Məhkəmə qərarları › İş №e-2-2(113)-2503/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2503/2025

15.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2503/2025 15.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər “X2” MMC və Cavabdeh2 QSC Bank olmayan Kredit Təşkilatına qarşı hərrac protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsi (açar sözlər: hərracın etibarsızlığı, sübutetmə) X19 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, Cavabdeh2 QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X5 oğlunun iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər “X2” MMC və Cavabdeh2 QSC Bank olmayan Kredit Təşkilatına qarşı hərrac protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X2” MMC tərəfindən keçirilmiş hərracın nəticəsində tərtib olunan xx.xx.2025-ci il tarixli **********2665088 saylı “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə” protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 578/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli İcra vərəqəsi əsasında “X2” MMC tərəfindən İddiaçı MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən 32653,75 kv metr sahədən ibarət qeyri-yaşayış sahəsinin satılması məqsədilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 2 dəfə hərrac prosesi keçirilmişdir. Hərracda iştirakçı olmadığından hərrac baş tutmamışdır. Bundan sonra “X2” MMC tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsi tələbkara təklif olunmuş və nəticədə xx.xx.2025-ci il tarixli **********2665088 saylı “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə” “Protokol” əsasında ipoteka predmeti tələbkar tərəfindən əldə olunmuşdur. Həmin “Protokol” iddiaçı tərəfə rəsmi qaydada təqdim olunmamış və xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən verilmiş “İcra məmurunun hərəkətlərindən” şikayətə baxılan zaman Bakı Kommersiya Məhkəməsinin elektron məhkəmə sisteminə əlavə olunduğu üçün bu zaman iddiaçı tərəfindən əldə olunmuşdur. Hazırkı iddia ərizəsi Yasamal Rayon Məhkəməsinə təqdim olunmuş, lakin xx.xx.2025-ci il tarixli Qərardadla ərazi aidiyyəti pozulduğu üçün iddia ərizəsi geri qaytarılmışdır. Bu baxımdan, hazırkı iddia ərizəsi Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. Sözügedən “Protokol” etibarsız hesab olunmalıdır və hərracın nəticələri ləğv olunmalıdır. Belə ki, yuxarıda qeyd olunan hərrac prosesləri zamanı İddiaçı MMC tərəfindən bir neçə dəfə AR Ədliyyə Nazirliyinə şikayətlər olunmuş və hərracı təşkil edən Cəmiyyətin dəyişdirilməsi xahiş olunmuşdur. Çünki, hərrac keçirilən zaman bir çox kütləvi informasiya vasitələrində hərracı keçirən Cəmiyyət barəsində bəzi məlumatlar ictimaiyyətə çatdırılmışdır. Həmin məlumatlardan görünürdü ki, “X2” MMC əvvəllər “X1 Mərkəzi” MMC olaraq adlandırılmış, sonradan adı dəyişdirilmişdir. Cəmiyyətin adının dəyişməsinə səbəb isə barəsində cinayət xarakterli araşdırmanın aparılması olmuşdur. Həmçinin, qeyd olunan cinayət xarakterli araşdrıma ilə əlaqədar Cəmiyyətin uzun müddət fəaliyyətinin dayandırılması da öz əksini tapmışdır. Bundan başqa, hərrac prosesində qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 2013-cü ildə müəyyən edilmiş “Qiymətləndirici rəyi” əsasında müəyyən olunmuşdur. Dəfələrlə şikayətlər olunaraq, ipoteka predmeti olan əmlakın yenidən qiymətləndirilməsi və real likvid dəyərinin müəyyən olunması tələb olunsa da, buna əməl olunmamışdır. Bu da özlüyündə tamamilə absurd bir yanaşmadır. Əvvəla ipoteka predmetinin 2013-cü il tarixdəki bazar qiymətinin 2023-2024-cü illərdə likvid dəyər kimi götürülməsi mülkiyyətçinin hüquqlarının kobud şəkildə pozulması hesab olunmalıdır. Çünki, 2013-cü il ipoteka predmeti qiymətləndiriləndə həmin vaxt ipoteka predmeti ilə bağlı likvid dəyər anlayışı yox idi, yalnız bazar qiyməti anlayışı var idi. Hazırda yüksək gəlirliliyi olan biznes mərkəzinin necə ola bilər ki, 11 il ərzində likvid dəyəri artmasın və 2013-cü ildəki bazar qiyməti qüvvədə qalsın. Hətta tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin 3.2-ci bəndində göstərilmişdir ki, ipoteka predmetinin dəyəri borc məbləğindən az olmamalıdır. Həmin müqavilədə isə ümumi borc məbləği 73000000 ABŞ dolları müəyyən edilsə də, ipoteka predmetinin bazar qiyməti həmin vaxtkı manatın məzənnəsi ilə müəyyənləşdirilmişdir. Dolların məzənnəsinin sonradan qalxmağını nəzərə aldıqda isə 73000000 ABŞ dolları ********* (bir yüz iyirmi beş milyon) manat edir. Belə olan halda, tələbkar niyə yeni müqavilə bağlamamışdır. Çünki, ipoteka müqaviləsinin 3.2-ci bəndindəki müddəa artıq pozulmuş hesab olunmalı idi. Burdan da belə nəticəyə gəlinir ki, tələbkar sənəd üzərində ipoteka predmetinin bazar qiymətini müəyyən etsə də, reallıqda həmin predmetin bazar qiymətnin dəfələrlə yüksək olmağını qəbul etmişdir ki, dolların məzənnəsi dəyişəndə ipoteka müqaviləsini yeniləməyi zəruri hesab etməmişdir. Qeyd olunan xüsusatlarla bağlı dəfələrlə AR Ədliyyə Nazirliyinə müraciət olunsa da, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin satılması üçün hərrac proseslərinin təşkil olunmasından öncə əmlakın yenidən qiymətləndirilməsi və real likvid dəyərinin müəyyən olunması həyata keçirilməmişdir. Bu da absurd yanaşma olmaqla hazırkı iddia üzrə iddiaçının əmlak hüquqlarının itirilməsinə və əlverişsiz vəziyyətə salınmasına şərait yaratmışdır. Bundan başqa, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi məqsədilə alınmış xx.xx.2013-cü il tarixli ekspert rəyi də tamamilə əsasız olmuşdur. Belə ki, həmin rəydən görünür ki, ipoteka predmetinin 20 və 21-ci mərtəbələri ofis məqsədilə istifadə olunur. Reallıqda isə binanın 20 və 21-ci mərtəbələrində yüksək keyfiyyətlə və standartlarla təmir olunmuş və istifadədə olan restoran fəaliyyət göstərir. Həmçinin, həmin rəydən görünür ki, ipoteka predmetinin gəlir yanaşması baxımından dəyəri ********* manat, müqayisə yanaşması baxımından dəyəri isə ********* manat göstərilmişdir. Bu da tamamilə absurd bir yanaşmadır və heç bir qiymətləndirmə fəaliyyətində belə bir yanaşmanın tətbiqi təcrübədə görülməmişdir. Əlavə olaraq, həmin rəydən görünür ki, ipoteka predmetinin bazar dəyəri ********* manat, likvid dəyəri isə 12000000 manat olaraq müəyyən edilmişdir. Belə bir yanaşmaya isə heç bir normativ aktda və təcrübədə rast gəlinməmişdir. Çünki, həmin yanaşma ilə bazar qiyməti ilə likvid dəyər arasında təxminən 11-12 % fərq müəyyən edilmişdir ki, bu da tamamilə absurd bir yanaşmadır və ekspert belə bir nəticəyə hansı normativ akt və ya qaydalar əsasında gəlidiyinə dair heç bir mənbə göstərməmişdir. Eyni zamanda, həmin rəydə ipoteka predmetinin yerləşdiyi torpaq sahəsi istifadədə olduğu üçün qiymətləndirilmədiyi əks olunsa da, sonradan həmin rəydə torpaq sahəsinin qiymətə təsir edən amil kimi nəzərə alındığı göstərilmişdir. Bu da öz növbəsində qiymətləndirmə məqsədilə ekspert rəyinin kobud səhvlərlə tərtib olunmasına dəlalət edir. Həmçinin, kredit müqaviləsi ABŞ dolları ilə olduğu üçün həmin rəydə də ipoteka predmetinin dəyəri ilə bağlı da ABŞ dolları ekvivalenti öz əksini tapmalı idi. Eyni zamanda, ekspert rəyində ipoteka predmetinin likvid dəyəri 2013-cü il üçün müəyyən olunmuş və kredit müqaviləsinin qüvvədə olduğu müddətin sonunadək olan dövr üzrə müəyyən edilməmişdir. Çünki, kredit müqaviləsinin qüvvədə olduğu müddət üçün müəyyən olunacağı təqdirdə rəsmi statistik məlumatlar əsasında il ərzində 12-13% infilyasiya nəzərə alınmalı idi. Lakin, göründüyü kimi bu xüsusatlara rəydə qiymət verilməmiş, nəticədə etibarsız bir ekspert rəyi tərtib olunmuş və həmin rəy əsasında müəyyən edilmiş likvid dəyər əsasında da hərrac keçirilmişdir. Qeyd olunan qiymətləndirmə rəyinin əsassız olmasını eyni zamanda iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə alınmış “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi” MMC tərəfindən verilmiş “Hesabat”da əks olunan ipoteka predmetinin likvid dəyəri də bir daha sübuta yetirir. Həmin “Hesabat”dan görünür ki, ipoteka prdemetinin hazırda likvid dəyəri ********* manat təşkil edir. Beləliklə, qeyd olunanlara əsasən “X2” MMC tərəfindən keçirilmiş hərracın nəticəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli **********2665088 saylı “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə” “Protokol” etibarsız hesab edilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1. 11.2, 11.5, 16.1, 17.1, 416, 416.1, 560, 1091.1, 1092.1-ci maddələrinə və “İpoteka haqqında” AR Qanununun 41.2-ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, məhkəmə prosesi zamanı təqdim edilmiş sorğular və alınmış cavablardan da göründüyü kimi, xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək “X2” MMC-nin fəaliyyətinin dayandrılması barədə ərizə təqdim edilmiş və Cəmiyyətin fəaliyyəti rəsmi qaydada dayandırlmışdır. Fəaliyyətin dayandırılması ilə bağlı ərizə təqdim edilərkən Cəmiyyətin adı “X1 Mərkəzi” MMC olmuşdur. Fəaliyyət dayandırıldıqdan sonra Cəmmiyyətin adı dəyişdirilmiş və “X2” MMC olmuşdur. Bundan sonra bir müddət Cəmiyyətin aktiv fəaliyyəti olmamışdır. Bundan sonra Cəmiyyətin direktoru X7 təyin olunmuş və xx.xx.2025-ci il tarixədək rəsmi qaydada Cəmiyyətdə direktor olmuşdur. xx.xx.2025-ci il tarixdən isə Cəmiyyətin direktoru X8 təyin olunmuşdur. AR Daxili İşlər Nazirliyindən alınmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Cəmiyyətdə xeyli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə AR Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində ********* saylı cinayət işi başlanmışdır. Məhz bu cinayət işinə görə də görünür ki, Cəmiyyətin fəaliyyəti rəsmi qaydada xx.xx.2023-cü il tarixdə 5 il müddətinə dayandırılmışdır. Sonradan Cəmiyyətin fəaliyyəti xx.xx.2023-cü il tarixdə aktivləşdirilsə də, barəsində cinayət işinin istintaqı davam etdirilmiş və icraata dövlət büdcəsinə ödənilməkdən yayındırlmış vergilərin ödənilməsi təmin olunduqdan sonra cinayət işinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Göründüyü kimi qüvvədə olan qanunvericilikdə fəaliyyətini dayandırmış və barəsində cinayət təqibi aparılan subyektlərin qiymətləndirmə rəyi vermək və hərrac təşkil etmək səlahiyyəti olmadığı əks olunmuşdur. Bundan başqa, hazırkı iddiamızdakı tələb yalnız hərracı təşkil etmiş təşkilatla bağlı deyil, eyni zamanda da ipoteka predmetinin likvid dəyərinin düzgün müəyyən olunmaması da öz əksini tapır. Bu barədə də iddia ərizəsində ətraflı əks olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etmişdir. İddia tələbinə cavabdeh “X2” MMC tərəfindən etiraz təqdim edilmişdir. Cavabdeh “X2” MMC tərəfindən verilmiş etiraz onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli **********2665088 saylı “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə” Protokolun etibarsız hesab edilməsinə dair iddia tələbi irəli sürülmüşdür. İddiaçı MMC qeyd edilən iddia tələbini “X2” MMC-yə aid hissəsini iki əsasla əsaslandırmışdır. Birinci əsas “X2” MMC tərəfindən təşkil edilmiş xx.xx.2025-ci il tarixli **********2665088 saylı “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə” Protokol onlara rəsmi təqdim edilməməsi, ikinci əsas: yuxarıda qeyd olunan hərrac prosesləri zamanı İddiaçı MMC tərəfindən bir neçə dəfə AR Ədliyyə Nazirliyinə şikayətlər olunmuş və hərracı təşkil edən Cəmiyyətin dəyişdirilməsi xahiş olunmuşdur. Çünki, hərrac keçirilən zaman bir çox kütləvi informasiya vasitələrində hərracı keçirən Cəmiyyət barəsində bəzi məlumatlar ictimaiyyətə çatdırılmışdır. Həmin məlumatlardan görünürdü ki, “X2” MMC əvvəllər “X1 Mərkəzi” MMC olaraq adlandırılmış, sonradan adı dəyişdirilmişdir. Cəmiyyətin adının dəyişməsinə səbəb isə barəsində cinayət xarakterli araşdırmanın aparılması olmuşdur. Həmçinin, qeyd olunan cinayət xarakterli araşdrıma ilə əlaqədar Cəmiyyətin uzun müddət fəaliyyətinin dayandırılması da öz əksini tapmışdır. “İpoteka haqqında” AR Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra-hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Cavabdeh “X2” MMC kimi birinci əsasa münasibət olaraq bildiririk ki, istər AR Mülki Məcəlləsində təsbit edilmiş hərracın keçirilmə qaydasında (maddə 415), istərsə də, AR “İpoteka Haqqında” Qanunun da təsbit edilmiş hərracın keçirilmə qaydasında (maddə 42) baş tutmuş hərracın nəticəsi barədə protokolun borcluya və ya ipoteka qoyana təqdim edilməsinə dair hərracı təşkil edən hərrac mərkəzinin vəzifəsi olmasına dair hər hansı bir müddəa qeyd edilməmişdir. Bundan başqa, yuxarıda qeyd edilən hüquq normalarının heç birində hərracın baş tutmasına dair protokolun borcluya və ya ipoteka qoyana təqdim edilməməsi, baş tutmuş hərracın etibarsız hesab edilməsi üçün əsas olmasına dair imperativ maddi hüquq norması qanunvericilikdə təsbit edilməmişdir. Yəni birinci əsasa münasibəti sadə dildə ifadə etsək, hərracın baş tutmasına dair protokolun borcluya və ya ipoteka qoyana təqdim edilməməsi baş tutmuş hərracın etibarsız hesab edilməsi üçün əsas ola bilməz. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, hərrac prosesləri zamanı "xxxx" MMC tərəfindən bir neçə dəfə AR Ədliyyə Nazirliyinə şikayətlər olunmuş və hərracı təşkil edən Cəmiyyətin dəyişdirilməsi xahiş olunmuşdur. Demək ki, iddiaçının hərracın keçirilməsi tarixlərindən və yekunundan lazımi qaydada məlumatı olmuşdur, yəni iddiaçı istəsəydi hərracın yekunlarına dair protokolun surətini özü əldə edə bilərdi. İkinci əsasa münasibət olaraq, məlum olduğu kimi məhkəmə qaydasında mülki mübahisələrdə tərəflər istinad etdiyi hər bir halı onu təsdiq edən sübutları təqdim etməklə həmin hala istinad etməlidirlər, lakin İddiaçı MMC tərəfindən "X2" MMC-nin barəsində aparılan və nə vaxtsa aparılmış cinayət işi ilə əlaqədar fəaliyyətinin dayandırılması barədə sübut məhkəməyə təqdim edilməmişdir. Əgər iddiaçı hərrac mərkəzi barəsində KlV-də hər hansı bir məlumatın dərc edilməsini hərrac mərkəzinin fəaliyyətinin dayandırılmasını sübut kimi məhkəməyə təqdim edirsə, bu hala məhkəmə qaydasında mötəbər sübut kimi istinad edilə bilməz və bu hal sübut kimi qiymətləndirilə bilməz. Hər hansı bir hüquqi şəxsin fəaliyyətinin dayandırılması barədə istər mülki, istər inzibati, istərsə də cinayət işi üzrə mütləq qaydada müvafiq məlikəmə qərarı (qərardad, qətnamə, hökm və s.) olmalıdır, lakin “X2” MMC-nin fəaliyyətinin dayandırılmasına dair belə bir qərar olmayıb və belə bir qərar mövcud deyil. Bundan başqa, iddiaçının istinad etdiyi kimi nümayəndəsi kimi hüquqlarını “X2” MMC-nin adının dəyişdirilməsi onun barəsində cinayət xarakterli araşdırılmanın aparılması olmuşdursa onda iddiaçının yanaşmasından belə nəticəyə gəlmək olar ki, hüquqi şəxsin adının dəyişdirilməsi onu cinayət və ya mülki xarakterli məsuliyyətdən azad edir. İddiaçı MMC tərəfindən "X2" MMC-nin barəsində aparılan və nə vaxtsa aparılmış cinayət işi ilə əlaqədar fəaliyyətinin dayandırılması barədə sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə də, iddiaçının bu əsası xx.xx.2025-ci il tarixli **********2665088 saylı "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə" Protokolun etibarsız hesab edilməsinə əsas ola bilməz. Məhkəmənin nəzərinə çatdırılır ki, “Xəzəryanı Əmtəə və Xammal Birjası” 06 oktyabr 2006-cı ildə, 0106-P260-46893 saylı qeydiyyatla yaradılmaqla, həmin hüquqi şəxsin təsisçiliyi ilə “X1 Mərkəzi” MMC 13 oktyabr 2006-cı il tarixdə, ********** saylı VÖENlə təsis edilib və qanunvericiliyin tələblərinə əsasən qeydiyyatdan keçərək, ixtisaslaşdırılmış hərrac təşkilatı olaraq, uzun müddətdir ki, fəaliyyət göstərir. Lakin buna baxmayaraq, imperativ normada da qeyd edildiyi kimi daimi 5 (beş) il fəaliyyətinin olması ilə bağlı ardıcıl son 5 il, yəni 2019/2024-cü illərə aid olan hərracların keçirilməsinə dair müqavilələrin və protokolların mövcud olması bunun bir başa isbatıdır (əlavə edilir). Bunu təsdiq edən hal olaraq hərrac mərkəzi tərəfindən son beş il, yəni 2019/2024-cü illər ərzində müvafiq sifarişlər əsasında təşkil edilmiş hərracların hər il üzrə ayrı-ayrılıqda müqavilə və protokollarının olmasıdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı MMC-nin iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “X2” MMC ərizə ilə iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, icraatda olan mülki iş üzrə Bakı şəhəri X12 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən sorğuya verilmiş cavab məktubu və ona əlavə edilmiş fayldakı məlumatlara cavab olaraq, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılmasının səbəbi həmin dövrdə hərrac mərkəzinin direktoru olmuş 65 yaşlı Cabit Rəsulov səhhəti ilə bağlı ölkə xaricində müalicə alması zərurəti yarandığı və həmin müalicənin müddəti təxmini 3-4 ay ərzində nəzərdə tutulduğu üçün Cabit Rəsulovun direktorluq fəaliyyətinə təcili olaraq xitam verilmiş və hərrac işininin təşkilindən ümumiyyətlə anlayışı olmayan X7 adlı şəxsə müvəqqəti direktor olmaq təkılif edilmiş, o isə məsuliyyətdən qorxduğu üçün direktor olma şərtini belə qəbul etdi ki, onun direktor olduğu müddət ərzində mərkəzin fəaliyyəti dayandırılmış olmaqla, heç bir maliyyə əməliyyatı aparılmamış olsun. Qeyd edilən dayandırılma müvəqqəti və formal xarakterli olduğu üçün hərrac mərkəzinin fəaliyyətinin müvəqqəti dayandılıması rəsmi qeydə alınsa da hərrac mərkəzinin ofisi, dəftərxanası və s. fəaliyyətini davam etdirmişdir. Bundan başqa, həmin ərəfədə hərrac mərkəzinin adı AR ƏN İcra Baş İdarəsinin nəzarətində olan hərrac mərkəzlərinin siyasında da fəaliyyətdə olan hərrac mərkəzləri kimi qeydiyyatda olmuşdur. Həmçinin məhkəmənin diqqətinə onu da çatdırmaq istərdik ki, hərrac mərkəzinin adının dəyişdirilməsi və dövlət qeydiyyatına alınması da məhz Səid Əliyevin direktorluğu zamanı həyata keçirilmişdir. X17 müalicəsi qeyd edilən müddətdən də artıq uzandığı üçün hərrac mərkəzinə həmtəsisçilərdən biri olan X8 hərrac mərkəzinə direktor təyin edilmiş və harrac mərkəzinin fəaliyyət olduğu kimi davam etdirilmişdir. Beləliklə də, sorğuya təqdim edilmiş cavabdan da göründüyü kimi nümayəndəsi və vəkili olduğu hərrac mərkəzinin fəaliyyəti qanunvericilikdə də nəzərdə tutulmuş ardıcıl 5 il hətta 5 ildən də artıq müddət ərzində fəaliyyət göstərməsi öz əksini tapmışıdır. Qeyd olunanları nəzərə alaraq xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasını iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X10, iddia tələbi qəbul etməyərək, iddia tələbi əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, iddiaçı iddia ərizəsində qanuni qüvvəsini almış qətnamə üzrə müəyyən edilmiş halları mübahisələndirir. Bu, hazırkı iş üzrə heç bir əhəmiyyət kəsb etmir. Belə ki, tərəf nə birinci instansiya məhkəməsində, nə də yuxarı instansiya məhkəməsində ekspertizanın keçirilməsi üçün şərait yaratmamışdır. Bununla bağlı sübutları da e-sistemə əlavə edilmişdir. Həmçinin qanuna müvafiq qaydada ipoteka predmetini əldə etdiklərini bildirmişdir. Burada hər hansı qanunsuzluğa yol verilməmişdir. 2 dəfə hərrac prosesi keçirilmiş, hərracda iştirakçı olmadığından, hərrac baş tutmamışdır. Daha sonra qeyriyaşayış sahəsi onlara təklif olunmuş və nəticədə xx.xx.2025-ci il tarixdə ipoteka predmeti onlar tərəfindən əldə edilmişdir. İddia ərizəsində X2 barəsində qeyd edilənlərə münasibətdə bildirmişdir ki, “X2” MMC-nin barəsində aparılan və nə vaxtsa aparılmış cinayət işi ilə əlaqədar fəaliyyətinin dayandırılması barədə sübut məhkəməyə təqdim edilməmişdir. Hərrac Mərkəzi barəsində KİV-də hər hansı bir məlumatın dərc edilməsini mötəbər sübut kimi qiymətləndirilə bilməz. Sonda isə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, QF 99 saylı ekspert rəyinə əsasən, ünvan 2 ünvanda yerləşən və İddiaçınə məxsus qeyri-yaşayış bİnasımn (daşınmaz əmlak) xx.xx.2013-cü İl tarixə bazar dəyəri AZN 135 000 000 (yüz otuz beş milyon) manat, likvid dəyəri AZN 120 000 000 (yüz iyirmi milyon) manat müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X14 qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan müəyyən olunur ki, “LİBRA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ xx.xx.1998-cü il tarixdə AZ1010, BAKİ ŞƏHƏRİ SƏBAİL RAYONU, NİZAMİ, ev 90A hüquqi ünvan ilə qeydiyyata alınmışdır. Nizamnamə kapitalının miqdarı (ödənilmiş) 100000 ABŞ dolları təşkil edir. “X2” MMC tərəfindən verilmiş 05 dekar 2024-cü il tarixli 001 nömrəli bildirişə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103-578/2024-020 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh İddiaçı MMC-dən 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilə üzrə 71023749,20 manat əsas borc, 46505656,37 manat faiz borcu, həmçinin dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 50000 manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh2 QSC BOKT-a ödənilməli, qeyd edilən icra vərəqəsinin icra edilməsini təmin etmək məqsədi ilə Bakı şəhəri Səbail rayon İcra şöbəsinin №c349198/2024-16-15-002 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə ünvan 3 ünvanında icarədə (istifadədə) olan 0,33793 ha torpaq sahəsində yerləşən 32653,75 m2 ümumi sahədən ibarət 21 mərtəbəli qeyri-yaşayış binasının satışının təmin olunması məqsədi ilə hərracın keçirilməsinin təşkil edilməsi xahiş edilmişdir. İpoteka predmeti olan əmlakın ilkin satış qiyməti ********* manat təşkil edir. Açıq hərrac 22 dekabr 2024-cü il tarixdə, saat 18:41-də "Elektron hərrac” portalında başlayır və “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası"nın 4.7-ci bəndinə asasan hərrac 7 təqvim günü davam edir, iştirakçı təklifi həmin müddətin başa çatmasının sonuncu dəqiqəsində verdikdə hərracın müddəti 5 dəqiqə uzadılır, həmin 5 dəqiqə ərzində yenidən təklif verildikdə hərracın keçirilməsi müddəti bu təklifin verildiyi vaxtdan daha 5 dəqiqə uzadılır və bu proses sonuncu təklifin verilməsindən 5 dəqiqə ərzində yeni təklif verilməyənədək davam edir. “X2” MMC tərəfindən verilmiş 30 dekar 2024-cü il tarixli 002 nömrəli bildirişə əsasən, hərracın mərhələsi - təkrar, Hərracın vaxtı 08 yanvar 2025-ci il. saat 18:41, Keçirilmə yeri “X13” www.herrac.gov.az, Keçirilmə qaydası - Hərrac açıq auksion formasında elektron keçirilir. İlkin hərrac iştirakçı olmadığına görə keçirilməmişdir. Satışa çıxarılan ipoteka predmetinin ünvan 4 ünvanında yerləşən, 0,33793 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 32653,75 m2 təşkil edən, 21 mərtəbəli qeyri-yaşayış binasıdır. İlkin və ya minimum satış qiyməti ilkin satış qiymətindən 15 % aşağı olmaqla, 102.000.000 (yüz iki milyon) manat təşkil edir. Hərrac addımı - Satış qiymətinin 1%-dən az, 3%-dən artıq olmamaqla, hərracda iştirak üçün behin məbləği 5.100.000 (beş milyon yüz min) manat müəyyən edilir. Behin ödənilməsi müddəti və qaydası isə Hərrac iştirakçıları hərracın davam etdiyi müddətdə istənilən vaxt beh və iştirak haqqını ödəməklə hərraca qoşula bilərlər. Ödənişlər isə “X13” vasitəsilə plastik kart və ya bank vasitəsilə ödənilməklə həyata keçirilə bilər. İştirak haqqı, beh və hərracın sonunda əmlakın satış qiyməti birdəfəlik ödənilməlidir. Hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı - şəxs “X13”nda qeydiyyat düyməsini sıxmaqla şəxsi kabinet yaradaraq elektron hərracın keçirilməsi formaları, qaydaları, prosedurları və şərtləri ilə tanış olduğunu və razılaşdığını, həmçinin. “İcra haqqında” və digər Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hüquq və vəzifələrinin yarandığını təsdiq edir. Habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Hərracda iştirak üçün müraciət müddəti Hərrac iştirakçıları hərracın davam etdiyi müddətdə istənilən vaxt hərraca qoşula bilərlər. “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nın 4.7-ci bəndinə əsasən hərrac 7 təqvim günü davam edir, iştirakçı təklifi həmin müddətin başa çatmasının sonuncu dəqiqəsində verdikdə hərracın müddəti 5 dəqiqə uzadılır, həmin 5 dəqiqə ərzində yenidən təklif verildikdə hərracın keçirilməsi müddəti bu təklifin verildiyi vaxtdan daha 5 dəqiqə uzadılır və bu proses sonuncu təklifin verilməsindən 5 dəqiqə ərzində yeni təklif verilməyənədək davam edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predınetini ilkin satış qiymətilə ala bilər. 17 yanvar 2025 tarixli, **********2665088 nömrəli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokola əsasən, hərraca çıxarılan əmlakın sahibi "xxxx" MMC, hərracın predmeti olan daşınmaz əmlak - ünvan 5 ünvanda yerləşən 32653.75 kv.m. ümumi sahədən ibarət 21 mərtəbəli qeyri-yaşayış binası, sifarişçi: Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmuru Tural Aşurov, Hərracın təşkilatçısı və “X13” “X2” MMC, herrac.gov.az portalı olması qeyd edilmişdir. İlkin hərracın elan tarixi xx.xx.2024-cü il olmuş, elan herrac.gov.az internet səhifəsi, hərrac portalının sosial şəbəkələri, habelə “Market” qəzetində dərc edilmiş, hərracın başlanma tarixi xx.xx.2024-cü il, bitmə tarixi isə xx.xx.2024-cü il olmuşdur. Hərrac iştirakçı olmadığından baş tutmamışdır. xx.xx.2024-cü il tarixdə təkrar hərracla bağlı elan edilmiş, elan herrac.gov.az internet səhifəsi, hərrac portalının sosial şəbəkələri, habelə “Market” qəzetində dərc edilmiş, hərracın başlanma tarixi xx.xx.2025-ci il, bitmə tarixi isə xx.xx.2025-ci il müəyyən edilmişdir. Hərrac iştirakçı olmadığından baş tutmamışdır. Nəticədə hərraclar baş tutmadığından ipoteka saxlayan tələbkar təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə əmlakı əldə etmişdir. İlkin satış qiyməti ********* (yüz iyirmi milyon manat) olan, təkrar hərracdakı qiyməti ********* (yüz iki milyon manat) (ilkin satış qiymətinin 15% aşağı qiyməti) olan, ünvan 5 ünvanında yerləşən 32653.75 kv.m. ümumi sahədən ibarət 21 mərtəbəli qeyri-yaşayış binası, Cavabdeh2 QSC BOKT tərəfindən, 76510200 (yetmiş altı milyon beş yüz on min iki yüz) (təkrar hərracdakı qiymətdən 25% az olmayan qiymət) manata əldə edilmişdir. Hərracın keçirilməsi barədə Protokol, Ədliyyə Nazirliyi İcra xidmətinin Hüquqi şəxslər və inzibati orqanlarla şöbəsinin rəisi vəzifəsini icra edən Pərviz Əliyev, “X2” MMCnin direktoru Rahim Ələkbərov, “X13”nın operatoru Təbriz Kazımov və Cavabdeh2 QSCnin X18 tərəfindən imza edilməklə möhürlənmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfində verilmiş MA seriyalı, ******* nömrəli Çıxarışdan müəyyən olunur ki, ünvan 5 ünvanıda yerləşən 32653.75 kv.m. ümumi sahədən ibarət 21 mərtəbəli qeyri-yaşayış binası İddiaçı tam mülkiyyətində olmaqla, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixində Daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 2761 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 12 mart tarixli, e-2-2(113)-145/2024 nömrəli qətnaməsi ilə (hakim E.Z.Əliyev) iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı MMC-dən 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilə üzrə 71.023.749,20 manat əsas borcun, 46.505.656,37 manat faiz borcunun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 2.249.085,38 manat faiz borcunun, cəmi 119.778.490,95 manatın, həmçinin dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 50000 manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh2 QSC BOKT-a ödənilməsi, tutmanın ilkin satış qiyməti 120.000.000 manat olan ipoteka predmeti İddiaçı MMC-nin mülkiyyətindəki ünvan 3 ünvanında icarədə (istifadədə) olan 0,33793 ha torpaq sahəsində yerləşən 32653,75 kv.m ümumi sahədən ibarət 21 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləği cavabdeh İddiaçı MMC-nin pul vəsaitləri və digər əmlaklarının hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh İddiaçı MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 10 iyun tarixli, 2-2(103)-578/2024 nömrəli qətnaməsi ilə (hakim V.Ə.Baxışovanın sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Qurbanovdan və Z.A.Şirinovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 12 mart tarixli, e-2-2(113)-145/2024 nömrəli qətnaməsi qismən – cavabdeh İddiaçı MMC-dən iddiaçı Cavabdeh2 QSC BOKTun xeyrinə 2.249.085,38 manatın Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə faiz tutulması hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İddiaçı MMC kassasiya şikayəti və sonradan kassasiya şikayətinə əlavə verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-577/2024 qərarına əsasən Cavabdeh İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 10 iyun tarixli, 2-2(103)-578/2024 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən “Leqal” Vəkil Bürosuna verilmiş 20 fevral 2025-ci il tarixli 230/25 nömrəli müraciətə əsasən, X4 “X1 Mərkəzi” MMC-nin direktoru (müdir) işləyən X11 ilə əlbir olaraq dələduzluq etmələri barədə Nizami rayon Prokurorluğu tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış, xx.xx.2024-cü il tarixdə CPM-nin 39.1.2-ci maddəsi ilə icraata xitam (cinayət tərkibi olmadıqda) edilməsinə dair DİN-in müvafiq uçotlarında məlumat aşkar edilmişdir. Vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması ilə bağlı İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə CM-in 213.1-ci maddəsilə ********* nömrəli cinayət işi başlanılmış, xx.xx.2024-cü il tarixdə CPM-nin 53.1.1-ci maddəsilə dayandırılması barədə məlumat vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X14 Qeydiyyatı İdarəsi tərəfindən “Leqal” Vəkil Bürosuna verilmiş, 26 fevral 2025-ci il tarixli 3-21-2-2-1/2-C-1xx-xx/2025 müraciətə əsasən, Dövlət reyestr məlumatlarına əsasən xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış "X1 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı xx.xx.2023-cü il tarixdə dəyişdirilərək "X2" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsini hakimi Nərgiz Tağıyeva tərəfindən “Leqal” Vəkil Bürosuna verilmiş sorğuya cavaba əsasən, “X1 Mərkəzi" Məhdud Məsuliyyətinin Cəmiyyətinə qarşı məhkəmənin (hakim N Tağıyeva) icraatında 2 mülki iş olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi icraatında olan 2(005)-186/2023 saylı mülki iş üzrə müvafiq məhkəmə qətnaməsi ilə iddia təmin edilmiş, keçirilmiş hərracın nəticələri etibarsız hesab edilmiş. 2(005)-1831/202 saylı iş üzrə isə iddia ənzəsinin gen qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsini hakimi Mehriban Əfəndizadə tərəfindən “Leqal” Vəkil Bürosuna verilmiş sorğuya cavaba əsasən, "X2" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh olduğu iki mülki iş icraatda olmuşdur. e-2(005)- 3182/2022 saylı mülki iş üzrə iddia rədd edilmiş; həmin qətnamə Bak Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. e-2(005)-229/2025 saylı mülki iş üzrə iddia rədd edilmişdir. Qətnamə qanuni qüvvəyə minmədən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən “Leqal” Vəkil Bürosuna verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavaba əsasən, “X1 Mərkəzi” barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanan sorğuya baxılması üçün aidiyyəti üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. Araşdırmanın nəticəsi barədə sizə məlumat veriləcəkdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olmuş sorğuya əsasən, Cavabdeh1 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti barədə məlumatlarının təqdim edilməsi ilə bağlı, uçot məlumat bazasında fəaliyyətinin xx.xx.2008-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılması barədə məlumat mövcuddur. İİİ.Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu: Maddə 41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Maddə 42. Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.2. Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Maddə 43. Hərracın baş tutmamış elan edilməsi 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 43.9. İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir. Maddə 44. Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. İV.Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 4.1 və 5.1-ci maddələrinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. V.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, cavabdeh “X2” MMC tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərrac keçirilmiş, hərracın etibarsız sayılması üçün hər hansı əsas olmamışdır. Belə ki, hərracın təşkilatçısı olan “X2” MMC Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmurundan xx.xx.2024-cü il tarixli məktubla sifarişi aldıqdan sonra 30 təqvim günündən gec olmayaraq, 22 dekabr 2024-cü il tarixdə, saat 18:41-də "Elektron hərrac” portalında ilkin hərracın keçirilməsinə dair ipoteka saxlayana və ipoteka qoyana 5 iş günü ərzində, xx.xx.2024-cü il tarixli bildiriş göndərmiş və “herrac.gov.az” internet səhifəsi, hərrac portalının sosial şəbəkələri, habelə “Market” qəzetində elan vermişdir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat göstərilmişdir. İlkin hərrac iştirakçı olmadığı üçün baş tutmamışdır. Bundan sonra “X2” MMC eyni qaydada ipoteka saxlayana və ipoteka qoyana elan və bildiriş verilməklə 08 yanvar 2025-ci il tarixdə, saat 18:41-də, “www.herrac.gov.az” X13nda, açıq auksion formasında təkrar hərrac təşkil etmişdir. Təkrar hərrac da iştirakçı olmadığı üçün baş tutmamışdır. Daha sonra təkrar hərrac baş tutmamış elan edilmiş, ipoteka predmeti olan ünvan 6 ünvanında yerləşən, 0,33793 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 32653,75 m2 təşkil edən, 21 mərtəbəli qeyri-yaşayış binasının ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan Cavabdeh2 QSC Bank Olmayan Kredit Təşkilatı və hərracın təşkilatçısı “X2” MMC arasında 30 təqvim günü ərzində, yəni xx.xx.2025-ci il tarixdə protokol imzalanmışdır. İddiaçı MMC iddia tələbinin əsaslarından biri kimi cavabdeh “X2” MMC-nin cinayət xarakterli əməllərinə görə uzun müddət fəaliyyətinin olmadığını qeyd etmiş, lakin sonuncunun hərracın təşkili ilə bağlı cinayət məsuliyyətinə cəlb olunması və barəsində qanuni qüvvəyə minmiş hökm olması barədə məhkəməyə sübut təqdim etməmişdir. X20 Xidmətindən əldə edilmiş məlumatdan cavabdeh “X2” MMC-nin 5 ildən artıq fəaliyyət göstərdiyi və fəaliyyətini dayandırığı vaxtlarda cinayət işi ilə bağlı deyil, öz xahişi ilə dayandırdığı müəyyən olunmuşdur. Bundan başqa iddiaçı iddia tələbinin digər əsası kimi ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsini göstərmişdir. Halbuki ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti qanuni qüvvəsini almış Bakı Kommersiya Məhkəməsinin 2024cü il 12 mart tarixli, e-2-2(113)-145/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir. Mülki prosessual qanunvericiliyə əsasən isə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi cavabdeh “X2” MMC tərəfindən hərrac təşkilatçısı olaraq ünvan 6 ünvanında yerləşən, 0,33793 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 32653,75 m2 təşkil edən, 21 mərtəbəli qeyri-yaşayış binası ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərrac keçirilmiş, hər hansı qanun pozuntusuna yol verilməmiş, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi faktı, cavabdeh “X2” MMC-nin cinayət məsuliyyətinə cəlb olunması və buna görə fəaliyyətini dayandırmasını sübut edə bilməmişdir. Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdeh “X2” MMC-nin cinayət məsuliyətinə cəlb olunduğu və fəaliyyətini dayandırdığı bildirilmiş, bu barədə hər hansı sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir Vİ.Nəticə Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdehlər “X2” MMC və Cavabdeh2 QSC Bank Olmayan Kredit Təşkilatına qarşı hərrac protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar