Məhkəmə qərarları › İş №e-2-2(113)-2507/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2507/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2507/2020 12.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı (MMC) Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 5893,36 manat borcun, həmçinin, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində İddiaçı MMC ilə Cavabdeh MMC arasında 52/2018 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Lakin Cavabdeh MMC həmin müqavilə üzrə İddiaçı MMC qarşısında 5893,36 manat məbləğində olan öhdəliklərini hələ də icra etməmişdir. İddiaçı MMC 52/2018 saylı alqısatqı müqaviləsinə əsəsən elektron qaimələrə əsasında 10454,29 manat məbləğində Cavabdeh MMC müxtəlif mallar təqdim etmiş, lakin Cavabdeh MMC borclu olduğu məbləğdən 4560,93 manat ödəniş etmiş, 5893,36 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə müraciət edərək, məhkəmə iclasını nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Mülki iş materiallarında olan: - xx.xx.2018-ci il tarixli, 52/2018 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC əlavə göstərilən məhsulları satmağı, Cavabdeh MMC isə alınan malların dyərini razılaşdırılmış qiymətlərə əsasən ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2020-ci il tarixli, 08 saylı arayışa əsasən İddiaçı MMC-yə Cavabdeh MMCnin 5893,36 manat borcu vardır. - xx.xx.2018-ci il tarixli 52/2018 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə xx.xx.2018-ci il tarixli, EAAN seriyalı, 974804 saylı elektron qaiməyə əsasən 656.45 manat, xx.xx.2018-ci il tarixli, EAAO seriyalı, 177778 saylı elektron qaiməyə əsasən 682.71 manat, xx.xx.2018-ci il tarixli, EAAO seriyalı, 725920 saylı elektron qaiməyə əsasən 2724.01 manat, xx.xx.2019-cü il tarixli, EAAP seriyalı, 318176 saylı elektron qaiməyə əsasən 2214.42 manat, xx.xx.2019-cü il tarixli, EAAP seriyalı, 318252 saylı elektron qaiməyə əsasən 1348.50 manat, xx.xx.2019-cu il tarixli, EAAQ seriyalı, 669520 saylı elektron qaiməyə əsasən 2188.16 manat, xx.xx.2019cu il tarixli, EAAP seriyalı, 888717 saylı elektron qaiməyə əsasən 640.03 manat dəyərində mal verilmişdir. - xx.xx.2019-cu il tarixli, qəbzə əsasən 500 manat, xx.xx.2018-ci il tarixli qəbzdən göründüyü kimi 2500 manat Cavabdeh MMC tərəfindən ödəniş edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən cavabdeh mallar tam təqdim edildikdən sonra 10 gün ərzində ödəməti öhdəsinə götürmüşdür. İşin araşdırılan hallarında da göründüyü kimi iddiaçı tərəfindən cavabdehə mallar müqavilə üzrə tam verilsə də, müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmiş, bunu təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın tam təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 5893,36 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar