Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2436/2025 14.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər X4 və Cavabdeh2 qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X3 katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Vəkil1 iştirakı ilə, Cavabdehlərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər X4 və Cavabdeh2 qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 5847,04 manat məbləğində pul vəsaitinin, eyni zamanda iddaçı tərəfindən vəkilə ödənilmiş 500 manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 79 manat məbləğində pulun əvəzinin tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (VÖEN: **********) ilə X6 arasında xx.xx.2022-ci il tarixli, №04 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən, aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri yaşayış sahəsinin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 600 (altı yüz) manat məbləğində müəyyən olunmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən, “İcarəçi” 01 yanvar 2022-ci il tarixdən başlayaraq cari ayın aylıq icarə haqqını tam məbləğdə əvvəlcədən hər ayın 5-dək “İcarəyə verənə” nəğd qaydada və ya bank hesabına köçürməklə ödəyir. Qeyd edək ki, xx.xx.2022-ci il tarixli, №04 saylı icarə müqaviləsi üzrə xx-xx-2022 tarixli, EBBQ 368748 nömrəli elektron qaimə üzrə 600 manat, xx-xx-2022 tarixli, EBBR 886864 nömrəli elektron qaimə üzrə 600 manat, xx-xx-2022-ci il tarixli, EBBS 841839 nömrəli elektron qaimə üzrə 600 manat, xx-xx-2022-ci il tarixli, EBBU 561465 nömrəli elektron qaimə üzrə 600 manat, xx-xx- 2022-ci il tarixli, EBBW 222734 nömrəli elektron qaimə üzrə 600 manat, xx-xx-2022-ci il tarixli, EBBY 451036 nömrəli elektron qaimə üzrə 600 manat, 19- 07-2022-ci il tarixli, EBCA 273846 nömrəli elektron qaimə üzrə 600 manat, xx-xx-2022-ci il tarixli, EBCA 886860 nömrəli elektron qaimə üzrə 559 manat, xx-xx-2022-ci il tarixli, EBCB 814430 nömrəli elektron qaimə üzrə 600 manat, xx-xx-2022-ci il tarixli, EBCC 725120 nömrəli elektron qaimə üzrə 350 manat, xx-xx-2022-ci il tarixli, EBCİ 494717 nömrəli elektron qaimə üzrə 91,52 manat, xx-xx-2024-cü il tarixli, MT2407 10372099 nömrəli elektron qaimə üzrə 46,52 manat olmaqla, ümumilikdə 5847,04 (beş min səkkiz yüz qırx yeddi manat, dörd qəpik) manat məbləğində borc yaranmışdır. Cavabdeh2 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. Onun fəaliyyət dövründə İddiaçı ASC ilə fərqli hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, tapşırıq və sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Yuxarıda qeyd edilən sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan İddiaçı ASC-ə aid olan sənədlərin, İddiaçı ASC-nin mülkiyyətində olan əsas vəsaitlərin, video müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin İddiaçı ASC-ə təqdim edilməsi ilə bağlı Cavabdeh2 7 (yeddi) və 4 (dörd) ədəd məktublar ünvanlanmışdır. Lakin sonuncu qeyd olunanların heç birinə geri dönüş etməmişdir. Yuxarıda qeyd olunan icarə müqaviləsi də Cavabdeh2 fəaliyyət göstərdiyi dövrdə sonuncu tərəfindən imzalanmışdır. Həmin icarə müqaviləsinin 5-ci bəndinə əsasən, icarə haqqının ödənilmə qaydası nağd və ya bank hesabına köçürməklə müəyyən edilmişdir. X2 müraciətlərinə şifahi qaydada verdiyi cavaba əsasən isə yuxarıda qeyd olunan qaimələrin ödənişlərini nağd qaydada ASC-nin keçmiş direktoru Cavabdeh2 ödəmişdir. Lakin hazırkı vaxtadək sözügedən icarə borcları ASC-nin hesabına köçürülməmişdir. Buna görə də, Cavabdeh2 da hazırkı mübahisə üzrə cavabdeh kimi işə cəlb olunmalıdır. Göründüyü kimi, tərəflər arasında xx.xx.2022-ci il tarixli, №04 saylı icarə müqaviləsi üzrə öhdəlik hüquq münasibətləri yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi/vəkili iddia ərizəsini müdafiə edərək tam təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildiridi ki, cavabdehlərdən tələb edilən 5847,04 manat məbləğindən iddiaçının maliyyə arayışına əsasən 559 manat, 350 manat, 91,52 manat və 46,52 manat komunal xərclərə görə qalıq borc, qalan 4800 manat isə icarə haqqı borcudur.
4. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ASC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 04 saylı icarə müqaviləsinə əsasən:
8. Müqavilənin 1-ci bəndinə əsasən “İcarəyə verən” Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 74 ünvanında yerləşən tam mülkiyyət üzrə ona məxsus hissəsindən 200 kv/m hissəsini orada yerləşən və "İcarəyə verən”ə məxsus olan əşyalarla (avadanlıqlar, qurğular sair inventarla) icarəçiyə verir.
9. Müqavilənin 2-ci bəndinə əsasən İcarə müddəti « 01 » yanvar 2022-ci il tarixdən « 31 » oktyabr 2022-ci il tarixədək 10 (on) ay müəyyən edilir. Bu müqavilənin qüvvədə olma müddətinin başa çatmasına 30 (otuz) gün qalmış tərəflər onun pozulmasına dair razılaşmaya gəlməsələr icarə müddəti bu müqavilənin eyni şərtləri ilə 10 (on) ay müddətinə yenidən uzadılmış hesab olunur. Cəmi belə uzadılmış müddətlərin sayı 3 (üç) dəfə ola bilər.
10. Müqavilənin 3.1-ci bəndinə əsasən bu icarə müqaviləsi üzrə aylıq icarə haqqı (ƏDV daxil) aşağıdakı iki tərkib hissəsinin cəmidir:
11. Müqavilənin 3.1.1-ci bəndinə əsasən aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri yaşayış sahənin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 600 (altı yüz manat) manat məbləğində müəyyən olunmuşdur:
12. Müqavilənin 3.1.2-ci bəndinə əsasən aylıq icarə haqqının ikinci tərkib hissəsinə bu müqavilənin qüvvədə olduğu müddətinə daxil olan istənilən ayında bu müqavilənin 6.2-ci bəndində adları çəkilmiş istənilən xidmətlərdən həmin bənddə göstərilmiş kəmiyyət göstəricilərindən daha artıq həcmdə (miqdarda, sayda) « İcarəçi » tərəfindən istifdadə olunduğu təqdirdə onun (onların) istifadəsinə görə xərclər(haqqlar) daxil olunur.
13. Müqavilənin 5-ci bəndinə əsasən icarəçi 01 yanvar 2022-ci il tarixdən başlayaraq cari ayın aylıq icarə haqqını tam məbləğdə əvvəlcədən arayın 5-dək icarəyə verənə nağd qaydada və ya bank hesabına köçürməklə ödəyir.
14. Müqavilənin 6.1-ci bəndinə əsasən istənilən multimediya və/və ya telekommunikasiya xidmətlərə görə, o cümlədən, lakin bununla məhdudlaşdırılmayaraq, beynəlxalq və/və ya şəhərlərarası və/və ya digər ödənişli telefon danışıqlıqları, internetdən və/və ya kabel televiziyasından istifadə xərcləri istisna olunmaqla, “İcarəçi” tərəfindən faktiki istifadə olunmuş aşağıdakı kommunal xidmətlərdən: 1 telefon nömrəsinin abunə haqqısı, ayda 600 kvt.saatadək elektrik enerjisinin istifadəsi və 10 kub.m su və çirkab suların axıdılmasına görə haqqlar icarə haqqının 1-ci tərkib hissəsinə daxil edilmişdir və İcarəyə verən tərəfindən ödənilir.
15. Müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddətinə, uzadılmış müddətlər də daxil olunmaqla, daxil olan istənilən ayında aşağıda adalrı çəkilmiş xidmətlərdən istəniləni İcarəçi tərəfindən istifadə olunduğu və ya aşağıda göstərilmiş göstəricilərdən artıq həcmdə (miqdarda, sayda) istifadə olunduğu təqdirdə, onların istifadəsinə görə hökümət (tarif şurası) tərəfindən müəyyən edilmiş tarixlərlə hesablanmış xərclər (haqqlar) həmin ayın icarə haqqının ikinci tərkib hissəsini təşkil edir: ikinci və daha artıq sayda telefon nömrələri üçün abunə haqqları və/və ya 600 kvt.saatlıq elektrik enerjisindən artıq həcmdə (miqdarda) istifadəsi və/və ya 10 kub.m-dən artıq həcmdə istifadə olunmuş, suyun və çirkab suların axıdılmasına görə haqqlar, həmçinin istənilən multimediya və/və ya telekommunikasiya xidmətlərə görə, o cümlədən, lakin bununla məhdudlaşdırılmayaraq, beynəlxalq və/ və ya şəhərlərarası və ya digər ödənişli telefon danışıqları, internetdən və ya kabel televiziyasından istifadə xərcləri.
16. xx.xx.2022-ci il tarixli, №04 saylı icarə müqaviləsi üzrə xx-xx-2022 tarixli, EBBQ 368748 nömrəli elektron qaimə üzrə 600 manat, xx-xx-2022 tarixli, EBBR 886864 nömrəli elektron qaimə üzrə 600 manat, xx-xx-2022-ci il tarixli, EBBS 841839 nömrəli elektron qaimə üzrə 600 manat, xx-xx-2022-ci il tarixli, EBBU 561465 nömrəli elektron qaimə üzrə 600 manat, xx-xx-2022-ci il tarixli, EBBW 222734 nömrəli elektron qaimə üzrə 600 manat, xx-xx- 2022-ci il tarixli, EBBY 451036 nömrəli elektron qaimə üzrə 600 manat, 19- 07-2022-ci il tarixli, EBCA 273846 nömrəli elektron qaimə üzrə 600 manat, xx-xx-2022-ci il tarixli, EBCA 886860 nömrəli elektron qaimə üzrə 559 manat, xx-xx-2022-ci il tarixli, EBCB 814430 nömrəli elektron qaimə üzrə 600 manat, xx-xx-2022-ci il tarixli, EBCC 725120 nömrəli elektron qaimə üzrə 350 manat, xx-xx-2022-ci il tarixli, EBCİ 494717 nömrəli elektron qaimə üzrə 91,52 manat, xx-xx-2024-cü il tarixli, MT2407 10372099 nömrəli elektron qaimə üzrə 46,52 manat olmaqla, ümumilikdə 5847,04 (beş min səkkiz yüz qırx yeddi manat, dörd qəpik) manat məbləğində borc yaranmışdır.
17. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən cavabdehin müqavilə üzrə xx.xx.2022-c il tarixindən xx.xx.2024-cü il tarixinə olan dövr üzrə cəmi borcu 5847,04 manat müəyyən edilmişdir.
18. Məhkəmə iddiaçı tərəfin nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
19. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
20. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
21. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı ASC (VÖEN: **********) ilə X6 arasında xx.xx.2022-ci il tarixli, №04 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən, aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri yaşayış sahəsinin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 600 (altı yüz) manat məbləğində müəyyən olunmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən, “İcarəçi” 01 yanvar 2022-ci il tarixdən başlayaraq cari ayın aylıq icarə haqqını tam məbləğdə əvvəlcədən hər ayın 5-dək “İcarəyə verənə” nəğd qaydada və ya bank hesabına köçürməklə ödəyir. Müqavilə üzrə icarəyə verən öz öhdəliklərini icra etsə də, lakin icarəçinin bugünə ödənilməmiş borcu qalmışdır.
22. Göründüyü kimi tərəflər arasında daşınmaz əmlakın icarəyə verilməsinə dair icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdı, qeyri-yaşayış sahəsi cavabdehin istifadəsinə verilmiş, cavabdeh tərəfindən icarə haqqı öhdəliklərini yerinə yetirmədiyi üçün həmin müqavilə üzrə borcu yaranmışdır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
24. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur;
25. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
26. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;
27. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir;
28. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;
29. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
30. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
31. Qeyd olunanlardan göründüyü kimi cavabdeh müqavilə üzrə ödənilməli olan icarə haqqı borcunu tam ödəməmiş və həmin borcun ödənilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından və maliyyə arayışından müəyyən edilir ki, 4800 manat icarə haqqı borcu yanvar 2022-ci il tarixindən avqust 2022-ci il dövrü əhatə edir.
32. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin (icarəçinin) müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtında icra etmədiyini, nəticədə icarə müqaviləsi üzrə iddiaçıya 4800 manat bоrcu yarandığını nəzərə alaraq hesab edir ki, cavabdeh (icarəçi) X1 4800 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.
33. İddia tələbinin qalan (1047,04 manat kommunal xərclərə görə) hissəsinə dair məhkəmə qeyd edir ki, iddiaçı tələbin bu hissədə əsaslı olmasına dair hər-hansı sübutu (həmin borc məbləğlərin necə formalaşması (hansı sayğac göstəricilərinə), məhz hansı kommunal xidmətə görə olması, həmin xidmətlərin istifadəsi üçün müqavilədə nəzərdə tutulmuş limitdən artıq istifadə edilməsi faktını təsdiq edən sənədlər və s.) məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də bu hissədə iddia təmin edilə bilməz.
34. Belə ki, tərəflər arasında bağlanmış Müqavilənin 6.1-ci bəndinə əsasən istənilən multimediya və/və ya telekommunikasiya xidmətlərə görə, o cümlədən, lakin bununla məhdudlaşdırılmayaraq, beynəlxalq və/və ya şəhərlərarası və/və ya digər ödənişli telefon danışıqlıqları, internetdən və/və ya kabel televiziyasından istifadə xərcləri istisna olunmaqla, “İcarəçi” tərəfindən faktiki istifadə olunmuş aşağıdakı kommunal xidmətlərdən: 1 telefon nömrəsinin abunə haqqısı, ayda 600 kvt.saatadək elektrik enerjisinin istifadəsi və 10 kub.m su və çirkab suların axıdılmasına görə haqqlar icarə haqqının 1-ci tərkib hissəsinə daxil edilmişdir və İcarəyə verən tərəfindən ödənilir. Müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddətinə, uzadılmış müddətlər də daxil olunmaqla, daxil olan istənilən ayında aşağıda adaları çəkilmiş xidmətlərdən istəniləni İcarəçi tərəfindən istifadə olunduğu və ya aşağıda göstərilmiş göstəricilərdən artıq həcmdə (miqdarda, sayda) istifadə olunduğu təqdirdə, onların istifadəsinə görə hökümət (tarif şurası) tərəfindən müəyyən edilmiş tarixlərlə hesablanmış xərclər (haqqlar) həmin ayın icarə haqqının ikinci tərkib hissəsini təşkil edir: ikinci və daha artıq sayda telefon nömrələri üçün abunə haqqları və/və ya 600 kvt.saatlıq elektrik enerjisindən artıq həcmdə (miqdarda) istifadəsi və/və ya 10 kub.m-dən artıq həcmdə istifadə olunmuş, suyun və çirkab suların axıdılmasına görə haqqlar, həmçinin istənilən multimediya və/və ya telekommunikasiya xidmətlərə görə, o cümlədən, lakin bununla məhdudlaşdırılmayaraq, beynəlxalq və/ və ya şəhərlərarası və ya digər ödənişli telefon danışıqları, internetdən və ya kabel televiziyasından istifadə xərcləri.
35. Məhkəmə həmçinin iddia tələbinin digər cavabdeh - Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, icarə müqaviləsi iddiaçı-hüquqi şəxs ilə X5 arasında bağlandığı, müqavilə üzrə hüquq və öhdəliklər məhz həmin şəxslər arasında yarandığı üçün, yaranmış icarə haqqı borcu da həmin dövrdə ASC-nin direktoru olan Cavabdeh2 deyil, icarəçi X1 tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, baxmayaraq ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, “X2 iddiaçının müraciətlərinə şifahi qaydada verdiyi cavaba əsasən e-qaimələrin ödənişlərini nağd qaydada ASC-nin keçmiş direktoru Cavabdeh2 ödəmişdir. Lakin hazırkı vaxtadək sözügedən icarə borcları ASC-nin hesabına köçürülməmişdir”, lakin həmin arqumentləri təsdiq edən subutlar nə iddiaçı, nə də cavabdeh X5 tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, hazırki iş üzrə iddianın Cavabdeh2 münasibətdə təmin edilməsi üçün əsaslar müəyyən edilmir, həmin hissədə iddia rədd edilməlidir.
36. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 79 manat məbləğində dövlət rüsumu və 500 manat vəkil xərci ödənilmişdir.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 68 manat məbləğində dövlət rüsumunun və 500 manat vəkil xərcinin əvəzi cavabdeh X1 iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh X1 xx.xx.2022-ci il tarixli 04 saylı icarə müqaviləsi üzrə 4800 manat icarə haqqı borcu, vəkil xərcinin əvəzi olaraq 500 manat və dövlət rüsumunun əvəzi olaraq 68 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova