Məhkəmə qərarları › İş №e-2-2(113)-2508/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2508/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2508/2021 22.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 91135,22 ABŞ dolları məbləğində əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" BOKT MMC xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 91135,22 ABŞ dolları məbləğində əsas borc və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının, məhkəmədə baxılması üçün ödənilmiş 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, habelə Cavabdeh1 məxsus olan daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 1437 nömrəli vərəqində qeyd edilən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 2 208,3 kv.m olan Əmlak kompleksi kimi “Xoşbəxtlik” şadlıq evinə tutmanın yönəldilməsi və ilkin satış qiymətinin 600000 manat müəyyən edilməklə açıq hərracdan satılaraq borcun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 14.07.2021-ci il tarixli məhkəmə iclasında tərəflərin razılığa gəldiyini bildirərək, barışıq sazişini bağlandığını bildirdi. Qeyd olunan barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəməyə təqdim edilmiş, 14.07.2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.1 Tərəflər 23 sentyabr 2014-cü il tarixli BAKU1-24468-10330 saylı Kredit Müqaviləsi və onun tərkib hissəsi olan 23 sentyabr 2014-cü il tarixli BAKU1-24468-10330 saylı Razılaşma üzrə Cavabdehlərin İddiaçıya olan ümumi borc məbləğini 14 iyul 2021-ci il tarixinə 68 000 (altmış səkkiz min) ABŞ dolları müəyyən edirlər və 2021-ci ilin avqust ayından başlayaraq 24 (iyirmi dörd) təqvim ayı ərzində, hər təqvim ayı ən azı 500 (beş yüz) ABŞ dolları olmaqla 01.08.2023-cü il tarixinədək Cavabdehlər tərəfindən İddiaçıya qaytarılmalıdır və bu tarixdən sonra kreditin qaytarılması müddəti uzadıla bilməz. 1.2 Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqvim gününədək yerinə yetirilməlidir. Bu Sazişlə müəyyən edilmiş şərtlərin icra edilməməsi, yəni 01.08.2023-cü il tarixinədək 68 000 (altmış səkkiz min) ABŞ dollarının qaytarılmaması, o cümlədən hər təqvim ayı ərzində ən azı 500 (beş yüz) ABŞ dolları qaytarmaq öhdəliyinin vaxtında icra edilməməsi də daxil olmaqla, öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsi hesab olunacaq. 2.1 Bu Sazişin 1-ci bölməsində müəyyən edilmiş qaydada və məbləğdə ödənişlər yerinə yetirildikdən sonra Cavabdehlərin 23 sentyabr 2014-cü il tarixli BAKU1- 24468-10330 saylı Kredit Müqaviləsi və onun tərkib hissəsi olan 23 sentyabr 2014-cü il tarixli BAKU1-24468-10330 saylı Razılaşma üzrə İddiaçı qarşısında kredit öhdəlikləri tam icra olunmuş hesab olunacaq və həmin öhdəliklərin təminatı olan ipoteka predmeti (ümumi sahəsi 2 208.3 kv.m olan əmlak kompleksi kimi “Xöşbəxtlik” şadlıq evinin) Cavabdeh1 məxsus daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 1437 nömrəli vərəqində qeyd edilən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 2 208,3 kv.m olan Əmlak kompleksi kimi “Xoşbəxtlik” şadlıq evi ipoteka yüklülüyündən (girovdan) azad ediləcək və 31 avqust 2016-cı il tarixli BAKU1-24468-10330+BAKU1-24586 saylı Zaminlik müqaviləsi ləğv ediləcəkdir. 3.1 Cavabdehlər bu Sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə və bu Sazişi təsdiq edən qərardad məcburi icraya yönəldikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 3.1.1. Cavabdehlərin ödənişləri nəzərə alınmaqla, borcun tutulma gününə olan qalıq məbləği və 23 136 (iyirmi üç min bir yüz otuz altı) ABŞ dolları iddiaçının xeyrinə tutulur; 3.1.2. Tutma Cavabdeh1 məxsus daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 1437 nömrəli vərəqində qeyd edilən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 2 208,3 kv.m olan Əmlak kompleksi kimi “Xoşbəxtlik” şadlıq evinə yönəldilir və tərəflərin razılığına əsasən ipoteka predmetinin ilkin satış qiyməti 700 000 (yeddi yüz min) manat müəyyən edilməklə, açıq hərracdan satılır və məcburi boşaldılır, satışdan əldə olunmuş pul vəsaiti Cavabdehlərin İddiaçıya olan borc qalığının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yaranmış xərclərin və icra ödənişinin ödənilməsinə yönəldilir. 4.1 Cavabdehlər öhdəliklərini bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bu Saziş üzrə “İddiaçı”nın müraciəti əsasında məhkəmə tərəfindən qəbul edilmiş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” AR Qanununa əsasən icra edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə tərəfindən tərəflərə aralarında barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsinin prosessual nəticələri izah edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1.1 Tərəflər 23 sentyabr 2014-cü il tarixli BAKU1-24468-10330 saylı Kredit Müqaviləsi və onun tərkib hissəsi olan 23 sentyabr 2014-cü il tarixli BAKU1-24468-10330 saylı Razılaşma üzrə Cavabdehlərin İddiaçıya olan ümumi borc məbləğini 14 iyul 2021-ci il tarixinə 68 000 (altmış səkkiz min) ABŞ dolları müəyyən edirlər və 2021-ci ilin avqust ayından başlayaraq 24 (iyirmi dörd) təqvim ayı ərzində, hər təqvim ayı ən azı 500 (beş yüz) ABŞ dolları olmaqla 01.08.2023-cü il tarixinədək Cavabdehlər tərəfindən İddiaçıya qaytarılmalıdır və bu tarixdən sonra kreditin qaytarılması müddəti uzadıla bilməz. 1.2 Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqvim gününədək yerinə yetirilməlidir. Bu Sazişlə müəyyən edilmiş şərtlərin icra edilməməsi, yəni 01.08.2023-cü il tarixinədək 68 000 (altmış səkkiz min) ABŞ dollarının qaytarılmaması, o cümlədən hər təqvim ayı ərzində ən azı 500 (beş yüz) ABŞ dolları qaytarmaq öhdəliyinin vaxtında icra edilməməsi də daxil olmaqla, öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsi hesab olunacaq. 2.1 Bu Sazişin 1-ci bölməsində müəyyən edilmiş qaydada və məbləğdə ödənişlər yerinə yetirildikdən sonra Cavabdehlərin 23 sentyabr 2014-cü il tarixli BAKU1- 24468-10330 saylı Kredit Müqaviləsi və onun tərkib hissəsi olan 23 sentyabr 2014-cü il tarixli BAKU1-24468-10330 saylı Razılaşma üzrə İddiaçı qarşısında kredit öhdəlikləri tam icra olunmuş hesab olunacaq və həmin öhdəliklərin təminatı olan ipoteka predmeti (ümumi sahəsi 2 208.3 kv.m olan əmlak kompleksi kimi “Xöşbəxtlik” şadlıq evinin) Cavabdeh1 məxsus daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 1437 nömrəli vərəqində qeyd edilən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 2 208,3 kv.m olan Əmlak kompleksi kimi “Xoşbəxtlik” şadlıq evi ipoteka yüklülüyündən (girovdan) azad ediləcək və 31 avqust 2016-cı il tarixli BAKU1-24468-10330+BAKU1-24586 saylı Zaminlik müqaviləsi ləğv ediləcəkdir. 3.1 Cavabdehlər bu Sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə və bu Sazişi təsdiq edən qərardad məcburi icraya yönəldikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 3.1.1Cavabdehlərin ödənişləri nəzərə alınmaqla, borcun tutulma gününə olan qalıq məbləği və 23 136 (iyirmi üç min bir yüz otuz altı) ABŞ dolları iddiaçının xeyrinə tutulur; 3.1.2Tutma Cavabdeh1 məxsus daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 1437 nömrəli vərəqində qeyd edilən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 2 208,3 kv.m olan Əmlak kompleksi kimi “Xoşbəxtlik” şadlıq evinə yönəldilir və tərəflərin razılığına əsasən ipoteka predmetinin ilkin satış qiyməti 700 000 (yeddi yüz min) manat müəyyən edilməklə, açıq hərracdan satılır və məcburi boşaldılır, satışdan əldə olunmuş pul vəsaiti Cavabdehlərin İddiaçıya olan borc qalığının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yaranmış xərclərin və icra ödənişinin ödənilməsinə yönəldilir. 4.1 Cavabdehlər öhdəliklərini bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bu Saziş üzrə “İddiaçı”nın müraciəti əsasında məhkəmə tərəfindən qəbul edilmiş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” AR Qanununa əsasən icra edilir. Barışıq sazişi təsdiq edildiyinə görə iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar