Məhkəmə qərarları › İş №e-2-2(113)-2445/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2445/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2445/2025 13.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, icarə haqqı tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh QSC-dən xx.xx.2023-cu ul tarixli ASN-ENCOM-2311-08 №-li və xx.xx.2023-cu ul tarixli ASN- ENCOM-2311-15-01 №-li icarə müqavilələrinə görə ödənilməli olan ƏDV xaric 28865,38 manat (ƏDV daxil 34061,15 manat) məbləğində icarə haqqının və iddia ərizəsi ilə bağlı ödənilmiş 193 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli ASN-ENCOM-2311-08 №-li və xx.xx.2023-cu ul tarixli ASN- ENCOM-2311-15-01 №-li icarə müqavilələri bağlanılmışdır. Müqavilələrin 1.1-ci maddəsinə müvafiq olaraq “İcarəyə verən” texnikaları “İcarəçi”nin istifadəsinə verməyi, “İcarəçi” isə razılaşdırılmış icarə haqqını “İcarəyə verən”ə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilələr əsasında həyata keçirilmiş icarə nəticəsində xx.xx.2023-cü il tarixli EBDU Seriyalı 463712 №-li qaimə üzrə 16 076,92 manat, xx.xx.2023-cü il tarixli EBDU Seriyalı 464723 №-li qaimə üzrə Bu müqavilələr 5 038,46 manat, xx.xx.2023-cü il tarixli MT Seriyalı **********30 №-li qaimə üzrə 23 480,77 manat, xx.xx.2023-cü il tarixli MT Seriyalı **********89 №-l qaimə üzrə 14 269,223 manat, ümumilikdə ƏDV xaric 58 865,38 manat məbləğində borc yaranmışdır (elektron qaimələr əlavə olunur). Ötən müddət ərzində icarə haqqı olaraq ƏDV xaric 30000 manat məbləğində ödəniş edilmiş (xx.xx.2024-cü il tarixli 000İPX12406011AD №-li ödəniş tapşırığı əlavə olunur), ƏDV xaric 28865,38 manat borc ödənilməmiş qalmaqdadır. Tərəflər arasında imzalanaraq təsdiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən qeyd edilən tarixə qalıq borc məbləği ƏDV xaric 28865,38 manat təşkil etmişdir. icarə münasibətlərinin başa çatmasına və edilmiş müraciətlərə baxmayaraq cavabdeh borcu ödəməmiş, ödəməmə səbəbinə izah verməmişdir. Cavabdehin ünvanına hazırlanmış xx.xx.2025-ci il tarixli 02 №-li pretenziya məktubu xx.xx.2025-ci il tarixdə onlayn kargüzarlıq vasitəsilə cavabdeh "xxxx" QSC-yə göndərilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 442,445.2.1 448.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: “İcarəçi” Cavabdeh QSC ilə “İcarəyə verən” İddiaçı MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli ASN-ENCOM-2311-08 №-li müqaviləsindən görünür ki, “İcarəyə verən” ona məxsus olan ağır texnikaları “İcarəçi”nin istifadəsinə verməyi, “İcarəçi” isə bunun qarşılığında Müqavilə ilə müəyyən edilmiş icarə haqqı məbləğini “İcarəyə verənə” ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə “Backhoe Loader” markalı bir inşaat texnikasının icarə haqqının məbləği aylıq 5500 manat (ƏDV əlavə olaraq hesablanır) təşkil edir. İcarə haqqının ödənilməsi hər ay İcarəçi tərəfindən İcarəyə verənin hesablaşma hesabına köçürülməsi yolu ilə həyata keçirilir. Müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqının məbləği müqavilə müddəti ərzində dəyişməz olaraq qalır. Müqavilə müddəti ərzində əhəmiyyətli dərəcədə manatın devalvasiyası baş verərsə icarə haqqı məbləği yalnız İcarəçinin razılığı ilə dəyişdirilə bilər. İcarəçinin yeni İcarə haqqı məbləği ilə razılaşmavacağı təqdirdə İcarəyə verən yeni icarəçi tapanadək icarə haqqı dəyişməz olaraq qalır. 8 noyabr 2023-cü il tarixli ASN-ENCOM-2311-08 saylı müqaviləsi üzrə Əlavə 1 X1 əsasən 1 ədəd Ekskavator və 4 ədəd Ekskavator yükləyicinin hər birinin 1 aylıq icarə haqqı ƏDV-siz 5500 manat, 18 % ƏDV əlavə olaraq razılaşdırılmışdır. “İcarəçi” Cavabdeh QSC ilə “İcarəyə verən” İddiaçı MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli ASN-ENCOM-2311-15-01 №-li müqaviləsindən görünür ki, “İcarəyə verən' ona məxsus olan ağır texnikaları “İcarəçi”nin istifadəsinə verməyi, “İcarəçi” isə bunun qarşılığında Müqavilə ilə müəyyən edilmiş icarə haqqı məbləğini ’"İcarəyə verənə” ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə Maniplyator markalı bir inşaat texnikasının icarə haqqının məbləği müqaviləyə Əlavədə göstərilmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqının ödənilməsi hər ay İcarəçi tərəfindən İcarəyə verənin hesablaşma hesabına köçürülməsi yolu ilə həyata keçirilir. İcarə haqqının məbləği müqavilə müddəti ərzində dəyişməz olaraq qalır. Müqavilə müddəti ərzində əhəmiyyətli dərəcədə manatın devalvasiyası baş verərsə icarə haqqı məbləği yalnız İcarəçinin razılığı ilə dəyişdirilə bilər. İcarəçinin yeni İcarə haqqı məbləği ilə razılaşmayacağı təqdirdə İcarəyə verən yeni icarəçi tapanadək icarə haqqı dəyişməz olaraq qalır. 15 noyabr 2023-cü il tarixli ASN-ENCOM-2311-15-01 saylı, müqaviləsi üzrə Əlavə 1 X1 əsasən “X2 Kran-Maniplyator”un 1 aylıq icarə haqqı ƏDV-siz 7000 manat, 18 % ƏDV əlavə olaraq razılaşdırılmışdır. 15 noyabr 2023-cü il tarixli ASN-ENCOM-2311-15-01 saylı, müqaviləsi üzrə Əlavə 2 X1 əsasən “Bortlu Maniplyator”un 1 aylıq icarə haqqı ƏDV-siz 8000 manat, 18 % ƏDV əlavə olaraq razılaşdırılmışdır. 15 noyabr 2023-cü il tarixli ASN-ENCOM-2311-15-01 saylı, müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli Əlavə 3 X1 əsasən “Maniplyator”un 1 aylıq icarə haqqı ƏDV-siz 7000 manat, 18 % ƏDV əlavə olaraq razılaşdırılmışdır. xx.xx.2023-cü il tarixli, 01 nömrəli akta əsasən “icarəyə verən” olaraq direktoru Babak Noshirvani şəxsində təmsil olunan İddiaçı MMC bir tərəfdən, “İcarəçi” olaraq direktoru Nümayəndə3 şəxsində təmsil olunan Cavabdeh QSC 8 noyabr 2023-cü il tarixli N2 ASN-EMCOM-2311-15-01 saylı müqavilə üzrə 2023-cü ilin dekabr ayı üzrə aktda qeyd olunan ekskovator və ekskavator yükləyicilərin hər birinin 28 gün icarəyə verilməsi üçün cəmi 27707,31 manat məbləği ilə razılaşmışlar. xx.xx.2023-cü il tarixli, 02 nömrəli akta əsasən “icarəyə verən” olaraq direktoru Babak Noshirvani şəxsində təmsil olunan İddiaçı MMC bir tərəfdən, “İcarəçi” olaraq direktoru Nümayəndə3 şəxsində təmsil olunan Cavabdeh QSC 8 noyabr 2023-cü il tarixli N2 ASN-EMCOM-2311-15-01 saylı müqavilə üzrə 2023-cü ilin dekabr ayı üzrə aktda qeyd olunan texnikaların müvafiq olaraq 24 və 29 gün icarəyə verilməsi üçün cəmi 16837,69 manat məbləği ilə razılaşmışlar. xx.xx.2023-cü il tarixli akta əsasən icarə günlərinin sayı barədə 8 noyabr 2023-cü il tarixli, ASN-ENCOM-2311-08 saylı müqavilə üzrə 2023-cü ilin noyabr ayı üzrə xx.xx.2023cü il tarixdə aktda qeyd olunan ekskovator və ekskavator yükləyicilərin hər birinin 19 gün icarəyə verilməsi üçün cəmi 18970,77 manat məbləği ilə razılaşmışlar. xx.xx.2023-cü il tarixli akta əsasən icarə günlərinin sayı barədə 8 noyabr 2023-cü il tarixli ASN-ENCOM-2311-15-01 saylı müqavilə üzrə 2023-cü ilin noyabr ayı üzrə aktda qeyd olunan Maniplyatorun 13 gün, MAN maniplyatorun 5 gün icarəyə verilməsi üçün cəmi 5945,38 manat məbləği ilə razılaşmışlar. xx.xx.2023-cü il tarixli N 01 təhvil-təslim aktına əsasən hər birinin 1 aylıq icarə haqqı 5500 manat olan 1 ədəd Ekskavator və 4 ədəd Ekskavator yükləyici 8 noyabr 2023-cü il tarixli ASN-ENCOM-2311- 08 saylı Müqavilə üzrə texniki şərtlərə uyğun tam və qüsursuz İddiaçı MMC tərəfindən təhvil verilmiş, Cavabdeh QSC tərəfindən təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli N 01 təhvil-təslim aktına əsasən 1 aylıq icarə haqqı 7000 manat olan 1 ədəd Maniplyator 15 noyabr 2023-cü il tarixli ASN-ENCOM- 2311-15 saylı Müqavilə üzrə texniki şərtlərə uyğun tam və qüsursuz İddiaçı MMC tərəfindən təhvil verilmiş, Cavabdeh QSC tərəfindən təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli N 02 təhvil-təslim aktına əsasən 1 aylıq icarə haqqı 8000 manat olan 1 ədəd Maniplyator 15 noyabr 2023-cü il tarixil ASN-ENCOM- 2311-15 saylı Müqavilə üzrə texniki şərtlərə uyğun tam və qüsursuz İddiaçı MMC tərəfindən təhvil verilmiş, Cavabdeh QSC tərəfindən təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli N3 təhvil-təslim aktına əsasən 1 aylıq icarə haqqı 8000 manat olan 1 ədəd Maniplyator 15 noyabr 2023-cü il tarixil ASN-ENCOM- 2311-15 saylı Müqavilə üzrə texniki şərtlərə uyğun tam və qüsursuz İddiaçı MMC tərəfindən təhvil verilmiş, Cavabdeh QSC tərəfindən təhvil alınmışdır. EBDU seriyalı, 463712 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə-fakturaya əsasən 18970,77 manat məbləğində, EBDU seriyalı, 464723 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə-fakturaya əsasən 5945,38 manat məbləğində, MT2312 seriyalı, 00219689 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə-fakturaya əsasən 16837,69 manat məbləğində, MT2312 seriyalı, 00219630 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə-fakturaya əsasən 27707,31 manat məbləğində texnika icarəsinə görə ödəniş edilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə göndərilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh QSC tərəfindən İddiaçı MMC-nin hesabına 5400 manat məbləğində ƏDV ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh QSC tərəfindən İddiaçı MMC-nin hesabına 30000 manat məbləğində ödəniş olunmuşdur. İddiaçı MMC və Cavabdeh QSC-nin rəhbələrinin imzalayaraq möhürlə təsdiq etdikləri xx.xx.2024-ci il tarixli üzləşmə atkında Cavabdeh QSC-nin İddiaçı MMC-yə qeyd olunan tarixə olan borcu 34061,15 manat təşkil etmişdir. xx.xx.2025-ci il tarixli **********19 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 193 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqavilələrə uyğun olaraq ona məxsus ağır texnikaları cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliyini yerinə yetirməyərək icarə haqqı məbləğini tam ödəməmişdir. Cavabdehin iddiaçıya icarə haqqı borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (təhvil-təslim aktları, üzləşmə aktı, e-qaqimələr) öz təsdiqini tapır, cavabdeh iddiaya heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən MMnin 700.1-ci maddəsinə və müqavilələrə əsasən icrarə haqqını tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, yəni icarə müqavilələrinə görə ƏDV xaric 28865,38 manat (ƏDV daxil 34061,15 manat) icarə haqqını ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını, icarə haqqını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də icarə müqavilələrinə görə ƏDV xaric 28865,38 manat (ƏDV daxil 34061,15 manat) icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsi təmin edildiyindən ödənilmiş 193 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdеh Cavabdeh QSC-dən xx.xx.2023-cu ul tarixli ASN-ENCOM2311-08 №-li və xx.xx.2023-cü il tarixli ASN-ENCOM-2311-15-01 №-li icarə müqavilələrinə görə ƏDV xaric 28865 (iyirmi səkkiz min səkkiz yüz altmış beş) manat 38 (otu səkkiz) qəpik (ƏDV daxil 34061,15 manat) məbləğində icarə haqqı və ödənilmiş 193 (yüz doxsan üç) manat dövlət rüsumunun əvəzi İddiaçı хеyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar