Məhkəmə qərarları › İş №e-2-2(113)-25/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-25/2022

17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-25/2022 17.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 və X2rşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1ndən, X3 və Cavabdeh2 xx.xx.2014-cü il tarixli, K1087 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc 487968,85 manat, faiz borcu 118953,44 manat, cərimə borcu 226676,7 manat olmaqla, cəmi 833598,99 manat, xx.xx.2015-ci il tarixli K1430 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc 556558,32 manat, faiz borcu 135307,1 manat, cərimə borcu 257532,79 manat olmaqla, cəmi 949398,21 manat borcun tutulması, xx.xx.2014-cü il tarixli, K1087 maliyyələşdirmə üçün ərizə üzrə tutmanın X4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, X4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (27/1 saylı mağaza), K1430 nömrəli maliyyələşdirmə üçün ərizə, K1087 nömrəli maliyyələşdirmə üçün ərizə və onlara edilmiş 1 saylı əlavə formalarından irəli gələn öhdəliklər üzrə tutmanın X4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 108 E ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, qeyd edilən daşınmaz əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 İddiaçı ASCyə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaitləri Cavabdeh1, X4 və Cavabdeh2 İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borc Cavabdeh1ndən, X3 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat məbləğində xidmət haqqının cavabdehlər Cavabdeh1ndən, X3 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 27 may 2014cü il tarixli, PB/GTC-220/2014 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X19 imzalanmışdır. Tərəflər arasında müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 05 iyun 2014-cü il tarixli, K1087 saylı Maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən Borcalana 05 iyun 2018-ci il tarixinədək illik faiz dərəcəsi 12% (illik cərimə faizi 21%, gündəlik 0,0583%) olmaqla, 635000 manat məbləğində tranşlarla kredit vermişdir. Eyni zamanda, İddiaçı ASC ilə Cavabdeh1 arasında 27 may 2014-cü il tarixli, PB/GTC- 220/2014 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X12 ayrılmaz tərkib hissəsini təşkil edən 04 fevral 2015-ci il tarixli, K1430 saylı Maliyyələşdirmə üçün ərizə forması imzalanmışdır. Qeyd olunan Ərizə formasına əsasən Bank tərəfindən Borcalana xx.xx.2019-cu il tarixinədək illik faiz dərəcəsi 12% (illik cərimə faizi 21%, gündəlik 0,0583%) olmaqla, 600000 manat məbləğində tranşlarla kredit verilmişdir. Sonradan tərəflər arasında imzalanmış 05 iyun 2014-cü il tarixli K1087 saylı və 04 fevral 2015-ci il tarixli K1430 saylı Maliyyələşdirmə üçün ərizə formalarına 05 noyabr 2015-ci il tarixli 1 saylı əlavələr imzalanaraq, borcalana verilmiş kreditlərin illik faiz dərəcəsi 15%, illik cərimə faizi 180%, gündəlik 0,5 % müəyyən edilmiş, verilmiş kreditlərin müddətləri isə 05 oktyabr 2019-cu il tarixədək uzadılmışdır. 05 iyun 2014-cü il tarixli, K1087 saylı Maliyyələşdirmə üçün Ərizə forması üzrə Borcalanın Bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə X4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə 05 iyun 2014-cü il tarixli İ0696 saylı İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 10 iyun 2014-cü il tarixli RX0412407 saylı (Reyestr nömrəsi: **********37-05101-083012; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan tərəflər arasında qeyd olunan İ0696 nömrəli 05 iyun 2014-cü il tarixli ipoteka müqaviləsinə 05 noyabr 2015-ci il tarixli 1 nömrəli Əlavə imzalanmış, həmin Əlavə dövlət reyestrində qeydə alınmış və bu haqda 14 noyabr 2015-ci il tarixli RX0758880 saylı (Reyestr nömrəsi: **********37-05101-083012; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. X4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, 106 ünvanında yerləşən qeyriyaşayış sahəsi (27/1 saylı mağaza) İddiaçı ASC-nin xeyrinə 05 iyun 2014-cü il tarixli, İ0704 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 07 iyun 2014-cü il tarixli RX0412359 saylı (Reyestr nömrəsi: **********37-05101-083015; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan tərəflər arasında İ0704 nömrəli 05 iyun 2014-cü il tarixli ipoteka müqaviləsinə 05 noyabr 2015-ci il tarixli Əlavə imzalanmış, qeyd olunan Əlavə dövlət reyestrində qeydə alınmış və bu haqda 14 noyabr 2015-ci il tarixli RX0758881 saylı (Reyestr nömrəsi: **********37-05101-083015; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda, 04 fevral 2015-ci il tarixli K1430 nömrəli Maliyyələşdirmə üçün ərizə, 05 iyun 2014-cü il tarixli K1087 nömrəli Maliyyələşdirmə üçün ərizə və onlara edilmiş 05 noyabr 2015-ci il tarixli 1 saylı əlavə formalarından irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə: X4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 108 E/ ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə İddiaçı ASC-nin xeyrinə 05 noyabr 2015-ci il tarixli İ1573 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 14 noyabr 2015-ci il tarixli RX0758918 saylı (Reyestr nömrəsi: **********02-12301; Qeydiyyat nömrəsi: 1********) dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa K1087 saylı, K1430 saylı kreditlər və 05 noyabr 2015-ci il tarixli 1 saylı əlavə formaları üzrə Borcalanın Bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə Bank ilə X14 (bundan sonra “Zamin”) arasında 05 noyabr 2015-ci il tarixli, Z1385 saylı, Cavabdeh2 (bundan sonra “Zamin”) arasında 05 noyabr 2015-ci il tarixli Z1386 saylı zaminlik müqavilələri bağlanmışdır. Lakin Borcalan K1087 nömrəli Kredit üzrə 1389 gün, K1430 nömrəli Kredit üzrə isə 1423 gün ərzində müqavilə üzrə öhdəliklərini icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalana 03 fevral 2020-ci il tarixli PBCOS-163 saylı xəbərdarlıq məktubu, Zaminlərə isə 03 fevral 2020-ci il tarixli PBCOS-165, 03 fevral 2020-cu il tarixli PBCOS-164 saylı bildiriş məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İpoteka saxlayan İddiaçı ASC İpoteka qoyan X7 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanların Banka məlum olan qeydiyyat ünvanına bildiriş göndərmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizələr Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdırlar. İddiaçı ASC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 manat dövlət rüsumu, ipoteka bildirişlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün 30 manat dövlət rüsumu və 60 manat xidmət haqqı ödəmişdir. Borcalanın 20 aprel 2020-ci il tarixinə İddiaçı ASC qarşısında borcu aşağıdakı kimidir: 05 iyun 2014-cü il tarixli K1087 saylı Kredit üzrə əsas borc 487968,85 manat, faiz borcu 118953,44 manat, cərimə borcu 226676,7 manat təşkil edir. Cəmi öhdəlik üzrə borc 833598,99 manat təşkil edir. 04 fevral 2015-ci il tarixli, K1430 saylı Kredit üzrə isə əsas borc 556558,32 manat, faiz borcu 135307,1 manat, cərimə borcu 257532,79 manat təşkil edir. Cəmi öhdəlik üzrə borc 949398,21 manat təşkil edir. PB/GTC-220/2014 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X13 göstərilir ki, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onun pozulmasına yol verməmək Müştərinin vəzifəsidir. Həmçinin X13 qeyd olunur ki, kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə, kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı Bankın əsaslı ehtimalları yarandıqda, Müqavilənin müvafiq bəndində göstərilən şərtlər müştəri tərəfindən pozulduqda, müqavilə çank tərəfindən birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə bilər. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə ipoteka qoyan, eyni zamanda, zamin X14 17 fevral 2020-ci il tarixdə vəfat etdiyindən X4 vəsiyyət üzrə vərəsəsi Cavabdeh3 oğunun və qanun üzrə vərəsəsi X5 iş üzrə cavabdeh qismində cəlb edilməsi, eyni zamanda, X10 cavabdehlər sırasından çıxarılması xahiş olunmuşdur. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2, Cavabdeh3 və X6 K1087 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 487968,85 manat əsas borc, 260626,38 manat faiz borcu, 85003,76 manat cərimə borcu, müqavilə müddəti bitdiyi 05 oktyabr 2019-cu il tarixdən 27 oktyabr 2022-ci il tarixədək illik 5 % dərəcəsi ilə hesablanan faiz borcu 76719,55 manat olmaqla, cəmi 910318,54 manat borcun, K1430 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 556558,32 manat əsas borc, 296265,09 manat faiz borcu, 96574,8 manat cərimə borcu, 05 oktyabr 2019-cu il tarixdən 27 oktyabr 2022-ci il tarixədək illik 5 % dərəcəsi ilə hesablanan faiz borcu 87503,34 manat olmaqla, cəmi 1036901,55 manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması, K1087 saylı kredit üzrə tutmanın Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, 106 ünvanında yerləşən qeyriyaşayış sahəsinə hərracdan ilkin satış qiyməti 595000 manat olmaqla; Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (27/1 saylı mağaza) hərracdan ilkin satış qiyməti 235000 manat olmaqla; K1430 və K1087 saylı kreditlər üzrə tutmanın Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 108 E/ ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə hərracdan ilkin satış qiyməti 598800 manat olmaqla yönəldilməsi, qeyd edilən daşınmaz əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC qarşısında olan kredit borclarının ödənilməsinə yönəldilməsi, əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaitləri cavabdehlərin iddiaçı qarşısında olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh1ndən, Cavabdeh2, Cavabdeh3 və X6 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X11 iddia ərizəsində göstərilənləri təsdiq etdiyini və iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdıqlarını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh1 arasında 27 may 2014-cü il tarixli PB/GTC-220/2014 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X19 imzalanmışdır. Bank Xidmətlərinin Göstərilməsinə dair X19 çərçivəsində tərəflər arasında 05 iyun 2014-cü il tarixli K1087 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən Borcalan Cavabdeh1nə inşaat işlərinin tamamlanması məqsədilə 05 iyun 2018ci il tarixinədək illik faiz dərəcəsi 12% (illik cərimə faizi 21%, gündəlik 0,0583%) olmaqla, 635000 manat məbləğində tranşlarla kredit vermişdir. Bank Xidmətlərinin Göstərilməsinə dair X19 çərçivəsində tərəflər arasında 05 noyabr 2015-ci il tarixli maliyyələşdirmə üçün ərizənin 1 saylı əlavəsinə əsasən kreditin müddəti 05 oktyabr 2019-cu il tarixinədək illik faiz dərəcəsi 15% olmaqla 05 iyun 2014-cü il, K1087 saylı maliyyələşdirmə üçün ərizə formasının şərtlərinə dəyişiklik edilmişdir. Bank Xidmətlərinin Göstərilməsinə dair X19 çərçivəsində tərəflər arasında 04 fevral 2015-ci il tarixli, K1430 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən Borcalan Cavabdeh1nə investisiya xərcləri məqsədilə 04 fevral 2019-cu il tarixinədək illik faiz dərəcəsi 12% (illik cərimə faizi 21%, gündəlik 0,0583%) olmaqla, 600000 manat məbləğində tranşlarla kredit verilmişdir. Bank Xidmətlərinin Göstərilməsinə dair X19 çərçivəsində tərəflər arasında 05 noyabr 2015-ci il tarixli maliyyələşdirmə üçün ərizənin 1 saylı əlavəsinə əsasən kreditin müddəti 05 oktyabr 2019-cu il tarixinədək illik faiz dərəcəsi 15% olmaqla 04 fevral 2015-ci il tarixli, K1430 saylı maliyyələşdirmə üçün ərizə formasının şərtlərinə dəyişiklik edilmişdir. 05 iyun 2014-cü il tarixli, Z0574 saylı zaminlik müqaviləsinə əsasən 27 may 2014-cü il tarixli PB/GTC-220/2014 saylı X19 çərçivəsində olan 05 iyun 2014-cü il tarixli K1087 saylı maliyyələşdirmə üçün ərizə üzrə Borcalan Cavabdeh1 Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bank ilə X18 arasında zaminlik müqaviləsi bağlanmışdır. 05 iyun 2014-cü il tarixli, Z0575 saylı zaminlik müqaviləsinə əsasən 27 may 2014-cü il tarixli PB/GTC-220/2014 saylı X19 çərçivəsində olan 05 iyun 2014-cü il tarixli K1087 saylı maliyyələşdirmə üçün ərizə üzrə Borcalan Cavabdeh1 Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bank ilə X14 arasında zaminlik müqaviləsi bağlanmışdır. 05 may 2015-ci il tarixli, Z1111 saylı zaminlik müqaviləsinə əsasən 27 may 2014-cü il tarixli PB/GTC-220/2014 saylı X19 çərçivəsində olan 05 iyun 2014-cü il tarixli K1087 və 04 fevral 2015-ci il tarixli K1430 saylı maliyyələşdirmə üçün ərizə üzrə Borcalan Cavabdeh1 Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bank ilə X18 arasında zaminlik müqaviləsi bağlanmışdır. 15 noyabr 2015-ci il tarixli, Z1386 zaminlik müqaviləsinə əsasən 27 may 2014-cü il tarixli BB/GTC-220/2014 saylı X19 çərçivəsində olan 05 iyun 2014-cü il tarixli K1087 və 04 fevral 2015-ci il tarixli K1430 saylı maliyyələşdirmə üçün ərizə və ona əlavə edilmiş 05 noyabr 2015-ci il tarixli 1 nömrəli əlavələr üzrə Borcalan Cavabdeh1 Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bank ilə X18 arasında zaminlik müqaviləsi bağlanmışdır. 15 noyabr 2015-ci il tarixli, Z1385 zaminlik müqaviləsinə əsasən 27 may 2014-cü il tarixli BB/GTC-220/2014 saylı X19 çərçivəsində olan 05 iyun 2014-cü il tarixli K1087 və 04 fevral 2015-ci il tarixli K1430 saylı maliyyələşdirmə üçün ərizə və ona əlavə edilmiş 05 noyabr 2015-ci il tarixli 1 nömrəli əlavələr üzrə Borcalan Cavabdeh1 Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bank ilə X14 arasında zaminlik müqaviləsi bağlanmışdır. 03 noyabr 2022-ci il tarixli, PB/PBL-OUT-01374-2022 saylı maliyyə arayışına əsasən Cavabdeh1 K1087 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 487968,85 manat əsas borc, 260626,38 manat faiz borcu, 85003,76 manat cərimə borcu, müqavilə müddəti bitdiyi 05 oktyabr 2019-cu il tarixdən 27 oktyabr 2022-cİ il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 76719,55 manat olmaqla, cəmi 910318,54 manat təşkil edir. Gecikmə günün sayı -2345 gün təşkil edir. K1430 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 556558,32 manat əsas borc, 296265,09 manat faiz borcu, 96574,8 manat cərimə borcu, 05 oktyabr 2019-cu il tarixdən 27 oktyabr 2022-ci il tarixədək illik 5 % dərəcəsi İlə hesablanan faiz borcu 87503,34 manat olmaqla, cəmi 1036901,55 manat, gecikmə günün sayı – 2396 gün təşkil edir. 22 dekabr 2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 17 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 13 saylı notariat ofisinin İddiaçı ASC-yə ünvanlanmış 24 avqust 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, X4 miras əmlakına şəhadətnamə verilməsi üçün vərəsələri Cavabdeh3 və X9 ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2(103)-4413/2022 saylı qərardadına əsasən Cavabdeh3 və X17 arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Aparatının 25 oktyabr 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2(103)-4413/2022 saylı qərardadı qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh1 kredit müqavilələrinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Bakı Kommersiya Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, e-2-2(113)-1405/2020 №-li qərardadına əsasən iş üzrə məhkəmə–mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert rəyində K1430 saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi 05 oktyabr 2019-cu il tarxə əsas borc 552066,13 manat, faiz borcu üzrə 265064,83 manat, K1087 saylı kredit müqaviləsi üzrə müqavilənin bitdiyi 05 oktyabr 2019-cu il tarixə əsas borc üzrə 485878,05 manat faiz borcu üzrə isə 243343,90 manat müəyyən edilmiş, lakin 13 yanvar 2021-ci il tarixli PBCOS-Out-05474 saylı maliyyə arayışına əsasən Cavabdeh1 banka K1430 saylı kredit müqaviləsinə əsasən kredit üzrə öhdəlikləri, müqavilə müddətinin bitdiyi 05 oktyabr 2019-cu il tarixə 556558,38 manat əsas borc, 296265,09 manat faz borcu, 96574,80 manat cərimə borcu olmaqla, cəmi 949398,21 manat, K1087 saylı kredit müqaviləsinə əsasən isə kredit üzrə öhdəlikləri müqavilə müddətinin bitdiyi 05 oktyabr 2019-cu il tarixə əsas borc üzrə 487968,85 manat, faiz borcu üzrə 260626,38 manat, cərimə borcu üzrə 85003,76 manat olmaqla, cəmi 833598,99 manat təşkil edir. Bundan sonra, Bakı Kommersiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli, e-2-2(113)- 125/2021 №-li qərardadına əsasən borc məbləğinin müəyyənləşdirilməsi məqsədilə təkrar məhkəmə – mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 08 iyul 2021-ci il tarixli, 9/2154 №-li rəyində qeyd olunmuşdur ki, 27 may 2014-cü il tarixli PB/GTC-220/2014 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair müqavilənin tərkib hissəsi olan 05 iyun 2014-cü il tarixli K1087 saylı kredit razılaşmasının və həmin razılaşmanın əsasında imzalanmış əlavənin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-yə 05 oktyabr 2019-cu il tarixə əsas borc üzrə 485878,05 manat, faiz borcu üzrə 243343,9 manat, kredit razılaşmasının müddətinin bitdiyi 05 oktyabr 2019-cu il tarixdən 22 aprel 2020-ci il tarixədək olan müddət üzrə illik 15% dərəcəsi ilə hesablanan faiz borcu nəzərə alınmaqla 20 aprel 2020-ci il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) əsas borc üzrə 485878,05 manat, faiz borcu üzrə 260626,38 manat borcu müəyyən edilmişdir. 27 may 2014-cü il tarixli PB/GTC- 220/2014 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair müqavilənin tərkib hissəsi olan 04 fevral 2015-ci il tarixli K1430 saylı kredit razılaşmasının və həmin razılaşmanın əsasında imzalanmış əlavənin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-yə 05 oktyabr 2019- cu il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) əsas borc üzrə 552066,13 manat, faiz borcu üzrə 265064,83 manat, kredit razılaşmasının müddətinin bitdiyi 05 oktyabr 2019-cu il tarixdən 08 iyun 2020-ci il tarixədək olan müddət üzrə illik 15% dərəcəsi ilə hesablanan faiz borcu nəzərə alınmaqla 08 iyun 2020-ci il tarixə əsas borc üzrə 552066,13 manat, faiz borcu üzrə 296265,09 manat borcu müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 03 noyabr 2022-ci il tarixli, PB/PBL- OUT-01374-2022 saylı maliyyə arayışında Cavabdeh1 K1087 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 487968,85 manat əsas borc və 260626,38 manat faiz borcu, K1430 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 556558,32 manat əsas borc və 296265,09 manat faiz borcu göstərilsə də, qüvvədə olan qanunveriiciliyin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum qərarlarında vurğulanmış mövqeyə görə faiz borcunun məbəği müqavilə müddəti ərzində hesablanmaladır. Məhkəmə-mühasibatlıq ekspertizasının 08 iyul 2021-ci il tarixli, 9/2154 №-li rəyinə əsasən 05 iyun 2014-cü il tarixli K1087 saylı kredit razılaşmasının və həmin razılaşmanın əsasında imzalanmış əlavənin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-yə müqavilə müddətinin bitdiyi 05 oktyabr 2019-cu il tarixə əsas borc üzrə 485878,05 manat, faiz borcu üzrə 243343,9 manat, 04 fevral 2015-ci il tarixli K1430 saylı kredit razılaşmasının və həmin razılaşmanın əsasında imzalanmış əlavənin qeyd olunan şərtlərini nəzərə alaraq cavabdeh müqavilə müddətinin bitdiyi 05 oktyabr 2019-cu il tarixə əsas borc üzrə 552066,13 manat, faiz borcu üzrə 265064,83 manat borcunun olması müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, eksert rəyində göstərilən məbləğlər əsas götürülərək tutulmalı olan məbləğ K 1087 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 485878,05 manat əsas borc, 243343,90 manat faiz borcu, K 1430 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 552066,13 manat əsas borc, 265064,83 manat faiz borcu kimi müəyyən olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İşin hallarından görünür ki, iddia ərizəsində tələb olunan K1087 saylı müqavilə üzrə müqavilə müddəti bitdikdən (05 oktyabr 2019-cu il tarixdən) 27 oktyabr 2022-ci il tarixədək illik 5%-lə hesablanan faiz borcu 76719,55 manat, K1430 saylı müqavilə üzrə isə 87503,34 manat göstərilsə də, məhkəmə hesab edir ki, K1087 saylı müqavilə üzrə 05 oktyabr 2019-cu il tarixdən 27 oktyabr 2022-ci il tarixədək illik 5% 74336,35 manat miqdarında (485878,05 : 100 x 5 = 24294 : 365 = 66,55 (1 gün üçün 5%); 1117 (05 oktyabr 2019-cu il tarixdən 27 oktyabr 2022-ci il tarixədək olan müddət) x 66,55 = 74336,35), K1430 saylı müqavilə üzrə 05 oktyabr 2019-cu il tarixdən 27 oktyabr 2022-ci il tarixədək illik 5% 84467,54 manat miqdarında (552066,13 : 100 x 5 = 27603 : 365 = 75,62 (1 gün üçün 5%); 1117 x 75,65 = 84467,54 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə K1087 saylı maliyyələşdirmə üçün ərizə üzrə 487968,85 manat əsas borca 85003,76 manat, K1430 saylı maliyyələşdirmə üçün ərizə üzrə 556558,32 manat əsas borca 96574,8 manat cərimə hesablanmasını əsaslı hesab etmir. Belə ki, öhdəliklərin icrası uzun müddət ərzində gecikdirilsə də, iddiaçı tərəfindən məhkəməyə hər 2 müqavilənin müddəti bitdikdən bir neçə ay sonra – 20 aprel 2020-ci il tarixə müraciət olunmuş, bununla da zərərin həcminin artmasına şərait yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, K1087 saylı maliyyələşdirmə üçün ərizə üzrə hesablanmış 85003,76 manat dəbbə pulunun məbləği azaldılaraq 24000 manat, K1430 maliyyələşdirmə üçün ərizə üzrə hesablanmış 96574,8 manat dəbbə pulunun məbləği azaldılaraq 27500 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. K1087 saylı, K1430 saylı kreditlər və 05 noyabr 2015-ci il tarixli 1 saylı əlavə formaları üzrə Borcalanın Bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə Bank ilə X14 arasında 05 noyabr 2015-ci il tarixli, Z1385 saylı, Cavabdeh2 arasında 05 noyabr 2015-ci il tarixli Z1386 saylı zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən bank ilə bu müqavilənin 2.3 bəndində göstərilən şəxs (bundan sonra “Borcalan” adlanacaq) arasında müqavilənin 2.1. bəndində göstərilən kredit müqaviləsi əsasında Borcalana veriləcək müqavilənin 2.2. bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. 05 iyun 2014-cü il tarixli, Z0575 saylı və 15 noyabr 2015-ci il tarixli, Z1385 zaminlik müqaviləsi üzrə zamin X14 17 fevral 2020-ci il tarixdə vəfat etdiyindən X4 vəsiyyət üzrə vərəsəsi Cavabdeh3 və qanun üzrə vərəsəsi X15 iş üzrə cavabdeh qismində işə cəlb edilmişlər. Bakı şəhəri 13 saylı Notariat ofisində miras qalmış əmlaklara dair vərəsələrə şəhadətnamə verilməsi məqsədi ilə 210817 saylı notariat işi açılmışdır. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Şəxsin zaminlik və ipoteka müqavilələrindən irəli gələn vəzifələri şəxsi xarakterli olmayan və şəxsən icranı tələb etməyən, zaminin öldüyü təqdirdə onun miras qalmış əmlakı hesabına icrası mümkün olan öhdəlikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli Qərarında göstərmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Cavabdeh3 və X16 notariusa ərizə verməklə eyni zamanda məhkəməyə müraciət edib miras əmlaka pay hüququnun müəyyən edilməsini tələb etməklə, mirası faktiki qəbul etmiş vərəsələr sayılırlar. X14 17 dekabr 2020-ci il tarixdə vəfat etmiş, onun miras əmlakına şəhadətnamə verilməsi üçün vərəsələri Cavabdeh3 və X9 ərizəsi əsasında vərəsəlik işi açılmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2(103)- 4413/2022 saylı qərardadına əsasən Cavabdeh3 və X17 arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilmiş və qərardad qanuni qüvvəsini almışdır. Həmin qərardadın məzmunundan da görünür ki, məhkəmənin icraatında olan vərəsəliklə bağlı mülki iş üzrə vərəsələr Cavabdeh3 və X17 razılığa gələrək barışıq sazişi bağlamış, həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Həmçinin, məhkəmə kredit borcuna görə tutmanın cavabdehə məxsus əmlaka yönəldilməsi ilə bağlı məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. İşin hallarından göründüyü kimi tərəflər aralarında bağlanmış K1087 kredit razılaşmasının təminatı kimi X7 məsxus olan Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (çıxarış Seriya RX: № 0412407, Dövlət reyestrində 137 nömrəli reyestr kitabının 12788 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********37-05101-083012; Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi xx.xx.2015) 05 iyun 2014-cü il tarixli İ0696 saylı İpoteka müqaviləsinə əsasən yüklü edilmiş, sonradan həmin müqaviləyə 1 nömrəli Əlavə imzalanmış, həmin Əlavə dövlət reyestrində qeydə alınmış və bu haqda 14 noyabr 2015-ci il tarixli RX seriyalı ******* nömrəli (Reyestr nömrəsi: **********37-05101-083012; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. X7 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (27/1 saylı mağaza) (çıxarış Seriya RX № 0412359, Dövlət reyestrində 132 nömrəli reyestr kitabının 12385 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi: **********37-05101-083015; Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2014) 05 iyun 2014-cü il tarixli, İ0704 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş, sonradan həmin müqaviləyə 05 noyabr 2015-ci il tarixli Əlavə imzalanmış, qeyd olunan Əlavə dövlət reyestrində qeydə alınmış və bu haqda 14 noyabr 2015-ci il tarixli RX seriyalı, ******* saylı (Reyestr nömrəsi: **********37-05101-083015; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda, 04 fevral 2015-ci il tarixli K1430 nömrəli Maliyyələşdirmə üçün ərizə, 05 iyun 2014-cü il tarixli K1087 nömrəli Maliyyələşdirmə üçün ərizə və onlara edilmiş 05 noyabr 2015-ci il tarixli 1 saylı əlavə formalarından irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə X7 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 108 E/ ünvanında yerləşən əmlak kompleksi (çıxarış seriya RX № 0758918, Dövlət reyestrində 17 nömrəli reyestr kitabının 1586 nömrəli vərəqində qeydiyyata alınıb, Reyestr nömrəsi: **********02-12301; Qeydiyyat nömrəsi: 115078427, qeydiyyat tarixi: xx.xx.2015) 05 noyabr 2015-ci il tarixli İ1573 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İşin hallarından göründüyü kimi borclu kimi cavabdeh əsas öhdəliyi icra etmədiyi üçün müqavilənin təminatı kimi qoyulmuş əmlak kopmleks kimi müəssisəyə tutmanın yönəldilməsi barədə tələb də əsaslıdır əsaslı və qanunidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3 və 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bakı Kommersiya Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, e-2-2(113)-1405/2020 №-li qərardadına əsasən X7 məsxus olan Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahənin, Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (27/1 saylı mağaza) və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 108 E/ ünvanında yerləşən əmlak kompleksinin likvid qiymətinin müəyyən olunması məqsədilə mütəxəssis rəyinin verilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 09 fevral 2021-ci il tarixli, LP-016/21 nömrəli hesabatda Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (27/1 saylı mağaza) likvid qiyməti 242000 manat, eyni tarixli LP-017/21 nömrəli hesabatda Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid qiyməti 605000 manat, eyni tarixli LP-018/21 nömrəli hesabatda Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 108 E/ ünvanında yerləşən əmlak kompleksinin likvid qiyməti 603000 manat müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, likvid qiymət müəyyən olunarkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 fevral 2021-ci il tarixli, LP-016/21, LP-017/21 və LP-018/21 nömrəli hesabatları əsas götürülərək, Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (27/1 saylı mağaza) likvid qiyməti 242000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, 106 ünvanında yerləşən qeyriyaşayış sahəsinin likvid qiyməti 605000 manat, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 108 E/ ünvanında yerləşən əmlak kompleksinin likvid qiyməti 603000 manat müəyyən olunmalıdır. Lakin məhkəmə iddianın “ipoteka predmeti olan əmlakın boşaldılması” hissəsini əsassız hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 59.3-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə əsasən həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qeyd olunan normanın məzmunundan görünür ki, mənzildən çıxarılma ilə bağlı ayrıca məhkəmə qərarı tələb olunmur və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi həmin tələbin təmin olunması üçün əsasdır. İddianın “əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. 30 dekabr 2018-ci il tarixdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.4-cü maddəsinə dəyişiklik edilmişdir. Həmin maddənin yeni redaksiyasında göstərilmişdir ki, Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi qanunverici ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən çıxarılmasının yeni qaydasını müəyyən etmişdir. Həmin qaydaya görə bunun həyata keçirilməsi üçün ayrıca iddianın qaldırılması və məhkəmə tərəfindən qərarın qəbul edilməsi tələb olunmur, çünki qanunun imperativ göstərişinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Lakin hazırkı mübahisənin predmeti olan ipoteka müqavilələri qanunda dəyişikliyin edildiyi tarixdən (30 dekabr 2018-ci il) əvvəl bağlandığına görə bu müddəalar tətbiq edilə bilməz. Həmin müddəalar tətbiq edildiyi halda bu tələblərlə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud olmadığından, iş üzrə icraata xitam verilməli idi. Buna görə də hazırkı mübahisə üzrə qanunun həmin tarixdən əvvəlki redaksiyada olan müddəaları tətbiq olunmalıdır. Həmin müddəalar nəzərə alındığı təqdirdə məhkəmə iddianı bu hissədə əsassız hesab edir. Belə ki, normada “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda” ifadəsi işlənir qeyd olunur ki, iddianın bu hissədə təmin olunduğu təqdirdə məhkəmə qərarı ehtimala əsaslanır. Digər tərəfdən isə bu halda iddia irəli sürmək hüququnun mülkiyyətçi olaraq iddiaçıya məxsus olub – olmayacağı məlum deyildir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən tələbin təmin olunan hissəsinə müvafiq olaraq iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin 27 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu və xidmət haqqının əvəzi qismində 81 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 445 manat məbləğində pul vəsaitinin 401 manat məbləğində hissəsi cavabdehlərdən, 44 manat məbləğində hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 və X2rşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiası qismən təmin edilsin. K 1087 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 485878,05 manat əsas borc, 243343,90 manat faiz borcu, 24000 manat cərimə, müqavilə müddəti bitdiyi 05 oktyabr 2019-cu il tarixdən 27 oktyabr 2022-ci il tarixədək illik 5 % dərəcəsi ilə hesablanan faiz borcu 74336,35 manat olmaqla, ümumilikdə 827558,3 manat, K 1430 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 552066,13 manat əsas borc, 265064,83 manat faiz borcu, 27500 manat cərimə, 05 oktyabr 2019-cu il tarixdən 27 oktyabr 2022-ci il tarixədək illik 5 % dərəcəsi ilə hesablanan faiz borcu 84467,54 manat olmaqla, ümumilikdə 929098,5 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1ndən, Cavabdeh2, Cavabdeh3 və X6 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. K 1087 nömrəli kredit üzrə tutma 827558,3 manat məbləğində borcun ödənilməsi üçün Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, 106 ünvanında yerləşən qeyriyaşayış sahəsinə və Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, 106 (27/1 saylı mağaza) qeyri-yaşayış sahəsinə yönədilsin, həmin əmlakların ilkin satış qiyməti müvafiq olaraq 605000 manat və 242000 manat müəyyən edilməklə açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına Kİ087 saylı kredit üzrə 827558,3 manat məbləğində borc ödənilsin, əmlaklar satıldıqdan sonra 1 ay müddətində boşaldılsın və alıcıya təhvil verilsin. K 1430 və K 1087 nömrəli kreditlər üzrə tutma borcun ödənilməsi üçün Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 108E ünvanında yerləşən əmlak kompleksinə yönədilsin, həmin əmlakın ilkin satış qiyməti 603000 manat müəyyən edilməklə açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına K 1087 nömrəli kredit üzrə 827558,3 manat və K 1430 nömrəli kredit üzrə 929098,5 manat manat məbləğində borc ödənilsin. İpoteka predmetlərinin satışından əldə olunan pul vəsaitləri İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borc müştərək qaydada Cavabdeh1ndən, Cavabdeh2, Cavabdeh3 və X6 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 27 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu və xidmət haqqının əvəzi qismində 81 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1ndən, Cavabdeh2, Cavabdeh3 və X6 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 445 manat məbləğində pul vəsaitinin 401 manat məbləğində hissəsi müştərək qaydada Cavabdeh1ndən, Cavabdeh2, Cavabdeh3 və X6, 44 manat məbləğində hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar