Məhkəmə qərarları › İş №e-2-2(113)-2497/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2497/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2497/2024 04.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC BOKT (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc 32595,09 manat, faiz borcu 00 manat olmaqla, cəmi 32595,09 (otuz iki min beş yüz doxsan beş manat 09 qəpik) manat məbləğin və ödənilmiş 187.78 manat mediasiya xərcinin İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması; borc tələbinin ipoteka predmeti olan Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi 0,0692 ha olan torpaq sahəsinə yönəldilməsi; 3. İpoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh3 İddiaçı QSC-yə olan əsas borc 32595,09 manat, faiz borcu 00 manat olmaqla, cəmi 32595,09 (otuz iki min beş yüz doxsan beş manat 09 qəpik) manat kredit borcunun və ödənilmiş 187.78 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC-nin Şəki filialı ilə Cavabdeh3 arasında 23 fevral 2022-ci il tarixli OKR-02 saylı “Restrukturizasiya Müqaviləsinə” əsasən Cavabdeh3 35895 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 00 faiz hesablanmaqla ödəniş qrafikiəsasında 2 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh4mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi 0,0692 ha olan torpaq sahəsi ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC ilə ipoteka qoyanCavabdeh4arasında 18 mart 2022-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və ipoteka hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Cavabdehlə bağlanmış 18 mart 2022-ci il tarixli ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 14000,00 manat məbləğində müəyyən edilmişdir. Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə fiziki şəxslər Cavabdeh2 və Cavabdeh1arasında 23 fevral 2022-ci il tarixli Z- 1OKR-002 və Z-2OKR-002 saylızaminlik müqavilələri bağlanmışdır. Bağlanmış zaminlik müqavilələrinin şərtlərinə görə zaminlər Cavabdeh2 və Cavabdeh1Təşkilat qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəliklərinə götürmüşlər. Cavabdeh3 ilə bağlanmış Restrukturizasiya müqaviləsinin 2.2-ci bəndinə əsasən, borcalan krediti həmin müqavilənin ayrılmaztərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Restrukturizasiya Müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə Cavabdeh3 qrafikə uyğun olaraq əsas borcu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməletməyərək Restrukturizasiya Müqaviləsi bağlandıqdan sonra qrafikə uyğun olaraq ödəniş etməmişdir. Bununla da cavabdeh Restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh3 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olanəsas borcu 32595,09 manat, faiz borcu 00 manat olmaqla, cəmi borc məbləği 32595,09 (otuziki min beş yüz doxsan beş manat 09 qəpik) manat təşkiledir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh3 və onun zaminlərinə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş pretenziya və xəbərdarlıq məktubları nəticəsiz qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.Məmmədov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə icraatı dövründə cavabdehlər tərəfindən hər hansı ödəniş edilməmişdir.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi K.Məmmədov iddia ərizəsində göstərilmiş borcun ödəniləcəyini bildirib ipoteka predmetinə tutma yönəldilməməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.

6. Məhkəmə iclasının digər cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

8. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 23 fevral 2022-ci il taricli OKR-02 saylı restrukturizasiya müqaviləsinə əsasən bu müqavilə iddiaçının Orta Kredit Komitəsinin iclasının 28 yanvar 2022-ci il tarixli 6/22-P saylı Prtokolundan çıxarışa əsasən borclunun kreditora olan vaxtı keçmiş kredit borcunun restrukturizasiya edilməsi və həmin borcun ödənilməsinə müqavilədə göstərilən şərtlər əsasında şərait yaradılması məqsədi ilə bağlanılır.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər iddiaçının Şəki filialı ilə Cavabdeh3 oğu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 209QM/2019 saylı kredit müqaviləsi üzrə 7014,40 manat (qətnamə üzrə), Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 208QM/2019 saylı kredit müqaviləsi üzrə 14978,71 manat (qətnamə üzrə), X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 207QM/2019 saylı kredit müqaviləsi üzrə 13901,98 manat olmaqla, cəmi 35895,09 manat kredit borcunun qalığını təsdiq edirlər.

11. Müqavilənin 2.2-ci bəndinə əsaəsn kreditor borcluların bu müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqavilələri üzrə ödənilməmiş qalan 35895,09 manat vaxtı keçmiş kredit borcunun tərəflər arasında bu müqavilə imzalandığı tarixdən 2 il müddətinədək uzadılmasını təmin edir, borclu isə müvafiq qaydada təminat təqdim etməklə 35895,09 manat cəmi borcunu faiz hesablanmadan bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq kreditora ödənilməsini təmin edir.

12. Müqavilənin 2.1-ci bəndinə əsasən borcverən borcalana 75000 manat məbləğində krediti 60 ay müddətinə illik 5 % müddətinə kredit verməyi öhdəsinə götürür.

13. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 23 fevral 2022-ci il tarixli Z-2 (OKR- 002) nömrəli zaminlik müqaviləsinə əsasən kredit təşkilatı ilə cavabdeh arasında bağlanmış 23 fevral 2022-ci il tarixli OKR-002 saylı restrukturizasiya müqaviləsi əsasında borclunun kredit təşkilatına ödənilməli olan 35895,09 manat borcu ilə əlaqədar olaraq borclunun kredit təşkiları qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borclu ilə birlikdə kredit təşkilatı qarşısında həmin borcların ödənilməsinə məsuliyyət daşımağı öz öhdəsinə götürür.

14. İddiaçı və Cavabdeh2 arasında bağlanmış 23 fevral 2022-ci il tarixli Z-1 (OKR- 002) nömrəli zaminlik müqaviləsinə əsasən kredit təşkilatı ilə cavabdeh arasında bağlanmış 23 fevral 2022-ci il tarixli OKR-002 saylı restrukturizasiya müqaviləsi əsasında borclunun kredit təşkilatına ödənilməli olan 35895,09 manat borcu ilə əlaqədar olaraq borclunun kredit təşkiları qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borclu ilə birlikdə kredit təşkilatı qarşısında həmin borcların ödənilməsinə məsuliyyət daşımağı öz öhdəsinə götürür.

15. İddiaçı və Cavabdeh4 arasında bağlanmış 18 mart 2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0692 ha olan torpaq sahəsini iddiaçı ilə bağlanmış kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir.

16. Müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 14000 manat müəyyən edilmişdir.

17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 0,0692 ha ibarət 3566 saylı bağ sahəsi/torpaq sahəsi ünvanında yerləşən mənzil İddiaçı QSC BOKT Şəki filialının xeyrinə hüququ yüklü edilmişdir.

18. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 210000 manat, likvid qiyməti 175000 manat təşkil edir.

19. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

22. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

23. Həmin Məcəllənin 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.

24. Həmin Məcəllənin 489.1-ci maddəsinə əsasən qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipialın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir.

25. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

26. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

27. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

28. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

29. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

30. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

31. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

32. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

33. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

34. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

35. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh3 arasında 23 fevral 2022-ci il tarixli OKR-02 saylı “Restrukturizasiya Müqaviləsinə” əsasən Cavabdeh3 35895 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 0 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 2 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh4mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi 0,0692 ha olan torpaq sahəsi ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC ilə ipoteka qoyan Cavabdeh4arasında 18 mart 2022-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə fiziki şəxslər Cavabdeh2 və Cavabdeh1arasında 23 fevral 2022-ci il tarixli Z-1OKR-002 və Z-2OKR-002 saylızaminlik müqavilələri bağlanmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər.

36. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır.

37. Bu səbəbdən kredit müqaviləsi üzrə yaranmış 32595,09 manat borc əsas borclu və zaminlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

38. İddia ərizəsində ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.

39. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya 32595,09 manat borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcun ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, ilkin satış qiyməti məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmiş likvid qiymətə uyğun müyyən edilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 32595,09 manat pul tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməli, tələb ipoteka predmeti olan Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi 0,0692 ha olan torpaq sahəsinə - ilkin satış qiyməti 175000 manat olmaqla yönəldilməli, göstərilən əmlak açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına 32595,09 manat manat məbləğində borc tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait Cavabdeh4 qaytarılmalıdır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 187,78 manat dövlət rüsumu cavabdehlərə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 aid edilməlidir.

43. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir.

44. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə (müştərək) qaydada 32595,09 manat pul, ödənilmiş 187,78 manat dövlət rüsumu, ümumilikdə 32782,87 (otuz iki min yeddi yüz səksən iki manat səksən yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi 0,0692 ha olan torpaq sahəsinə - ilkin satış qiyməti 175000 (bir yüz yetmiş beş min) manat olmaqla yönəldilsin. Göstərilən əmlak açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına ümumilikdə ümumilikdə 32782,87 (otuz iki min yeddi yüz səksən iki manat səksən yeddi qəpik) manat məbləğində borc tutularaq İddiaçı QSC BOKT-a ödənilsin. Satışdan artıq qalan vəsait Cavabdeh4 qaytarılsın. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə (müştərək) qaydada tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar