Məhkəmə qərarları › İş №e-2-2(113)-2496/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2496/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2496/2024 12.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə yaranmış 25380,2 manat (iyirmi beş min üç yüz səksən manat iki qəpik) borc, vəkilə hüquqi yardıma görə ödənilmiş 330 (üç yüz otuz) manat və iddia tələbi üzrə ödənilən 170 (bir yüz yetmiş) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir. Cəmiyyətin Nizamnamə kapitalı Cəmiyyətin səhmdarları tərəfindən əldə edilmiş səhmlərinin nominal dəyərindən təşkil olunur. Cəmiyyət hüquqi şəxsdir. Nizamnamə şərtlərinə əsasən Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Bildirilir ki, 01 fevral 2023-cü il tarixində Cəmiyyət ilə Cavabdeh MMC arasında AGE/İM/PC/02-23/003 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə müvafiq olaraq təchizatçı müqaviləyə əlavələrdə göstərilən mallar ilə sifarişçini təchiz etməyi, sifarişçi isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürür. Tərəflər arasındakı müqavilə üzrə onların hər ikisinin üzərinə düşən icra hərəkətləri mövcud olmuşdur. Təchizatçının, yəni İddiaçı MMC-nin müqavilə üzrə üzərinə düşən öhdəliyi müəyyən edilmiş vaxtda və qüsursuz şəkildə yerinə yetirməsinə baxmayaraq, sifarişçi heç bir üzrlü səbəb olmadan qarşılıqlı olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, tərəflər arasında qarşılıqlı borcların razılaşdırılması barədə 01 sentyabr 2023-cü il tarixli üzləşmə aktına əsasən sifarişçi Cavabdeh MMC-nin təchizatçı İddiaçı MMC-yə 25380,2 manat borclunun olduğu müəyyən edilmişdir. Göründüyü kimi, iddia tələbində göstərilən müqaviləyə əsasən sifarişçi Cavabdeh MMC-nin təchizatçı Cəmiyyətə 25380,2 manat borclu olduğu müəyyən edilmişdir. Təchizatçı tərəf kimi müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etməyinə, sifarişçi tərəf kimi müqavilənin icra müddətinin bitməsinə baxmayaraq, bu günədək üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməyərək iddiaçı qarşısında müqavilə öhdəliklərini pozmuşdur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Təchizatçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, AGE/İM/PC/02-23/003 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən təchizatçı müqaviləyə əlavələrdə göstərilən mallar ilə sifarişçini təchiz etməyi, sifarişçi isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin məbləği hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmiş X1 göstərilən qiymətlər əsasında verilmiş sifarişlər ilə müəyyən edilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən ödənişlər köçürmə yolu ilə həyata keçirələcəkdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişlərin həcmi hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən təsdiqlənən üzləşmə aktı ilə müəyyən edilir. - xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolu adlı sənəddən görünür ki, xx.xx.2023-cü il tarixli, AGE/İM/PC/02-23/003 nömrəli müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti (1) qum tonu – 6,50 manat; 2) şeben tonu – 6,50 manat) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. - xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 877559 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 29948,66 manat təşkil edir. - İddiaçı tərəfindən təqdim edilən "xxxx" ASC tərəfindən təsdiq edilən ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli qaimə üzrə 15654,47 manat, xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli qaimə üzrə 28021,89 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 (beş) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, AGE/İM/PC/02-23/003 nömrəli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən təchizatçı müqaviləyə əlavələrdə göstərilən mallar ilə sifarişçini təchiz etməyi, sifarişçi isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. İşin hallarından göründüyü kimi, iddiaçı tərəfindən təchiz olunan mallarla bağlı cavabdehə elektron qaimələr göndərilmiş və cavabdeh tərəfindən müvafiq ödənişlər edilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilən xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 877559 nömrəli elektron qaimə üzrə əsas məbləğ 25380,22 manat, ƏDV məbləği 4568,44 manat olmuşdur. iddiaçı həmin qaimə üzrə ödənişin edilmədiyini bildirərək, həmin qaimə üzrə əsas məbləği təşkil edən 25380,20 manat məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəməyə həmin məbləğin ödənilməsi ilə bağlı sübutlar təqdim olunmamışdır. Beləliklə, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh MMC-dən 25380,20 manat (iyirmi beş min üç yüz səksən manat iyirmi qəpik) əsas borc məbləği iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı vəkilə ödənilmiş 330 manat və 170 manat rüsumun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 170 (yüz yetmiş) manat və 330 (üç yüz otuz) manat hüquqi yardım xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 25380,20 manat (iyirmi beş min üç yüz səksən manat iyirmi qəpik) əsas borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 170 (yüz yetmiş) manat, 330 (üç yüz otuz) manat hüquqi yardım xərci olmaqla, cəmi 25880,20 manat (iyirmi beş min səkkiz yüz səksən manat iyirmi qəpik) məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar