Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2457/2022 21.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə (MMC) qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ******* manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 2262,96 manat məbləğinin, ümumilikdə 2948176,96 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh "Xaliq Faiqoğlu” MMC xx.xx.2006-cı il tarixdə, 0106-P252-46689-saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Təsisçi tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixli, KM/TS-2019 saylı kredit müqaviləsinə əsasən ******* manat məbləğində borc verilmişdir. Müqavilə şərtlərinə əsasən kredit faizsiz verilmişdir. Müqavilədnin 1.3-cü bəndində kredit məbləğinin xx.xx.2021-ci il tarixədək tam həcmdə geri qaytarılması şərti olsada cavabdeh tərəfindən bu icra olunmamışdır. Tərəflər arasında xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixinədək borc məbləğləri üzrə üzləşmə aparılmış və üzləşmə aparılan tarixə cavabdehin cəmi ******* manat borcu olduğu müəyyən edilmişdir. Mübahisənin məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi, xx.xx.2021-ci il tarixdə isə pretenziya qaydasında "borcun qaytarılması tələbi” ilə bağlı rəsmi xəbərdarlıq edilmiş, lakin nəticə əldə olunmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, tələb olunan borc məbləğini ******* manat məbləği hissəsində qəbul edilir və bu borcun 36 ay müddətində hissə-hissə ödənilməsi mümkündür. İş materiallarında olan: - 05 yanvar 2019-cu il tarixli, KM/TS-2019 saylı kredit müqaviləsindən görünür ki, dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə “Kredit verən” - İddiaçı ******* manat məbləğində pul vəsaitinin mülkiyyət hüququnu “Kredit alan”a - "Xaliq Faiqoğlu” MMC-yə verməyi, “kredit alan” isə krediti müqavilənin şərtlərinə uyğun olaraq “kredit verən”ə geri qaytarmağı öhdəsinə götürür. - 21 fevral 2022-ci il tarixli üzləşmə aktına əsasən İddiaçı tərəfindən xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixədək Cəmiyyətə verilmiş borc məbləğləri üzrə üzləşmə aparılmış, "Xaliq Faiqoğlu” MMC-nin borcu ******* manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. - 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə işin faktiki hallarını qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasa da, qanuna zidd olduğuna görə qəbul edilə bilməz. Cavabdeh tərəfindən iddia tələbi qismən, yəni ******* manat məbləği hissəsində qəbul olunsa da, qalan hissəsinin ödəniş olunduğu və ya digər səbəbdən qəbul edilmədiyi göstərilməmişdir. Məhkəmə araşdırması zamanı cavabeh kargüzarlıq qaydalarına uyğun olaraq müqavilələrin məhz həmin tarixdə bağlanmasını təsdiq edən qeydiyyat kitabı məhkəməyə təqdim olunmamışdır. Qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, müqavilənin həmin vaxt deyil, sonradan tərtib olunması imkanı da istisna edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1, 3.1.1-ci maddəsinə əsasən bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar, ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar, birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nağdsız hesablaşmalar hesab olunur. - 3.2-ci bəndinə əsasən hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər. Tərəflər arasında bağlanmış 05 yanvar 2019-cu il tarixli, KM/TS-2019 saylı kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən “Kredit məbləği “kredit verən” tərəfindən “kredit alan”ın xəzinəsinə nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilə bilər.” Lakin, iddiaçı tərəfindən borc məbləğinin ümumiyyətlə "Xaliq Faiqoğlu” MMC-nin hesabına mədaxil olunması (istər nağd, istərsə də bank hesabına köçürmə yolu ilə) barədə məlumat və həmin əməliyyatı təsdiq edən sənəd (bank hesabından çıxarış) məhkəməyə təqdim olunmamış, bununla da, iddiaçının müqavilənin 2.1.1-ci bəndində göstərilən (bu Müqavilənin 1.1.-ci bəndində nəzərdə tutulmuş məbləği müqavilə qüvvəyə mindiyi tarixdən 5 bank günündən gec olmayaraq “kredit alan”a nağd və ya bank hesabına köçürmək) öhdəliyinin icra olunması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Müqavilənin hüquqi şəxslə təsisçisi arasında bağlanmaqla həm borc alan hüquqi şəxsin rəhbərinin, həm də borc verən fiziki şəxsin eyni şəxs – İddiaçı olmasını, kargüzarlıq qaydalarına uyğun olaraq müqavilənin məhz həmin tarixdə bağlanmasını təsdiq edən qeydiyyat kitabının, borc məbləğinin "Xaliq Faiqoğlu” MMC-nin hesabına mədaxil olunması barədə sübutun (bank hesabından çıxarış) təqdim olunmamasını, nağdsız əməliyyatlar üzrə hesablardan pul vəsaitinin çıxarılmasında hazırkı vəziyyətdə limit tətbiq olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, yeganə sübut olaraq təqdim olunmuş 05 yanvar 2019-cu il tarixli, KM/TS-2019 saylı kredit müqaviləsi iddianın təmin edilməsi üçün əsas hesab oluna bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2457/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2457/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver