Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2506/2024 15.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, cərimə borcu, mediasiya xərci) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 356297-CNS-39343 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 2614,42 manat məbləğində əsas borc, 333,64 manat məbləğində faiz borcu, 384,44 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 3332,50 manat məbləğində borcun Cavabdeh və Zamin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 356297-CNS-39343 saylı, “Kredit müqaviləsi”nə əsasən Cavabdeh dövriyyə vəsaitinin artırılması üçün illik 22 faiz hesablanması şərti ilə 12 ay müddətinə 7000 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə Cavabdeh Banka ümumilikdə 3332,5 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir.
II. Məhkəmə baxışının hədləri:
3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 356297-CNS- 39343 saylı kredit müqaviləsinə əsasən:
5. İİ.Müqavilənin predmeti
6. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən bank kredit alana bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə kredit verməyi, kredit alan isə krediti qəbul etməyi, kreditdən təyinatı üzrə istifadə etməyi və geri qaytarmağı, faizləri/komissiyalar, o cümlədən əlavə faizləri bu müqavilə ilə nəzərdə tutulan müddətdə və şərtlər əsasında ödəməyi öhdəsinə götürür. Kredit alan kreditdən yalnız mal material qiymətlilərinin alınması. Təchizatçılar və podratçılarla hesablaşmanın aparılması təyinatı üzrə istifadə etməlidir.
7. İİİ.Kreditləşmə şərtləri və qaydası
8. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən kreditin məbləği və valyutası:7000 manat.
9. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş şərtlərin kredit alan tərəfindən yerinə yetirilməsindən sonra kreditin təqdim edilməsi Bank tərəfindən kredit alanın adına açılan cari hesaba köçürülməsi yolu ilə həyata keçirilir. Kreditin təqdim olunma tarixi kreditin cari hesaba köçürüldüyü tarix hesab edilir.
10. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən kreditin müddəti: Kredit alan krediti tam məbləğdə 03 oktyabr 2023-cü il tarixində və ya Müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir.
11. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən faiz dərəcəsi: kreditdən istifadəyə görə faizlər Bank tərəfindən illik 22% olmaqla və bu Müqavilənin 5.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır.
12. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən kreditin qaytarılması və faizlərin ödənilməsi: hər ay, ödəniş cədvəlinə uyğun olaraq (Əlavə 1)
13. Həmin Müqavilənin 3.5.1-ci bəndinə əsasən kreditin qaytarılması xx.xx.2022-ci il tarixdən başlanır.
14. Həmin Müqavilənin 3.5.2-ci bəndinə əsasən faizlərin məbləğinin hesablaması müqavilənin V bölməsinə uyğun olaraq aparılır.
15. V.Kreditin qaytarılması və faizlərin hesablanması və ödənilməsi qaydası
16. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən kreditin vaxtından əvvəl ödənişi, kreditin müddətinin bitməsinə qədər Bankı vaxtından əvvəl ödəniş tarixinə ən geci 1 iş günü qalmış xəbərdar etməklə (elektron məktub/tapşırıq, ərizə və sair) kredit alanın/zaminin müraciəti əsasında nağd və ya kredit alanın bankda olan cari hesabına köçürmə yolu ilə həyata keçirilir. Kredit alan/zamin kreditin vaxtından əvvəl qismən ödənişini etdikdən sonra, bank ödəniş cədvəlinə düzəliş edir.
17. Vİ.Tərəflərin hüquq və vəzifələri
18. Həmin Müqavilənin 6.4.7-ci bəndinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onların pozulmasına yol verməmək.
19. Vİİ.Vaxtından əvvəl tələbetmə
20. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə və ya qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş hallarda bank kredit alana kredit verməkdən imtina etmək və ya kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimələrin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini vaxtından əvvəl tələb etmək hüququna malikdir, o cümlədən:
21. Həmin Müqavilənin 7.1.4-cü bəndinə əsasən bu müqavilənin 3.5-ci bəndi ilə göstərilmiş müddətlərə uyğun ödənişlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda və ya bu Müqavilə ilə müəyyənləşdirilən öhdəliklərindən biri və ya bir neçəsi icra edilmədikdə/lazımınca icra edilmədikdə.
22. Həmin Müqavilənin 7.1.15-ci bəndinə əsasən kredit alan tərəfindən bu müqavilə üzrə istənilən digər öhdəliklərin pozulması.
23. Vİİİ.Müqavilənin müddəti və ləğv qaydaları
24. Həmin Müqavilənin 8.2-ci bəndinə əsasən bu müqavilə bank tərəfindən Vİİ bölmə ilə nəzərdə tutulan hallarda və qaydada birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə bilər.
25. İddiaçı ilə Zamin arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 356297-1-2634 saylı zaminlik müqaviləsinə əsasən kredit alan zamninliklə təmin edilmiş hazırkı müqavilənin 2.1ci bəndində göstərilən öhdəliyi icra etmədikdə və ya alzımınca icra etmədikdə, zamin və kredit alan öhdəliklərini bank qarşısında yerinə yetirəcəyinə görə birgə məsuliyyət daşıyırlar.
26. xx.xx.2022-ci il tarixli müqavilənin ödəniş cədvəli olan Əlavə 1-ə əsasən illik faiz dərəcəsi 22% olmaqla əsas borc 7000 manat, cəmi ödənilməli faiz borcu 863,90 manat, cəmi ödəniş məbləği 7863,90 manat qeyd olunmuşdur.
27. Maliyyə arayışına əsasən Cavabdeh Bank VTB (Azərbaycan) ASC-yə xx.xx.2022-ci il tarixli, 356297-CNS-39343 saylı nağd pul krediti müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə olan əsas borcu 2614,42 manat, faiz borcu 133,93 manat, cərimə borcu 211,94 manat olmaqla cəmi borcu 2960,29 manat qeyd olunmuşdur. Həmçinin müqavilə üzrə öhdəliyin xx.xx.2023-cü il tarixdən icra edilmədiyi vurğulanmışdır.
28. Maliyyə arayışına əsasən Cavabdeh Bank VTB (Azərbaycan) ASC-yə xx.xx.2022-ci il tarixli, 356297-CNS-39343 saylı nağd pul krediti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə olan əsas borcu 2614,42 manat, faiz borcu 333,64 manat, cərimə borcu 384,44 manat olmaqla cəmi borcu 3332,50 manat qeyd olunmuşdur. Həmçinin müqavilə üzrə öhdəliyin xx.xx.2023-cü il tarixdən icra edilmədiyi vurğulanmışdır.
29. İddiaçı ASC-nin Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, pretenziyada bankla cavabdeh arasında 03 oktyabr 2022-ci il tarixində kredit verilməsi haqqında 356297-CNS- 39343 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfidən illik 22% ödənilməsi şərti ilə 12 ay müddətinə 7000 manat məbləğində kredit verildiyi, qeyd olunan kredit müqaviləsinin tələbləri pozulduğu, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilmədiyi, bunun nəticəsində Banka 2614,42 manat məbləğində əsas borc, 333,64 manat məbləğində faiz borcu, 384,44 manat məbləğində cərimə borcu, ümumilikdə isə 3332,5 manat məbləğində borc yarandığı, tələb olunan borcun 3 iş günü ərzində təmin edilməsi tələb olunmuşdur.
30. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
31. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
32. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
34. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
35. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
36. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
37. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
38. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
39. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
40. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
41. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
42. İş materiallarından görünür ki, kredit müqaviləsi xx.xx.2022-ci il tarixində 12 ay müddətinə (xx.xx.2023) bağlanılıb. İddiaçı məhkəməyə iki maliyyə arayışı təqdim edərək borcun, o cümlədən faiz borcunun həm müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə hesablanıb, həm də xx.xx.2024-cü il tarixinə.
43. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən müqavilə üzrə faiz borcu yalnız müqavilə qüvvədə olduğu müddət ərzində hesablanıb və tələb edilə bildiyi üçün maliyyə arayışında göstərilən xx.xx.2023-cü il tarixinə olan borc məbləği əsas götürülməlidir.
44. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Lakin, bu cür tələb iddiaçı tərəfindən irəli sürülməmişdir.
45. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyi, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 2614,42 manat əsas borc, 133,93 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehlərdən 2614,42 manat əsas borc, 133,93 manat məbləğində faiz borcu, tutularaq iddiaçıya ödənilməlidir.
46. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 384,44 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
47. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
48. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
49. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
50. Məhkəmə hesab edir ki, dəbbə pulu azaldılaraq, cavabdehlər Cavabdeh və Zamin iddiaçının xeyrinə 131 manat məbləğində dəbbə pulu tutulmalıdır.
IV.Nəticə:
1. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2614,42 manat məbləğində əsas borc, 133,93 manat məbləğində faiz borcu, 131 manat məbləğində dəbbə pulu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova