Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2523/2025 25.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı icarəyə verilmiş sahadən çıxarılması və borcun tutulması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: torpaq sahəsinin icarə müqaviləsinin ləğv edilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması və s. tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC Cavabdeh MMC-nin Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən “Güzdək Terminal” anbar kompleksindən çıxarılmasını və cavabdehin müqavilə öhdəliyi üzrə 6 aylıq borc cəmi 8750 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iddia ərizəsində olan yanlışlıqların arada qaldırılması və iddia tələbinin artırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "A and J Holdinq” MMC (İddiaçı) və Cavabdeh MMC-nin (Cavabdeh) arasında xx.xx.2023-cü il tarixli İcarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən “Gtizdək Terminal” anbar kompleksində 250 kv.ın sahəni aylıq 1250 manat icarə haqqı ödəmək şərtilə Cavabdeh MMC-yə icarəyə vermişdir. Cavabdeh xx.xx.2024-ci il tarixə qədər icarə haqqı ödəsə də, artıq 7-cı aydır ki, icarə haqqı ödəmir və anbarda bir qədər ərzaq məhsulları qalmışdır. Cavabdehə dəfələrlə telefon vasitəsilə deyilməsinə və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliklərini yerinə yetirmir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 442.2, 443.1, 448.1, 421.1, 421.2, 421.3, 700.1, 700.3-cü maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə prosesində iştirak etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılıb qiyabi qətnamə qəbul edilməsini xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" MMC-nin 3-cü nəşr redaksiyasından görünür ki, "xxxx" MMC-nin adı dəyişərək "xxxx" MMC-olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən seriya RX-1412126 nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışla, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 1 hektar torpaq sahəsi xüsusi mülkiyyət əsasında "xxxx" MMC-yə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən seriya RX-1387381 nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışla, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 1 hektar torpaq sahəsi xüsusi mülkiyyət əsasında "xxxx" MMC-yə verilmişdir. Bakı şəhəri 44 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh MMC-yə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 1,62 hektar torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 250 kv/m olan anbar hissəsini icarəyə verir. İcarə müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilir və hər aya Cavabdeh MMC 1250 manat (ƏDV xaric) icarə haqqı ödəyir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
2. AR MPM-in: Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.
Məhkəmənin mövqeyi
3. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
4. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli hüquq münasibətlərində icarəyəverən olan İddiaçı MMC ilə icarəçi olan Cavabdeh MMC arasında Bakı şəhəri 44 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh MMC-yə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 1,62 hektar torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 250 kv/m olan anbar hissəsini icarəyə vermişdir. İcarə müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmiş və hər aya Cavabdeh MMC 1250 manat (ƏDV xaric) icarə haqqı ödəməyi öhtəsinə götürmüşdür. Cavabdeh isə icarə müqaviləsi üzrə icarə haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. İddiaçı MMC ilə icarəçi olan Cavabdeh MMC arasında Bakı şəhəri 44 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli icarə müqaviləsi üzrə icarəçinin icarəyə verənə icarə haqqı borcu 10 ay üçün hər ay 1250 manat olmaqla cəmi 12500 manat təşkil edir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarəyə verilmiş sahəyə görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının icarə haqqının ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli icarə müqaviləsi üzrə 12500 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı (mülkiyyətçi) Cavabdeh MMC-nin Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən “Güzdək Terminal” anbar kompleksindən çıxarılmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədədə təmin edilməlidir.
Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən “Güzdək Terminal” anbar kompleksindən çıxarılsın. Müqavilə öhdəliyi üzrə 10 aylıq borc cəmi 12500 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Müseyib Bayramov