Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2451/2022 06.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Kərimov Rüfət İlham oğluna, Cavabdeh5, Cavabdeh3, X2 və Cavabdeh2 qarşı razılaşmanın və sazişin ləğv edilməsi, borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC cavabdehlər Kərimov Rüfət İlham oğluna, Cavabdeh5, Cavabdeh3, X2 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kərimov Rüfət İlham oğlu ilə bağlanmış xx.xx.2020-ci il tarixli 027R********** saylı krеdit razılaşmasının, xx.xx.2020-ci il tarixli 027R**********S saylı sazişin ləğv edilməsi, cavabdеhlər Kərimov Rüfət İlham oğlundan, Cavabdeh5, Cavabdeh3, X1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 027R********** saylı krеdit razılaşması üzrə 17.756 manat məbləğində krеdit bоrcu, 3.994,54 manat məbləğində faiz bоrcu və 6.587,49 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 28.338,03 manat məbləğində bоrcun, tərəflərindən ödənilmiş 220 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Kərimov Rüfət İlham oğluna "xxxx" QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 27L000000511 saylı krеdit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 10.000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Tərəfləri imzaladıqları xx.xx.2017-ci il tarixli 27L000000511S saylı sazişlə kredit xəttinə əlavə və dəyişiklik edilərək kredit xəttinin məbləği 100.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Tərəfləri imzaladıqları xx.xx.2020-ci il tarixli 27L000000511SA saylı sazişlə kredit xəttinə əlavə və dəyişiklik edilərək kredit xəttinin müddəti 210 ay müddətində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Kredit xətti müqaviləsi üzrə Kərimov Rüfət İlham oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 027R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18.000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 027R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kərimov Rüfət İlham oğlu krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Kərimov Rüfət İlham oğlu götürdüyü krеdit bоrcundan 244 manat ödəmiş, onun 17.756 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Kərimov Rüfət İlham oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 362 gün üçün hesablanmış faiz borcu 3.994,54 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 362 gün üçün hеsablanmış cərimə 6.587,49 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Krеdit xətti müqaviləsi üzrə Kərimov Rüfət İlham oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh5, Cavabdeh3, X4, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Kərimov Rüfət İlham oğlu ilə birgə məsuliyyət daşıyır və krеdit хətti müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" QSC-nin Lökbatan filialı (kredit verən) ilə Kərimov Rüfət İlham oğlu (kredit alan) arasında bağlanmış 15 aprel 2013-cü il tarixli, 27L000000511 saylı kredit xətti müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 10.000 ABŞ dolları məbləğində 120 ay müddətinə xx.xx.2023-cü il tarixədək kredit xəttini açır. Kreditlər tərəflər arasında “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanılacaq ayrıca razılaşmalar əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 15 aprel 2023-cü il tarixdən gec olmayaraq verilməlidir. 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. 1.5-ci bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında göstərilmiş və onun ayrılmaz hissəsi olan ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kredit verən bu müqaviləyə vaxtından əvvəl xitam vеrmək və hər bir qaytarmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb еtmək hüququna malikdir. 4.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir. Kredit xətti müqaviləsi hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin Lökbatan filialı (kredit verən) ilə Kərimov Rüfət İlham oğlu (kredit alan) arasında kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2017-ci il tarixli 27L000000511S saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Sazişin: 1-ci bəndinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 100.000 ABŞ dolları məbləğində 120 ay müddətinə xx.xx.2023-cü il tarixədək kredit xəttini açır. Kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin Lökbatan filialı (bank) ilə X4 (zamin) arasında 24 oktyabr 2017-ci il tarixli, 027S**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 3.1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zamin icra etməlidir. 3.1.2-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir. 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminin öhdəliyidir. 4.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı tarixdən qüvvəyə minir və kredit xətti müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. Müqavilə bankın imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin Lökbatan filialı (kredit verən) ilə Kərimov Rüfət İlham oğlu (kredit alan) arasında bağlanmış 15 aprel 2013-cü il tarixli, 27L000000511 saylı kredit xətti müqaviləsi üzrə 027R********** saylı, xx.xx.2020-ci il tarixli kredit razılaşmasından görünür ki: 1.1-ci bəndinə əsasən bank məbləği 18.000 manat olan krediti aylıq faiz dərəcəsi 1.9167 % olmaqla 36 ay müddətinə kredit alana vermişdir. 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. 1.3-cü bəndinə əsasən kredit alana kredit aşağıda göstərilmiş məqsəd üçün verilir və kredit alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir: Fərdi mikro kredit. 2.1-ci bəndinə əsasən bank krediti kredit alanın AZ95ACAB******************** cari hesabına köçürür. Kreditin kredit alanın hesabına köçürüldüyü tarix kreditin verildiyi tarix hesab olunur. 2.2-ci bəndinə əsasən bank 90 manat məbləğində kreditin verilməsi üçün komisyon haqqı hesablayır. Kredit verilməsi üçün bu haqq ödənildikdən sonra kredit verilir. 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesфblanır. 2.4-cü bəndinə əsasən faktiki illik faiz dərəcəsi FİFD 24.1 % təşkil edir. 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyə borcludur. Müqavilədə giriş hissəsində kredit alan R.Kərimovun məlumatları kimi şəxsiyyət vəsiqəsinin nömrəsi ilə yanaşı VÖEN-i də göstərilmişdir. Müqavilə bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir. 27L000000511S saylı kredit xətti müqaviləsi üzrə 027R********** saylı kredit razılaşmasının ödəniş planına əsasən Kərimov Rüfət İlham oğlu tərəfindən kredit razılaşması üzrə ödəyəcək əsas məbləğ 18.000 manat, faizin məbləği 7.323,22 manat, cəmi ödəniləcək məbləğ 25.323,22 manat müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin Hacıbaba Babayev tərəfindən də imzalanmışdır. "xxxx" QSC-nin Lökbatan filialı (bank) ilə Cavabdeh2 (zamin) arasında 27 fevral 2020-ci il tarixli, 027S**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 3.1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zamin icra etməlidir. 3.1.2-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir. 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminin öhdəliyidir. 4.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı tarixdən qüvvəyə minir və kredit xətti müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. Müqavilə bankın imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin Lökbatan filialı (bank) ilə Cavabdeh3 (zamin) arasında 27 fevral 2020-ci il tarixli, 027S**********02 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 3.1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zamin icra etməlidir. 3.1.2-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir. 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminin öhdəliyidir. 4.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı tarixdən qüvvəyə minir və kredit xətti müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. Müqavilə bankın imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin Lökbatan filialı (bank) ilə Cavabdeh5 (zamin) arasında 27 fevral 2020-ci il tarixli, 027S**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 3.1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zamin icra etməlidir. 3.1.2-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir. 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminin öhdəliyidir. 4.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı tarixdən qüvvəyə minir və kredit xətti müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. Müqavilə bankın imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin Lökbatan filialı (kredit verən) ilə Kərimov Rüfət İlham oğlu (kredit alan) arasında kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2020-ci il tarixli 27L000000511SA saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Sazişin: 1-ci bəndinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 100.000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsini açır. Kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Kreditlər tərəflər arasında “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanılacaq ayrıca Razılaşmalar əsasında veriləcək. Bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir. Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 210 ay müddətinə, 15 oktyabr 2030-cu il tarixindən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşması əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28% müəyyən olunur. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin Lökbatan filialı (kredit verən) ilə Kərimov Rüfət İlham oğlu (kredit alan) arasında kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli 027R**********S saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Sazişin: 1-ci bəndinə əsasən bank ilə kredit alan arasında 15 aprel 2013-cü il tarixli 27L000000511 saylı kredit xətti müqaviləsi üzrə 27 fevral 2020-ci il tarixdə bağlanmış 027R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin Lökbatan filialı (bank) ilə Cavabdeh2 (zamin) arasında zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2020-ci il tarixli 027S**********01S saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Sazişin: 1-ci bəndinə əsasən zaminlik müqaviləsi bank və Kərimov Rüfət İlham oğlu arasında 15 aprel 2013-cü il tarixdə Bakı şəhərində aşağıdakı şərtlərlə bağlanmış 27L000000511 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin edir: - Kredit xətti müqaviləsinin məbləği: 100.000 ABŞ dolları; - Kredit xətti müqaviləsinin müddəti: 210 ay; - Kredit xətti müqaviləsinin faiz dərəcəsinin yuxarı həddi: 28%; - Ödənişlərin dövriliyi: hər təqvim ayında bir dəfə olmaqla. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin Lökbatan filialı (bank) ilə X4 (zamin) arasında zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2020-ci il tarixli 027S**********01S saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Sazişin: 1-ci bəndinə əsasən zaminlik müqaviləsi bank və Kərimov Rüfət İlham oğlu arasında 15 aprel 2013-cü il tarixdə Bakı şəhərində aşağıdakı şərtlərlə bağlanmış 27L000000511 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin edir: - Kredit xətti müqaviləsinin məbləği: 100.000 ABŞ dolları; - Kredit xətti müqaviləsinin müddəti: 210 ay; - Kredit xətti müqaviləsinin faiz dərəcəsinin yuxarı həddi: 28%; - Ödənişlərin dövriliyi: hər təqvim ayında bir dəfə olmaqla. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin Lökbatan filialı (bank) ilə Cavabdeh3 (zamin) arasında zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2020-ci il tarixli 027S**********02S saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Sazişin: 1-ci bəndinə əsasən zaminlik müqaviləsi bank və Kərimov Rüfət İlham oğlu arasında 15 aprel 2013-cü il tarixdə Bakı şəhərində aşağıdakı şərtlərlə bağlanmış 27L000000511 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin edir: - Kredit xətti müqaviləsinin məbləği: 100.000 ABŞ dolları; - Kredit xətti müqaviləsinin müddəti: 210 ay; - Kredit xətti müqaviləsinin faiz dərəcəsinin yuxarı həddi: 28%; - Ödənişlərin dövriliyi: hər təqvim ayında bir dəfə olmaqla. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin Lökbatan filialı (bank) ilə Cavabdeh5 (zamin) arasında zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2020-ci il tarixli 027S**********01S saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Sazişin: 1-ci bəndinə əsasən zaminlik müqaviləsi bank və Kərimov Rüfət İlham oğlu arasında 15 aprel 2013-cü il tarixdə Bakı şəhərində aşağıdakı şərtlərlə bağlanmış 27L000000511 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin edir: - Kredit xətti müqaviləsinin məbləği: 100.000 ABŞ dolları; - Kredit xətti müqaviləsinin müddəti: 210 ay; - Kredit xətti müqaviləsinin faiz dərəcəsinin yuxarı həddi: 28%; - Ödənişlərin dövriliyi: hər təqvim ayında bir dəfə olmaqla. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 27L000000511S saylı kredit xətti müqaviləsi üzrə 027R********** saylı Kredit Razılaşmasının (restrukturizasiya tarixi: xx.xx.2020-ci il) ödəniş planına əsasən Kərimov Rüfət İlham oğlu tərəfindən kredit razılaşması üzrə ödəyəcək əsas məbləğ 17.756 manat, qalıq borca hesablanacaq faizin məbləği 7.540,22 manat, hesablanmış faiz borcu 1.943,42 manat, cəmi ödəniləcək məbləğ 27.239,64 manat müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zaminlər Hacıbaba Babayev, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 tərəfindən də imzalanmışdır. "xxxx" QSC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, kredit xətti müqaviləsi üzrə Kərimov Rüfət İlham oğlu sonuncu dəfə xx.xx.2020-ci ildə olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Kərimov Rüfət İlham oğlunun "xxxx" QSC-yə əsas borcu 17.756 manat, faiz borcu 3.994,54 manat, (gecikdirilən günlərin sayı 362 gün) cərimə borcu 6.587,49 manat olmaqla, cəmi borc 28.338,03 manat təşkil edir. "xxxx" QSC tərəfindən Kərimov Rüfət İlham oğluna, Cavabdeh5, Cavabdeh3, X2 və Cavabdeh2 ünvanlanmış müvafiq olaraq xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarına əsasən müəyyən edilir ki, yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə razılaşmalara xitam veriləcəyi və borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə cavabdeh Kərimov Rüfət İlham oğlu arasında 15 aprel 2013-cü il tarixli 27L000000511 saylı kredit xətti müqaviləsi, həmin kredit xətti müqaviləsi üzrə 27 fevral 2020-ci il tarixli bağlanmış 027R********** saylı kredit razılaşması və xx.xx.2020-ci il tarixli 027R**********S saylı sazişdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" QSC cavabdeh Kərimov Rüfət İlham oğluna kredit xətti müqaviləsi üzrə razılaşmada müəyyən edilmiş şərtlərlə 18.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə, razılaşma və sazişlər ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh Kərimov Rüfət İlham oğlu kredit razılaşması üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdeh Kərimov Rüfət İlham oğlunun iddiaçıya xx.xx.2021-ci il tarixinə kredit razılaşması üzrə 17.756 manat məbləğində əsas və 3.994,54 manat məbləğində faiz borcu yaranmışdır. İddianın xx.xx.2020-ci il tarixli 027R********** saylı krеdit razılaşmasının və xx.xx.2020-ci il tarixli 027R**********S saylı sazişin ləğv edilməsi tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi cavabdeh Kərimov Rüfət İlham oğlu mübahisəli krеdit razılaşması və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli 027R**********S saylı saziş üzrə əsas kredit borcunu və faizləri ödəniş planına uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, krеdit razılaşması və ona əlavə edilmiş sazişin ləğv edilməsi tələbinə dair hissədə iddiaçı "xxxx" QSC-nin iddiası əsaslı olduğundan təmin edilməlidir. İddianın krеdit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə cavabdeh Kərimov Rüfət İlham oğlunun 15 aprel 2013-cü il tarixli 27L000000511 saylı kredit xətti müqaviləsi, həmin kredit xətti müqaviləsi üzrə 27 fevral 2020-ci il tarixdə bağlanmış 027R********** saylı kredit razılaşması və xx.xx.2020-ci il tarixli 027R**********S saylı saziş üzrə iddiaçı "xxxx" QSC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" QSC cavabdeh Kərimov Rüfət İlham oğlundan 17.756 manat məbləğində əsas və 3.994,54 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Kredit razılaşması və sazişlər üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə R.Kərimova hesablanmış 6.587,49 manat məbləğində dəbbə pulunun cavabdeh Kərimov Rüfət İlham oğlundan tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdeh Kərimov Rüfət İlham oğlunun ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 850 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı iş materiallarından həmçinin görünür ki, "xxxx" QSC (kredit verən) ilə Kərimov Rüfət İlham oğlu (kredit alan) arasında bağlanmış 15 aprel 2013-cü il tarixli 27L000000511 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi "xxxx" QSC (kredit verən) ilə X4 (zamin) arasında 24 oktyabr 2017-ci il tarixli, 027S**********01 saylı, Cavabdeh2 (zamin) arasında 27 fevral 2020-ci il tarixli, 027S**********01 saylı, Cavabdeh3 (zamin) arasında 27 fevral 2020-ci il tarixli, 027S**********02 saylı və Cavabdeh5 (zamin) arasında 27 fevral 2020-ci il tarixli, 027S**********01 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 kredit alan Kərimov Rüfət İlham oğlunun 15 aprel 2013-cü il tarixli 27L000000511 saylı kredit xətti müqaviləsi, həmin kredit xətti müqaviləsi üzrə 27 fevral 2020-ci il tarixdə bağlanmış 027R********** saylı kredit razılaşması və xx.xx.2017-ci il tarixli 27L000000511S saylı, xx.xx.2020-ci il tarixli 27L000000511SA saylı və xx.xx.2020-ci il tarixli 027R**********S saylı sazişlərdən irəli gələn öhdəliklərinə zamin durmuşlar. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə borc alan Kərimov Rüfət İlham oğlunun 15 aprel 2013-cü il tarixli 27L000000511 saylı kredit xətti müqaviləsi üzrə kreditor "xxxx" QSC qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyərək 30 gündən artıq müddətdə ona verilmiş krediti və ya onun faizini ödəniş qrafiki üzrə ödəmədiyini, belə olan halda kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit verən "xxxx" QSC-nin kredit məbləğinin, faizlərin və dəbbə pulunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququnun yarandığını, eləcə də zaminlər X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 həmin kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, "xxxx" QSC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 220 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 175,01 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 170 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməli, məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. "xxxx" ilə Kərimov Rüfət İlham oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli 027R********** saylı krеdit razılaşması və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli 027R**********S saylı saziş ləğv edilsin. Cavabdehlər Kərimov Rüfət İlham oğlundan, Cavabdeh5, Cavabdeh3, X1 və Cavabdeh2 müştərək qaydada 17.756 (on yeddi min yeddi yüz əlli altı) manat məbləğində əsas borc, 3994,54 manat (üç min doqquz yüz doxsan dörd manat əlli dörd qəpik) məbləğində faiz borcu və 850 (səkkiz yüz əlli) manat məbləğində dəbbə pulu, cəmi 22.600,54 manat (iyirmi iki min altı yüz manat əlli dörd qəpik) məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 170 (yüz yetmiş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2451/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2451/2022
06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver