Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2442/2024 09.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, borcun ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 13 iyul 2022-ci il tarixli, PLT-İSB- 22/001 saylı icarə müqaviləsi əsasında yaranmış 244513 manat borc, 535 manat dövlət rüsumu olmaqla, ümumilikdə 245048 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC alınıb İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC ( icarəyə verən) və Cavabdeh MMC (icarəçi) arasında bağlanan PLT-İSB-22/001 Təhlükəsiz fasadl iskələnin icarə müqaviləsinə əsasən İddiaçı MMC iskələləri onun hissələri ilə birlikdə icarəyə verməyi, quraşdırmağı və sökülməsi işlərini aparmağı,Cavabdeh MMC isə iskələdən istıfadə və icarədar tərəfindən görülən işlər müqabilində müqavilənin 1 saylı Cədvəlində qeyd edilən icarə haqqını müəyyən edilmiş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.4-cü maddəsinə əsasən hesab-faktura təqdim edildikdən sonra 60 ( altmış) gün ərzində icarəçi tərəfindən icarə haqqı icarədara tam şəkildə ödənilməlidir. Cavabdehə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. Cavabdeh MMC müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Hazırda icarə müqaviləsi üzrə cavabdehin İddiaçı MMC-yə ödənilməli olan 244513 manat icarə haqqı borcu vardır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 13-cü maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçıya borcun olduğunu inkar etməmiş, məbləğin dəqiqləşdirilməsi üçün vaxt verilməsini xahiş etmiş, lakin sonradan məhkəmə iclaslarında iştirak etməmişdir.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh MMC arasında 13 iyul 2022-ci il tarixli, PLT-İSB-22/001 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarədar iskələni onun hissələri ilə birlikdə icarəyə verməyi, onu quraşdırmağı və sökülməsi işlərini aparmağı, icarəçi isə iskələdən istifadə və icarədar tərəfindən görülən işlər müqabilində ikinciyə bu müqavilədə göstərilən cədvəl-1-də qeyd edilən icarə haqqını müəyyən edilmiş müddətdə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən aparılan iş kateqoriyaları və miqdarları əlavə olunan smeta siyahısında (Cədvəl-l) göstərilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilə üzrə müəyyənləşdirilən məbləğ hər bir vahidin qiymətinə uyğun olaraq hesablanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə bir vahidin dəyəri olaraq göstərilməklə, icarəçi tərəfindən təklif edilən və icarədar tərəfindən təsdiq edilən ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir.
9. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 833349 nömrəli elektron qaimədə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12478,50 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
10. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 291220 nömrəli elektron qaimədə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6230,40 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
11. xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 830280 nömrəli elektron qaimədə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7314,05 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
12. xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 676179 nömrəli elektron qaimədə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 10347,74 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
13. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 862416 nömrəli elektron qaimədə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11119,02 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
14. xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 655526 nömrəli elektron qaimədə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 16115,11 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
15. xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 478463 nömrəli elektron qaimədə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 18077,01 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
16. xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 252803 nömrəli elektron qaimədə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 23946,71 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
17. xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 354290 nömrəli elektron qaimədə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 23677 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
18. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 453395 nömrəli elektron qaimədə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 24668,64 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
19. xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 344920 nömrəli elektron qaimədə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 24668,64 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
20. xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 627489 nömrəli elektron qaimədə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2360 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
21. xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 625519 nömrəli elektron qaimədə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 23872,88 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
22. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 917732 nömrəli elektron qaimədə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 24668,64 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
23. xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 141994 nömrəli elektron qaimədə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 23872,88 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
24. İşdə olan icarənin başlanması haqqında aktlardan görünür ki, müqaviləyə əsasən təhlükəsiz fasadl iskələlər İddiaçı MMC tərəfindən təhvil verilmişdir.
25. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin xx.xx.2023-cü il tarixinədək ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
28. İddia tələbini cavabdehdən tərəflər arasında bağlanmış 13 iyul 2022-ci il tarixli, PLT-İSB-22/001 saylı icarə müqaviləsi əsasında yaranmış 244513 manat məbləğində borcun tutulması təşkil edir.
29. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında 13 iyul 2022-ci il tarixli, PLT-İSB-22/001 saylı icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən icarə haqqının ödənilməsi ilə bağlı öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, müqaviləyə əsasən iddiaçı ona məxsus avadanlıqları cavabdehə icarəyə vermiş, cavabdeh isə icarə haqqını ödəməmişdir. İddiaçı cavabdehdən 244513 manat məbləğində ödənilməmiş icarə haqqının tutulmasını xahiş edir.
30. Məhkəmə qanunvericilik normalarını, cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh QSC-dən 244513 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin borcun mövcudluğu aktlar, elektron qaimələr və təqdim olunmuş digər sübutlarla öz təsdiqini tapır. Müəyyən olunur ki, təqdim olunmuş elektron qaimələr üzrə ümumi məbləğ 253417,22 manat təşkil edir. İddiaçı tərəf həmin məbləğdən xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 833349 nömrəli elektron qaimə üzrə ƏDV daxil 12478,50 manatdan 7000 manat əsas məbləğ və 1903,5 manat ƏDV məbləğinin ödənildiyini bildirmişdir. Elektron qaimələr üzrə ümumi məbləği təşkil edən 253417,22 manatdan ödənilən məbləği çıxdıqda ƏDV daxil 244513,72 (253417,22-7000- 1903,5=244513,72) manat borc məbləği qalır. Həmçinin qeyd olunmalıdır ki, cavabdehin qanuni nümayəndəsi məhkəmə iclasında iştirak edən zaman iddiaçıya borcun olduğunu inkar etməmiş, məbləğin dəqiqləşdirilməsi üçün vaxt verilməsini xahiş etmiş, lakin sonradan məhkəmə iclaslarında iştirak etməmişdir.
31. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 535 (beş yüz otuz beş) manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
32. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 534,51 (beş yüz otuz dörd manat əlli bir qəpik) manat (iş üzrə ödənilməli olan dövlət rüsumu olmuşdur) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 244513 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 534,51 (beş yüz otuz dörd manat əlli bir qəpik) manat olmaqla, cəmi 245047,51 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova