Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2512/2021 02.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh ASC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi və iddia həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 16.11.2021-ci il tarixinə mövcud olan icarə haqqı borcu üzrə 16797 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış 20.06.2012-ci il tarixli, 1910/1456 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 23/15-ci məhəllə ünvanında yerləşən, dövlət mülkiyyətində olan 9836.5 m2 torpaq sahəsi Cavabdeh ASC-nin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilələrin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyaektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında 20 iyun 2012-ci il tarixli 1910/1456 nömrəli müqavilədən görünür ki, icarəyə verilən torpaq sahəsinin aylıq icarə haqqı 1016,44 manatdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin şəxsi hesab vərəqəsindən görünür ki, 16.11.2021-ci il tarixinə mövcud olan icarə haqqı borcu 16797 manatdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 07 sentyabr 2021-ci il tarixli **********543700 saylı məktubundan görünür ki, vergi orqanında olan məlumatlara əsasən cəmiyyətin əsas fəaliyyət sahəsi 6820002-digər daşınmaz əmlakın (ev kirayəsi istisna omaqla) icarəyə verilməsi üzrə fəaliyyət, əlavə fəaliyyət növü isə 4520006-təkərlərin təmiri xidmətlərinin göstərilməsi kimi qeyd edilmişdir. Təkərlərin təmiri xidmətlərinin göstərilməsi fəaliyyəti xüsusi karantin rejimində fəaliyyətinin davam etdirilməsinə icazə verilən sahələrə aid edilməmiş və pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə 1998-ci il 27 aprel tarixli 93 nömrəli, Dövlət bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə 2000-ci il 23 dekabr tarixli 226 nömrəli, Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi icarə haqqının minimum məbləğinin təsdiq edilməsi haqqında 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 avqust 2020-ci il tarixli qərarından görünür ki, “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 dekabr tarixli 226 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2000, №12, maddə 877) 1-ci hissəsinə “Miqdarında” sözündən sonra “(paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində koronavirus (Covid-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar (o cümlədən, həmin kateqoriyadan olan sənaye məhəllələrinin iştirakçıları) üçün icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək hesablanmır)” sözləri əlavə edilmişdir. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675 və 700.1-ci maddələri). Göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq icarə müqaviləsi bağlamış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh tərəf isə üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirməyərək icarə haqqını ödəməmişdir. Lakin bununla yanaşı məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir, belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 avqust 2020-ci il tarixli qərarına əsasən pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslərə icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək hesablanmır, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti isə zərər çəkmiş fəaliyyət sahələrinə aid edilmişdir. Bu isə o deməkdir ki, iddiaçı 16.11.2021-ci il tarixindək tələb etdiyi icarə haqqından 9 ay üçün hesablanmış 9147,96 (9x1016,44) manat məbləğində vəsait çıxılmalı, qalan 7649,04 manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına köçürülməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 16.11.2021-ci il tarixinə yaranmış 7649,04 manat məbləğində icarə haqqı borcu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 16.11.2021-ci il tarixinə yaranmış 7649,04 manat məbləğində icarə haqqı borcu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülsün. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2512/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2512/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver