Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2477/2023 06.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 (Cavabdeh2 MMC) və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 461318,09 manat (dörd yüz altmış bir min üç yüz on səkkiz manat doqquz qəpik) əsas, 11769,44 manat (on bir min yeddi yüz altmış doqquz manat qırx dörd qəpik) faiz olmaqla, cəmi 473087,53 manat (dörd yüz yetmiş üç min səksən yeddi manat əlli üç qəpik) borcun, həmçinin ödənilmiş 363,09 manat (üç yüz altmış üç manat doqquz qəpik) dövlət rüsumu və mediasiya xərci olaraq ödənilmiş 400 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC-yə 48 (qırx səkkiz) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla, 548400 (beş yüz qırx səkkiz min dörd yüz) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı “X1” ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli krеdit müqaviləsi bağlanmışdır. Krеdit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 MMC bank qarşısında öhdəliklərini tam yеrinə yеtirənədək Cavabdeh1 ona zamin durmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə bоrcalan bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirənədək zamin bоrcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Krеdit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixinə əsas borcu 461318,09 manat, faiz borcu 11769,44 manat olmaqla, cəmi borcu 473087,53 manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh2 MMC götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununlа dа cavabdehlər krеdit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirməmiş və еyni zаmаndа hеsаblаrа, mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən krеdit müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehlərin krеdit müqaviləsinə əsаsən “Аzər Türk Bаnk” АSC-yə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 473087,53 manat təşkil еdir ki, bu bоrcun dа cavabdehlər tərəfindən ödənilməsi təmin еdilməlidir.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 birgə qaydada iddiaçı “X1” ASC-nin xeyrinə 461318,09 manat əsas, 18837,5 manat faiz olmaqla, cəmi 480155,59 manat borcun, həmçinin ödənilmiş 454,16 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425.1, 443, 445, 448.1, 472.1-ci maddələrinə istinad olunmuşdur.
5. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə yazılı etirazını təqdim edərək qeyd etmişdir ki, iddia tələbini qismən qəbul edir, Cavabdeh1 Tövsif oğluna münasibətdə isə iddianı qəbul etmirlər. Belə ki, zaminlik müqaviləsi Cavabdeh1 tərəfindən imzalanmamışdır. Həmin müqavilə üzrə bank qarşısında Cavabdeh1 öhdəliyi yoxdur. Belə ki, iddiaçı tərəfindən tələb olunan məbləğ cavabdehə verilməmişdir. Kredit müqaviləsində göstərilən 548400 manat Cavabdeh2 MMC-yə verilməmişdir. Orada qeyd edilən məbləğin cəmi 400000 manat civarında hissəsi verilmişdir. 548400 manat pul vəsaitinin verilməsi iddiaçı tərəfindən təqdim edilən sənədlərlə təsdiq edilmir. Borc məbləği ilə razı deyil və iddiaçı tərəfindən pul vəsaitinin cavabdehə verilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən borc məbləği 400000 manata münasibətdə müəyyən olunmalıdır. Digər mübahisəli məsələ isə borc məbləğinə hesablanacaq faiz məbləğidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına əsasən şərh olunur ki, tələbkar tərəfindən borcluya borcun tam ödənilməsi barədə bildiriş təqdim edilirsə, borca faizlərin hesabılanması həmin vaxtdan dayandırılmalıdır. Hazırkı vaxtda isə borc məbləğinə faiz hesablanması xx.xx.2022-ci il tarixdən dayandırılmalı və ödənişlər ümumi məbləğdən silinməlidir. Hazırkı idddia tələbini (qismən) və ekspert rəyini (qismən) nəzərə alaraq və həmçinin xx.xx.2022-ci il tarixdən ödənilmiş 46142,68 manat vəsaiti çıxmaqla, (480342,11+7431,84-46142,68=441631,27) borc məbləği 441631,27 manat olmalıdır. 548400 manat kreditin verilməsi yalnız 400000 manat hissədə qəbul edildiyindən, borc məbləği 293631,27 manat olmalıdır. Borcun hesablanması mediasiya təklifi verilən tarixədək hesablanmalıdır. Nəzərə alınmalıdır ki, xx.xx.2023 tarixdə 3000 manat ödəniş belə edilmişdir.
6. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Cavabdehlərin nümayəndəsi və vəkili “AZEMİS” məhkəmə sistemində yaradılmış “elektron kabinet”i vasitəsilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, borcun 293631,27 manat müəyyən olunmasını və Cavabdeh1 Tövsif oğluna münasibətdə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
8. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 003- KRM-007-2021 nömrəli kredit müqaviləsinin şərtlərindən görünür ki, borcalana 48 (qırx səkkiz) ay müddətinə ilk 6 ay illik faiz dərəcəsi 12%, sonra isə illik faiz dərəcəsi 17 faiz dərəcəsi ilə 548400 (beş yüz qırx səkkiz min dörd yüz) manat məbləğində kredit verilmişdir.
9. 003-KRM-007-2021 nömrəli kredit müqaviləsinin ödəniş cədvəlindən məlum olur ki, xx.xx.2025-ci il tarixi sonuncu ödəniş tarixi olaraq razılaşdırılmışdır.
10. İddiaçı ASC (bank) ilə Cavabdeh1 (zamin) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 003-KZM-008-2021 nömrəli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixli 003-KRM-007-2021 nömrəli kredit müqaviləsi ilə əlaqədar olaraq, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “zamin” borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür.
11. Cavabdehlərə ünvanlanmış pretenziya məktubunda 5 (beş) iş günü ərzində 517691,82 manat əsas borc və ona hesablanmış faizlərin tam olaraq ödənilməsi, əks təqdirdə borcun tam olaraq tutulması barədə məhkəməyə müracət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
12. xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə tərtib edilmiş maliyyə arayışında xx.xx.2023-cü il tarixə 87081,91 manat ödənilmiş əsas borc, 167686,84 manat ödənilmiş faiz borcu, 461318,09 manat ödənilməli əsas borc, 18837,50 manat ödənilməli faiz borcu, 480155,59 manat ödənilməli ümumi borc hesablanmışdır.
13. Cavabdeh2 MMC-nin kredit hesabı çıxarışından məlum olur ki, 29 sentyabr 2023cü il tarixində 3000 manat ödəniş olmuş, həmin məbləğdən 1043,02 manat faiz borcuna, 1956,98 manat cərimə borcuna silinmişdir.
14. xx.xx.2023 tarixli ******* nömrəli ödəniş tapşırığından məlum olur ki, 2500 manat, xx.xx.2023 tarixli 215OCAZ232720507 nömrəli ödəniş tapşırığından məlum olur ki, 500 manat Cavabdeh2 MMC tərəfindən İddiaçı ASC-nin hesabına köçürülmüşdür.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4863 saylı ekspert rəyindən görünür ki, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 003-KRM-007-2021 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə olan borcu xx.xx.2022-ci il tarixinə əsas borcu 480342,11 manat, faiz borcu 7431,84 manat, xx.xx.2023-cü il tarixinə əsas borcu 470512,81 manat, faiz borcu 3417,39 manat, xx.xx.2023-cü il tarixinə əsas borcu 461317,37 manat, faiz borcu 15953,87 manat təşkil edir.
16. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli 003-KRM-007-2021 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 MMC-yə bank tərəfindən 48 (qırx səkkiz) ay müddətinə ilk 6 ay illik faiz dərəcəsi 12%, sonra isə illik faiz dərəcəsi 17 faiz dərəcəsi ilə 548400 (beş yüz qırx səkkiz min dörd yüz) manat məbləğində kredit verilmişdir. Eyni zamanda Azər-Türk Bank” ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 003-KRM-007-2021 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
21. İddia tələbini Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 461318,09 manat əsas və 18837,5 manat faiz borcunun tutulması təşkil edir.
22. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, birgə qaydada məsuliyyət daşımasını, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsas kredit borcu və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, 459360,39 manat (dörd yüz əlli doqquz min üç yüz altımış manat otuz doqquz qəpik) əsas borc, 2374,37 manat (iki min üç yüz yetmiş dörd manat otuz yeddi qəpik) faiz borcu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
23. Məhkəmə belə qənaətə gələrkən onu nəzərə almışdır ki, ekspert rəyində maliyyə arayışının tərtib edildiyi tarixə (xx.xx.2023) əsas borc məbləği 461317,37 manat hesablanmışdır. Cavabdeh tərəfindən 29 sentyabr 2023-cü il tarixində ümumilikdə 3000 manat ödəniş olmuş və həmin məbləğin 1956,98 manat hissəsi cəriməyə, 1043,02 manat hissəsi isə faiz borcuna silinmişdir. Məhkəmə iddiaçı tərəfindən ödənilən məbləğin 1956,98 manat hissəsinin cəriməyə silinməsini haqlı saymır. Belə ki, nə iddia ərizəsində, nə də cavabdehlərə göndərilən pretenziya məktublarında onlardan hər hansı cərimə məbləğinin tutulmasına dair tələb olmamış, yalnız əsas və faiz borcunun ödənilməsi tələb olunmuşdur. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ cəriməyə yox, cavabdehin əsas borcu üzrə silinməli və əsas borc üzrə 459360,39 manat (461317,37- 1956,98=459360,39) məbləğində pul vəsaiti cavabdehlərdən birgə qaydada tutulmalıdır. Faiz borcuna münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2023 tarixində ödənilmiş 3000 manat məbləğdən 1043,02 manat hissəsi faiz borcuna silindiyindən ekspert rəyində qeyd edilən xx.xx.2023-cü il tarixinə faiz borcu üzrə hesablanmış 3417,39 manatdan həmin məbləğ çıxılmalı və 2374,37 manat faiz borcu cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
24. Belə ki, cavabdehlərə pretenziya məktubu xx.xx.2022-ci il tarixdə göndərilmiş (daha əvvəlki tarixə pretenziya məktubu olsa da, göndərilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır), 5 iş günü ərzində 517691,82 manat əsas borc və ona hesablanmış faizlərin tam olaraq ödənilməsi tələb olunmuşdur. Ona görə də ekspert rəyi ilə xx.xx.2022-ci il tarixinə faiz borcunun 7431,84 manat olduğu müəyyən edilsə də, həmin məbləğdən ödənişlər edilmiş və xx.xx.2023-cü il tarixinə faiz borcunun məbləği 3417,39 manat təşkil etmişdir. Ona görə də məhkəmə faiz borcu olaraq həmin məbləği əsas götürmüşdür.
25. Cavabdehlərin etirazına münasibətdə qeyd olunmalıdır ki, həmin etirazda göstərilən müəyyən hallar (zaminlik müqaviləsinin bağlanmaması, kreditin daha az məbləğdə verilməsi və s.) öz təsdiqini tapmadığından əsassız sayılmalıdır
26. Eləcə də, iddiaçı 454,16 manat dövlət rüsumu, mediasiya xərci olaraq ödənilmiş 400 manat pulun cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
27. Məhkəmə hesab edir ki, 400 manat (dörd yüz) mediasiya xərci, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq dövlət rüsumunun əvəzi qismində 357 manat (üç yüz əlli yeddi) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
28. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 459360,39 manat (dörd yüz əlli doqquz min üç yüz altımış manat otuz doqquz qəpik) əsas borc, 2374,37 manat (iki min üç yüz yetmiş dörd manat otuz yeddi qəpik) faiz borcu, 400 manat (dörd yüz) mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 357 manat (üç yüz əlli yeddi) olmaqla, ümumilikdə 462491,76 manat (dörd yüz altımış iki min dörd yüz doxsan bir manat yetmiş altı qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2ndən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova