən Cavabdeh QSC-yə 3456,22 manat məbləğində (ƏDV daxil olmaqla), xx.xx.2022-ci il tarixli 004970 saylı invoysa əsasən Cavabdeh QSC-yə 3553,65 manat məbləğində (ƏDV daxil olmaqla), xx.xx.2022-ci il tarixli 005178 saylı invoysa əsasən Cavabdeh QSC-yə 3653,23 manat məbləğində (ƏDV daxil olmaqla), xx.xx.2022-ci il tarixli 005360 saylı invoysa əsasən Cavabdeh QSC-yə 3635,35 manat məbləğində (ƏDV daxil olmaqla), xx.xx.2022-ci il tarixli 005537 saylı invoysa əsasən Cavabdeh QSC-yə 3619,88 manat məbləğində (ƏDV daxil olmaqla), xx.xx.2022-ci il tarixli 005729 saylı invoysa əsasən Cavabdeh QSC-yə 3679,86 manat məbləğində (ƏDV daxil olmaqla), xx.xx.2022-ci il tarixli 005891 saylı invoysa əsasən Cavabdeh QSC-yə 3775,45 manat məbləğində (ƏDV daxil olmaqla), xx.xx.2022-ci il tarixli 006070 saylı invoysa əsasən Cavabdeh QSC-yə 3746,41 manat məbləğində (ƏDV daxil olmaqla), xx.xx.2022-ci il tarixli 006279 saylı invoysa əsasən Cavabdeh QSC-yə 3740,08 manat məbləğində (ƏDV daxil olmaqla), xx.xx.2022-ci il tarixli 006468 saylı invoysa əsasən Cavabdeh QSC-yə 3723,73 manat məbləğində (ƏDV daxil olmaqla), xx.xx.2022-ci il tarixli 006964 saylı invoysa əsasən Cavabdeh QSC-yə 3647,02 manat məbləğində (ƏDV daxil olmaqla) icarə haqqı məbləğinin ödənilməsi üçün göndərilmişdir. 01 iyun 2021-ci il tarixli Hüquq xidmətlərinin göstərilməsi haqqında Müqaviləyə 3 saylı Əlavədən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" QSCy-ə müqavilə üzrə göstərilən xidmətlərin dəyəri 3000 manat olaraq müəyyən olunmuşdur. 24 yanvar 2024-cü il tarixli, 000053 saylı ödəniş tapşığına əsasən 3000 manat pul vəsaiti "xxxx" QSC tərəfindən "xxxx" MMC-nin müvafiq bank hesabına ödənilmişdir. xx.xx.2024-cü il tarixli **********21 nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" QSC 143,47 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq ünvan 1 ünvanında yerləşən, “Tover-3” adı ilə tanınan, binanın giriş mərtəbəsində, ərazisi 101 kvadrat metr olan ofis sahəsi təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək icarə haqqı məbləğini tam ödəməmişdir. Cavabdehin iddiaçıya icarə haqqı borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapır. Buna görə də iddiaçının cavabdehdən MM-nin 700.1-ci maddəsinə əsasən icrarə haqqını tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən obyektin cavabdehə icarəyə verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək icarə haqqını, yəni 14,823.61 manat pulu ödəmədiyini, iddiaçının icarə haqqını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 14,823.61 manat icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 3000 manat xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 143,47 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh QSC-dən iddiaçı ilə aralarında bağlanmış 13 fevral 2022-ci il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 14823 (on dörd min səkkiz yüz iyirmi üç) manat 61 (altmış bir) qəpik məbləğində pul vəsaiti, vəkilə hüquqi yardıma görə ödənilmiş 3000 (üç min) manatın, habelə ödənilmiş 143,47 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2434/2024
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2434/2024
25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver