Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-246/2022 17.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 85.000 manat məbləğində pulun, 400 (manat məbləğində mediasiya xərcinin, 100 manat məbləğində hüquqi yardım xərcinin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq İddiaçınə verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 36-cı məhəllədə yerləşən 9 mərtəbəli qeyri-yaşayış binasını (Mərkəzi Plaza) mülkiyyətçi “A+A Şirkətlər Qrupu” MMC-dən icarəyə götürmüş və cəmiyyətin icarə hüquqları daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmışdır. Qeyd edilən qeyri-yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 566 kv.m. sahə 07 yanvar 2021-ci il tarixli İ-DƏ-0002/21 nömrəli icarə müqaviləsinə əsasən subicarə qaydasında cavabdehə icarəyə verilmişdir. Müqavilənin qüvvədə olma müddəti əvvəlcə xx.xx.2023-cü il tarixinə qədər müəyyən edilsə də, sonradan cavabdehin təşəbbüsü ilə xx.xx.2024-cü il tarixinə qədər uzadılmışdır. Lakin cavabdeh xx.xx.2021-ci il tarixində bildiriş göndərərək xx.xx.2021-ci il tarixində birtərəfli qaydada müqaviləyə xitam verəcəyi, daha sonra isə müqavilənin etibarsızlığı barədə barədə onlara xəbərdarlıq göndərmişdir. Bundan sonra cavabdeh aralarında bağlanmış müqavilənin etibarsızlığı onlar isə icra edilməmiş ödənişin alınması ilə bağlı məhkəməyə müraciət etmişlər. Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-3244/2021 nömrəli iş üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış xx.xx.2021-ci il tarixli İ-DƏ-0002/21 nömrəli icarə müqaviləsi etibarsız hesab edilmiş və onların iddiası təmin edilməmişdir. Bununla da tərəflər arasında olan müqavilə münasibətlərinə xitam verilmişdir. Bundan sonra İddiaçı MMC əsassız varlanma ilə bağlı vurulmuş zərərin ödənilməsi barədə pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanın verilməsindən sonra da cavabdeh müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin könüllü şəkildə icrasından imtina etmişdir. Mediasiya prossesinin tətbiqi ilə bağlı tərəflərindən göndərilmiş bildiriş də heç bir nəticə verməmişdir. Bunun da nəticəsində İddiaçı MMC-nin hüquqları kobud şəkildə pozulduğu üçün onlar pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. xx.xx.2021-ci il tarixdə cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz təqdim edərək, İddiaçı MMC-nin iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh İddiaçınə qarşı iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli “İ-DƏ-0002/21 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsilə ilkin iddiaları qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli İ-DƏ-0002/21 saylı icarə müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə üzrə cavabdeh İddiaçı tərəfindən alınmış ümumilikdə 30.251,29 manat məbləğində pul vəsaiti və ilk iddia ərizəsi verilərkən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu cavabdeh İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdehnə ödənilməsi qət edilmişdir. İddiaçı Cavabdehnə qarşı pulun tutulması tələbinə dair qarşlıqlı iddiası təmin edilməmişdir. Sonradan İddiaçı cavabdeh Stentor” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müraciət edərək, əsassız olaraq varlandığı üçün 85.000 manat məbləğində pulun, 400 manat məbləğində mediasiya xərcinin, 100 manat məbləğində hüquqi yardım xərcinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı MMC-yə verilməsini xahiş etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə iddia ərizəsində əsassız varlanmaya istinad etsə də, cavabdeh Şirkətin əsassız olaraq hər hansı bir məbləğin əldə edilməsi barədə hər-hansı sübutu əlavə etməmişdir. Bundan əlavə iddiaçı tərəf iddia ərizəsində cavabdehdən 85.000 manat məbləğində pul tələb edir, lakin həmin məbləğin nəyə əsasən tələb etdiyinə dair də hec bir sübut təqdim etməmişdir. Cavabdeh icarədar olduğu müddətdə heç bir gəlir əldə edə bilməmişdir. Əlavə olaraq onuda qeyd etmək istəyirlər ki, hazırkı iddia tələbləri üzrə İddiaçı MMC-nin Cavabdeh qarşısında Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsilə təsdiq edilmiş borc öhdəliyi var. Bu halda onu sübut edir ki, İddiaçı MMC Cavabdehnə pul ödəməlidir. Həmin qətnamədəndə şikayətin verilməməsi iddiaçının həmin qətnamədən razı olduğunu sübut edir. Daha sonra yenidən xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz təqdim edərək, İddiaçı MMC-nin iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh İddiaçınə qarşı iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli “İ-DƏ-0002/21 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsilə ilkin iddiaları qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli İ- DƏ-0002/21 saylı icarə müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə üzrə cavabdeh İddiaçı tərəfindən alınmış ümumilikdə 30.251,29 manat məbləğində pul vəsaiti və ilk iddia ərizəsi verilərkən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu cavabdeh İddiaçı MMCdən tutularaq iddiaçı Cavabdehnə ödənilməsi qət edilmişdir. İddiaçı Cavabdehnə qarşı pulun tutulması tələbinə dair qarşlıqlı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası xx.xx.2021-ci tarixli, 2-2(103)-1303/2021 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3244/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul eldiyi 13 avqust 2021-ci il tarixli qətnaməsini qüvvədə saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası 2-2(102)-263/2022 saylı xx.xx.2022-ci tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. İddiaçı cavabdeh Stentor” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müraciət edərək, əsassız olaraq varlandığı üçün 85.000 manat məbləğində pulun, 400 manat məbləğində mediasiya xərcinin, 100 manat məbləğində hüquqi yardım xərcinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı MMC-yə verilməsini xahiş etmişdir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Cavabdehin idiaçının hesabına hansı əmlakı əldə etdiyinə dair əsas və sübutlar yoxdur. Hansı əmlakı və nə qədər əldə etmişdir? İddiaçı iddia ərizəsində bunları əsaslandırmamışdır. Çünki cavabdeh heç bir əmlak əldə etməmişdir. İddiaçı 85.000 manat məbləği cavabdehdən tələb etməklə, yuxarıda qeyd olunan məhkəmə qərarlarına əsasən etibarsız hesab edilmiş icarə müqaviləsində nəzərdə tutulmuş icarə haqqının məbləğinə əsaslanmışdır. Halbuki, Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçının 85.000 manatı iddia tələbinin əsasında heç bir əsas, dəlil durmur. Cavabdeh etibarsız icarə müqaviləsi əsasında icarəçi olduğu müddətdə heç bir gəlir əldə etməmişdir, ona görə də icarə müqaviləsinin etibarsızlığına əsaslanaraq Sumqayıt şəhər, H.Əliyev prospekti, 36-cı məhəllədə yerləşən 9 mərtəbəli qeyri-yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində fəaliyyət göstərməmiş və oradan çıxmış, Mülki Məcəllənin 1091.1-ci maddəsinə mənasına əsasən heç bir əmlak əldə etməmişdir. Cavabdehlə iddiaçı arasında icarə müqaviləsi olmuş, həmin icarə müqaviləsi sonradan məhkəmə qərarı əsasında etibarsız hesab edilmişdir. İcarə etibarsız hesab edildiyi tarixdən etibarən icarə sahəsi iddiaçının sahibliyində olmuşdur. Ona görə də 1091.2-ci maddə bu halda tətbiq edilə bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə verilmiş etiraza uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Nümayəndə E.Ağayev ona verilən suallara cavab olaraq sözügedən müqavilənin onlar tərəfindən imzalandığını, əsassız varlanmadıqlarını və hər hansı əmlak əldə etmədiklərini bildirdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Çıxarışla təsdiq edilir ki, “A+A Şirkətlər Qrupu” MMC-yə məxsus Sumqayıt şəhəri, 36-cı məhəllə, H.Əliyev prospekti ünvannında yerləşən qeyri-yaşayış binası xx.xx.2021-ci il tarixdə İddiaçı MMCnin icarə hüququ dövlət qeydiyyatına alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3244/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı müqavilənin etibarsız hesab olunması tələbinə dair ilk, İddiaçı MMC-nin Cavabdeh MMCyə qarşı pulun tutulması tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə dair iş üzrə ilk iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh MMC ilə cavabdeh İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, “İ-DƏ-0002/21” saylı icarə müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə üzrə cavabdeh İddiaçı MMC tərəfindən alınmış ümumilikdə 30.251,29 manat məbləğində pulun cavabdeh İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “İ-DƏ-0002/21 tarixli icarə müqaviləsinə əsasən icarəyə verən Sumqayıt şəhəri 36-cı məhəllə, H.Əliyev prospekti ünvanında yerləşən icarə hüququ üzrə icarəyə verənin sahibliyində olan (“A+A Şirkətlər Qrupu” MMC ilə "xxxx" MMC arasında imzalanmış və Bakı şəhəri, 12 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 3M-12 reyestr nömrəli icarə müqaviləsinə əsasən) ümumi sahəsi 7169,20 kv.m olan qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşən 566 kv.m olan hissəsini ikinci əldən icarəyə vermişdir. İcarə haqqı 17.000 manat (ƏDV-siz) məbləğində müəyyən edilmişdir. Həmçinin işin aşağıdakı faktiki halları mübahisəsiz olaraq müəyyən olunmuşdur: - İcarə obyektinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh MMCnin istifadəsində olması və icarə obyektinin xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-yə təhvil verilməsi. Məhkəmə qətnaməsində həmçinin icarəyə verilmiş obyektin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh MMC-də olması işin mübahisəsiz halı kimi müəyyən edildiyindən qarşılıqlı iddia üzrə İddiaçı MMC-yə ona dəymiş ziyanı Cavabdeh MMC-dən tələb etmək hüququna malik olması izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1303/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin (hakim Ü.Həsənova) e-2-2(113)-3244/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi İddiaçı MMC-nin iddiasının rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 263/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1303/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında mübahisəli qeyri-yaşayış obyektinin icarəyə verilməsinə dair xx.xx.2021-ci il tarixli, “İ-DƏ-0002/21” saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Sumqayıt şəhəri, 36-cı məhəllə, H.Əliyev prospekti ünvanında yerləşən 566 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh MMC-nin istifadəsində olmuşdur. Bundan sonra Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvədə olan e-2-2(113)-3244/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi qətnaməsinə əsasən sözügedən icarə müqaviləsi etibarsız hesab edilmiş və müqavilə üzrə Cavabdeh MMC tərəfindən icarə haqqı olaraq ödənilmiş pul vəsaitinin geri qaytarılması qət edilmişdir. Hazırda İddiaçı MMC Cavabdeh MMC-nin iddiaçının icarəsində olan mübahisəli qeyri-yaşayış sahəsindən 5 ay ərzində istifadə və sahiblik etməklə əsassız varlandığını əsas göstərərək əsassız varlanmaya görə 85.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. İşin halları ilə bağlı məhkəmə qeyd edir ki, birincisi, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə icarə hüququ əsasında İddiaçı MMC-yə məxsus olan mübahisəli qeyriyaşayış sahəsinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh MMC-nin istifadəsində olması ( 4 ay 25 gün) və xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-yə təhvil verilməsi müəyyən edilmişdir. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İkincisi, tərəflər arasında bağlanmış icarə müqaviləsi məhkəmə qətnaməsi ilə etibarsız hesab edildiyindən tərəflər arasında hazırda müqavilə münasibətləri mövcud deyil. Üçüncüsü, Cavabdeh MMC tərəfindən özgəsinin əmlakından istifadəyə görə İddiaçı MMc-yə hər hansı pul vəsaitinin ödəməsi iş materialları ilə öz təsdiqini tapmır. Əksinə qanun qüvvədə məhkəmə qətnaməsi ilə Cavabdeh MMC tərəfindən icarə haqqı olaraq ödənilmiş pul vəsaitinin ona qaytarılması qət edilmişdir. Beləliklə, işin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, hazırkı halda cavabdeh tərəflər arasında müqavilə və ya hər hansı qanuni əsas olmadan icarə hüququ ilə iddiaçıya məxsus olan əmlakdan haqqını ödəmədən istifadə etmişdir. Bununla bağlı məhkəmə cavabdehin əmlakdan istifadə etməsi nəticəsində əmlak əldə etməsini təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsi barədə dəlillinə münasibətdə qeyd edir ki, cavabdehin qanuni əsas olmadan əmlakdan istifadəsi nəticəsində yeni əmlak əldə etməsi iş materialları ilə müəyyən edilməsə də, sonuncu özgəsinin əmlakından haqqı ödənilmədən istifadə etməsi nəticəsində adi mülki dövriyyə şəraitində həmin əmlakdan istifadə etməyə görə ödəməli olduğu məbləği özündə saxlamış, həmin məbləğə qənaət etmişdir. Məhkəmə hesan edir ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinin tələbləri baxımından əsassız varlanma yalnız “başqasının hesabına əmlak əldə etməsi“ anlayışı yalnız yeni əmlak əldə edilməsini deyil, başqasının əmlakı hesabına əmlakına qənaət etməsini də ehtiva edir. Odur ki, iddiaçı cavabdehin onun icarəsində olan əmlakdan istifadə etməklə əsassız varlandığına görə pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır. Əsassız varlanmanın məbləğinə gəldikdə məhkəmə onu da qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində aylıq icarə haqqı 17.000 manat (ƏDV xaric) məbləğində müəyyən edilmişdir. Məhkəmə həmin müqavilənin etibarsız hesab edilməsinin həmin müqavilə növü üçün qanunvericilikdə nəzərə tutulmuş forma tələblərinə riayət edilməməsi ilə bağlı olduğunu, müqavilədə iradə qüsurunun olmasının (müqavilənin Cavabdeh MMC-nin iradəsinə zidd olaraq bağlanmasının) aşkar edilmədiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC həmin müqaviləni imzalamaqla mübahisəli qeyri-yaşayış sahəsindən istifadənin aylıq dəyərinin 17.000 manat civarında olması ilə razılaşmışdır. Odur ki, hazırda əsassız varlanma məbləği müəyyən edilərkən həmin məhləğin əsas götürülməsi ağlabatandır. Belə olan halda cavabdehin qeyri-yaşayış sahəsindən 4 ay 25 gün istifadə etməsinə görə əsassız varlandığı məbləğ aşağıdakı kimi hesablanmalıdır. 4x17.000 + 17.000/30x25= 82.166 manat Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 40 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 30 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. “Dövlət rüsumu haqqında” AR Qanununun: iddia verilərkən qüvvədə olmuş 8.1.2-ci maddəsinə görə məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilir. 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 380 manat məbləğində pul vəsait, eləcə də vəkil xərclərinə görə 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçının iddia verilərkən ödədiyi 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 82.166 (səksən iki min yüz altmış altı) manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 380 (üç yüz səksən) manat məbləğində və vəkil xərclərinin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ********* saylı qəbzə əsasən ödənilmiş 30 manat dövlət rüsumu iddiaya geri qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-246/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-246/2022
17.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver