Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-250/2023 07.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ("xxxx" QSC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, 46 nömrəli icarə müqaviləsi üzrə yaranmış 32091,63 manat (ƏDV daxil) məbləğində icarə haqqı borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat mediasiya haqqının və hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 1000 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, 46 nömrəli icarə müqaviləsi bağlanmışdır. Sözügedən müqaviləyə əsasən tərəflər müqavilədə qeyd edilən əşyaların icarəyə verən tərəfindən icarəçiyə icarəyə verilməsi, icarəçi tərəfindən isə həmin əşyaların qəbul edilərək, haqqının ödənilməsi ilə bağlı razılığa gəlmişlər. İcarəyə verilən əşyalar razılaşdırılmış vaxtda təqdim edilmiş və ödəniş üçün tələb olunan hesab-fakturalar tam şəkildə iddiaçı tərəfindən göndərilmişdir. Lakin müqavilə üzrə ödənişlərin icrası müddətinin keçməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən ödəniş cari tarixədək həyata keçirilməmişdir. Yuxarıda qeyd olunmuş elektron qaimə üzrə borc məbləğləri aşağıdakı kimidir: xx.xx.2021-ci il tarixli, 254956 nömrəli elektron qaimə üzrə 5321,80 manat, xx.xx.2021-ci il tarixli, 878260 nömrəli elektron qaimə üzrə 601,80 manat, xx.xx.2021-ci il tarixli, 381310 nömrəli elektron qaimə üzrə 1562,67 manat, xx.xx.2021-ci il tarixli, 008946 nömrəli elektron qaimə üzrə 2660,90 manat, xx.xx.2021-ci il tarixli, 286227 nömrəli elektron qaimə üzrə 2973,60 manat, xx.xx.2021-ci il tarixli, 656616 nömrəli elektron qaimə üzrə 2596 manat, xx.xx.2021-ci il tarixli, 391016 nömrəli elektron qaimə üzrə 5310 manat, xx.xx.2021-ci il tarixli, 402160 nömrəli elektron qaimə üzrə 2714 manat, xx.xx.2021-ci il tarixli, 179740 nömrəli elektron qaimə üzrə 2714 manat, xx.xx.2022-ci il tarixli, 176674 nömrəli elektron qaimə üzrə 2714 manat, xx.xx.2022-ci il tarixli, 120719 nömrəli elektron qaimə üzrə 2714 manat, xx.xx.2022-ci il tarixli, 701037 nömrəli elektron qaimə üzrə 208,86 manat olmaqla, ümumilikdə 32091,63 manat (ƏDV daxil) məbləğində borc mövcuddur. Mövcud borcun ödənilməsi üçün iddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, 02 sentyabr 2022-ci il tarixində cavabdehə qanunvericiliyin tələblərinə uyğun olaraq elektron formada pretenziya məktubu göndərilərək borcun ödənilməsi üçün 10 (on) gün müddət verilmiş, lakin cavabdeh mövcud borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Buna görə də mübahisənin həlli üçün iddiaçı tərəfindən 5 saylı mediasiya təşkilatına müraciət edilmişdir. xx.xx.2022-ci il tarixində keçirilmiş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş və mediasiya təşkilatı tərəfindən cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməmisinə dair arayış təqdim edilmişdir. Şərh edilənlərdən də göründüyü kimi, cavabdeh icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsindən qərəzli olaraq yayınır. Belə ki, icarəçi sözügedən müqavilə üzrə 366783 nömrəli, xx.xx.2020-ci il tarixli qaimə üzrə 1545,80 manat, 389867 nömrəli, xx.xx.2020-ci il tarixli qaimə üzrə 2194,80 manat, 037947 nömrəli, xx.xx.2020-ci il tarixli qaimə üzrə 1121 manat ödəniş etmiş, lakin digər qaimələr üzrə ödənişi etməmiş və ümumilikdə 32091,63 manat (ƏDV daxil) məbləğində icarə haqqını ödəməkdən yayınmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, 46 nömrəli icarə müqaviləsi üzrə yaranmış 37401,63 manat (ƏDV daxil) məbləğində icarə haqqı borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat mediasiya haqqının və hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 1000 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qismən, yəni 32091,63 manat borc hissəsində qəbul edir. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki: - "xxxx" QSC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəyə götürən) arasında xx.xx.2020-ci il tarixli, 46 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən icarəyə verənin mülkiyətində olan, texniki xarakteristikası və haqqındakı digər məlumatlar icarə formasında göstərilən texnikanı bu müqavilədə müəyyən edilən şərtlər daxilində icarəyə verilməsi müqavilənin predmetini təşkil edir. Bu icarə müqaviləsi bir il ərzində bu müqavilənin istinad nömrəsi ilə tərtib olunan və ya tərtib olunacaq bütün icarə formaları üçün qüvvədə hesab olunur. Həmin müqavilənin 3-cü bəndinə əsasən texnikanın icarə haqqı və digər xidmətlərin qiymətləri ödəniş müddətləri ilə birlikdə icarə formasında göstərilmişdir. Ödənişlər göstərilən tarixlərdə edilmədiyi təqdirdə ödənilməli olan məbləğə görə 2% dəbbə pulu tətbiq edilir. İcarəyə götürən hər hansı bir ödənişi təyin edilən gündə etmədiyi təqdirdə, qalan bütün borcları, hər hansı bir xəbərdarlığa ehtiyac qalmadan, müddəti çatmış borc hesab edilir. Belə olan təqdirdə icarəyə götürən texnikanı dərhal icarəyə verənə geri qaytarmağa borcludur. Daşınma, operator və digər öhdəlikləri icarəyə götürən daşımaqla birlikdə, bu xidmətlərin birinin və ya bir neçəsinin dəyəri icarəyə verən tərəfindən ödənilərsə, icarəyə götürəndən əlavə olaraq bu məbləğləri ödəməsi də tələb ediləcəkdir. İcarəyə götürən müqavilə üzrə icarəyə verilmiş texnikaya görə icarə haqqını təyin olunmuş müqavilənin (bəndşərtidir) 2-ci bəndinə əsasən ödəmə müddətindən sonra bir həftə ərzində ödəmədikdə icarəçi heç bir etiraz qəbul etmədən avadanlığı qeyri-şərtsiz geri götürəcəkdir. İcarəyə götürən icarəyə görüdliyü texnikanın icarə haqqının ilkin ayının ödənişini müqavilə bağlandığı gün, digər aylar üzrə icarə haqqı ödənişlərini isə növbəti ödənişin vaxtına 3 gün qalmış həyata keçirəcəkdir. - xx.xx.2021-ci il tarixli, EBBF seriyalı, 254956 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5321,80 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBF seriyalı, 878260 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 601,80 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBG seriyalı, 381310 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1562,67 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 008946 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2660,90 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 286227 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2973,60 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 656616 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2596 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 391016 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5310 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 402160 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2714 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 179740 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2714 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 176674 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2714 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 120719 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2714 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 701037 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 208,86 (ƏDV daxil) manat təşkil edir. - İddiaçı tərəfindən iş materiallarına “Xidmət blankı” adlı sənədlər əlavə edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 005XOH********** nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" QSC tərəfindən Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatının AZ97UBAZ**********0090AZN001 nömrəli hesabına 200 (iki yüz) manat məbləğində ödəniş edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 005AZ**********8 nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" QSC tərəfindən “Mirzəyev və partnyorları” Vəkil Bürosunun AZ38İBAZ******************** nömrəli hesabına 790 (min) manat məbləğində ödəniş edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 005XOH********** nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" QSC tərəfindən “Mirzəyev və partnyorları” Vəkil Bürosunun AZ38İBAZ******************** nömrəli hesabına 210 (min) manat məbləğində ödəniş edilmişdir. - "xxxx" QSC xx.xx.2022-ci il tarixdə pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək borc məbləğinin 10 (on) gün müddətində ödənilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh MMC arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, iddiaçı tərəfindən təqdim edilən elektron qaimələr üzrə ödənişləri vaxtında həyata keçirməmiş, icranı gecikdirdirmiş, ona görə də iddiaçıya icarə haqqı üzrə borcu yaranmışdır. Qeyd edilən hallar işin mübahisəsiz halını təşkil edir. İddiaçıya 32091,63 manat (ƏDV daxil) məbləğində icarə haqqı üzrə borcun olmasını cavabdehin nümayəndəsi təsdiq etmişdir. Həmçinin təqdim edilən elektron qaimələr üzrə də ümumi məbləğ 32091,63 manat (ƏDV daxil) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normaları və müqavilə şərtlərinə, eləcə də yuxarıda qeyd olunan işin faktiki hallarına əsasən belə qənaətə gəlir ki, iddaçı cavabdehdən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsini, yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddia qismən təmin olunaraq cavabdehdən icarə haqqına görə ƏDV daxil 32091,63 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır. Belə ki, iddiaçı məhkəmə icraatının gedişində artırılan məbləğlə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilən 2 ədəd “Xidmət blankı” adlı sənədlərə münasibətdə cavabdehin nümayəndəsi bildirmişdir ki, həmin sənədlər icarə predmetinin verilməsi və onlardan istifadəni təsdiq edə bilməz. Belə ki, iddiaçı tərəfindən təqdim edilən “Xidmət blankı” adlı sənədlər razılaşdırıldıqdan sonra onlara uyğun olaraq da elektron qaimələr tərtib olunub göndərilirdi. Qeyd olunanlara əsasən məhkəmə həmin sənədləri tələbi təsdiq edən sübut qismində qəbul etmir. İddiaçı vəkilə ödənilmiş 1000 (min) manat məbləğin və 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalırını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, göstərilmiş hüquqi yardıma görə cavabdehdən ağlabatan məbləğ olaraq 400 (dörd yüz) manat və mediasiyaya görə 200 (iki yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 32091,63 manat (otuz iki min doxsan bir manat altmış üç qəpik) icarə haqqı, 200 (iki yüz) manat mediasiya xərci və 400 (dörd yüz) manat hüquqi yardım xərci olmaqla, cəmi 32691,63 manat (otuz iki min altı yüz doxsan bir manat altmış üç qəpik) məbləğində pul iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-250/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-250/2023
07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver