Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2497/2025 22.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh3, Nümayəndə2 və Cavabdeh5 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdeh və digər Cavabdeh4 MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh3, Nümayəndə2 və Cavabdeh5 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh3, Nümayəndə2 və Cavabdeh5 müştərək qaydada onun xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 29923,12 manat əsas borc, 2392,97 manat faiz borcu və 21.63 manat cərimə borcu olmaqla cəmi 32337,72 manat borcun, 187,01 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh4 MMC-nə İddiaçı ASC-nin “Nərimanov” filialından 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2023ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2023-ci il tarixdə Cavabdeh1 ilə, Cavabdeh3, Nümayəndə2 və Cavabdeh5 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh4 MMC-nə İddiaçı ASC-dən illik 20% olmaqla 24 ay müddətinə 40000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2023-cü il tarixli kredit limitinin ayrılmasına dair müqaviləsinə xx.xx.2024-ci il tarixli Əlavə Sazişə əsasən kredit məbləği 38630.84 AZN təşkil edir. 2024cü ilin dekabrın 16-dək Cavabdeh4 MMC-nin banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 29923.12 manat əsas borc, 2392.97 manat faiz borcu və 86.5 manat cərimə borcu olmaqla cəmi 32402.59 manat borcu vardır. Cavabdeh4 MMC-nin banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 86.85 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 21.63 manat məbləğində tələb olunur Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə baxış iclasının iştirakları olmadan keçirilərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və digər Cavabdeh4 MMC-nin nümayəndəsi Nümayəndə2 iddianı qismən qəbul etdiyini bildirmişdir. Belə ki, əsas borcu 29923,12 manat məbləğində iddia ərizəsinə uyğun, 2292,07 manat faiz məbləğini ekspert rəyinə uyğun qəbul edir. Həmçinin 21,63 manat cərimə məbləğini qəbul edir. Eyni zamanda bildirmişdir ki, 2023-cü ilin dekabr ayında İddiaçı ASC-dən kredit götürmüşdür. Cavabdeh4 MMC-nin fəaliyyət ilə əlaqədar ödənişlər edilərək Rusiya Federasiyasından mallar göndərilməli idi. Bunun üçün əvvəlcədən ödəniş tələb edilmişdir. Bununla bağlı banka müraciət edərək kredit götürmüşdür. Lakin bir müddət sonra işlərin dayanması səbəbindən aylıq ödənişləri edə bilməmişdir. RF-dan mallar göndərildikcə hissə-hissə aylıq ödənişləri edəcəyini bildirmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh4 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 22- MCR-1-1097-23 nömrəli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən borcalana 50000 manat məbləğində aylıq faiz dərəcəsi 2,50% olmaqla kredit xətti açılmış və kredit xəttinin müddəti 120 ay nəzərdə tutulmuşdur. "xxxx" ASC ilə Cavabdeh4 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 22- MCR-1-1097-23/1 nömrəli Kredit verilməsinə dair müqaviləyə əsasən bank müştəriyə 24 ay müddətinə aylıq faiz dərəcəsi 1,67% olmaqla 40000 manat məbləğində kredit vermişdir. İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Z/20648/23 nömrəli, Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Z/20652/23 nömrəli Nümayəndə2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Z/20645/23 nömrəli Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Z/20646/23 nömrəli zaminlik müqavilələrinə əsasən xx.xx.2023-cü il tarixli 22-MCR-1-1097-23/1 nömrəli kredit müqaviləsi üzrə bankdan kredit götürmüş bocalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminlər öz üzərlərinə götürmüşlər. 22-MCR-1-1097-23/1 saylı, xx.xx.2023 tarixli Müqaviləyə dair əlavə və dəyişikliklər edilməsinə dair xx.xx.2024-cü il tarixli 1 nömrəli Əlavə Sazişə əsasən, bu Saziş qüvvəyə mindiyi tarixdən: Kreditin məbləği: 38630,84 manat məbləğində müəyyən edilir. Kreditin qaytarılması və hesablanmış faizlərin ödənilməsi qaydası Annuitet ilə müəyyən edilir. Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və bu Sazişə əlavə edilmiş ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. Z/20648/23 saylı, xx.xx.2023 tarixli, Z/20652/23 saylı, xx.xx.2023 tarixli, Z/20645/23 saylı, xx.xx.2023 tarixli, Z/20646/23 saylı, xx.xx.2023 tarixli zaminlik müqavilələrinə xx.xx.2024-cü il tarixli Əlavə Saziş 1-lərdə qeyd edilmişdir ki, bu Saziş qüvvəyə mindiyi tarixdən müqavilənin bağlı olduğu 22-MCR-1-1097-23/1 saylı, xx.xx.2023 tarixli Kredit müqaviləsi üzrə: Kreditin illik faiz dərəcəsi 20 % təşkil edir, kredit müqaviləsi üzrə kreitin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil edir.. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh4 MMCyə xx.xx.2023-cü il tarixdən 24 ay müddətinə faiz məbləği 20% olmaqla 40000 manat məbləğində kredit verilmiş, həmin kreditdən əsas borc üzrə qalıq məbləğ 29923,12 manat və faiz borc üzrə qalıq məbləğ 2392,97 manat və cərimə üzrə qalıq borc məbləğ 86,5 manat, ümumi borc məbləği 32402,59 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 22-MCR-1-1097-23/1 nömrəli kredit müqaviləsi üzrə tərtib edilmiş 1 saylı Əlavədən görünür ki, ümumi məbləği 40000 manat olan illik faiz dərəcəsi 20% olmaqla verilmiş kreditə görə Cavabdeh4 MMC 08 yanvar 2024-cü il tarixdən 08 dekabr 2025-ci il tarixinə qədər hər ayın 08-i olmaqla 2035,83 manat, sonuncu ay 2035,90 manat ödəməlidir. xx.xx.2024-cü il tarixli 22-MCR-1-1097-23/1 nömrəli kredit müqaviləsi üzrə tərtib edilmiş 1 saylı Əlavədən görünür ki, ümumi məbləği 38630,84 manat olan illik faiz dərəcəsi 20% olmaqla verilmiş kreditə görə Cavabdeh4 MMC 22 fevral 2024-cü il tarixdən 08 dekabr 2025-ci il tarixinə qədər hər ayın 22-i olmaqla ilk ay 2336,29 manat, növbəti aylar 2035,83 manat, sonuncu ay 2020,32 manat ödəməlidir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC iddia ərizəsi verilməsi üçün 187,01 manat dövlət rüsumu ödəmişdir. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2025-ci il tarixli, 3-16-16/2-4/2495/2025 saylı rəyi ekspert rəyi ilə cavabdehin İddiaçı ASC-yə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə əsas borcu 30054,74 manat, faiz borcu 2292,07 manat müəyyən edilmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 740.9-cu maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh4 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 22-MCR-1-1097-23/1 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 20 %-lə qaytarmaq şərti ilə 40000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh3, Nümayəndə2 və Cavabdeh5 arasında zaminlik müqavilələri bağlanmış və zaminlər borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 29923,12 manat əsas borc, 2392,97 manat faiz borcunun ödənilməsini tələb etmişdir. Lakin keçirilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə əsas borcu 30054,74 manat, faiz borcu 2292,07 manat hesablanmışdır. Ekspert rəyində aparılmış ödənişlər, borcun silinməsi qaydası ətraflı və aydın şəkildə izah olunmuş, cədvəldə açıq şəkildə göstərilmişdir. Buna görə də məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək hesab edir ki, fazi borcun məbləği ekspert rəyinə uyğun olaraq 2292,07 manat müəyyən olunmalıdır. Ancaq MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borcun məbləği isə iddia tələbində ekspert rəyinə nisbətdə daha az göstərildiyindən əsas borc iddia tələbinə uyğun olaraq 29923,12 manat müəyyən olunmalıdır. Bundan başqa iddiaçı cavabdehdən 21.63 manat cərimə borcunun tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edilsə və cavabdeh Nümayəndə2 cəriməni qəbul etsə də, tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulmadığından və ya cərimə barədə ayrıca yazılı razılaşma olmadığından, bu isə tərəflər arasında cərimə barədə razılaşmanın etibarsızlığına səbəb olduğundan cəriməyə dair hissədə iddia təmin edilməməlidir. Çünki Mülki Məcəllənin 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Məhkəmə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 187,01 manat dövlət rüsumunun 186,64 manatının əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 99 manat məbləğində hissəsi cavabdehlərdən müştərək qaydada, 1 manat məbləğində hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh3, Nümayəndə2 və Cavabdeh5 müştərək qaydada 29923,12 manat əsas borc, 2292,07 manat faiz borcu, ümumilikdə 32215 (otuz iki min iki yüz on beş) manat 19 (on doqquz) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun 186 (yüz səksən altı) manat 64 (altmış dörd) qəpiyinin əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 1 (bir) manat məbləğində hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 99 (doxsan doqquz) manat məbləğində hissəsi isə cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh3, Nümayəndə2 və Cavabdeh5 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2497/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2497/2025
22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver