Məhkəmə qərarları › İş №e-2-2(113)-2457/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2457/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2457/2021 14.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, iddiaçı X1 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 1.469.823,32 manat, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu olaraq 31 manat cavabdehdən tutaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin mülkiyyətində olan 90JB942 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146S Yük Kamazı, 90JU310 dövlət qeydiyyat nişanlı 6520 057 Yük Kamazı, 90JV327 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146S Xüsusi Kamaz, 10ZX968 dövlət qeydiyyat nişanlı MAZ 953000 Yarım qoşqu, 10PC898 dövlət qeydiyyat nişanlı HAVAL H6 minik avtomobili, 90JB943 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146S Yük Kamazı, 90JX194 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 581460 Yük Kamazı, 90AB435 dövlət qeydiyyat nişanlı VAZ 2123 Chevrolet Niva minik avtomobili, 90JX190 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146C Yük Kamazı, 90JC761 dövlət qeydiyyat nişanlı 55111 018 02 Yük Kamazı, 90JU837 dövlət qeydiyyat nişanlı 6520-029 Yük Kamazı, 90AK197 dövlət qeydiyyat nişanlı VAZ 21043 minik avtomobili, 10 ZF290 dövlət qeydiyyat nişanlı Altınordu yarımqoşqu, 99JG194 dövlət qeydiyyat nişanlı 53215 Yük Kamazı, 99JL487 dövlət qeydiyyat nişanlı FORD TRANSİT yük maşını, 90JB941 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146S Yük Kamazı, 90JZ164 dövlət qeydiyyat nişanlı Volvo FMX Yük avtomobili, 90JB335 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146C Yük Kamazı, 10PR113 dövlət qeydiyyat nişanlı HAVAL H6 minik avtomobili, 90JE626 dövlət qeydiyyat nişanlı QAZ 3302 18 Yük maşını, 90JX370 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146C Yük Kamazı, 90JF153 PAZ 32054 07 avtobusu, 90JB635 dövlət qeydiyyat nişanlı QAZ 330202 14 Yük maşını, 90AB735 dövlət qeydiyyat nişanlı HAVAL H2 minik avtomobili, 90JT882 dövlət qeydiyyat nişanlı 6520 057 Yük Kamazı, 10ZX913 dövlət qeydiyyat nişanlı Tuğsan Yarımqoşqu, 90JD835 dövlət qeydiyyat nişanlı 55111 Ş DƏ KS 55713 1 Xüsusi Təyinatlı Kamaz, 90JC496 dövlət qeydiyyat nişanlı 55111 018 02 Yük Kamazı, 90JB235 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58164C Yük Kamazı, 90JE629 dövlət qeydiyyat nişanlı QAZ 3309 1352 yük maşını, 90JF207 dövlət qeydiyyat nişanlı X4 maşını, 90JE534 dövlət qeydiyyat nişanlı 65115018 13 Yük Kamazı, 99AR887 dövlət qeydiyyat nişanlı HAVAL H6 minik avtomobili, 90JC762 dövlət qeydiyyat nişanlı 55111 018 02 Yük Kamazı, 90AE752 dövlət qeydiyyat nişanlı VAZ 21715 minik avtomobili, 90PJ517 dövlət qeydiyyat nişanlı GREAT WALL WİNGLE 5 minik avtomobili, 90JB580 dövlət qeydiyyat nişanlı 65115 023 13 Yük Kamazı, 90JC935 dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı Mercedes Benz avtomobili, 90PD502 dövlət qeydiyyat nişanlı RENAULT LOGAN minik avtomobili, 90JX196 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 581460 Yük Kamazı, 90JB944 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146S Yük Kamazı, 90JV328 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146S Xüsusi kamaz, 90AB305 dövlət qeydiyyat nişanlı VAZ 2123 Chevrolet Niva minik avtomobili, 90JE543 dövlət qeydiyyat nişanlı 65115 018 13 Yük Kamazı, 90JX369 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146C Yük Kamazı, 90AK326 dövlət qeydiyyat nişanlı HAVAL H2 minik avtomobili, 90PJ518 dövlət qeydiyyat nişanlı GREAT WALL WİNGLE 5 minik avtomobili, 90JX189 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146C Yük Kamazı, 10JZ060 dövlət qeydiyyat nişanlı HAVAL H2 minik avtomobili, 90JX195 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 581460 Yük Kamazı, 90JB435 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58164C Yük Kamazı, 99JA435 dövlət qeydiyyat nişanlı 55111 016 13 Yük Kamazı, 99JL268 dövlət qeydiyyat nişanlı MAZ 642208232P13 Yük maşını, 90JB940 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146S Yük Kamazının üzərinə həbsin (özgəninkiləşdirilmənin, istifadə olunmanın və etibarnamə vermənin qadağan olunması) qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2457/2021 saylı, 01.06.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh MMC-yə məxsus 90JB942 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146S Yük Kamazı, 90JU310 dövlət qeydiyyat nişanlı 6520 057 Yük Kamazı, 90JV327 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146S Xüsusi Kamaz, 10ZX968 dövlət qeydiyyat nişanlı MAZ 953000 Yarım qoşqu, 10PC898 dövlət qeydiyyat nişanlı HAVAL H6 minik avtomobili, 90JB943 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146S Yük Kamazı, 90JX194 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 581460 Yük Kamazı, 90AB435 dövlət qeydiyyat nişanlı VAZ 2123 Chevrolet Niva minik avtomobili, 90JX190 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146C Yük Kamazı, 90JC761 dövlət qeydiyyat nişanlı 55111 018 02 Yük Kamazı, 90JU837 dövlət qeydiyyat nişanlı 6520-029 Yük Kamazı, 90AK197 dövlət qeydiyyat nişanlı VAZ 21043 minik avtomobili, 10 ZF290 dövlət qeydiyyat nişanlı Altınordu yarımqoşqu, 99JG194 dövlət qeydiyyat nişanlı 53215 Yük Kamazı, 99JL487 dövlət qeydiyyat nişanlı FORD TRANSİT yük maşını, 90JB941 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146S Yük Kamazı, 90JZ164 dövlət qeydiyyat nişanlı Volvo FMX Yük avtomobili, 90JB335 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146C Yük Kamazı, 10PR113 dövlət qeydiyyat nişanlı HAVAL H6 minik avtomobili, 90JE626 dövlət qeydiyyat nişanlı QAZ 3302 18 Yük maşını, 90JX370 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146C Yük Kamazı, 90JF153 PAZ 32054 07 avtobusu, 90JB635 dövlət qeydiyyat nişanlı QAZ 330202 14 Yük maşını, 90AB735 dövlət qeydiyyat nişanlı HAVAL H2 minik avtomobili, 90JT882 dövlət qeydiyyat nişanlı 6520 057 Yük Kamazı, 10ZX913 dövlət qeydiyyat nişanlı Tuğsan Yarımqoşqu, 90JD835 dövlət qeydiyyat nişanlı 55111 Ş DƏ KS 55713 1 Xüsusi Təyinatlı Kamaz, 90JC496 dövlət qeydiyyat nişanlı 55111 018 02 Yük Kamazı, 90JB235 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58164C Yük Kamazı, 90JE629 dövlət qeydiyyat nişanlı QAZ 3309 1352 Yük maşını, 90JF207 dövlət qeydiyyat nişanlı X4 maşını, 90JE534 dövlət qeydiyyat nişanlı 65115018 13 Yük Kamazı, 99AR887 dövlət qeydiyyat nişanlı HAVAL H6 minik avtomobili, 90JC762 dövlət qeydiyyat nişanlı 55111 018 02 Yük Kamazı, 90AE752 dövlət qeydiyyat nişanlı VAZ 21715 minik avtomobili, 90PJ517 dövlət qeydiyyat nişanlı GREAT WALL WİNGLE 5 minik avtomobili, 90JB580 dövlət qeydiyyat nişanlı 65115 023 13 Yük Kamazı, 90JC935 dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı Mercedes Benz avtomobili, 90PD502 dövlət qeydiyyat nişanlı RENAULT LOGAN minik avtomobili, 90JX196 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 581460 Yük Kamazı, 90JB944 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146S Yük Kamazı, 90JV328 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146S Xüsusi kamaz, 90AB305 dövlət qeydiyyat nişanlı VAZ 2123 Chevrolet Niva minik avtomobili, 90JE543 dövlət qeydiyyat nişanlı 65115 018 13 Yük Kamazı, 90JX369 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146C Yük Kamazı, 90AK326 dövlət qeydiyyat nişanlı HAVAL H2 minik avtomobili, 90PJ518 dövlət qeydiyyat nişanlı GREAT WALL WİNGLE 5 minik avtomobili, 90JX189 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146C Yük Kamazı, 10JZ060 dövlət qeydiyyat nişanlı HAVAL H2 minik avtomobili, 90JX195 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 581460 Yük Kamazı, 90JB435 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58164C Yük Kamazı, 99JA435 dövlət qeydiyyat nişanlı 55111 016 13 Yük Kamazı, 99JL268 dövlət qeydiyyat nişanlı MAZ 642208232P13 Yük maşını və 90JB940 dövlət qeydiyyat nişanlı 53229 Ş DƏ 58146S Yük Kamazının özgəninkiləşdirilməsi qadağan edilmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfləar arasında bağlanılmış barışıq sazişini və barışıq sazişinin təsdiq edilməsi barədə hər iki tərəfin imzaladığı yazılı ərizəni məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 01 iyun 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Tərəflərin hüquq və vəzifələri 1.1. Cavabdeh hazırkı tarixə tərəflər arasında razılaşdırılmış ümumi borc məbləğini 608 000 AZN-i (alti yüz səkkiz min manat) beş dəfəyə bölməklə 31 oktyabr 2021- ci il tarixinədək aşağıdakı qaydada ödəməyi öz üzərinə öhdəlik götürür: -200 000 AZN (iki yüz min ) 2021-ci ilin iyun ayının 30-dək; -94 000 AZN (doxsan dörd min) 2021-ci ilin iyul ayının 31-dək; -94 000 AZN (doxsan dörd min) 2021-ci ilin avqust ayının 3 l-dək; -94 000 AZN (doxsan dörd min) 2021-ci ilin sentyabr ayının 31-dək; -126 000 AZN (yüz iyirmi alti min) 2021-ci ilin oktyabr ayının 31-dək. 1.2. İddiaçı bu Sazişi bağlamaqla hüquqlarını bərpa etmək üçün çəkdiyi 300 AZN (üç yüz) xərcdən və dövlət rüsumuna görə ödədiyi 31 AZN (otuz bir) məbləğdən könüllü imtina edir. 1.3. Cavabdeh tərəfindən ödənişin Sazişin 1.1-ci bəndində göstərilən ən son ödəmə tarixindən, yəni 31 oktyabr 2021-ci il tarixinədək müddətində həyata keçirilməməsi Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və icra vərəqəsi tələb olunması üçün məhkəməyə müraciət edilir. 1.4. İddiaçı tərəflər arasında razılaşdırılmış ümumi borc məbləğinin (608 000 AZN) tam şəkildə ödənilməsi tarixinə qədər cavabdehə məxsus daşınar və daşınmaz əmlakları girov saxlamaq hüququna malikdir. 1.5. Cavabdeh müqavilə üzrə iddiaçı tərəfindən icarəyə verilmiş tikinti materialların geri qaytarılması öhdəliyini üzərinə götürür.

2. Digər müddəalar 2.1. Bu Sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır. 2.2. Tərəflər bu Saziş əsasında öz öhdəliklərini tam icra etdikdən sonra biri digərinə qarşı eyni predmet və əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. 2.3. Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. 2.4. Bu Saziş sözügedən iş icraatında olan məhkəmə tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı X1 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.

1. Tərəflərin hüquq və vəzifələri 1.1.Cavabdeh hazırkı tarixə tərəflər arasında razılaşdırılmış ümumi borc məbləğini 608 000 AZN-i (alti yüz səkkiz min manat) beş dəfəyə bölməklə 31 oktyabr 2021- ci il tarixinədək aşağıdakı qaydada ödəməyi öz üzərinə öhdəlik götürür: -200 000 AZN (iki yüz min ) 2021-ci ilin iyun ayının 30-dək; -94 000 AZN (doxsan dörd min) 2021-ci ilin iyul ayının 31-dək; -94 000 AZN (doxsan dörd min) 2021-ci ilin avqust ayının 3 l-dək; -94 000 AZN (doxsan dörd min) 2021-ci ilin sentyabr ayının 31-dək; -126 000 AZN (yüz iyirmi alti min) 2021-ci ilin oktyabr ayının 31-dək. 1.2. İddiaçı bu Sazişi bağlamaqla hüquqlarını bərpa etmək üçün çəkdiyi 300 AZN (üç yüz) xərcdən və dövlət rüsumuna görə ödədiyi 31 AZN (otuz bir) məbləğdən könüllü imtina edir. 1.3. Cavabdeh tərəfindən ödənişin Sazişin 1.1-ci bəndində göstərilən ən son ödəmə tarixindən, yəni 31 oktyabr 2021-ci il tarixinədək müddətində həyata keçirilməməsi Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və icra vərəqəsi tələb olunması üçün məhkəməyə müraciət edilir. 1.4. İddiaçı tərəflər arasında razılaşdırılmış ümumi borc məbləğinin (608 000 AZN) tam şəkildə ödənilməsi tarixinə qədər cavabdehə məxsus daşınar və daşınmaz əmlakları girov saxlamaq hüququna malikdir. 1.5. Cavabdeh müqavilə üzrə İddiaçı tərəfindən icarəyə verilmiş tikinti materialların geri qaytarılması öhdəliyini üzərinə götürür.

2. Digər müddəalar 2.1. Bu Sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır. 2.2. Tərəflər bu Saziş əsasında öz öhdəliklərini tam icra etdikdən sonra biri digərinə qarşı eyni predmet və əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. 2.3. Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. 2.4. Bu Saziş sözügedən iş icraatında olan məhkəmə tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar