Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2530/2025 11.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri şəhərlərin X1 Xidməti” X4nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əsassız hesablanmış cərimənin silinməsi) X3 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “İri şəhərlərin X1 Xidməti” X4nə (əvvəlki adı ilə "xxxx" ASC) qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus qeyri-yaşayış sahəsinə dair 024880 nömrəli abonent kodu üzrə “İri Şəhərlərin X1 Xidməti" X4 tərəfindən hesablanmış 2196 manat debitor borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkarlıqla məşğul olur, bu məqsədlə Bülbülə qəsəbəsində avtoyuma məntəqəsi açmışdır. Həmin məntəqənin su ilə təchiz edilməsi üçün “İri Şəhərlərin X1 Xidməti" X4 arasında 26 may 2023-cü il tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə Bağlanan müqavilə” imzalanmışdır. Həmin müqaviləyə əsasən qeyri yaşayış sahəsinə 024880 nömrəli abonent kodu verilərək obyekt su ilə təchiz edilmişdir. Həmin müqaviləyə əsasən onun işlədiyi obyektə smartkart tipli sayğac quraşdırılmış, sudan istifadə etmək üçün kart vasitəsi ilə əvvəlcədən ödəniş edərək su almış və həmin sudan istifadə etmişdir. Bu vaxta qədər mən həmişə sudan qanuni surətdə, suyu yalnız sayğaca vurduğum pul həcmində istifadə etmişəm. Bu vaxta qədər o, həmişə sudan qanuni surətdə yəni suyu yalnız sayğaca vurduğu pul həcmində istifadə etmişdir. Lakin 25 yanvar 2025-ci il tarixdə cavabdehin əməkdaşları onun istifadəsində olan obyektə gələrək baxış keçirmiş, heç bir əsas olmadan obyektə bitişik, lakin başqa şəxsə məxsus sahədə su krantının olmasını ona göstərərək, həmin krant vasitəsi ilə sudan istifadə edib-etmədiyini soruşmuşdurlar. O, həmin şəxslərə bu sahənin ona məxsus olmamasını, həmin sahənin başqa şəxsə məxsus olmasını və istifadəsiz qalmasını, eyni zamanda krantdan heç bir zaman istifadə etmədiyini onlara izah etmişdir. Ona hər hansı bir akt tərtib edəcəklərini bildirməmişdirlər. 08 fevral 2025-ci il tarixdə o, karta pul yükləmək istəyən zaman hesabında 2196 manat borcun olmasını görmüş, bu barədə məlumat almaq üçün “İri Şəhərlərin X1 Xidməti" X4 Suraxanı rayon Sukanal İdarəsinə getmişdir. X2 fakturası təqdim edilərək, 07 fevral 2025-ci il tarixli 603141 saylı Akt tərtib edildiyini və həmin akta əsasən onun 2196 manat dəyərində sudan qanunsuz istifadə etməyinin hesablanmasını bildirmişlər. Suraxanı rayon Sukanal İdarəsindən X2 fakturası təqdim edilsə də, həmin fakturanın tərtib edilməsinə əsas olmuş 07 fevral 2025-ci il tarixli, 603141 saylı Akt ona təqdim edilməmişdir. Cavabdeh tərəfindən hesablanmış qanunsuz borc ilə razı deyil, ona məxsus olan obyektdə heç bir zaman sudan qanunsuz istifadə etməmiş, obyektdə sayğacdan kənar su xətti olmamış və qonşu ərazidə olan su borusunun ona aidiyyəti yoxdur. Ona məxsus olan obyektdə suyu yalnız karta pul yükləmək yolu ilə istifadə etmiş, istifadə etdiyi suyun həcmi sayğac vasitəsi ilə qeydə alınmış və yüklədiyi pulun məbləği də hesabda qalmışdır. Hətta cavabdehin əməkdaşları ona məxsus olan obyektə baxış keçirən zamanda da bunun şahidi olmuş, suyun sayğacdan kənar istifadə edilmədiyini sübut edən hər hansı bir fakt aşkar etməmişlər. Ona görə də cavabdeh tərəfindən hesablanmış həmin məbləğ əsassızdır və qeyd edilən məbləğ silinməlidir. Göründüyü kimi cavabdehin əməkdaşları tərəfindən qanunsuz qoşulma hallarının olması əsas gətirilərək, onun üzərimn əsassız olaraq hesablanmış 2196 manat məbləğində pul vəsaitinin ödənilməsi vəzifəsi qoyulmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, fərdi sahibkarlıqla məşğul olur və bu məqsədlə Bülbülə qəsəbəsində yerləşən avtoyuma məntəqəsi açmış və həmin məntəqənin su ilə təchiz edilməsi üçün “İri Şəhərlərin X1 Xidməti" X5 ilə arasında 26 may 2023-cü il tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə Bağlanan müqavilə” imzalanmış və həmin müqaviləyə əsasən həmin qeyri yaşayış sahəsinə 024880 nömrəli abonent kodu verilərək obyekt su ilə təchiz edilmişdir. Həmin müqaviləyə əsasən onun işlədiyi obyektə smartkart tipli sayğac quraşdırılmış, sudan istifadə etmək üçün kart vasitəsi ilə əvvəlcədən ödəniş edərək su almış və həmin sudan istifadə etmişdir. Bu vaxta qədər o, həmişə sudan qanuni surətdə yəni suyu yalnız sayğaca vurduğu pul həcmində istifadə etmişdir. Lakin 25 yanvar 2025-ci il tarixdə cavabdehin əməkdaşları onun istifadəsində olan obyektə gələrək, baxış keçirmiş, heç bir əsas olmadan obyektə bitişik, lakin başqa şəxsə məxsus sahədə su krantının olmasını ona göstərərək, həmin krant vasitəsi ilə sudan istifadə edib-etmədiyini soruşmuşdurlar. Onlara bu sahənin ona məxsus olmamasını, həmin sahənin başqa şəxsə məxsus olmasını və istifadəsiz qalmasını, eyni zamanda krantdan heç bir zaman istifadə etmədiyini onlara izah etmişdir. Ona hər hansı bir akt tərtib edəcəklərini bildirməmişdirlər. 08 fevral 2025-ci il tarixdə o, karta pul yükləmək istəyən zaman hesabında 2196 manat borcun olmasını görmüş, bu barədə məlumat almaq üçün “İri Şəhərlərin X1 Xidməti" X4 Suraxanı rayon Sukanal İdarəsinə getmişdir. X2 fakturası təqdim edilərək, 07 fevral 2025-ci il tarixli 603141 saylı Akt tərtib edildiyini və həmin akta əsasən onun 2196 manat dəyərində sudan qanunsuz istifadə etməyinin hesablanmasını bildirmişlər. Suraxanı rayon Sukanal İdarəsindən X2 fakturası təqdim edilsə də, həmin fakturanın tərtib edilməsinə əsas olmuş 07 fevral 2025-ci il tarixli, 603141 saylı Akt ona təqdim edilməmişdir. Cavabdeh tərəfindən hesablanmış qanunsuz borc ilə razı deyil, ona məxsus olan obyektdə heç bir zaman sudan qanunsuz istifadə etməmiş, obyektdə sayğacdan kənar su xətti olmamış və qonşu ərazidə olan su borusunun ona aidiyyəti yoxdur. Ona məxsus olan obyektdə suyu yalnız karta pul yükləmək yolu ilə istifadə etmiş, istifadə etdiyi suyun həcmi sayğac vasitəsi ilə qeydə alınmış və yüklədiyi pulun məbləği də hesabda qalmışdır. Hətta cavabdehin əməkdaşları ona məxsus olan obyektə baxış keçirən zamanda da bunun şahidi olmuş, suyun sayğacdan kənar istifadə edilmədiyini sübut edən hər hansı bir fakt aşkar etməmişlər. Ona görə də cavabdeh tərəfindən hesablanmış həmin məbləğ əsassızdır və qeyd edilən məbləğ silinməlidir. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında qeyd etmişdir ki, iddia tələbini qəbul etmir. Aparılmış yoxlama sahibkarlıq sahəsində olsa da, müvafiq qaydada Ədliyyə Nazirliyində öncədən vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Həmçinin iddiaçının inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı müvafiq orqanlara müraciət edilməmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materillarında olan: “İstehlakçı” İddiaçı ilə “Müəssisə” "xxxx" ASC (indiki “İri Şəhərlərin X1 Xidməti” PHŞ) arasında bağlanmış 26 may 2023-cü il tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” müqavilədə qeyd edilmişdir ki, bu Müqavilə Müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərim müəyyən edir. Həmçinin sudan istifadəyə görə hesablaşma 1 m3 su üçün ƏDV ilə 1 manat və qəbul edilmiş 1 m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 1 manat müəyyən edilmişdir. Müqavilə xx.xx.2023-cü il tarixdə qüvvəyə minir, xx.xx.2025-ci il tarixədək qüvvədədir. “İri Şəhərlərin X1 Xidməti” PHŞ-nin 07 fevral 2025-ci il tarixli qanunsuz istifadə fakturasından görünür ki, 07 fevral 2025-ci il tarixli, 603141 saylı akta əsasən su təhcizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün 2196 manat borc hesablanmışdır. Abonent haqqında məlumatlardan görünür ki, abonent İddiaçı sudan və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə (qanunsuz istifadə olunan çirkab və suya görə) 2160 manat borc hesablanmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 4-cü hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Su təhcizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 12-ci maddəsinə görə su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 34-cü maddənin 3-cü bəndinə əsasən kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 49-cu maddəsinin 4-cü bəninə səlahiyyətli nümayəndələr sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 20.2-ci maddəsinə əsasən bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. 34.1-ci maddəsinə əsasən yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya yuxarı dövlət orqanı olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)) və məhkəmə qaydasında şikayət verə bilər. Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, X5lər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 1.7-ci bəndə əsasən reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 2.2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsinin (STKM) səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 6.18-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 6.3-cü bəndinə əsasən İri Şəhərlərin X1 Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən X5dir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “İri şəhərlərin X1 Xidməti” X4 su təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), sayğaca müdaxilə, habelə su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma, o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc “İri şəhərlərin X1 Xidməti” X4nin əməkdaşları tərəfindən iddiaçıya məxsus abonent kodu olan obyektdə sayğacdan kənar qoşulma ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda, həmin yoxlamanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınması barədə məhkəməyə sənəd təqdim edilməmiş, cavabdehin nümayəndəsi izahatında yoxlamanın vahid məlumat reyestrində qeydə alınmadan aparıldığını bildirmişdir. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır və heç bir hüquqi nəticəsi yoxdur. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq İddiaçı 2196 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, hesablanmış 2196 manat borc silinməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 42 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “İri şəhərlərin X1 Xidməti” X4 tərəfindən İddiaçı məxsus ona məxsus qeyri-yaşayış sahəsinə dair 024880 nömrəli abonent kodu üzrə hesablanmış 2196 (iki min yüz doxsan altı) manat məbləğində borc silinsin. Cavabdeh “İri Şəhərlərin X1 Xidməti” X4ndən ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2530/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2530/2025
11.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver