Məhkəmə qərarları › İş №e-2-2(113)-2465/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2465/2024

12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2465/2024 12.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-nə qarşı “icarə obyektinin istifadəsinə dair maneələrin aradan qaldırılması və sair” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə icarəyə verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül s/zonası, 2096-cı məhəllə, 507 nömrəli küçə ünvanındakı icarə obyektindən istifadəyə maneələrin aradan qaldırılması, ərizədə göstərilən DEV1000 markalı Paketləmə aparatın, “Tayfun-2” markalı qovurma aparatının, ŞM-600 markalı avadanlığın və iddiaçıya məxsus digər əmlakların iddiaçıya geri qaytarılması, geri qaytarılması mümkün olmadıqda onların əvəzinin təqdim olunmuş audit rəyində göstərilmiş dəyərdə kompensasiya edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi/vəkili Nümayəndə xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə/vəsatət ilə müraciət edərək bildirmişdir ki, nümayəndəsi və vəkili olduğu İddiaçı MMC-nin iddia tələbi ilə bağlı iş sizin icraatınızdadır. İş üzrə məhkəmə icraatı zamanı mübahisə predmeti olan məsələ öz həllini tapmışdır. Yuxarıda göstərilənlərə əsasən, iddia tələbindən imtina edilməsi barədə vəsatətlərinin qəbul edilməsini xahiş edir. Mülki Prosessual Məcəllənin 52.1.-ci maddə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Eyni zamanda iş üzrə xx.xx.2024-cü il tarixinə təyin olunmuş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və vəsatətlərinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.5-ci maddəsində iddiaçının iddiadan imtina etməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. - 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İddiaçının nümayəndəsinin iddiadan imtina etməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “icarə obyektinin istifadəsinə dair maneələrin aradan qaldırılması və sair” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar