Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-253/2024 27.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tələbin ipoteka əmlakına yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, ipoteka) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh3 08 may 2021-ci-ci il tariхli 101842-768443/2 nömrəli kredit müqaviləsi üzrə 11,420.8 manat əsas borc və 2,939.57 manat faiz borcu olmaqla, cəmi 14,360.37 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 45 manat xərcin və 200 manat məbləğində ödənilmiş mediasiya xərcinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh3 tam mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.84 kv.m olan 23 nömrəli nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.84 kv.m olan 23 nömrəli mənzildən çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 ilə bağlanmış 17 sentyabr 2019-cu il tarixli GA.768443.1 nömrəli Baş sazişə əsasən borcalana 140,000 manat məbləğində 84 ay müddətinə illik maksimum 30 faiz dərəcəsi ilə kredit limiti ayrılmışdır. İddiaçı ASC ilə borcalan Cavabdeh2 ilə bağlanmış 08 may 2021-ci il tarixli 101842-768443/2 nömrəli Kredit müqaviləsinə əsasən 23 faiz dərəcəsilə 48 ay müddətinə 15,000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.84 kv.m olan 23 nömrəli mənzil 17 sentyabr 2019cu-ci il tariхli GA.768443.1 nömrəli sonrakı ipotеka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Еyni zamanda, bank və digər cavabdeh – Cavabdeh3arasında 17 sentyabr 2019-cu il tarixli GA.768443.1/Z nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin Baş Saziş üzrə öhdəliklərinin bоrcalan tərəfindın icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında Borc alana qarşı iddia qaldırıldıqda Bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə Bank qarşısında eyni həcmdə məsuliyyət daşıyır. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli 001/026/5099/2023 nömrəli bildiriş ipotekaqoyan Cavabdeh3 xx.xx.2023-cü il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qеyd olunanlardan göründüyü kimi, Bank və Cavabdeh2 arasında yaranmış münasibətlərə müqavilə öhdəliyindən irəli gələn qanun normaları tətbiq еdilməlidir. Bu normaların tələblərinə əsasən vеrilmiş krеditə görə cərimələr, faizlər krеdit məbləği qaytarılana kimi hеsablanır. Cavabdeh tərəfindən öz öhdəliyini yerinə yetirməməsi bağlanmış Kredit Müqaviləsinin 4.4-cü bəndinin pozulmasını özündə şərtləndirmişdir. Həmin bəndin tələbinə əsasən, müqavilə üzrə müəyyən olunmuş şərtlərlə və qaydada əsas borcu və faiz borcunu ödəmək borc alanın öhdəliyidir. Müqavilənin 4.4.8-ci bəndinin tələbinə əsasən, Borc alanın öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsindən irəli gələn bütün xərcləri bu Müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə Banka ödəmək öhdəliyi vardır. Kredit müqaviləsinin 6.2-ci bəndinin tələbinə görə Bank Borcalana kredit öhdəliyinin vaxtından əvvəl icrası ilə bağlı əsas borcun, faizlərin, cərimənin və digər xərclərin Banka ödənilməsinə dair xəbərdarlıq göndərir, Borc alan isə həmin xəbərdarlıqda göstərilən müddətdə və qaydada tələb olunan məbləği ödəməlidir. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən ödəniş cədvəlində və ya kredit öhdəliyinin vaxtından əvvəl icrasına dair Müqavilənin 5.2-ci bəndinə uyğun verilmiş xəbərdarlıqda müəyyən edilən müddətlərdə öhdəliklər vaxtında tam icra edilmədikdə gecikdirilmiş kredit yaranaraq gecikdirilmiş kredit hesablarında əks etdirilir. Həmin Müqavilənin 7.3-cü bəndinə görə bu Müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş Əsas borc məbləğinin Müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş faiz dərəcəsinin ikiqat misli, yəni illik 42 faiz miqdarında faiz hesablanır və bu faiz Borc alan tərəfindən tam həcmdə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-253/2024 saylı 27 avqust 2024-cü il tarixli qərardadına əsasən hazırki iş üzrə tələbin “ipoteka predmeti hərracda satıldıqda sonra Cavabdeh2, Cavabdeh3,Cavabdeh1 və Cavabdeh4 Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.84 kv.m olan 23 nömrəlimənzildən çıxarılması və həmin mənzilin boşaldılması” hissəsində icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ərizə təqdim edərək iddianı etiraf etdiyni və iddianın etiraf olunmasının hüquqi nəticələrinin ona aydın olduğunu, həmçinin iş üzrə ipoteka predmeti olan evin qiymətləndirilməsi üçün müstəqil ekspertin təyin edilməsinə ehtiyac olmadığını, tərəflər arasında 17 sentyabr 2019-cu il tarixində bağlanmış sonrakı ipoteka müqaviləsində ilkin satış qiyməti kimi qeyd edilən 38000 manatla razı olduğunu, etirazı olmadığını bildirmiş, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 ərizə təqdim edərək iddianı etiraf etdiyni və iddianın etiraf olunmasının hüquqi nəticələrinin ona aydın olduğunu, həmçinin iş üzrə ipoteka predmeti olan evin qiymətləndirilməsi üçün müstəqil ekspertin təyin edilməsinə ehtiyac olmadığını, tərəflər arasında 17 sentyabr 2019-cu il tarixində bağlanmış sonrakı ipoteka müqaviləsində ilkin satış qiyməti kimi qeyd edilən 38000 manatla razı olduğunu, etirazı olmadığını bildirmiş, iddianı təmin edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli GA.768443.1 nömrəli Kredit limitinin ayrılmasına dair Baş Sazişə əsasən Bank Borcalana 140000 AZN məbləğində 84 ay müddətinə, illik maksimum 30 faiz dərəcəsi ilə kredit limiti ayırır, Boralan isə Saziş və Saziş çərçivəsində bağlanan kredit və kredit xətti müqavilələri ilə müəyyən olunan şərtlərlə və qaydada kredit limitindən istifadə etməyi və götürülmüş krediti Kredit müqavilələrinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən Banka ödəməyi öhdəsinə götürür. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-cu il tarixli 101842- 768443/2 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 48 ay müddətinə illik 23 faiz olmaqla 15000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən kredit müqaviləsi GA.768443.1 nömrəli, 17 sentyabr 2019-cu il tarixli, kredit liminin ayrılması haqqında Baş Saziş əsasında bağlanmışdır və onun ayrılmaz tərkib hissəsi sayılır. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli GA.768443.1/Z nömrəli zaminlik müqaviləsinə əsasən Zamin, Borc alanın xx.xx.2019-cu il tarixli, GA.768443.1 saylı kredit limitinin ayrılması haqqında Baş Saziş üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən bankla Borcalan arasında bağlanmış 17 sentyabr 2019-cu il tarixli GA.768443.1 nömrəli Baş Sazişə əsasən Bank Borcalana illik maksimum 30 faiz dərəcəsi ilə, 84 ay müddətinə, 140000 AZN məbləğində kredit limi ayırır. Müqavilənin 3.6.6-cı bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliklər üzrə əsas borc, faizlər və Borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Bank qarşısında Borc alan ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. İddiaçı ASC (İpoteka saxlayan) ilə Cavabdeh3 (İpoteka qoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixdə GA.768443.1 saylı sonrakı ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən İpoteka saxlayanla Borc alan arasında Bakı şəhərində bağlanmış 17 sentyabr 2019-cu il tarixli GA.768443.1 nömrəli Kredit limitinin ayrılması haqqında Baş Sazişlə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi müqavilədə qeyd edilmiş əmlakın ipoteka (sonrakı ipoteka) qoyulması barədə razılığa gəlmələridir. Müqavilənin 2.1-ci bəndinə əsasən İpoteka qoyan müqavilənin 3-cü bəndində göstərilən öhdəliyin, yəni verilmiş kreditin və ona hesablanmış faizlərin, habelə icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin, ipotekaya verilmiş əmlakın saxlanılması və salamatlığı üçün İpoteka saxlayanın zəruri xərclərinin, Kredit və İpoteka müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı zəruri xərclərin ödənilməsinin icrasını təmin etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1, mənzil 23 ünvanında yerləşən mənzil İddiaçı ASC-də ipoteka ilə yenidən yüklü edir. Müqavilənin 2.2-ci bəndinə əsasən sonrakı ipoteka predmetinin ilkin satış qiyməti 38000 manat müəyyən edilmişdir. Müqavilənin 6.1-ci bəndinə əsasən borc alan və ya ipoteka qoyan ipoteka ilə təmin edilmiş öhdəliyi vaxtında icra etmədikdə İpoteka saxlayan müqanilənin 6.1.1-ci bəndinə əsasən əsas öhdəliyin, yaxud bir hissəsinin icrasının 90 təqvim günü müddətində gecikdirdikdə ipoteka predmetinə tutma yönəltmək hüququ əldə edir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı ASCnin xeyrinə yüklü edilmişdir. TT19262VNGRW nömrəli kassa məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh2 müvafiq olaraq 9501 manat məbləğində pul vəsaiti verilmişdir. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2021-ci il tarixdən 48 ay müddətinə 23% olmaqla 15000 manat kredit verilmiş, xx.xx.2023-cü il tarixinə əsas borc üzrə qalıq məbləğ 11420,8 manat və faiz borc üzrə qalıq məbləğ 2939,57 manat olmaqla, cəmi 14360,37 manat borcu mövcuddur. xx.xx.2021-cu il tarixli 101842-768443/2 nömrəli kredit müqaviləsinə 1 nömrəli Əlavə üzrə tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 15000 manat olan illik faiz dərəcəsi 23 % olmaqla 48 ay müddətinə verilmiş kreditə görə Cavabdeh2 08 may 2021-ci il tarixdən 08 may 2024-ci il tarixinə qədər hər ayın 8-i olmaqla 488,77 manat, sonuncu ay 480,94 manat ödəməlidir. xx.xx.2023-cü il tarixli müraciətlərin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiq etmə bildirişindən görünür ki, bildirişin qeydiyyata alınması üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilmişdir. 14 iyul 2023-cü il tarixli MŞB/18-00987 nömrəli mediasiya arayışından məlum olur ki, ilkin mediasiya xərci 200 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən Bakı 18 saylı Mediasiya təşkilatına 200 manat ödəniş edilmişdir. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/9941 saylı rəyi ekspert rəyi ilə cavabdehin İddiaçı ASC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edilən xx.xx.2023-cü il tarixə əsas borc 11624,59 manat, faiz borcu 2448,74 manat müəyyən edilmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 307.1-ci maddəsinə əsasən “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 1.0.9-cu, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehə xx.xx.2021-cu il tarixli 101842-768443/2 nömrəli kredit müqaviləsinə əsasən 15000 manat olan illik faiz dərəcəsi 23 % olmaqla 48 ay müddətinə verilmiş kredit vermişdir. Daha sonra Cavabdeh3 bağlanmış xx.xx.2019-cu il tarixli GA.768443.1/Z nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin, borc alanın xx.xx.2019-cu il tarixli, GA.768443.1 saylı kredit limitinin ayrılması haqqında Baş Saziş üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüş, həmçinin Cavabdeh3 ilə Bank arasında bağlanmış xx.xx.2019-cu il tarixdə GA.768443.1 saylı sonrakı ipoteka müqaviləsinə əsasən nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1, mənzil 23 ünvanında yerləşən mənzil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq cavabdehlərin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Çünki cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddianı etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də onların iddianı etiraf etmələri məhkəmə tərəfindən təsdiq olunmalı və iddia təmin edilməlidir. İşin hallarından göründüyü kimi borclu kimi cavabdehlər əsas öhdəliyi icra etmədiyi üçün müqavilənin təminatı kimi qoyulmuş mənzil sahəsinə tutmanın yönəldilməsi barədə tələb də əsaslı və qanunidir. Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-4893/2023 saylı qərardadına əsasən Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.84 kv.m olan 23 nömrəli mənzilin likvid qiymətinin müəyyən olunması məqsədilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin təyin edilmiş ekspertiza üzrə ekspert rəyinin verilməsi mümkün olmamışdır. Tərəflər məhkəmə iclasında xx.xx.2019-cu il tarixdə GA.768443.1 saylı sonrakı ipoteka müqaviləsinin 2.2 və 6-cı bəndlərini mübahisələndirməyərək, əmlakın ilkin satış (likvid) qiyməti kimi 38000 manata razı olduqlarını bildirmişlər. Belə olan halda məhkəmə, ipoteka müqaviləsində əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edildiyini və tərəflərin qarşılıqlı razılığını, cavabdehlərin etiraflarını nəzərə alaraq hesab edir ki, tələb üzrə tutma Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.84 kv.m olan 23 nömrəli mənzilə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 38000 manat müəyyən olunmalı, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməlidir. Məhkəmə iddianın təmin edildiyini və cavabdehlərin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiklərini nəzərə alaraq hesab edir ki, ödənilmiş 200 manat mediasiya xərcinin əvəzi, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və xidmət haqqının əvəzi olaraq 30 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 08 may 2021-ci il tarixli 101842-768443/2 nömrəli kredit müqaviləsinə əsasən 11420,8 manat əsas borc və 2939,57 manat faiz borcu olmaqla, cəmi 14360 (on dörd min üç yüz altmış) manat 37 (otuz yeddi) qəpik məbləğində pul vəsaiti, habelə ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 45 (qırx beş) manat xərcin və 200 (iki yüz) manat məbləğində ödənilmiş mediasiya xərcinin əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi,ev 32A ünvanında yerləşən ümumi sahəsi 64.84 kv.m olan 23 nömrəli nörməli mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 38000 (otuz səkkiz min) manat məbləğində müəyyən edilsin, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilsin. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-253/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-253/2024
27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver