Məhkəmə qərarları › İş №e-2-2(113)-246/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-246/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-246/2024 20.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 MMC-nin qanuni təmsilçisi Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada DC00285585-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 106.902,65 manat əsas borc, 16.121,22 manat faiz borcu, 5.454,22 manat cərimə borcu olmaqla, cəmi 128.478,09 manat məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 19 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə (tələbinin dəqiqləşdirilməsi barəd ərizə) verərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada DC00285585-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 106.902,65 manat əsas borc, 16.346,81 manat faiz borcu, 6.839,20 manat cərimə borcu olmaqla, cəmi 130.088,66 manat məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 21 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, hazırkı iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilməsi qərara alınmış və iş üzrə icraat dayandırılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı İddiaçı ASCnin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işin icraatının təzələnməsi qərara alınmışdır. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə (tələbin həcminin azaldılması barədə ərizə) verərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada DC00285585-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 106.902,65 manat əsas borc, 4.219,59 manat faiz borcu, 3.420,90 manat cərimə borcu olmaqla, cəmi 114.543,14 manat məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 19 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə barışıq sazişi təqdim etməklə, cavabdehlə birlikdə məhkəməyə yazılı ərizələr təqdim edərək aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh1 MMCnin qanuni təmsilçisi Cavabdeh2 barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 20 may 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Sazişin şərtləri.

1.1 İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh1 MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-03077LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin Razılaşmanı imzalayaraq borcalan www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. 1.2 Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində DC00285585-02R saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 197.213 manat məbləğində avadanlıqların alınması məqsədilə birdəfəlik kredit verilmişdir. 1.3 Bank ilə Borcalan DC00285585-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, DG**********41 saylı zaminlik bağlanmışdır. 1.4 Cavabdeh1 MMC və Cavabdeh2 (bundan sonra borclular) DC00285585-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2024-cü il tarixə İddiaçı ASC-nə olan 117.298,83 manat məbləğində borcu olduğunu etiraf edirlər. 1.5 Sazişin 1.4-cü bəndində göstərilən məbləğdən xx.xx.2024-cü il tarixində 20.000 manatı borclular tərəfindən ödənilir. 1.6 Borclu Cavabdeh1 MMC-nə DC00285585-02 saylı maliyyələşdirmə üçün ərizənin restrukturizasiyası məqsədi ilə xx.xx.2024-cü il tarixli, DC00285585-02R saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 99.024 manat məbləğində birdəfəlik kredit verilir. xx.xx.2024-cü il tarixli, DC00285585-02R saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh2 oölu arasında Z6329 saylı zaminlik müqavilə imzalanır. 1.7 Sazişin 1.6-cı bəndində ayrılacaq məbləğ DC00285585-02 saylı maliyyələşdirmə ərizə üzrə əsas borcun ödənilməsinə yönəldilir. 1.8 Borclu Cavabdeh1 MMC və zamin Cavabdeh2 xx.xx.2024-cü il tarixli, DC00285585- 02R saylı maliyyələşdirmə üçün ərizə imzalanmış aşağıda qeyd edilən ödəniş cədvləli üzrə borcu ödəməyi öhdələrinə götürürlər.

Ödəniş Aylıq ödənişin Əsas məbləğin Faiz Kredit üzrə tarixi məbləği ödənişi ödənişi qalıq

xx.xx.2024 17.329,71 15.927,38 1.402,33 83.060,87 xx.xx.2024 17.329,71 16.074,57 1.255,14 66.986,30 xx.xx.2024 17.329,71 16.444 885,71 50.542,30 xx.xx.2024 17.329,71 16.613,69 716,02 33.928,61 xx.xx.2024 17.329,71 16.833,03 496,88 17.095,58 xx.xx.2024 17.329,69 17.095,58 234,11 0,00

Cəmi: 103.978,24 98.988,25 4.989,99

2. Saziş üzrə öhdəliklərin icra olunması qaydaları.

2.1 Qeyd olunan öhdəliyin icrası İddiaçı ASC-də olan bank hesabları vasitəsi ilə nağd və ya köçürmə yolu ilə həyata keçirilir. Xarici valyutada icra edilən ödənişlər, ödəniş gününə Bankın rəsmi məzənnəsinə uyğun olaraq həyata keçiriləcəkdir.

3. Saziş üzrə öhdəliklərin lazımı qaydada icra edilməməsinin nəticələri.

3.1 Bu sazişin 1.8-ci bəndində qeyd edilən ödənişin, Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun və xx.xx.2024-cü il tarixli, DC00285585-02R saylı maliyyələşdirmə üçün ərizənin şərtləri pozulduqda və ya 30 (otuz) təqvim günü ərzində ödəniş icra edilmədikdə və ya gecikdirildikdə saziş məhkəmə tərəfindən verilmiş icra sənədi əsasında Azərbaycan Respublikası Qanunvericiliyinin (İcra haqqında və digər normativ hüquqi aktların) tələblərinə əsasən məcburi qaydada dərhal icra edilir və icra edilməsi üçün aidiyyatı üzrə icra şöbəsinə göndərilir. 3.2 Bu sazişin 3.1-ci bəndində qeyd edilən qaydada məcburi icraya yönəldiyi halda İddiaçı ASC tərəfindən icra vərəqəsinin verilməsi üçün müraciət məktubunun verildiyi gün də daxil olmaqla DC00285585-02R saylı maliyyələşdirmə üçün ərizəyə əsasən maliyyə arayışı üzrə əsas borc, hesablanmış faizlər və cərimələr borcun cəmi məbləği kimi Borclular tərəfindən qəbul edilir.

4. Digər müddəalar.

4.1 Bu Saziş Cavabdeh1 MMC və Cavabdeh2 (və ya onların səlahiyyətli nümayəndələri) və iddiçı İddiaçı ASC (və ya onun səlahiyyətli nümayəndəsi) tərəfindən onu imzaladıqdan və qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minmiş hesab edilir. 4.2 Bu Saziş eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib edilib, imzalanıb və tərəflərin hər birində və bir nüsxəsi onu təsdiq edən məhkəmədə saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 20 may 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.

1. Sazişin şərtləri.

1.1 İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh1 MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-03077LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin Razılaşmanı imzalayaraq borcalan www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. 1.2 Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində DC00285585-02R saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 197.213 manat məbləğində avadanlıqların alınması məqsədilə birdəfəlik kredit verilmişdir. 1.3 Bank ilə Borcalan DC00285585-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, DG**********41 saylı zaminlik bağlanmışdır. 1.4 Cavabdeh1 MMC və Cavabdeh2 (bundan sonra borclular) DC00285585-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2024-cü il tarixə İddiaçı ASC-nə olan 117.298,83 manat məbləğində borcu olduğunu etiraf edirlər. 1.5 Sazişin 1.4-cü bəndində göstərilən məbləğdən xx.xx.2024-cü il tarixində 20.000 manatı borclular tərəfindən ödənilir. 1.6 Borclu Cavabdeh1 MMC-nə DC00285585-02 saylı maliyyələşdirmə üçün ərizənin restrukturizasiyası məqsədi ilə xx.xx.2024-cü il tarixli, DC00285585-02R saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 99.024 manat məbləğində birdəfəlik kredit verilir. xx.xx.2024-cü il tarixli, DC00285585-02R saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh2 oölu arasında Z6329 saylı zaminlik müqavilə imzalanır. 1.7 Sazişin 1.6-cı bəndində ayrılacaq məbləğ DC00285585-02 saylı maliyyələşdirmə ərizə üzrə əsas borcun ödənilməsinə yönəldilir. 1.8 Borclu Cavabdeh1 MMC və zamin Cavabdeh2 xx.xx.2024-cü il tarixli, DC00285585- 02R saylı maliyyələşdirmə üçün ərizə imzalanmış aşağıda qeyd edilən ödəniş cədvləli üzrə borcu ödəməyi öhdələrinə götürürlər.

Ödəniş Aylıq ödənişin Əsas məbləğin Faiz Kredit üzrə tarixi məbləği ödənişi ödənişi qalıq

xx.xx.2024 17.329,71 15.927,38 1.402,33 83.060,87 xx.xx.2024 17.329,71 16.074,57 1.255,14 66.986,30 xx.xx.2024 17.329,71 16.444 885,71 50.542,30 xx.xx.2024 17.329,71 16.613,69 716,02 33.928,61 xx.xx.2024 17.329,71 16.833,03 496,88 17.095,58 xx.xx.2024 17.329,69 17.095,58 234,11 0,00

Cəmi: 103.978,24 98.988,25 4.989,99

2. Saziş üzrə öhdəliklərin icra olunması qaydaları.

2.1 Qeyd olunan öhdəliyin icrası İddiaçı ASC-də olan bank hesabları vasitəsi ilə nağd və ya köçürmə yolu ilə həyata keçirilir. Xarici valyutada icra edilən ödənişlər, ödəniş gününə Bankın rəsmi məzənnəsinə uyğun olaraq həyata keçiriləcəkdir.

3. Saziş üzrə öhdəliklərin lazımı qaydada icra edilməməsinin nəticələri.

3.1 Bu sazişin 1.8-ci bəndində qeyd edilən ödənişin, Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun və xx.xx.2024-cü il tarixli, DC00285585-02R saylı maliyyələşdirmə üçün ərizənin şərtləri pozulduqda və ya 30 (otuz) təqvim günü ərzində ödəniş icra edilmədikdə və ya gecikdirildikdə saziş məhkəmə tərəfindən verilmiş icra sənədi əsasında Azərbaycan Respublikası Qanunvericiliyinin (İcra haqqında və digər normativ hüquqi aktların) tələblərinə əsasən məcburi qaydada dərhal icra edilir və icra edilməsi üçün aidiyyatı üzrə icra şöbəsinə göndərilir. 3.2 Bu sazişin 3.1-ci bəndində qeyd edilən qaydada məcburi icraya yönəldiyi halda İddiaçı ASC tərəfindən icra vərəqəsinin verilməsi üçün müraciət məktubunun verildiyi gün də daxil olmaqla DC00285585-02R saylı maliyyələşdirmə üçün ərizəyə əsasən maliyyə arayışı üzrə əsas borc, hesablanmış faizlər və cərimələr borcun cəmi məbləği kimi Borclular tərəfindən qəbul edilir.

4. Digər müddəalar.

4.1 Bu Saziş Cavabdeh1 MMC və Cavabdeh2 (və ya onların səlahiyyətli nümayəndələri) və iddiçı İddiaçı ASC (və ya onun səlahiyyətli nümayəndəsi) tərəfindən onu imzaladıqdan və qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minmiş hesab edilir. 4.2 Bu Saziş eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib edilib, imzalanıb və tərəflərin hər birində və bir nüsxəsi onu təsdiq edən məhkəmədə saxlanılır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar