Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-245/2021 16.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdehnə (MMC) qarşı icarə haqqının ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh ” MMC-dən 11400 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx”ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Puta ŞTQ, Puta qəsəbəsində yerləşən və ümumi sahəsi 312 kv.m olan qeyriyaşayış sahəsi 1 il müddətinə cavabdehə icarəyə verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini davamlı olaraq yerinə yetirməyərək, icarə haqqını ödəməkdən yayınaraq, yalnız xx xxxx 2019-cu il tarixdə 1000 manat və xx xxxx 2019-cu il tarixdə 1000 manat pul ödəmişdir. Həmçinin, müqavilə üzrə 7 ayın icarə haqqının ƏDV-si ödənilsə də, 5 ayın icarə haqqının ƏDV-si ödənilmədiyindən cavabdehin əvəzinə iddiaçı tərəfindən həmin məbləğ, yəni 5x1000x18%=900 manat vergi orqanına ödənilmişdir. Beləliklə,Cavabdeh MMC tərəfindən müqavilə üzrə ödənilməmiş 10 ayın icarə haqqı, yəni 10000 manat və 5 ayın icarə haqqının ƏDV-si 900 manat borcu yaranmışdır. xx xxxxx 2019-cu il tarixli icarə müqaviləsinin 3.2-ci maddəsinə əsasən icarə haqqı hər aya görə həmin ayın 25-dən gec olmayaraq ödənilməli idi. Göstərilənləri nəzərə alaraq, Cavabdeh MMC-yə tərəfimizdən xəbərdarlıq məktubu ünvanlanaraq xx xxxxx 2019-cu il tarixli icarə müqaviləsinə əsasən yaranmış 10900 manat borcu və vergi orqanına cavabdehin əvəzinə ödənilmiş 900 manat məbləğində pul vəsaitinin ödənilməsi xahiş edilsə də, nəticəsi olmamışdır. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinn dəyişdirilməsi barədə ərizə verərək tərəflər arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli icrarə müqaviləsi üzrə ödənilmiş 7000 manat, 5 ayın icarə haqqının ƏDV borcu 900 manat, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla əlavə 500 manat və məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 8430 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan xx xxxxx 2019-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Puta ŞTQ, Puta qəsəbəsində yerləşən və ümumi sahəsi 312 kv.m olan qeyri-yaşayış sahəsi 1 il müddətinə “Cavabdeh ” MMC-nin icarəsinə verilmiş və İddiaçı QSC-yə bunun əvəzində 1000 manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; - 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; - 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Göründüyü kimi cavabdeh xx xxxxx 2019-cu il tarixli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən icarə haqqı ödəməyi öhdəsinə götürsə də müqavilə üzrə nəzərdə tutulmuş borcu tam ödəməmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia 7000 manat əsas borc hissəsində təmin edilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi cavabdeh tərəfin müqavilə üzrə ödənilməmiş əsas borcu 7000 manat təşkil edir. Həmin borcun ödənilməsini gecikdirdiyi 10 ay üçün illik 5% miqdarı nəzərə alınmaqla (7000:100x5=350, 350:12x10=290) 290 manat faiz borcu iddiaçıya ödənilməlidir. İşin məhkəmə araşdırması zamanı iddiaçının iddia etdiyi kimi 5 ayın icarə haqqının ƏDV-nin onun tərəfindən ödənilməsi halı müəyyən edilməmişdir. Belə ki, iddaçının məhkəməyə təqdim etmiş oldğu hesabdan çıxarışlarda 900 manat ƏDV-nin həmin müqavilə üzrə verilmiş icarə obyekti ilə bağlı ödənilməsi halı sübuta yetirilməmiş və iddiaçı tərəfindən də buna dair hər hansı sənəd-sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi 900 manat ƏDV ödənilməsi hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 26 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Cavabdeh ” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icarə haqqının ödənilməsi barədə iddiası qismən təmin edilsin. 7000 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla əlavə 290 manat olmaqla ümumilikdə 7290 manat məbləğində pul vəsaiti “Cavabdeh ” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 26 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-245/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-245/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver