Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-250/2024 02.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 MMC (borclu) arasında xx.xx.2020-ci il tarixli DCS00272375-01 saylı kredit müqaviləsi imzalanmış və Kreditor Azərbaycan Respublikası X1 (Fond) “19” oktyabr 2020-ci il tarixli ZM-251/2020 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödəyir. 1.5.1-ci bəndinə əsasən kreditor qarşısında bu müqavilə üzrə öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi halda, bu öhdəliyi tamamilə icra etməsi barədə məsuliyyəti zamin qismində öz üzərinə götürməsinə dair Cavabdeh2 ilə kreditor arasında zaminlik müqaviləsi bağlanılır. 2.2-ci bəndinə əsasən kredit üzrə faizlərin hesablanması ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə həyata keçirilir. 2.3-cü bəndinə əsasən kredit müqaviləsinə uyğun olaraq borclu tərəfindən aparılan ödənişlər kreditor tərəfindən akseptsiz qaydada aşağıdaki ardıcıl istiqamətlərə yönəldilir: bu müqavilənin 3.2.11-ci yanmbəndində nəzərdə tutulmuş ödənişlər (əgər varsa) Borclunun öhdəliklərini lazımınca icra etməməsi səbəbindən kreditorun ödəmiş olduğu məhkəmə və digər xərclər; əmlak sığortası müqaviləsi üzrə sığorta haqları (əgər varsa); dəbbə pulu (əgər varsa); hesablanmış faizlər (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla); əsas borc üzrə ödənişlər. 3.2.7-ci bəndinə əsasən ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora ödəmək borclunun vəzifəsidir. 4.2-ci bəndinə əsasən borclu ödəniş cədvəli üzrə ödənişləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir. 7.1-ci bəndinə əsasən borclu bu müqavilə üzrə hesablanmış faizləri kreditin illik faiz dərəcəsindən Fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7.5% (yeddi tam onda beş) faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq ödəyir. 8.2-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzaladığı gündən qüvvəyə minir və tərəflər öhdəliklərim tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilə qanuni təmsiçisi Cavabdeh2 elektron imzası ilə təsdiq edilmişdir.
2. Faiz subsidiyasının aylıq və cəmi məbləğini əks etdirən ödəniş cədvəlinə əsasən əsasən Cavabdeh1 MMC tərəfindən kredit müqaviləsi üzrə (sonuncu ödəniş tarixi xx.xx.2022-ci il olmaqla) ödəyəcək əsas məbləğ 200.000 manat, faizin məbləği subsidiya çıxılmaqla 19.750,95 manat, subsidiyanın ödənişi 19.750,95 manat, sahibkarlıq subyektinin cəmi aylıq ödənişi 219.750,95 manat, cəmi ödəniləcək məbləğ 239.501,90 manat məbləğində müəyyən edilmişdir. Müqavilə qanuni təmsiçisi Cavabdeh2 elektron imzası ilə təsdiq edilmişdir.
3. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 MMC (borclu) və Cavabdeh2 (zamin) arasında sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə DGS**********53 saylı 16 noyabr 2020-ci zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən zamin kreditor və borclu arasında Bakı şəhərində bağlanmış 16 noyabr 2020-ci İl tarixli DCS00272375-01 №-li kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürür. 1.2.Kredit müqaviləsi üzrə öhdəlik aşağıdakılardan ibarətdir: Kreditin məbləği 200,000.00 manat, Kredit üzrə illik 15% faiz dərəcəsinə əsasən hesablanan faizlər; Kredit üzrə ödəniş öhdəliyi vaxtında icra edilmədikdə illik 15% faiz dərəcəsinə əsasən hesablanan cərimə; Kreditin qaytarılma tarixi 24 ay müddətinə 16 noyabr 2022-ci İl tarixinədək. Zaminin əlavə razılığı olmadan, Kreditor ilə Borclu arasında qarşılıqlı razılaşmaya əsasən kreditin ödənilməsi müddəti azaldıla bilər. 2.1.1-ci bəndinə əsasən kredit müqaviləsinə əsasən borclu öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditorun tələbi ilə etiraz irəli sürmədən kredit müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri zamin icra edir. 3.1-ci bəndinə əsasən zaminlik kredit müqaviləsi üzrə öhdəlik tam icra edilənədək qüvvede qalır Müqavilə zaminin imzası, kreditor və borclunun imzası və möhürü ilə təsdiq edilmişdir.
4. Cavabdeh1 MMC (müştəri) və İddiaçı ASC (bank) arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-02816LE/2019 saylı Razılaşma imzalanmışdır. Razılaşma müştərinin qanuni təmsiçisi Cavabdeh2 elektron imzası ilə təsdiq edilmişdir.
5. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının: 1-ci bəndinin 1-ci yarımbəndinə əsasən həmin müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartların verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. 1-ci bəndinin 2-ci yarımbəndinə əsasən müqavilədə qeyd olunan xidmətlərdən hər birinin bank tərəfindən müştəriyə təqdim olunması üçün bu müqavilədən başqa müvafiq ərizə formalarının da müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq banka təqdim olunması tələb olunur. İV-cü bəndinin 1.1-ci yarımbəndinə əsasən bank “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, overdraft, tranş kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya /akkreditivin maliyyələşdirilməsi, kredit xətti və s.kimi öhdəliklər) üçün Müştəriyə “Maliyyələşdirmə üçün ərizə” forması göstərilən şərtlərlə kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası , qevvədə olma müddət , cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunacaq. Həmin müqavilənin Kredit (Maliyyələşdirmə) adlanan İV-cü bəndinin 1.4-cü yarımbəndinə əsasən kredit limitinin ayrılması bankın müştəriyə kredit vermək vədini ifadə etmir. “Maliyyələşmə üçün ərizə” formasında göstərilən məbləğ çərçivəsində müştərinin hər bir kredit sifarişinə ayrıca baxılır və qərar verilir. Müsbət qərar olduğu təqdirdə tərəflər arasında müvafiq kredit şərtləri göstərilərək “Maliyyələşmə üçün ərizə” imzalanır. İV-cü bəndinin 3.1-ci yarımbəndinə əsasən kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir. İV-cü bəndinin 3.2-ci yarımbəndinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir.
6. Cavabdeh1 MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) xx.xx.2021-ci il tarixli DCL00272375-04 saylı Maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31% olmaqla, 57.964 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır.
7. Cavabdeh1 MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) xx.xx.2021-ci il tarixli DCL00272375-08 saylı Maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 21.722 manat mal alışı məqsədi ilə kredit xətti açılmışdır. Ərizə müştərinin qanuni təmsiçisinin elektron imzası ilə təsdiq edilmişdir
8. İddiaçı ASC (bank) ilə Cavabdeh2 (zamin) arasında müvafiq olaraq 16 iyul 2021-ci il tarixli, DG**********74 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bank ilə borc alan arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borc alana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik: DCL00272375-04 saylı maliyyələşdirmə üçün ərizə. 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borc alana illik 16% olmaqla 57.964 manat məbləğində və 9 ay müddətə kredit xətti təşkil edir. 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.məbləği həcmində məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən borc alan zaminliklə birlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamindən borc alanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir. Müqavilə bank tərəfindən imza və möhür ilə, zamin tərəfindən imza ilə təsdiq edilmişdir.
9. İddiaçı ASC (bank) ilə Cavabdeh2 (zamin) arasında müvafiq olaraq 20 sentyabr 2021-ci il tarixli, DG**********80 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bank ilə borc alan arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borc alana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik: DCL00272375-08 saylı maliyyələşdirmə üçün ərizə. 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borc alana illik 17% olmaqla 21.722 manat məbləğində və 12 ay müddətə kredit xətti təşkil edir. 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.məbləği həcmində məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən borc alan zaminliklə birlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamindən borc alanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir. Müqavilə bank tərəfindən imza və möhür ilə, zamin tərəfindən imza ilə təsdiq edilmişdir.
10. PB/PBL-OUT-00605-2023 nömrəli, sonuncu xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə: - DCS00272375-01 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borc 116.603,72 manat, faiz borcu 15.419,99 manat, 18.797,94 manat cərimə borcu olmaqla, cəmi 150.821,65 manat təşkil edir. Gecikmə günü: 624; - DCL00272375-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 57.964 manat, faiz borcu 2.344,32 manat, 26.204,56 manat cərimə borcu olmaqla, cəmi 86.512,88 manat təşkil edir. Gecikmə günü: 592; - DCL00272375-08 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 21.722 manat, faiz borcu 2.451,57 manat, 7.202,05 manat cərimə borcu olmaqla, cəmi 31.375,62 manat təşkil edir Gecikmə günü: 588.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası xx.xx.2024-cü il tarixli, 9/8943 saylı ekspert rəyinə əsasən hesabdan çıxarış məlumatları və xx.xx.2021 -ci il tarixli, DCS00194507-01 №-li kredit müqaviləsinin şərtlərinə, xx.xx.2021-ci il tarixli, DCL00272375-04 №-li maliyyələşdirmə üçün ərizə formasının şərtlərinə və xx.xx.2021-ci il tarixli DCL**********5-08 №-li maliyyələşdirmə üçün ərizə formasının şərtləri nəzərə alınmaqla müqavilənin bitmə müddətinə xx.xx.2020-ci il tarixli DCS00272375-01 saylı kredit müqaviləsi üzrə ekspert rəyinin verildiyi tarixə-xx.xx.2024-cü il tarixə Cavabdeh1 MMC-nin banka əsas borcu 116.603,72 manat, xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) faiz borcu 15.907,59 manat, xx.xx.2021-ci il tarixli DCL00272375- 04 saylı maliyyələşdirmə üçün ərizə üzrə ekspert rəyinin verildiyi tarixə xx.xx.2024-cü il tarixə Cavabdeh1 MMC-nin banka əsas borcu 57.964 manat, xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) faiz borcu 2.318,57 manat, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00272375-08 saylı maliyyələşdirmə üçün ərizə üzrə ekspert rəyinin verildiyi tarixə-xx.xx.2024-cü il əsas borc 21.722 manat, xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) fazi borcu 2.433,46 manat məbləğində müəyyən edilmişdir.
12. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 pretenziya məktubu ilə müraciət edilərək, müvafiq müqaviləyə əsasən Bank qarşısında yaranmış gecikmiş öhdəliklərinin icrası xahiş edilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
13. İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada: - DCS00272375-01 saylı kredit müqaviləsinə əsasən 116.603,72 manat əsas borc, 15.419,99 manat faiz borcu, 17.515,30 manat cərimə borcu olmaqla, cəmi 149.539,01 manat; - DCL00272375-04 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 57.964 manat əsas borc, 2.344,32 manat faiz borcu, 24.557,41 manat cərimə borcu olmaqla, cəmi 84.865,73 manat; - DCL00272375-08 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 21.722 manat əsas borc, 2.451,57 manat faiz borcu, 6.564,87 manat cərimə borcu olmaqla, cəmi 30.738,44 manat məbləğində borcun; İddiaçı ASC tərəfindən ödənilmiş iddia ərizəsinin məhkəməyə verilməsi üçün156 manat dövlət rüsumunun və mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 14.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixli DCS00272375-01 saylı kredit müqaviləsi imzalanmış və Kreditor Azərbaycan Respublikası X1 “19” oktyabr 2020-ci il tarixli ZM-251/2020 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-02816LE/2019 saylı Razılaşma imzalanmışdır. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində: - xx.xx.2021-ci il tarixli DCL00272375-04 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31% olmaqla, 57.964 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır. - xx.xx.2021-ci il tarixli DCL00272375-08 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borc alana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 21.722 manat mal alışı məqsədi ilə kredit xətti açılmışdır. Borc alan Cavabdeh1 MMC-nin bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh2 arasında DCS00272375-01 saylı kredit müqaviləsinin təminatı olaraq xx.xx.2020-ci il tarixli DGS**********53 saylı, DCL00272375-04 saylı Maliyyələşdirmə üçün ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********74 saylı və DCL00272375-08 saylı Maliyyələşdirmə üçün ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********80 saylı zaminlik müqavilələri bağlanmışdır. Lakin borc alan qeyd edilən müqavilələr üzrə öhdəliklərini DCS00272375-01 saylı kredit müqaviləsi üzrə 590, DCL00272375-04 saylı maliyyələşdirmə üzrə 558 və DCL00272375-08 saylı maliyyələşdirmə üzrə 554 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın xx.xx.2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - DCS00272375-01 saylı kredit müqaviləsinə əsasən 116.603,72 manat əsas borc, 15.419,99 manat faiz borcu, 17.515,30 manat cərimə borcu olmaqla, cəmi 149.539,01 manat təşkil edir; - DCL00272375-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 57.964 manat əsas borc, 2.344,32 manat faiz borcu, 24.557,41 manat cərimə borcu olmaqla, cəmi 84.865,73 manat təşkil edir; - DCL00272375-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 21.722 manat əsas borc, 2.451,57 manat faiz borcu, 6.564,87 manat cərimə borcu olmaqla, cəmi 30.738,44 manat təşkil edir. X5 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. DCS00272375-01 saylı kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borclu davam edən 60 gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və ona hesablanmış faizi ödəniş cədvəli üzrə ödəmədikdə kreditor müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini Borcludan tələb edə bilər. Eyni zamanda X5 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. Bundan başqa tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC iddia ərizəsinin məhkəməyə verilməsi üçün 156 manat dövlət rüsumunun və mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. 15.Daha sonra iddiaçı iddia ərizəsinə əlavə (tələbin dəqiqləşdirilməsi barəd ərizə) verərək, Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada: - DCS00272375-01 saylı kredit müqaviləsinə əsasən 116.603,72 manat əsas borc, 15.419,99 manat faiz borcu, 18.797,94 manat cərimə borcu olmaqla, cəmi 150.821,65 manat; - DCL00272375-04 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 57.964 manat əsas borc, 2.344,32 manat faiz borcu, 26.204,56 manat cərimə borcu olmaqla, cəmi 86.512,88 manat; - DCL00272375-08 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 21.722 manat əsas borc, 2.451,57 manat faiz borcu, 7.202,05 manat cərimə borcu olmaqla, cəmi 31.375,62 manat məbləğində borcun; İddiaçı ASC tərəfindən ödənilmiş iddia ərizəsinin məhkəməyə verilməsi üçün 159 manat dövlət rüsumunun və mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 16.İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2-ci maddələrinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
17.İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
18. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini və sonuncu iddia tələbinin həcminin azaldılması barədə ərizəni müdafiə etmiş, iddia ərizəsində və ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
19. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
20. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
21. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
22. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
23. AR Mülki Məcəlləsinin:
24. 367.1-ci maddəsinə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır.
25. 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir.
26. 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - -477.0.4-ci maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. - 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.
27. AR MPM-in: - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
28. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
29. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
30. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 MMC (borclu) arasında xx.xx.2020-ci il tarixli DCS00272375-01 saylı kredit müqaviləsinə əsasən kreditor tərəfindən Azərbaycan Respublikası X1 “19” oktyabr 2020-ci il tarixli ZM-251/2020 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Bundan əlavə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-02816LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin şərtlər toplusunda müəyyən edilmiş şərtlərə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli DCL00272375-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən (kredit əməliyyatı üzrə) xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31% olmaqla, 57.964 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti və xx.xx.2021-ci il tarixli DCL00272375-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən (kredit əməliyyatı üzrə) xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 21.722 manat mal alışı məqsədi ilə kredit xətti açılmışdır. İddiaçı ASC Cavabdeh1 MMC--yə kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 MMC maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.
31. Kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən etmək üçün keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli DCS00272375-01 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin banka əsas borcu 116.603,72 manat, xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) faiz borcu 15.907,59 manat, xx.xx.2021-ci il tarixli DCL00272375-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cavabdeh1 MMC-nin banka əsas borcu 57.964 manat, xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) faiz borcu 2.318,57 manat, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00272375- 08 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 21.722 manat, xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) faizborcu 2.433,46 manat təşkil edir.
32. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
33. Məhkəmə həmçinin faizlərin hesablanmalı olduğu müddətə münasibətdə qeyd edir ki, mübahisəli kredit müqavilələri üzrə kreditin verilməsi müddətləri bitənədək iddiaçı tərəfindən kredit borcunun vaxtından əvvəl tam şəkildə qaytarılması barədə xəbərdarlıq məktubları göndərilməsi, yəni həmin müqavilələrin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilməsi iş materiallarına əsasən müəyyən edilmir. Odur ki, iddiaçı sözügedən kredit müqavilələri üzrə kreditin verilməsi müddətlərinin bitdiyi tarixədək olan müddət üçün həmin müqavilələr faizlərin tutulmasını tələb etməkdə haqlıdır.
34. Odur ki, məhkəmə iddia tələbi həddində işə baxılması barədə MPM-in tələbini nəzərə alaraq hesab edir ki, mübahisəli kredit müqavilələri üzrə borc alan Pottery” MMCdən tutulacaq əsas və faiz məbləğləri ekspert rəyinə əsasən müəyyən edilməli və Pottery” MMC-dən xx.xx.2020-ci il tarixli DCS00272375-01 saylı kredit müqaviləsi üzrə 116.603,72 manat məbləğində əsas borc və 15.907,59 manat məbləğində faiz borcu; xx.xx.2021-ci il tarixli DCL00272375-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 57.964 manat məbləğində əsas borc, 2.318,57 manat məbləğində faiz borcu və xx.xx.2021-ci il tarixli DCL00272375- 08 saylı maliyyələşdirmə üçün ərizə üzrə 21.722 manat məbləğində əsas borc, 2.433,46 manat faiz faiz borcu tutulmalıdır.
35. Bundan əlavə iddiaçı mübahisəli kredit müqavilələri üzrə əsas borcları ödəniş planına uyğun qaytarmadığına görə cavabdehə hesablanmış DCS00272375-01 saylı kredit müqaviləsi üzrə 18.797,94 manat; DCL00272375-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 26.204,56 və DCL00272375-08 saylı maliyyələşdirmə üzrə ərizə üzrə 7.202,05 manat dəbbə pulunun tutulmasını tələb etmişdir.
36. Məhkəmə qeyd edir ki, kredit borcunun borclu tərəfindən ödənilməsinin gecikdirildiyi halda dəbbə pulunun ödənilməli olması mübahisəli kredit müqavilələrində nəzərdə tutulmuşdur. Odur ki, hazırkı halda mübahisəli kredit müqavilələri üzrə verilmiş kredit məbləğinin ödənilməsi gecikdirildiyindən iddiaçı həmin müqavilələr üzrə əsas borc məbləğinə hesablanmış dəbbə pulunun ödənilməsini də tələb etmək hüququna malikdir.
37. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas görürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu DCS00272375- 01 saylı kredit müqaviləsi üzrə 5500 manat, DCL00272375-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3000 manat və DCL00272375-08 saylı maliyyələşdirmə üzrə ərizə üzrə 1000 manat məbləğində müəyyən edilməlidir.
38. Bununla yanaşı iş materiallarına əsasən müəyyən edilir ki, mübahisəli kredit müqavilələri üzrə öhdəliklərinin təminatı üsülu kimi İddiaçı ASC (bank) ilə Cavabdeh2 (zamin) arasında müvafiq zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zamin Cavabdeh2 Cavabdeh1 MMC-nın sözügedən kredit müqavilələrindən irəli gələn öhdəliklərinə zamin durmuşdur.
39. Məhkəmə xx.xx.2021-ci il tarixli DCL00272375-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cavabdeh2 zaminliyinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
40. Göründüyü kimi qanunverici müddətin keçməsi ilə bağlı zaminliyə xitam verilməsinin üç halını müəyyən etmişdir. - Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. -Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda. -Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda.
41. Hazırkı halda 16 iyul 2021-ci il tarixli, DG**********74 saylı zaminlik müqaviləsində “müqavilənin qüvvədə olma müddətinin borc alanın əsas müqavilədən (müqavilələrdən) irəli gələn öhdəliklərin bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşməsi” barədə 6-cı bənd yer alsa da, həmin müddəa zaminliyin müddəti kimi qiymətləndirilə bilməz.
42. Belə ki, Mülki Məcəllənin 367-ci maddəsind əks olunmuş normaların məzmunundan da göründüyü kimi qanunun tələblərinə görə müddət üç formada 1)Təqvim tarixi ilə 2)illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə, 3) hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyən edilə bilər.
43. Göründüyü kimi əsas öhdəliyin icra edilməsi hökmən baş verməli olan hadisə olmadığından zaminliyin qüvvədə olmasının həmin hadisə ilə şərtləndirilməsi həmin müddəanın mülki qanunvericiliyin tələbləri baxımından müddət kimi qiymətləndirilməsini istisna edir.
44. Bundan əlavə yuxarıda göstərilən müddəa müqavilə şərtlərinin cavab verməli olduğu “hüquqi müəyyənlik” prinsipinin tələblərinə də cavab vermir.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 16 iyul 2021-ci il tarixli, DG**********74 saylı zaminlik müqaviləsində zaminliyin verilmə müddəti müəyyən edilməmişdir.
46. Odur ki, iddiaçı həmin zaminlik müqaviləsi üzrə əsas öhdəliyinin icrası müddətinin bitdiyi tarixdən (xx.xx.2022-ci il) 1 il ərzində zaminə qarşı iddia irəli sürmədiyindən həmin müqavilə üzrə Cavabdeh2 zaminliyinə müddətin keçməsi ilə bağlı xitam verilmişdir. Odur ki, həmin müqavilə üzrə borcun cavabdeh üzrə Cavabdeh2 tutulması hissəsində iddia rədd edilməlidir.
47. Digər iki kredit müqaviləsi - xx.xx.2020-ci il tarixli DCS00272375-01 saylı kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli DCL00272375-08 saylı maliyyələşdirmə üçün ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, zamin Cavabdeh2 Cavabdeh1 MMC-nin bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə əsas borclu ilə birgə məsuliyyət daşıyır. Odur ki, İddiaçı ASC həmin müqavilələr üzrə borcların müştərək qaydada əsas borclu və zamindən tutulmasını tələb etməkdə haqlıdır.
48. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri və 159,4 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
49. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (artırılmış iddia tələbi) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 559 manat təşkil edir.
50. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödədiyi mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
51. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
52. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 335 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada, eyni zamanda mediasiya xərclərinin əvəzi olaraq 65 və dövlət rüsumunun əvəzi olaraq 70 manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
53. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 42 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 8 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixli DCS00272375-01 saylı kredit müqaviləsi üzrə 116.603,72 manat məbləğində əsas, 15.419,99 manat faiz borcu, 5500 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 137.523,71 manat; xx.xx.2021-ci il tarixli DCL00272375-08 saylı maliyyələşdirmə üçün ərizə üzrə 21.722 manat məbləğində əsas, 2433,46 manat faiz borcu, 1000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 25.155 manat, ümumilikdə 162.679,17 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 335 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh1 MMC-dən xx.xx.2021-ci il tarixli DCL00272375-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 57.964 manat məbləğində əsas, 2318,57 manat faiz borcu, 3000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 63.282,57 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 65 manat və dövlət rüsumunun əvəzi olaraq 70 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 42 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 8 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva