Məhkəmə qərarları › İş №e-2-2(113)-2515/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2515/2025

13.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2515/2025 13.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Nümayəndə, Cavabdeh2 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Digər cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri üzrə İcra İdarəsi) qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi, hərracın ləğv edilməsi və əmlak kompleksinin yenidən qiymətləndirilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət Cavabdeh2 ASC, "xxxx" MMC ilə Gəncə şəhəri üzrə İcra idarəsi arasında bağlanmış 11 dekabr 2023-cü il tarixli Hərracın yekunları barədə 70/01 nömrəli Protokolunun və hərracın nəticələrinin etibarsız hesab edilməsi; ünvan 1 ünvanında olan 5.0 ha torpaq sahəsində yerləşən 6,315.45 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin yenidən qiymətləndirilməsinin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" X2 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 23 noyabr 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bankdan 1 (bir) milyon 45 (qırx beş) min manat dəyərində kredit götürülmüş və "xxxx" MMC-yə məxsus olan əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. Pul götürtüldükdən sonra 2013-cü il tarixdə Banka faiz borcuna görə 300.000 (üç yüz min) manata yaxın pul ödənilmişdir. Həmin ildə müəssisədə yenidənqurma işləriaparılmış, dəyəri 1.000000 (bir milyon) manat olan, sahəsi 1000 (min) kv. metrdən artıq yeni tikili inşa edilmiş, istehsalıartırmaq üçün əlavə avadanlıqlar alınmışdır. Kredit və ipoteka müqavilələri bağlanarkən əmlak kompleksinin ilkin satış qiyməti cavabdeh Bank tərəfindən 1.800000 (bir milyon səkkiz yüz min) manat müəyyən edilmiş, xx.xx.2016-cı il tarixli icra vərəqəsi verilmişdir. Bundan sonra MMC tərəfindən Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilərək, əmlak kompleksinin yenidən qiymətləndirilməsi vəzifəsinin Gəncə Şəhər İcra İdarəsinin üzərinə qoyulması xahiş edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(83)-1586/2017 saylı 07 iyul 2017-ci il tarixli qərarıilə əmlaka dair yenidən qiymətləndirmə aparılması öhdəliyi icra məmurunun üzərinə qoyulmuş və Gəncə İnzibati Məhkəməsinin tərəfimizdən verilmiş vəkil sorğusuna 25 oktyabr 2023-cü il tarixli cavab məktubundan da müəyyən olunur ki, həmin qərar qanuni qüvvəsini almışdır və bu günkü gündə də qüvvəsindədir. İstinad etdiyimiz qərarda müəssisədə yenidənqurma işləri aparıldığı, dəyəri 1.000000 (bir milyon) manat məbləğində olan, sahəsi 1000 (min) kv. metrdən artıq yeni tikili inşa edildiyi, istehsalıartırmaq üçün əlavə avadanlıqlar quraşdırıldığı, istehsalıartırmaq məqsədi ilə yeni tikililər inşa edildiyi, əmlak kompleksinin real bazar dəyərinin əhəmiyyətli dərəcədə artdığıAzərbaycan Respublikasının müvafiq səlahiyyətli məhkəməsinin (Gəncə İnzibati-İqtisadi Məhkəməsi) qərarı ilə öztəsdiqini tapmışdır. Bundan sonra əmlak kompleksinin dəyəri üzərindəki tikililərlə bərabər“Daşınan və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC-nin xx.xx.2018-ci il tarixli rəyinə əsasən 5.700.000 (beş milyon yeddi yüz min) AZN dəyərində müəyyən edilmiş və 27 fevral 2020-ci il tarixdə əmlak kompleksinin açıq hərracda 5.700.000 (beş milyon yeddi yüz min) manata satılması üçün Gəncə Şəhər İcra İdarəsi tərəfindən sifariş verilmişdir. İlkin hərracın keçirilməsi "xxxx" MMC-yətapşırılsa da, xx.xx.2020-ci ıl tarixində icra idarəsi tərəfindən hərracın keçirilməsi barədə başqa hərrac təşkilatına-"xxxx" MMC-yə sifariş verilmişdir. xx.xx.2020-ci il tarixində tələbkar "xxxx"ASC (keçmiş adı “Nikoyl İkb”) tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə müraciət edilərək, “İcra Haqqında” AR Qanununun 17.1.10-cu (tələbkarın müvafiq xahişi olduqda ) maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılması xahiş edilmiş və buna uyğun olaraq Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbuledilərək icrası üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixli hərracın dayandırılması barədə 40 № li protokol qəbul edilmişdir. Bundan sonra Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən əmlak kompleksinin açıq hərracda satışının təşkiliüçüncü hərrac təşkilatına- "xxxx" MMC-yəxx.xx.2023-cü il tarixli məktubla sifariş edilmiş, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə ilkin hərracın keçirilməsi 17 noyabr 2023-cü il tarixə təyin edilmişdir. Tələbkar “Yelo Bank“ ASC-nin ərizəsi əsasında Gəncə Şəhəri üzrə İcra İdarəsinin 06 noyabr 2023-cü il tarixli məktubu ilə hərracın keçirilməsinə dair hərəkətlərin aparılması dayandırılmış, bu barədə Gəncə Şəhəri üzrə İcra İdarəsi tərəfindən tərəflərə 07 noyabr 2023-cü il tarixli məktub göndərilmiş, bununla da iddiaçı "xxxx" MMC aldadılmışdır. Bundan sonra hərracın keçirilməsi barədə aparılan proseslərdən "xxxx" MMC-ninxəbəri olmamış, sonradan MMC-yə 11 dekabr 2023-cü il tarixdə tələbkar Bank, hərrac təşkilatı və icra şöbəsi arasında Hərracın yekunları barədə 70/01 nömrəli Protokol imzalandığı, hərracın bərpa edildiyi və 1 gün ərzində əmlak kompleksinin 1.147.500 (bir milyon yüz qırx yeddi min beş yüz) manata tələbkar Bankın balansına keçirildiyi məlum olmuşdur. Lakin yekun hərracda əmlak kompleksi tələbkar "xxxx"ASC tərəfindən1.147.500 (bir milyon yüz qırx yeddi min beş yüz) manata əldə edilərkən, əmlak kompleksinin yerləşdiyi və sahəsi 6315.45 kv. metrdən artıq, dəyəri “Məhkəmə Eksperizası Xidmətləri MMC-nin” 30 aprel 2024-cü il tarixli rəyinə əsasən 2 500 000 (iki milyon beş yüz min) manat müəyyən edilmiş torpaq sahəsi cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində “mənimsənilməklə” əmlak kompleksi ilə birgə Bank tərəfindən özgəninkiləşdirilmişdir. Göründüyü kimi ilkin hərracın keçirilməsi "xxxx" MMC-yə tapşırılsa da, sonradan hərracın keçirilməsi xx.xx.2020-ci ıl tarixində icra idarəsi tərəfindən başqa hərrac təşkilatına "xxxx" MMC-yə, xx.xx.2023-cü il tarixində isə"xxxx" MMC-yə sifariş verilmiş, lakin yekunda əmlak kompleksi ilkin sifariş verilmiş hərrac təşkilatı ("xxxx" MMC) tərəfindən 1 gün ərzində 6 il yarım əvvəl dayandırılmış proses qanunsuz olaraq bərpa edilməklə satılmış və borclu tərəfə əmlak kompleksini 1.147.500 (bir milyon yüz qırx yeddi min beş yüz) manata almaq təklif edilməmişdir. Beləliklə, hərracın dayandırılmasına dair 06 noyabr 2023-cü il tarixli məktubla "xxxx" MMCaldadıldıqdan sonra 6 il yarım əvvəl dayandırılmış hərrac qanunsuz olaraq bərba edilmişdir. Bununla da cavabdehlər və üçüncü şəxs iddiaçı "xxxx" MMC-ni uzun müddət gözləmə mövqeyində saxlamaqla hüquq subyekti kimi onu “İpoteka haqqında” Qanunun 42.3-cü maddəsinə müvafiq qaydada hərracda iştirak etmək və ipoteka predmetiniəldə etmək hüquqlarındanməhrum etmişlər. Göstərilənlərlə yanaşı iddiaçı "xxxx" MMC-nin "xxxx" ASC və "xxxx" MMC-yə qarşı ipotekaya xitam verilməsi tələbinə dair iş üzrə məhkəmə iclasında Bakı Kommersiya Məhkəməsi tərəfindən tərəfimizdən verilmiş vəsatət təmin edilərək, hərracın keçirilməsinə dair sənədlər cavabdeh "xxxx" MMC-dən məhkəmə sorğusu vasitəsilə alınmışdır. Həmin sənədlərə baxış keçirilərkən hərracın yekunları barədə 11 dekabr 2023-cü il tarixli yekun protokolunun yalnız ipoteka saxlayan Cavabdeh2 ASC-nin nümayəndəsi tərəfindən imzalandığı, sifariş verən təşkilat – cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinin səlahiyyətli şəxsi tərəfindən protokolun imzalanmadığıvə İdarəninmöhürünün vurulmadığı müəyyən edilmişdir. Göründüyü kimi Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)- 1586/2017 saylı, qanuni 07 iyul 2017-ci il tarixli qərarı ilə 2017-ci ildə təkcə əmlak kompleksində sahəsi 1000 (min) kv. metrdən artıq və dəyəri 1.000000 (bir milyon) manat olan yeni tikilinin inşa edilməsinə baxmayaraq, 2017-ci ildə dayandırılmış hərrac bərpa edilməklə bütün əmlak kompleksi tikililərlə təxminən eyni qiymətə - 1.147.500 (bir milyon yüz qırx yeddi min beş yüz) manata əldə edilmişdir. Göründüyü kimi təkcə yeni inşa edilmiş və sahəsi 1000 (min) kv. metrdən artıq olan tikilinin 2017-ci il üçün dəyəri 1.000000 (bir milyon) manat məbləğində müəyyən edilmişdir. Təbii sual yaranır ki, bu halda 2017-ci ildə başlamış hərracla bütün əmlak kompleksinin dəyəri necə 1.147.500 (bir milyon yüz qırx yeddi min beş yüz) manat müəyyən edilə bilər və bundan belə nəticəyə gəlmək olar ki, sahəsi 1000 (min) kv. metrdən artıq olan yeni tikilini çıxmaq şərtilə qalan bütün əmlakın dəyəri cəmi 147500 (yüz qırx yeddi min beş yüz) manatdır. Bu isə reallığıəks etdirmir və hərracın qanunvericiliyin tələblərinə zidd qaydada keçirildiyini bir daha sübutedir. Beləliklə, işin hallarından aşağıdakı kobud qanun pozuntularının olması müəyyən olunur: 1. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(83)-1586/2017 saylı 07 iyul 2017-ci il tarixli qərarı ilə əmlak kompleksində yenidənqurma işləri aparılması, dəyəri 1.000000 (bir milyon) manat məbləğində olan, sahəsi 1000 (min) kv. metrdən artıq yeni tikili inşa edilməsi, istehsalı artırmaq üçün əlavə avadanlıqlar quraşdırılmasının öz təsdiqini tapmasına baxmayaraq, əmlak kompleksi Bankın balansına 12 iləvvəl müəyyən edilmiş qiymətə keçmişdir, 2. 3 müxtəlif hərrac təşkilatına (Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi və Əmlak Hərrac Mərkəzi) sifarişlərin verilməsi və ilkin hərracın sifariş verilməsindən 6 il yarım keçdikdən sonra dayandırılmış ilkin hərracın yenidən bərpa edilərək, əmlak kompleksinin 1 gün ərzində Bank tərəfindən 12 il əvvəlki qiymətə, dəyərindən xeyli aşağı məbləğlə əldə edilməsi, 3. “Məhkəmə Eksperizası Xidmətləri MMCnin” 30 aprel 2024-cü il tarixli rəyi ilə təkcə əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin qiymətinin 2 500 000 (iki milyon beş yüz min) manat müəyyən edilməsinə baxmayaraq, bütün əmlak kompleksinin torpaq sahəsi ilə birgə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2 1(83)-1586/2017 saylı 07 iyul 2017-ci il tarixli qərarı ilə müəyyən edilmiş torpaq sahəsində inşa olunan tikililərlə təxminən eyni qiymətə (qərarla yeni tikililərin dəyəri ******* (bir milyon) müəyyən edilmişdir) 1.147.500 (bir milyon yüz qırx yeddi min beş yüz) manata əldə edilməsi, bu zaman 6315.45 ha böyük tikilinin və dəyəri 2.500000 (iki milyon beş yüz min) olan 5 ha torpaq sahəsinin nəzərə alınmaması, 4. Təkcə yeni inşa edilmiş və sahəsi 1000 (min) kv. metrdən artıq olan tikilinin 2017-ci il üçün dəyərinin Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-1586/2017 saylı 07 iyul 2017-ci il tarixli bu günkü gündə də qüvvədə olan qərarı ilə 1.000000 (bir milyon) manat məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin ildə başlanmış hərracla bütün əmlak kompleksinin qiymətinin 1.147.500 (bir milyon yüz qırx yeddi min beş yüz) manat müəyyən edilməsi. Belə nəticəyə gəlmək olar ki, 2017-ci ildə sahəsi 1000 (min) kv. metrdən artıq olan yeni tikilini çıxmaq şərtilə qalan bütün əmlakın dəyəri cəmi 147500 (yüz qırx yeddi min beş yüz) manat olmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2515/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri üzrə İcra İdarəsi) qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi, hərracın ləğv edilməsi və əmlak kompleksinin yenidən qiymətləndirilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan "xxxx" MMC şikayət verərək xx.xx.2025-ci il tarixli e-2- 2(113)-2515/2025 nömrəli qərardadın ləğv edilməsini, işin icraata götürülərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2515/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 12 mart 2025-cü il tarixli, e-2-2(113)- 2515/2025 nömrəli qərardadından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməməsi və şikayətin baxılması üçün 07 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(103)-528/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2515/2025 nömrəli qərardadı ləğv edilməsi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri üzrə İcra İdarəsi) qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi, hərracın ləğv edilməsi və əmlak kompleksinin yenidən qiymətləndirilməsi” tələbinə dair iş, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla qanunamüvafiq qərarın qəbul edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixində iddiaçı "xxxx" MMC Elektron Məhkəmə İnformasiya Sistemində özünə məxsus e-kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci madddəsinə əsasən iddia tələbindən imtina edir və məhkəmədən ərizəni qəbul edərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. İddiadan imtinanın hüquqi nəticələri aydındır. Bundan sonra iddiaçı təkrarən xx.xx.2025, xx.xx.2025-ci il tarixlərində ərizələrlə müraciət edərək iddiadan imtina edilməsi və iş üzrə icraata xitam verilməsi barədə ərizəsini müdafiə etdiyini və icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə saat 12:30-a təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (qanuni təmsilçısi) ərizəni müdafiə etdiyini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Bildirir ki, artıq bu işlə bağlı yuxarı instansiyaların məhkəmə aktları vardır. Bugünki gündə bank tərəfindən müəyyən güzəştlərin edilməsi üçün bir razılığa gəlmək niyyətindədir. İddiadan imtinanın qəbul edilməsini və işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirir ki, məhkəmənin vəzifələrindən biri də tərəflərə mübahisənin barışıqla yekunlaşdırmağın təklif olunmasıdır. Hazırki halda iddiaçı iddiadan imtina etməsi ilə bağlı ərizə verib və əvvəlki iclaslarda da ərizəsini müdafiə etdi və ərizənin hüquqi nəticələrin aydın olduğunu bildirdi. Bu səbəbdən iddiaçının iddiadan imtinası barədə ərizəsinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə ərizəçi, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-in: 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişdirsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də iddiaçının iddia tələbindən imtina etməsi qəbul edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri üzrə İcra İdarəsi) qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi, hərracın ləğv edilməsi və əmlak kompleksinin yenidən qiymətləndirilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar