Məhkəmə qərarları › İş №e-2-2(113)-2501/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2501/2025

02.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2501/2025 02.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əsassız varlanma) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5600 manat məbləğində pulun və 76 manat məbləğində dövlət rüsumu olmaqla 5.676 manat məbləğində pulun Cavabdeh barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 6-7 il olar ki, tanıyır. Onunla tanış olandan sonra aralarında səmimi və mehriban münasibətlər yaranmışdı. Cavabdeh onu tanıdığı bu 6-7 il ərzində bir neçə dəfə ayrı-ayrı vaxtlarda borca müxtəlif məbləğlərdə pullar almış və sonra da qaytarıb vermişdir. xx.xx.2021-ci ildə Cavabdeh növbəti dəfə ona müraciət edərək 1 aylığına borca 6500 manat məbləğində pul istəmişdi. Samir Vəliyev xx.xx.2021-ci ildə ondan 6500 manat məbləğində borca pul istəyəndə onun əvvəlki borcundan 3000 manat borcu qalmışdı. Həmin vaxt özündə pul olmadığına görə həmin pulu ona verə bilməyəcəyini dedi. X2 əl çəkmədi, kimdənsə həmin 6500 manat pulu alıb ona verilməyi dönə-dönə dəfələrlə xahiş etdi. O da, hər dəfə deyirdi ki, dediyi pul yoxdur, çalışar ki, kimdənsə tapıb istədiyi pulu ona versin. O bu məqsədlə tələbə yoldaşı X1 ağız açdı. Ondan 1 aylığına borca 6.500 manat pul istədi. Sədi Məmiyev dediyi şərtlə razılaşıb yox demədi və cəmi 6000 məbləğində pul verdi. O da, həmin pulun üstünə əlavə 500 manat pul qoyub xx.xx.2021-ci ildə Cavabdeh verdi. Cavabdeh pulu alanda bir daha bildirdi ki, 1 ay ərzində aldığı 6.500 manat borcu qaytarıb verəcək. 1 ay keçəndən sonra Samir aldığı 6500 manat borcu qaytarmadı. Cavabdeh borcun qaytarması üçün ondan əlavə 1 ay da vaxt istədi. O də məcbur olub onunla razılaşdı. 1 ay keçəndən sonra da Samir yenə dedi ki, indi pulu yoxdur və əlavə yenə bir ay vaxt istədi. O da, münasibəti nəzərə alıb cavabdehin dediyi ilə razılaşdı. 3 aydan sonra cavabdeh əvvəllər aldığı 3000 manatı və 6500 manatdan 500 manatı qaytarıb verdi. Onun 6000 manat borcu qaldı. Aradan 3 ay vaxt keçəndən soııra tələbə yoldaşı Sədi ona borca verdiyi 6000 manat pulu tələb etməyə başladı. Vəziyyəti Sədiyə dedi. Eyni zamanda O Cavabdehla görüşüb vəziyyəti ona da dedi. Daha sonra üçü görüşüb söhbət etdi. Cavabdeh tələbə yoldaşı Sədi Məmiyevin yanında da etiraf etdi ki, borca addığı 6000 manat pulu almışdır. Cavabdeh Sədiyə və ona bildirdi ki, pulu olan kimi aldığı 6000 manat borcu qaytarıb verəcəkdir. Hətta o Cavabdeh dedi ki əlinə pul düşdükcə gücü nəyə çatırsa hissə-hissə qaytarıb borcu versin. Cavabdeh də razılaşdı. Ondan sonra cavabdeh 6000 borcundan iki dəfə, hər dəfə də 200 olmaqla, cəmi 400 manat pul qaytarıb verdi. O həmin 400 manatı tələbə yoldaşı Sədiyə verdi. Cavabdeh yerdə qalan 5600 manatı sonradan qaytarmaqdan boyun qaçırmağa başladı. Vəziyyət belə olanda o və tələbə yoldaşı Sədi Məmiyev yenə cavabdehlə görüşüb ona borca verdiyi yerdə qalan 5600 manat pulu tələb etdilər. Cavabdeh yerdə qalan borcunu da qaytaracağını bildirsə də, imkanı olmasına baxmayaraq indiyə kimi borcunu qaytarıb verməkdən boyun qaçırır. Hər dəfə borcu tələb etdikcə, o cürbəcür bəhanələrlə borcu qaytarmaqdan boyun qaçırır və hətta şantaj edir və bildirir ki, şərlədib tutduracaq. Cavabdehin yerdə qalan 5600 manat borcu qaytarmadığını görəndən sonra tələbə yoldaşı Sədi Məmiyev ondan polisə şikayət etdi. Onu polisə çağırdılar. Vəziyyəti izahatı alan polis əməkdaşına dedi. Ona və tələbə yoldaşı Sədiyə dedilər ki, işiniz mülki xarakterli məsələdir. Ona görə də məhkəməyə mülki qaydada müraciət etməlisiniz. Tələbə yoldaşı ondan polisə şikayət edəndən sonra cavabdehə vermək üçün aldığı 6000 manat borcdan yerdə qalan 5600 manatdan bir dəfə 1000 manat, bir dəfə 840 manat, bir dəfə də 800 manat və 140 manat dəyərində uşaq paltarları verdi. Onun tələbə yoldaşı Sədiyə bundan sonra 3.180 manat məbləğində borcu qalmışdı.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

8. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında olan borc münasibətlərinə dair Mülki Məcəllənin yuxarıda qeyd edilmiş şərti pozulduğundan, onlar arasında olan şifahi borc müqaviləsi əhəmiyyətsiz əqddir və ona görə də, hazırkı iş əsassız varlanma qaydaları tətbiq edilməklə həll edilməlidir.

9. Bundan başqa Məhkəmə qeyd edir ki, iddiaçı tərəf cavabdehə pulun verilməsi ilə bağlı hər hansı bir yazılı sübut təqdim etmədiyindən və cavabdeh tərəfin də, aldığı pulun qaytarılması ilə bağlı yazılı sübutu (qəbz və s.) olmadığından, hazırkı mübahisə tərəflərin məhkəmə iclasında vermiş olduqları izahatlar əsasında həll edilməlidir.

10. Məhkəmə iclasında iddiaçı tərəf, cavadehə ayrı-ayrı vaxtlarda cəmi 10.500 manat pulun verildiyini bildirir.

11. Cavabdeh tərəf isə, iddiaçı tərəfindən onda ayrı-ayrı vaxtlarda cəmi 9.500 manat pul verildiyini bildirir.

12. Göründüyü kimi, cavabdeh tərəf ümumilikdə 9.500 manat pulun alındığını etiraf edir, iddiaçı isə 10.500 manat pulun verildiyini qeyd etsə də, bu barədə hər hansı bir sübutu Məhkəməyə təqdim edə bilməmişdir.

13. Ona görə də, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə ayrı-ayrı vaxtlarda ümumilikdə 9.500 manat məbləğində pul verilmişdir.

14. İddiaçı tərəf, qeyd etmiş olduğu məbləğdən ayrı-ayrı vaxtlarda 700+700+700 manat gəlir kimi, 3.500 manat, 200 + 200 manat gəlir kimi və 1000 manat qaytarıldığını bildirir.

15. Göründüyü kimi, iddiaçı tərəf cəmi 7.000 manat pulun qaytarıldığını etiraf etmişdir.

16. Ancaq iddiaçı tərəf, qaytarılmış pulların bir hissəsinin gəlir kimi ona verildiyini bildirir.

17. Cavabdeh tərəf isə, almış olduğu pulu tam qaytarıldığını qeyd etsə də, bu barədə hər hansı bir sübutu Məhkəməyə təqdim etməmişdir.

18. Bu xüsusda Məhkəmə qeyd edir ki, iddiaçı tərəf ona qaytarılmış olan pulun bir hissəsini gəlir kimi, ona qaytarıldığını qeyd etsə də, verilmiş pula görə hansı səbəbdən ona gəlir kimi pulun verilməli olması halını əsaslandıra bilməmişdir.

19. Ona görə də, Məhkəmə hesab edir ki, hər iki tərəfin etiraf etmiş olduğu, yəni bir tərəfin aldığını, digər tərəfin isə qaytardığını qəbul etmiş olduğu məbləğlər çıxılmalı və nəticədə 2500 (9.500-7000) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Məhkəmə həmçinin qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 2.500 (iki min beş yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 (qırx beş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar