Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2511/2021 05.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Pektaş Tamerə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC və Pektaş Tamerə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Pektaş Tamerdən İddiaçı ASC-nin xeyrinə 21.01.2019-cu il tarixli, 020CRLN19000002-1 nömrəli Kredit müqaviləsi üzrə 48.326,91 manat əsas borc, 8.368,51 manat faiz borcu, 212,29 manat ikiqat faiz borcu, 254,73 manat gecikdirilən əsas məbləğə gündəlik 0,1 % miqdarında cərimə, 31.01.2019-cu il tarixli, 020CRLN19000002-2 nömrəli Kreditmüqaviləsi üzrə 25.064,23 manat əsas borc, 1.091,79 manat faiz borcu, 51.33 manat ikiqat faiz borcu, 63,01 manat gecikdirilən əsas məbləğə gündəlik 0,1 % miqdarında cərimə, 08.02.2019-cu il tarixli, 020CRLN19000002- 3 nömrəli Kredit müqaviləsi üzrə 60.503,00 manat əsas borc, 9 856,99 manat faiz borcu, 346,62 manat ikiqat faiz borcu, 418.97 manat gecikdirilən əsas məbləğə gündəlik 0,1% miqdarında cərimə, 19.02.2019-cu il tarixli, 020CRLN19000002-4 nömrəli Kredit müqaviləsi üzrə 56.052,96 manat əsas borc, 9.713,26 manat faiz borcu, 232,51 manat ikiqat faiz borcu, 279,02 manat gecikdirilən əsas məbləğə gündəlik 0,1% miqdarında cərimə, 30.04.2019-cu il tarixli, 020CRLN19000002-5 nömrəli Kredit müqaviləsi üzrə 70.147,85 manat əsas borc, 10.776,56 manat faiz borcu, 362,15 manat ikiqat faiz borcu, 434,58 manat gecikdirilən əsas məbləğə gündəlik 0,1% miqdarında cərimə olmaqla, cəmi 260.094,95 manat əsas borcun, 39.807,11 faiz borcunun, 1.204,90 manat ikiqat faiz borcunun, 1.450,31 manat gecikdirilən əsas məbləğə gündəlik 0,1 % miqdarında cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun birgə (müştərək) qaydada tutulmasına; tutmanın Cavabdeh1 MMC-yə məxsus olan və 08.10.2019-cu il tarixli 002GOOD19000073 nömrəli girov müqaviləsi üzrə girov predmetlərinə yönəldilməsi, həmin girov predmetlərinin İddiaçı ASC-yə sahibliyinə verilməsi, sahibliyə qəbul edildikdən sonra həmin predmetlərin hərracda (açıq auksionda) və ya istənilən üsulla satılmasına, əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsinə; hərracda (açıq auksionda) və ya istənilən üsulla satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 MMC-dən və Pektaş Tamerdən müştərək (birgə) qaydada tutulmasına; dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “ Cavabdeh1 MMC ilə İddiaçı ASC arasında bağlanmış 21.01.2019-cu il tarixli, 020CRLN19000002 nömrəli baş kredit müqaviləsi üzrə cavabdehə illik faiz dərəcəsi 30%-dən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60%-dən, cərimə faizi gündəlik 1%-dən çox olmamaq şərtilə 21.01.2024-ci il tarixədək 60 ay müddətinə 180.000 ABŞ dolları məbləğində kredit, kredit xətti, akkreditiv və qarantiya limiti ayrılmışdır. Həmin baş kredit müqaviləsi çərçivəsində 21.01.2019-cu il tarixli, 020CRLN19000002-1 nömrəli kredit müqaviləsi üzrə illik 15 % dərəcəsi ilə, 12 ay müddətinə, 63.500 manat məbləğində kredit ayrılmışdır. 21.01.2019-cu il tarixli 020CRLN19000002-1 nömrəli kredit müqaviləsinə 04.04.2019-cu il tarixdə 1 nömrəli əlavə razılaşma bağlanaraq, razılaşma əsasında müqavilənin 2.3-cü bəndi dəyişdirilərək kreditin 36 ay müddətinə verilməsinə, 2.4-cü bəndinin dəyişdirilərək kreditin istifadəsinə görə borc alanın kreditora illik 17,5 faiz ödəməsi razılaşdırılmışdır. 21.01.2019-cu il tarixli 020CRLN19000002-1 nömrəli kredit müqaviləsinə 02.05.2019-cu il tarixdə 2 nömrəli əlavə razılaşma bağlanaraq, razılaşma əsasında müqavilənin 2.4-cü bəndi dəyişdirilərək kreditin istifadəsinə görə borc alanın kreditora illik 21.01.2019-cu il tarixindən 15 faiz, 04.04.2019-cu il tarixindən 17,50 faiz, 30.04.2019-cu il tarixindən 16 faiz ödəməsi razılaşdırılmışdır. 21.01.2019-cu il tarixli 020CRLN19000002-1 nömrəli kredit müqaviləsinə 27.09.2019-cu il tarixdə 4 nömrəli əlavə razılaşma bağlanaraq, razılaşma əsasında müqavilənin 2.4-cü bəndi dəyişdirilərək kreditin istifadəsinə görə borc alanın kreditora illik 21.01.2019- 03.04.2019-cu il tarixinə 15 faiz, 04.04.2019-29.04.2019-cu il tarixinə 17,50 faiz, 30.04.2019-21.01.2022-ci il tarixinə 16 faiz ödəməsi razılaşdırılmışdır. Baş kredit müqaviləsi çərçivəsində 31.01.2019-cu il tarixli, 020CRLN19000002-2 nömrəli kredit müqaviləsi üzrə illik 15 % dərəcəsi ilə, 12 ay müddətinə, 30.800 manat məbləğində kredit ayrılmışdır. 31.01.2019-cu il tarixli 020CRLN19000002-2 nömrəli kredit müqaviləsinə 04.04.2019-cu il tarixdə 1 nömrəli əlavə razılaşma bağlanaraq, razılaşma əsasında müqavilənin 2.3-cü bəndi dəyişdirilərək kreditin 36 ay müddətinə verilməsinə, 2.4-cü bəndinin dəyişdirilərək kreditin istifadəsinə görə borc alanın kreditora illik 17,5 faiz ödəməsi razılaşdırılmışdır. 31.01.2019-cu il tarixli 020CRLN19000002-2 nömrəli Kredit müqaviləsinə 02.05.2019-cu il tarixdə 2 nömrəli əlavə razılaşma bağlanaraq, razılaşma əsasında müqavilənin 2.4-cü bəndi dəyişdirilərək kreditin istifadəsinə görə borc alanın kreditora illik 31.01.2019-cu il tarixindən 15 faiz, 04.04.2019-cu il tarixindən 17,50 faiz, 30.04.2019-cu il tarixindən 16 faiz ödəməsi razılaşdırılmışdır. 31.01.2019-cu il tarixli 020CRLN19000002-2 nömrəli kredit müqaviləsinə 27.09.2019-cu il tarixdə 4 nömrəli əlavə razılaşma bağlanaraq, razılaşma əsasında müqavilənin 2.4-cü bəndi dəyişdirilərək kreditin istifadəsinə görə borc alanın kreditora illik 31.01.2019- 03.04.2019-cu il tarixinə 15 faiz, 04.04.2019-29.04.2019-cu il tarixinə 17,50 faiz, 30.04.2019-31.01.2022-ci il tarixinə 16 faiz ödəməsi razılaşdırılmışdır. Baş kredit müqaviləsi çərçivəsində 08.02.2019-cu il tarixli, 020CRLN19000002-3 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-yə illik 15 % dərəcəsi ilə, 12 ay müddətinə, 67.230 manat məbləğində kredit ayrılmışdır. 08.02.2019-cu il tarixli 020CRLN19000002-3 nömrəli kredit müqaviləsinə 04.04.2019-cu il tarixdə 1 nömrəli əlavə razılaşma bağlanaraq, razılaşma əsasında müqavilənin 2.3-cü bəndi dəyişdirilərək kreditin 36 ay müddətinə verilməsinə, 2.4-cü bəndinin dəyişdirilərək kreditin istifadəsinə görə borc alanın kreditora illik 17,5 faiz ödəməsi razılaşdırılmışdır. 08.02.2019cu il tarixli 020CRLN19000002-3 nömrəli kredit müqaviləsinə 02.05.2019-cu il tarixdə 2 nömrəli əlavə razılaşma bağlanaraq, razılaşma əsasında müqavilənin 2.4-cü bəndi dəyişdirilərək kreditin istifadəsinə görə borc alanın kreditora illik 08.02.2019-cu il tarixindən 15 faiz, 04.04.2019-cu il tarixindən 17,50 faiz, 30.04.2019-cu il tarixindən 16. faiz ödəməsi razılaşdırılmışdır. 08.02.2019-cu il tarixli 020CRLN19000002-3 nömrəli kredit müqaviləsinə 27.09.2019-cu il tarixdə 4 nömrəli əlavə razılaşma bağlanaraq, razılaşma əsasında müqavilənin 2.4-cü bəndi dəyişdirilərək kreditin istifadəsinə görə borc alanın kreditora illik 08.02.2019- 03.04.2019-cu il tarixinə 15 faiz, 04.04.2019-29.04.2019-cu il tarixinə 17,50 faiz, 30.04.2019-08.02.2022-ci il tarixinə 16 faiz ödəməsi razılaşdırılmışdır. Baş kredit müqaviləsi çərçivəsində 19.02.2019-cu il tarixli, 020CRLN19000002-4 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-yə illik 15 % dərəcəsi ilə, 12 ay müddətinə, 63.760 manat məbləğində kredit ayrılmışdır. 19.02.2019-cu il tarixli 020CRLN19000002-4 nömrəli kredit müqaviləsinə 04.04.2019-cu il tarixdə 1 nömrəli əlavə razılaşma bağlanaraq, razılaşma əsasında müqavilənin 2.3-cü bəndi dəyişdirilərək kreditin 36 ay müddətinə verilməsinə, 2.4-cü bəndinin dəyişdirilərək kreditin istifadəsinə görə borc alanın kreditora illik 17,5 faiz ödəməsi razılaşdırılmışdır. 19.02.2019-cu il tarixli 020CRLN19000002-4 nömrəli kredit müqaviləsinə 02.05.2019-cu il tarixdə 2 nömrəli əlavə razılaşma bağlanaraq, razılaşma əsasında müqavilənin 2.4-cü bəndi dəyişdirilərək kreditin istifadəsinə görə borc alanın kreditora illik 19.02.2019-cu il tarixindən 15 faiz, 04.04.2019-cu il tarixindən 17,50 faiz, 30.04.2019-cu il tarixindən 16 faiz ödəməsi razılaşdırılmışdır. 19.02.2019-cu il tarixli 020CRLN19000002-4 nömrəli kredit müqaviləsinə 27.09.2019-cu il tarixdə 4 nömrəli əlavə razılaşma bağlanaraq, razılaşma əsasında müqavilənin 2.4-cü bəndi dəyişdirilərək kreditin istifadəsinə görə borc alanın kreditora illik 19.02.2019- 03.04.2019-cu il tarixinə 15 faiz, 04.04.2019-29.04.2019-cu il tarixinə 17,50 faiz, 30.04.2019-19.02.2022-ci il tarixinə 16 faiz ödəməsi razılaşdırılmışdır. Baş kredit müqaviləsi çərçivəsində 30.04.2019-cu il tarixli, 020CRLN19000002-5 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-yə illik 15 % dərəcəsi ilə, 36 ay müddətinə, 77.800 manat məbləğində kredit ayrılmışdır. Borcun təminatı olaraq, Cavabdeh1 MMC ilə 08.10.2019-cu il tarixli 002GOOD19000073 nömrəli girov müqaviləsi bağlanmış və həmin müqavilədə göstərilən əmlaklar bankın xeyrinə girovla yüklü edilmişdir. Bundan əlavə, borcun təminatı olaraq, Pektaş Tamer ilə 21.01.2019-cu il tarixli, 001GRNT19000001 nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdehlər müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəlikləri icra etməmiş və bununla da müqavilə şərtlərini pozmuşlar. Rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Tərəflər arasında bağlanılmış kredit müqavilələrinin 5.4.3-cü bəndlərinə görə borc alan ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri, hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqqlarını, çıxarış və arayışların borc alana verilməsi və ya borc alanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməlidir. Həmin müqavilələrin 2.5-ci bəndinə görə gecikdirilən əsas məbləğə kreditin istifadəsinə görə ödənilən illik faizin ikiqatı qədər faiz, həmçinin gecikmənin birinci günündən başlayaraq gecikdirilən əsas məbləğə gündəlik 1 (bir)% məbləğində cərimə hesablanır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin kreditordan kredit götürmüş borc alan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Bundan əlavə, zaminlik müqaviləsinin 4.2- ci bəndinə görə faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. 28.04.2021-ci il tarixinə cavabdehlərin 21.01.2019-cu il tarixli, 020CRLN19000002-1 nömrəli kredit müqaviləsi üzrə banka 48.326,91 manat əsas borc, 8 368,51 manat faiz borcu, 212,29 manat ikiqat faiz borcu, 254,73 manat gecikdirilən əsas məbləğə gündəlik 0,1 % miqdarında cərimə olmaqla, 31.01.2019-cu il tarixli, 020CRLN19000002-2 nömrəli kredit müqaviləsi üzrə banka 25.064,23 manat əsas borc, 1 091,79 manat faiz borcu, 51,33 manat ikiqat faiz borcu, 63,01 manat gecikdirilən əsas məbləğə gündəlik 0,1 % miqdarında cərimə olmaqla, 08.02.2019-cu il tarixli, 020CRLN19000002-3 nömrəli kredit müqaviləsi üzrə banka 60.503,00 manat əsas borc, 9 856,99 manat faiz borcu, 346,62 manat ikiqat faiz borcu, 418.97 manat gecikdirilən əsas məbləğə gündəlik 0,1 % miqdarında cərimə olmaqla, 19.02.2019-cu il tarixli, 020CRLN19000002-4 nömrəli kredit müqaviləsi üzrə banka 56.052,96 manat əsas borc, 9.713,26 manat faiz borcu, 232,51 manat ikiqat faiz borcu, 279,02 manat gecikdirilən əsas məbləğə gündəlik 0,1% miqdarında cərimə olmaqla, 30.04.2019-cu il tarixli, 020CRLN19000002-5 nömrəli kredit müqaviləsi üzrə banka 70.147,85 manat əsas borc, 10.776,56 manat faiz borcu, 362,15 manat ikiqat faiz borcu, 434,58 manat gecikdirilən əsas məbləğə gündəlik 0,1% miqdarında cərimə olmaqla, cəmi 260.094,95 manat əsas borc, 39.807,11 faiz borcu, 1.204,90 manat ikiqat faiz borcu, 1.450,31 manat gecikdirilən əsas məbləğə gündəlik 0,1 % miqdarında cərimə olmaqla borcu vardır. 10.06.2021-ci il tarixdə İddiaçı ASC “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-yə məxsus olan və 08.10.2019-cu il tarixli 002GOOD19000073 nömrəli girov müqaviləsi ilə İddiaçı ASC-nin xeyrinə yüklü edilən əmlakların üzərinə həbs qoyularaq, həmin əmlakların mülkiyyətçi və başqa şəxslər tərəfindən istifadəsinin qadağan edilməsi və saxlandıqları yer üzrə siyahıya alınması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh1 MMC-yə və Pektaş Tamerə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə rədd edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -“Ziraat Bank Azərbaycan ASC (kreditor) ilə Cavabdeh1 MMC (borc alan) arasında 21 yanvar 2019-cu il tarixli, 020CRLN19000002 saylı baş kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə bu müqavilənin predmeti kreditorun borc alana 180.000 ABŞ dolları məbləğində, illik faiz dərəcəsi 30%-dən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 %-dən, cərimə faizi gündəlik 1%-dən çox olmamaq şərti ilə, 21.01.24-ci il tarixədək müddətə kredit, kredit xətti, akkreditiv və qarantiya limitinin ayrılması, borc alanın isə bu müqavilədə və bu müqaviləyə əsasən bağlanacaq müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə kreditin və kreditə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir. 1.2-ci bəndinə əsasən borc alan ayrılmış kreditdən 18.01.2020-ci il müddətində istifadə edə bilər. Müqavilə hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. -“Ziraat Bank Azərbaycan ASC (kreditor) ilə Cavabdeh1 MMC (borc alan) arasında 21 yanvar 2019-cu il tarixli, 020CRLN19000002-1 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti kreditorun borc alana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətdə faizlər ödənilmək və təminatlılıq əsasında kreditin verilməsi, borc alanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. 2.1-ci bəndinə görəmüqaviləyə əssən kreditor borc alana 63.500 manat məbləğində kredit verir. 2.3-cü bəndinə əsasən kredit 12 ay müddətinə verilir. 2.4-cü bəndinə görə kreditin istifadəsinə görə borc alan kreditora illik 15 faiz ödəyir. kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 16,6 faiz təşkil edir. 2.5-ci bəndinə əsasən gecikdirilən əsas məbləğə kreditin istifadəsinə görə ödənilən illik faiz ikiqatı qədər faiz, həmçinin gecikmənin birinci günündən başlayaraq gecikdirilən əsas məbləğə gündəlik 1% məbləğində cərimə hesablanır. 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının əsas təminatı tərəflər arasında bağlanmış 21.01.2019-cu il tarixli 020CRLN19000002 nömrəli baş kredit müqaviləsinin təminatıdır. 7.3-cü bəndinə əsasən borc alan tələıb olunan məbləği ödəmədikdə, kreditor qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmədənkənar və ya məhkəmə qaydasında borcun ödənilməsini borc alandan tələb edir və bu istiqamətdə müvafiq tədbirlər görür. Müqavilə hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. -21 yanvar 2019-cu il tarixli, 020CRLN19000002-1 saylı kredit müqaviləsinə əlavəyə əsasən ödəmə cədvəlində cəmi ödənişin məbləği 86.946,95 manat, o cümlədən əsas borc üzrə 63.500 manat, faiz borcu üzrə 22.811,95 manat, kredit verilməsinə görə komissiya üzrə 635 manat müəyyən edilmişdir. -“İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış 21 yanvar 2019-cu il tarixli, 020CRLN19000002-1 saylı kredit müqaviləsinə 04 aprel 2019-cu il tarixdə 1№-li əlavə razılaşma imzalanmışdır. Həmin əlavə razılaşmanın: 1-ci bəndinə əsasən kredit 36 ay müddətinə verilir. 2-ci bəndinə əsasən kreditin istifadəsinə görə borclana kreditora illik 17,5 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 18,22 faiz təşkil edir. Əlavə razılaşma hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. -“İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış 21 yanvar 2019-cu il tarixli, 020CRLN19000002-1 saylı kredit müqaviləsinə 02 may 2019-cu il tarixdə 2№-li əlavə razılaşma imzalanmışdır. Həmin əlavə razılaşmanın: 1-ci bəndinə əsasən kreditin istifadəsinə görə borclana kreditora illik 21.01.19-cu il tarixdən 15 faiz, 04.04.19-cu il tarixdən 17,50 faiz, 30.04.2019-cu il tarixdən 16 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 16,64 faiz təşkil edir. Əlavə razılaşma hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. -İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış 21 yanvar 2019-cu il tarixli, 020CRLN19000002-1 saylı kredit müqaviləsinə 27 sentyabr 2019-cu il tarixdə 4№-li əlavə razılaşma imzalanmışdır. Həmin əlavə razılaşmanın: 1-ci bəndinə əsasən kreditin istifadəsinə görə borc alana kreditora illik 21.01.2019- 03.04.2019 tarixinə 15 faiz, 04.04.2019-29.04.2019-cu il tarixinə kimi 17,5 faiz, 30.04.2019-21.01.2022-ci il tarixinə 16 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 16,6 faiz təşkil edir. Əlavə razılaşma hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. -İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 MMC (borc alan) arasında 31 yanvar 2019-cu il tarixli, 020CRLN19000002-2 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti kreditorun borc alana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətdə faizlər ödənilmək və təminatlılıq əsasında kreditin verilməsi, borc alanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. 2.1-ci bəndinə görə kreditor borc alana 30.800 manat məbləğində kredit verir. 2.3-cü bəndinə əsasən kredit 12 ay müddətinə verilir. 2.4-cü bəndinə görə kreditin istifadəsinə görə borc alan kreditora illik 15 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 16,6 faiz təşkil edir. 2.5-ci bəndinə əsasən gecikdirilən əsas məbləğə kreditin istifadəsinə görə ödənilən illik faiz ikiqatı qədər faiz, həmçinin gecikmənin birinci günündən başlayaraq gecikdirilən əsas məbləğə gündəlik 1% məbləğində cərimə hesablanır. 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının əsas təminatı tərəflər arasında bağlanmış 21.01.2019-cu il tarixli 020CRLN19000002 nömrəli baş kredit müqaviləsinin təminatıdır. 7.3-cü bəndinə əsasən borc alan tələb olunan məbləği ödəmədikdə, kreditor qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmədənkənar və ya məhkəmə qaydasında borcun ödənilməsini borc alandan tələb edir və bu istiqamətdə müvafiq tədbirlər görür. Müqavilə hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. -31 yanvar 2019-cu il tarixli, 020CRLN19000002-2 saylı kredit müqaviləsinə əlavəyə əsasən cəmi ödənişin məbləği ödəmə cədvəlində 93.360,04 manat, o cümlədən əsas borc üzrə 30.800 manat, faiz borcu üzrə 11.778,83 manat, kredit verilməsinə görə komissiya 308 manat müəyyən edilmişdir. -İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış 31 yanvar 2019-cu il tarixli, 020CRLN19000002-2 saylı kredit müqaviləsinə 04 aprel 2019-cu il tarixdə 1№-li əlavə razılaşma imzalanmışdır. Həmin əlavə razılaşmanın: 1-ci bəndinə əsasən kredit 36 ay müddətinə verilir. 2-ci bəndinə əsasən kreditin istifadəsinə görə borclana kreditora illik 17,5 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 18.2 faiz təşkil edir. Əlavə razılaşma hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. -“İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış 31 yanvar 2019-cu il tarixli, 020CRLN19000002-2 saylı kredit müqaviləsinə 02 may 2019-cu il tarixdə 2№-li əlavə razılaşma imzalanmışdır. Həmin əlavə razılaşmanın: 1-ci bəndinə əsasən kreditin istifadəsinə görə borclana kreditora illik 31.01.19-cu il tarixdən 15 faiz, 04.04.19-cu il tarixdən 17,50 faiz, 30.04.2019-cu il tarixdən 16 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 16,65 faiz təşkil edir. Əlavə razılaşma hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. -İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış 31 yanvar 2019-cu il tarixli, 020CRLN19000002-2 saylı kredit müqaviləsinə 27 sentyabr 2019-cu il tarixdə 4№-li əlavə razılaşma imzalanmışdır. Həmin əlavə razılaşmanın: 1-ci bəndinə əsasən kreditin istifadəsinə görə borclana kreditora illik 31.01.2019- 03.04.2019 tarixinə 15 faiz, 04.04.2019-29.04.2019-cu il tarixinə kimi 17,5 faiz, 30.04.2019-31.01.2022-ci il tarixinə 16 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 16,01 faiz təşkil edir. Əlavə razılaşma hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. -İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 MMC (borc alan) arasında 08 fevral 2019-cu il tarixli, 020CRLN19000002-3 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti kreditorun borc alana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətdə faizlər ödənilmək və təminatlılıq əsasında kreditin verilməsi, borc alanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. 2.1-ci bəndinə görə kreditor borc alana 67.230 manat məbləğində kredit verir. 2.3-cü bəndinə əsasən kredit 12 ay müddətinə verilir. 2.4-cü bəndinə görə kreditin istifadəsinə görə borc alan kreditora illik 15 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 16,64 faiz təşkil edir. 2.5-ci bəndinə əsasən gecikdirilən əsas məbləğə kreditin istifadəsinə görə ödənilən illik faiz ikiqatı qədər faiz, həmçinin gecikmənin birinci günündən başlayaraq gecikdirilən əsas məbləğə gündəlik 1% məbləğində cərimə hesablanır. 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının əsas təminatı tərəflər arasında bağlanmış 21.01.2019-cu il tarixli 020CRLN19000002 nömrəli baş kredit müqaviləsinin təminatıdır. 7.3-cü bəndinə əsasən borc alan tələıb olunan məbləği ödəmədikdə, kreditor qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmədənkənar və ya məhkəmə qaydasında borcun ödənilməsini borc alandan tələb edir və bu istiqamətdə müvafiq tədbirlər görür. Müqavilə hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. -08 fevral 2019-cu il tarixli, 020CRLN19000002-3 saylı kredit müqaviləsinə əlavəyə əsasən ödəmə cədvəlində cəmi ödənişin məbləği 42.886,83 manat, o cümlədən əsas borc üzrə 67.230 manat, faiz borcu üzrə 26.457,74 manat, kredit verilməsinə görə komissiya 672,30 manat müəyyən edilmişdir. -İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış 08 fevral 2019-cu il tarixli, 020CRLN19000002-3 saylı kredit müqaviləsinə 04 aprel 2019-cu il tarixdə 1№-li əlavə razılaşma imzalanmışdır. Həmin əlavə razılaşmanın: 1-ci bəndinə əsasən kredit 36 ay müddətinə verilir. 2-ci bəndinə əsasən kreditin istifadəsinə görə borclana kreditora illik 17,5 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 18 faiz təşkil edir. Əlavə razılaşma hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. -İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış 08 fevral 2019-cu il tarixli, 020CRLN19000002-3 saylı kredit müqaviləsinə 02 may 2019-cu il tarixdə 2№-li əlavə razılaşma imzalanmışdır. Həmin əlavə razılaşmanın: 1-ci bəndinə əsasən kreditin istifadəsinə görə borclana kreditora illik 08.02.19-cu il tarixdən 15 faiz, 04.04.19-cu il tarixdən 17,50 faiz, 30.04.2019-cu il tarixdən 16 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 16,67 faiz təşkil edir. Əlavə razılaşma hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. -İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış 08 fevral 2019-cu il tarixli, 020CRLN19000002-3 saylı kredit müqaviləsinə 27 sentyabr 2019-cu il tarixdə 4№-li əlavə razılaşma imzalanmışdır. Həmin əlavə razılaşmanın: 1-ci bəndinə əsasən kreditin istifadəsinə görə borclana kreditora illik 08.02.2019- 03.04.2019 tarixinə 15 faiz, 04.04.2019-29.04.2019-cu il tarixinə kimi 17,5 faiz, 30.04.2019-08.02.2022-ci il tarixinə 16 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 16,01 faiz təşkil edir. Əlavə razılaşma hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. -İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 MMC (borc alan) arasında 19 fevral 2019-cu il tarixli, 020CRLN19000002-4 saylı kredit müqaviləsi bağlanmışdır Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti kreditorun borc alana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətdə faizlər ödənilmək və təminatlılıq əsasında kreditin verilməsi, borc alanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. 2.1-ci bəndinə görə əssən kreditor borc alana 63.760 manat məbləğində kredit verir. 2.3-cü bəndinə əsasən kredit 12 ay müddətinə verilir. 2.4-cü bəndinə görə kreditin istifadəsinə görə borc alan kreditora illik 15 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 16,63 faiz təşkil edir. 2.5-ci bəndinə əsasən gecikdirilən əsas məbləğə kreditin istifadəsinə görə ödənilən illik faiz ikiqatı qədər faiz, həmçinin gecikmənin birinci günündən başlayaraq gecikdirilən əsas məbləğə gündəlik 1% məbləğində cərimə hesablanır. 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının əsas təminatı tərəflər arasında bağlanmış 21.01.2019-cu il tarixli 020CRLN19000002 nömrəli baş kredit müqaviləsinin təminatıdır. 7.3-cü bəndinə əsasən borc alan tələıb olunan məbləği ödəmədikdə, kreditor qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmədənkənar və ya məhkəmə qaydasında borcun ödənilməsini borc alandan tələb edir və bu istiqamətdə müvafiq tədbirlər görür. Müqavilə hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. -İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış 19 fevral 2019-cu il tarixli, 020CRLN19000002-4 saylı kredit müqaviləsinə 04 aprel 2019-cu il tarixdə 1№-li əlavə razılaşma imzalanmışdır. Həmin əlavə razılaşmanın: 1-ci bəndinə əsasən kredit 36 ay müddətinə verilir. 2-ci bəndinə əsasən kreditin istifadəsinə görə borclana kreditora illik 17,5 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 18 faiz təşkil edir. Əlavə razılaşma hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. -“İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış 19 fevral 2019-cu il tarixli, 020CRLN19000002-4 saylı kredit müqaviləsinə 02 may 2019-cu il tarixdə 2№-li əlavə razılaşma imzalanmışdır. Həmin əlavə razılaşmanın: 1-ci bəndinə əsasən kreditin istifadəsinə görə borclana kreditora illik 19.02.19-cu il tarixdən 15 faiz, 04.04.19-cu il tarixdən 17,50 faiz, 30.04.2019-cu il tarixdən 16 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 16,67 faiz təşkil edir. Əlavə razılaşma hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. -İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış 19 fevral 2019-cu il tarixli, 020CRLN19000002-4 saylı kredit müqaviləsinə 27 sentyabr 2019-cu il tarixdə 4№-li əlavə razılaşma imzalanmışdır. Həmin əlavə razılaşmanın: 1-ci bəndinə əsasən kreditin istifadəsinə görə borclana kreditora illik 19.02.2019- 03.04.2019 tarixinə 15 faiz, 04.04.2019-29.04.2019-cu il tarixinə kimi 17,5 faiz, 30.04.2019-19.02.2022-ci il tarixinə 16 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 16,03 faiz təşkil edir. Əlavə razılaşma hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. -19 fevral 2019-cu il tarixli, 020CRLN19000002-4 saylı kredit müqaviləsinə əlavəyə əsasən ödəmə cədvəlində cəmi ödənişin məbləği 88.902,64 manat, o cümlədən əsas borc üzrə 63.760,00 manat, faiz borcu üzrə 24.505,04 manat, kredit verilməsinə görə komissiya 637,60 manat müəyyən edilmişdir. -İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 MMC (borc alan) arasında 30 aprel 2019-cu il tarixli, 020CRLN19000002-5 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti kreditorun borc alana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətdə faizlər ödənilmək və təminatlılıq əsasında kreditin verilməsi, borc alanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. 2.1-ci bəndinə görə kreditor borc alana 77.800 manat məbləğində kredit verir. 2.3-cü bəndinə əsasən kredit 36 ay müddətinə verilir. 2.4-cü bəndinə görə kreditin istifadəsinə görə borc alan kreditora illik 15 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 15,68 faiz təşkil edir. 2.5-ci bəndinə əsasən gecikdirilən əsas məbləğə kreditin istifadəsinə görə ödənilən illik faiz ikiqatı qədər faiz, həmçinin gecikmənin birinci günündən başlayaraq gecikdirilən əsas məbləğə gündəlik 1% məbləğində cərimə hesablanır. 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının əsas təminatı tərəflər arasında bağlanmış 21.01.2019-cu il tarixli 020CRLN19000002 nömrəli baş kredit müqaviləsinin təminatıdır. 7.3-cü bəndinə əsasən borc alan tələıb olunan məbləği ödəmədikdə, kreditor qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmədənkənar və ya məhkəmə qaydasında borcun ödənilməsini borc alandan tələb edir və bu istiqamətdə müvafiq tədbirlər görür. Müqavilə hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. -30 aprel 2019-cu il tarixli, 020CRLN19000002-5 saylı kredit müqaviləsinə əlavəyə əsasən cəmi ödənişin məbləği 107.049,21 manat, o cümlədən əsas borc üzrə 77.800 manat, faiz borcu üzrə 28.471,21 manat, kredit verilməsinə görə komissiya 778 manat müəyyən edilmişdir. -İddiaçı ASC (kreditor), Pektaş Tamer (zamin) və Cavabdeh1 MMC (borc alan) arasında 21 yanvar 2019-cu il tarixli 001GRNT1900001 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti 21 yanvar 2019-cu il tarixli, 020CRLN19000002 saylı baş kredit müqaviləsinə əsasən kreditordan kredit götürmüş borc alan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin və zaminlərin öz üzərinə götürməsidir. 2.1-ci bəndinə əsasən kredit məbləği 180.000 ABŞ dolları təşkil edir. 2.2-ci bəndinə əsasən kreditin qaytarılma müddəti 60 ay təşkil edir. 2.3-cü bəndinə əsasən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi 30% təşkil edir. 2.4-cü bəndinə əsasən kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 %, cərimə faizi gündəlik 1% təşkil edir. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə zamin və zaminlər və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə zamin və ya zaminlər yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verirlər. Müqavilə kreditor və borc alanın imzası və möhürü, zaminin imzası ilə təsdiq edilmişdir. -İddiaçı ASC (kreditor/girov saxlayan) ilə Cavabdeh1 MMC (borc alan/girov qoyan) arasında bağlanmış 08 oktyabr 2019-cu il tarixli 002GOOD19000073 saylı girov müqaviləsinə əsasən borc alan /girov qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.2-ci bəndində göstərilən əmlak 020CRLN19000002 saylı 21 yanvar 2019-cu il tarixli Baş kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi kreditor/girov saxlayana girova verir. Girovla təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, borc alan/girov qoyan yeni borclunun əvəzinə də cavabdeh olacağı barədə kreditor/girov saxlayana razılıq verir. Müqavilənin: 2.1-ci bəndinə əsasən kredit müqaviləsi üzrə kreditor/girov saxlayan borc alana/girov qoyana 180.000 ABŞ dolları məbləğində 21.01.2024-cü il müddətinə , illik 30% dərəcəsi ilə kredit verir. Kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60% cərimə faizi gündəlik 1% təşkil edir. 2.2-ci bəndinə əsasən Cavabdeh1 MMC-yə məxsus olan girov predmetləri aşağıdakılardan ibarətdir: Cəmi qiyməti 116,00 manat təşkil edən 2 ədəd HR Oil Antifreeze 20 LT, cəmi qiyməti 320,92 manat təşkil edən 71 ədəd HR Oil 5W-30 Ultra Eko 1 LT, cəmi qiyməti 5.237,95 manat təşkil edən 303 ədəd HR Oil 5W-30 Ultra Eko 4 LT, cəmi qiyməti 14.454,30 manat təşkil edən 683 ədəd HR Oil 5W-30 Ultra Eko 5 LT, cəmi qiyməti 8.036,24 manat təşkil edən 10 ədəd HR Oil 5W-30 X4, cəmi qiyməti 39,54 manat təşkil edən 9 ədəd HR Oil 5W- 40 Ultra Eko 1 LT, cəmi qiyməti 2.983,36 manat təşkil edən 179 ədəd HR Oil 5W-40 Ultra Eko 4 LT, cəmi qiyməti 3.490,73 manat təşkil edən 171 ədəd HR Oil 5W-40 Ultra Eko 5 LT, cəmi qiyməti 26,05 manat təşkil edən 7 ədəd HR Oil 10W-40 Deluxe 1 LT, cəmi qiyməti 2.835,68 manat təşkil edən 186 ədəd HR Oil 10W-40 Deluxe 4 LT, cəmi qiyməti 4.463,83 manat təşkil edən 267 ədəd HR Oil 10W-40 Deluxe 5 LT, cəmi qiyməti 19.380,00 manat təşkil edən 30 ədəd HR Oil 10W-40 Deluxe Bocka, cəmi qiyməti 1090,24 maant təşkil edən 293 ədəd HR Oil 15W-40 Expert 1 LT, cəmi qiyməti 6.580,41 manat təşkil edən 476 ədəd HR Oil 15W-40 Expert 4 LT, cəmi qiyməti 11.790,79 manat təşkil edən 702 ədəd HR Oil 10W-40 Expert 5 LT, cəmi qiyməti 444,81 manat təşkil edən 19 ədəd HR Oil 10W-40 Expert 7 LT, cəmi qiyməti 21.581,70 manat təşkil edən 34 ədəd HR Oil 10W-40 Bocka, cəmi qiyməti 177 manat təşkil edən 3 ədəd HR Oil 15W40 Expert 20LTSL/CF, cəmi qiyməti 180 manat təşkil edən 2 ədəd HR X5 20 LT 85W140 GL5, cəmi qiyməti 90 manat təşkil edən 2 ədəd HR Oil Hidrolik 68 20LT, cəmi qiyməti 360 manat təşkil edən 1 ədəd HR Oil Hidrolik 68 208LT Cəllək, cəmi qiyməti 52,80 manat təşkil edən 12 ədəd HR Oil ATF İİ 1L, cəmi qiyməti 68 manat təşkil edən 1 ədəd HR Oil 15W Advanced CH -4/SJ 20LT, cəmi qiyməti 312 manat təşkil edən 6 ədəd XTEER Gasoline ULTRA 5W30 6L, cəmi qiyməti 307,20 manat təşkil edən 6 ədəd XTEER Gasoline ULTRA 5W40 6L, cəmi qiyməti 132 manat təşkil edən 3 ədəd XTEER Gasoline G700 10W40 6L, cəmi qiyməti 147,20 manat təşkil edən 4 ədəd XTEER ATF3 4L, cəmi qiyməti 220 manat təşkil edən 5 ədəd XTEER CVT 4L, cəmi qiyməti 260 manat təşkil edən 5 ədəd XTEER ATF SP4 4L, cəmi qiyməti 144 manat təşkil edən 4 ədəd X3 Antifreeze 3 L, cəmi qiyməti 156 manat təşkil edən 13 ədəd XTEER PSF İSO VG32 1L. 2.3-cü bəndinə əsasən FM Cosulting MMC tərəfindən 08 oktyabr 2019-cu il tarixində tərtib edilmiş əmlakın qiymətləndirmə aktına əsasən girov predmeti 105.500 manat bazar dəyərində qiymətləndirilir. Müqavilə hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. İddiaçı ASC tərəfindən “xxxx” MMC-yə və Pektaş Tamerə 29.04.2021-ci il tarixli pretenziya məktubları ünvanlanaraq kredit müqavilələri üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi təklif edilmiş, borcun ödənilməsi təmin edilməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi bildirilımişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı “Ziraat Bank Azərbaycan” ASC ilə Cavabdeh1 MMC arasında 21 yanvar 2019-cu il tarixli, 020CRLN19000002 saylı baş kredit müqaviləsi bağlanaraq həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 180.000 ABŞ dolları məbləğində, illik faiz dərəcəsi 30%-dən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 %-dən, cərimə faizi gündəlik 1%-dən çox olmamaq şərti ilə, 21.01.24-ci il tarixədək müddətə kredit, kredit xətti, akkreditiv və qarantiya limiti ayrılmışdır. Həmin baş kredit müqaviləsi çərçivəsində bağlanmış 21.01.2019-cu il tarixli, 020CRLN19000002-1 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 63.500 manat, 21.01.2019-cu il tarixli, 020CRLN19000002-1 nömrəli kredit müqaviləsinə əsasən 30.800 manat, 08 fevral 2019-cu il tarixli, 020CRLN19000002-3 saylı kredit müqaviləsinə əsasən 67.230 manat, 19 fevral 2019-cu il tarixli, 020CRLN19000002-4 saylı kredit müqaviləsinə 63.760,00 manat və 30 aprel 2019cu il tarixli, 020CRLN19000002-5 saylı kredit müqaviləsinə əsasən 77.800 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin kredit müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə həmin müqavilələr üzrə əsas və faiz borcu yaranmışdır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə Cavabdeh1 MMC-nin mübahisəli kredit müqavilələri üzrə iddiaçı “Ziraat Bank Azərbaycan” ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı “Ziraat Bank Azərbaycan” ASC 21.01.2019cu il tarixli, 020CRLN19000002-1 nömrəli kredit müqaviləsi üzrə 48.326,91 manat məbləğində əsas borc, 8.368,51 manat faiz borcunun, 31.01.2019-cu il tarixli, 020CRLN19000002-2 nömrəli kredit müqaviləsi üzrə 25.064,23 manat məbləğində əsas borc, 1.091,79 manat məbləğində faiz borcunun, 08.02.2019-cu il tarixli, 020CRLN19000002- 3 nömrəli kredit müqaviləsi üzrə 60.503,00 manat məbləğində əsas borc, 9.856,99 manat məbləğində faiz borcunun, 19.02.2019-cu il tarixli, 020CRLN19000002-4 nömrəli kredit müqaviləsi üzrə 56.052,96 manat məbləğində əsas borc, 9.713,26 manat məbləğində faiz borcunun, 30.04.2019-cu il tarixli, 020CRLN19000002-5 nömrəli kredit müqaviləsi üzrə 70.147,85 manat məbləğində əsas borc, 10.776,56 manat məbləğində faiz borcunun, cəmi 260.094,95 manat (iki yüz altmış min doxsan dörd manat 95 qəpik) əsas borc, 39.807,11 manat (otuz doqquz min səkkiz yüz yeddi manat 11 qəpik) faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. İddianın cavabdehdən kredit müqavilələri üzrə borcun gecikdirilməsinə görə ikiqat faizlərin və gecikdirilən əsas məbləğə hesablanmış gündəlik 0,1 % miqdarında cərimənin tutulması hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, kredit müqavilələrinin 2.5-ci bəndinin məzmunundan da göründüyü kimi həmin bənddə borc alan tərəfindən borcun ödənilməsinin gecikdirilməsinə görə iki növdə dəbbə pulu - gecikdirilən əsas məbləğə kreditin istifadəsinə görə ödənilən illik faizin ikiqatı məbləğində cərimə və gecikdirilən əsas məbləğin gündəlik 1 % məbləğində penyanın hesablanması nəzərdə tutulmuşdur. Mülki Məcəllənin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bununla bağlı məhkəmə qeyd edir ki, eyni pozuntuya (kredit müqaviləsi üzrə ödənişlərin ödəniş qrafikinə uyğun icra edilməməsinə) görə şəxsə iki fərqli cərimə sanksiyasının tətbiqi şəxsin ikiqat məsuliyyətə cəlb edilməsi deməkdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsi bir pozuntuya görə iki məsuliyyət tədbirinin tətbiq edilməsini nəzərdə tutmur, bundan əlavə şəxsə bir pozuntuya görə iki məsuliyyət tədbirinin tətbiq edilməsi mülki hüququn təməl prinsiplərinə ziddir. Mülki Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Belə olan halda məhkəmə iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə ödənişləri vaxtında həyata keçirməməsinə görə həm cərimə, həm də penya formasında dəbbə pulunun hesablanaraq tələb edilməsini hüquqdan sui-istifadə kimi qiymətləndirir və hesab edir ki, cavabdeh Cavabdeh1 MMC-dən kredit müqavilələri üzrə borcun ödənilməsinə görə yalnız gecikdirilmiş məbləğin gündəlik 1 % məbləğində penya formasında dəbbə pulu tutulmalı, gecikdirilmiş məbləğin illik faizin ikiqatı məbləğində cərimənin tutulması hissəsində isə iddia rədd edilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı “Ziraat Bank Azərbaycan” ASC ilə Cavabdeh1 MMC arasında 21 yanvar 2019-cu il tarixli, 020CRLN19000002 saylı baş kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin təminatı olaraq bağlanmış:
1. İddiaçı ASC ilə Pektaş Tamer və Cavabdeh1 MMC arasında 21 yanvar 2019-cu il tarixli 001GRNT1900001 saylı zaminlik müqaviləsinə əsasən Pektaş Tamer baş kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinə zamin durmuşdur.
2. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 08 oktyabr 2019-cu il tarixli 002GOOD19000073 saylı girov müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə məxsus 105.500 manat bazar dəyərində daşınar əmlakı girovla yüklü edilmişdir. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 269-cu maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 276.1-ci maddəsinə görə ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. 297-ci maddəsinə görə girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. 298.1-ci maddəsinə görə girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: 298.1.1. girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 298.1.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə; 298.1.4. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. 298.2-ci maddəsinə görə bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. 298.3-cü maddəsinə görə əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəskinə görə yüklülük sahibi yüklülük predmetinə aşağıdakı qaydada tutma yönəldə bilər: 13.1.2-ci maddəsinə gör yüklülük predmeti borclunun və ya yüklülük verənin sahibliyindədirsə, yüklülük verənlə yazılı razılaşma əsasında yüklülük predmetini öz sahibliyə götürmək və ya yüklülük predmetinin məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət etmək. 16.1-ci maddəsinə görə yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər. Beləliklə, məhkəmə Cavabdeh1 MMC-nin baş kredit müqaviləsi və onun çərçivəsində bağlanmış kredit müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməməsinin iş materialları ilə öz təsdiqini tapdığını nəzərə alaraq hesab edir ki, həmin öhdəliyin icrasının zamin durmuş şəxsdən tələb edilməsi və tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi üçün əsaslar yaranmışdır. Odur ki, həmin hissələrdə də iddia təmin edilməli, kredit müqavilələri üzrə borc zamin Pektaş Tamerdən və borc alan Cavabdeh1 MMC-dən müştərək qaydada tutulmalı, eyni zamanda girov predmeti olan əmlaklar yüklülüyün sahibi İddiaçı ASC-nin sahibliyinə verilməli, sahibliyə qəbul edildikdən sonra girov predmetləri istənilən üsulla satılmalı, əldə olunan vəsait hesabına borc tələbi ödənilməli; satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1 MMC-dən və Pektaş Tamerdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin cüzi hissəsinin rədd edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən və Pektaş Tamerdən İddiaçı ASC-nin xeyrinə 21.01.2019-cu il tarixli, 020CRLN19000002-1 nömrəli Kredit müqaviləsi üzrə 48.326,91 manat (qırx səkkiz min üç yüz iyirmi altı manat 91 qəpik) məbləğində əsas borc, 8.368,51 manat (səkkiz min üç yüz altmış səkkiz manat 51 qəpik) faiz borcu, 254,73 manat (iki yüz əlli dörd manat 73 qəpik) məbləğində dəbbə pulu, 31.01.2019-cu il tarixli, 020CRLN19000002-2 nömrəli kredit müqaviləsi üzrə 25.064,23 manat (iyirmi beş min altmış dörd manat 23 qəpik) məbləğində əsas borc, 1.091,79 manat (bir min doxsan bir manat 79 qəpik) məbləğində faiz borcu, 63,01 manat (altmış üç manat 01 qəpik) məbləğində dəbbə pulu, 08.02.2019-cu il tarixli, 020CRLN19000002- 3 nömrəli Kredit müqaviləsi üzrə 60.503,00 (altmış min beş yüz üç manat) manat məbləğində əsas borc, 9.856,99 manat (doqquz min səkkiz yüz əlli altı manat 99 qəpik) məbləğində faiz borcu, 418,97 manat (dörd yüz on səkkiz manat 97 qəpik) məbləğində dəbbə pulu, 19.02.2019cu il tarixli, 020CRLN19000002-4 nömrəli Kredit müqaviləsi üzrə 56.052,96 manat (əlli altı min əlli iki manat 96 qəpik) məbləğində əsas borc, 9.713,26 manat (doqquz min yeddi yüz on üç manat 26 qəpik) məbləğində faiz borcu, 279,02 manat (iki yüz yetmiş doqquz manat 02 qəpik) məbləğində dəbbə pulu, 30.04.2019-cu il tarixli, 020CRLN19000002-5 nömrəli Kredit müqaviləsi üzrə 70.147,85 manat (yetmiş min bir yüz qırx yeddi manat 85 qəpik) məbləğində əsas borc, 10.776,56 manat (on min yeddi yüz yetmiş altı manat 56 qəpik) məbləğində faiz borcu, 434,58 manat (dörd yüz otuz dörd manat 58 qəpik) məbləğində dəbbə pulu olmaqla, cəmi 260.094,95 manat (iki yüz altmış min doxsan dörd manat 95 qəpik) əsas borc, 39.807,11 manat (otuz doqquz min səkkiz yüz yeddi manat 11 qəpik) faiz borcu, 1.450,31 manat (bir min dörd yüz əlli manat 31 qəpik) məbləğində dəbbə pulu, ümumilikdə 301.352,37 manat (üç yüz bir min üç yüz əlli iki manat 37 qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti müştərək qaydada tutulsun. Tutma Cavabdeh1 MMC-yə məxsus olan və 08.10.2019-cu il tarixli 002GOOD19000073 nömrəli girov müqaviləsi üzrə girov predmetlərinə - cəmi dəyəri 116,00 manat təşkil edən 2 ədəd HR Oil Antifreeze 20 LT, cəmi dəyəri 320,92 manat təşkil edən 71 ədəd HR Oil 5W-30 Ultra Eko 1 LT, cəmi dəyəri 5.237,95 manat təşkil edən 303 ədəd HR Oil 5W-30 Ultra Eko 4 LT, cəmi dəyəri 14.454,30 manat təşkil edən 683 ədəd HR Oil 5W-30 Ultra Eko 5 LT, cəmi q dəyəri 8.036,24 manat təşkil edən 10 ədəd HR Oil 5W-30 X4, cəmi dəyəri 39,54 manat təşkil edən 9 ədəd HR Oil 5W-40 Ultra Eko 1 LT, cəmi dəyəri 2.983,36 manat təşkil edən 179 ədəd HR Oil 5W-40 Ultra Eko 4 LT, cəmi dəyəri 3.490,73 manat təşkil edən 171 ədəd HR Oil 5W-40 Ultra Eko 5 LT, cəmi dəyəri 26,05 manat təşkil edən 7 ədəd HR Oil 10W-40 Deluxe 1 LT, cəmi dəyəri 2.835,68 manat təşkil edən 186 ədəd HR Oil 10W-40 Deluxe 4 LT, cəmi dəyəri 4.463,83 manat təşkil edən 267 ədəd HR Oil 10W-40 Deluxe 5 LT, cəmi dəyəri 19.380,00 manat təşkil edən 30 ədəd HR Oil 10W-40 Deluxe Bocka, cəmi dəyəri 1090,24 maant təşkil edən 293 ədəd HR Oil 15W-40 Expert 1 LT, cəmi dəyəri 6.580,41 manat təşkil edən 476 ədəd HR Oil 15W-40 Expert 4 LT, cəmi dəyəri 11.790,79 manat təşkil edən 702 ədəd HR Oil 10W-40 Expert 5 LT, cəmi dəyəri 444,81 manat təşkil edən 19 ədəd HR Oil 10W-40 Expert 7 LT, cəmi dəyəri 21.581,70 manat təşkil edən 34 ədəd HR Oil 10W-40 Bocka, cəmi dəyəri 177 manat təşkil edən 3 ədəd HR Oil 15W40 Expert 20LTSL/CF, cəmi dəyəri 180 manat təşkil edən 2 ədəd HR X5 20 LT 85W140 GL5, cəmi dəyəri 90 manat təşkil edən 2 ədəd HR Oil Hidrolik 68 20LT, cəmi dəyəri 360 manat təşkil edən 1 ədəd HR Oil Hidrolik 68 208LT Cəllək, cəmi dəyəri 52,80 manat təşkil edən 12 ədəd HR Oil ATF İİ 1L, cəmi dəyəri 68 manat təşkil edən 1 ədəd HR Oil 15W Advanced CH -4/SJ 20LT, cəmi dəyəri 312 manat təşkil edən 6 ədəd XTEER Gasoline ULTRA 5W30 6L, cəmi dəyəri 307,20 manat təşkil edən 6 ədəd XTEER Gasoline ULTRA 5W40 6L, cəmi dəyəri 132 manat təşkil edən 3 ədəd XTEER Gasoline G700 10W40 6L, cəmi dəyəri 147,20 manat təşkil edən 4 ədəd XTEER ATF3 4L, cəmi dəyəri 220 manat təşkil edən 5 ədəd XTEER CVT 4L, cəmi dəyəri 260 manat təşkil edən 5 ədəd XTEER ATF SP4 4L, cəmi dəyəri 144 manat təşkil edən 4 ədəd X3 Antifreeze 3 L, cəmi dəyəri 156 manat təşkil edən 13 ədəd XTEER PSF İSO VG32 1L adlı mallara yönəldilsin. Həmin girov predmetləri İddiaçı ASC-nin sahibliyinə verilsin, iddiaçının sahibliyinə qəbul edildikdən sonra girov predmetləri istənilən üsulla satılsın, əldə olunan vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilsin; satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1 MMC-dən və Pektaş Tamerdən müştərək qaydada tutulsun. Satışdan əldə edilən məbləğ tutulan borc məbləğindən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 MMC-yə qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva