Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2493/2020 19.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, cavabdeh ləğv prosesində olan “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 Elzibar oğlunun, Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə, “xxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ləğv prosesində olan “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2nə qarşı öhdəliyin icra edilməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Ləğv prosesində olan “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2nə qarşı öhdəliyin icra edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “xxxxxxxxx” MMC xx xxxxxx 2020-ci il tarixə, saat 12:00-a və xx xxxxxx 2020-ci il tarixə, saat 12:00-a təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada və müddətdə xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlmədiklərinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Ləğv prosesində olan “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 Elzibar oğlu və Cavabdeh2 MMC-nin nümayəndəsi X2 işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini bildirdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda həmin Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. - 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ləğv prosesində olan “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2nə qarşı öhdəliyin icra edilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2493/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2493/2020
19.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver