Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2531/2025 07.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh3nə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, ipoteka müqaviləsi, ipoteka predmetinə tutmanın yönəldilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh3nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh3nə (bundan sonra Cavabdeh3 MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 2732-KQ nömrəli xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə 64936,07 manat əsas, müqavilə müddətinə 162,07 manat, müqavilə müddətindən sonra 3472,28 manat faiz, 9722,37 manat cərimə borcu olmaqla cəmi 78292,79 manat, xx.xx.2023-cü il tarixli 2-ci tranş üzrə 35000 manat əsas, müqavilə müddətinə manat, müqavilə müddətindən sonra 1871,53 manat faiz, 5240,28 manat cərimə borcu olmaqla cəmi 42492,96 manat, 3242-KQ nömrəli xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə 10000 manat əsas, müqavilə müddətinə 132,22 manat, müqavilə müddətindən sonra 534,72 manat faiz, 1171,31 manat cərimə borcu olmaqla cəmi 11838,25 manat, xx.xx.2023-cü il tarixli 2ci tranş üzrə 60000 manat əsas, müqavilə müddətinə 770 manat, müqavilə müddətindən sonra 3208,33 manat faiz, 8983,33 manat cərimə borcu olmaqla cəmi 72961,66 manat, xx.xx.2023-cü il tarixli 3-cü tranş üzrə 10000 manat əsas, müqavilə müddətinə 190,55 manat, müqavilə müddətindən sonra 534,72 manat faiz, 1497,22 manat cərimə borcu olmaqla cəmi 12222,49 manat məbləğində pulun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 136,98 manat dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 507,81 manat dövlət rüsumu və 1,13 manat xidmət haqqının cavabdehlər Cavabdeh3 MMC və Qanuni nümayəndə iddiaçının xeyrinə müştərək qaydada tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1/torpaq sahəsinə (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023-cü il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********11) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh3 MMC və Qanuni nümayəndə müştərək qaydada tutularaq tələblərə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış 2732-ƏKM nömrəli xx.xx.2023-cü il tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh3 MMC-yə 60 ay müddətində 350 000 manat məbləğində bərpa olunan kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Əsas kredit müqaviləsinin təminatı qismində iddiaçı ilə Qanuni nümayəndə arasında 2732-İZG/3 nömrəli xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Həmçinin 2732-ƏKM nömrəli xx.xx.2023-cü il tarixli əsas kredit müqaviləsinin təminatı kimi Cavabdeh1, Cavabdeh3 MMC ilə iddiaçı arasında bağlanan xx.xx.2023-cü il tarixli 2732- İZG/1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1/torpaq sahəsi (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023-cü il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********11) ipoteka ilə yüklü edilmişdir. X2 xx.xx.2023-cü il tarixli ərizə ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0,017 ha torpaq sahəsinin iddiaçıya ipotekaya qoyulmasına razılıq vermiş, borc öhdəliyi yerinə yetirilməzsə və bununla əlaqədar ipoteka predmetinə tutma yönəldilərsə, hər hansı şərtsiz əmlakı tərk edəcəyini və həmin əmlaka qarşı hüquqlarından imtina edəcəyini bildirmişdir. 2.2. Daha sonra yuxarıda göstərilən əsas kredit müqaviləsi daxilində 2732-KQ nömrəli xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh3 MMC-yə illik 14 faiz olmaqla, 12 ay müddətində 100 000 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. 3242-KQ nömrəli xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh3 MMC-yə illik 14 faiz olmaqla, 12 ay müddətində 100 000 manat məbləğində bərpa olunmayan kredit xətti açılmışdır. 2732-KQ nömrəli xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə 65 000 manat, xx.xx.2023-cü il tarixli 2-ci tranş üzrə 35 000 manat məbləğində kreditdən istifadə edilmişdir. 3242-KQ nömrəli xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə 10 000 manat, xx.xx.2023-cü il tarixli 2-ci tranş üzrə 60 000 manat, xx.xx.2023-cü il tarixli 3-cü tranş üzrə 10 000 manat məbləğində kreditdən istifadə edilmişdir. 2.3. Əsas və əlavə kredit müqavilələrinə əsasən, borcalan müqavilədə göstərilən müddətdə və qaydada krediti, eyni zamanda kredit üzrə hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa, zaminlik müqavilələrinə əsasən zaminlər kredit müqaviləsi üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin cavabdehlər tərəfindən müqavilə şərtləri vaxtında yerinə yetirilməmişdir, bununla da müqavilə şərtləri və Müki Məcəllənin bir sıra müddəaları pozulmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən borcalana ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2024-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bildirişin qeydə alınması üçün ümumilikdə 136,98 manat məbləğində rüsum və xidmət haqqı ödənilmişdir. 2.4. Cavabdehlərə kredit müqaviləsi üzrə borcun qaytarılması haqqında həm poçt, həm VÖEN elektron kabineti, həm də elektron məhkəmə sisteminin kabineti vasitəsilə xx.xx.2025-ci il tarixli 6-2-22/2-2758/2025 saylı bildiriş göndərilərək xəbərdarlıq edilsə də, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 319, 385.1, 427.3, 472.1-ci və s. maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3, 59.4-cü və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
II. İşdə iştirak edən şəxslərin mövqeləri:
6. İddiaçının nümayəndələri Nümayəndə1 və X4 məhkəmə iclaslarında iştirak edərək, iddianın məzmununa uyğun izahat (izahlar) verdilər və qiymətləndirmə rəyi, o cümlədən ipoteka obyektinin likvid qiyməti ilə və məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razı olduqlarını bildirdilər.
7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi Nümayəndə1 29 noyabr 2024-cü il tarixində 325,91 manat, 06 dekabr 2024-cü il tarixində 550,51 manat ödəniş edildiyini bildirdi.
8. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və göstərdi ki, Cavabdeh1 ipoteka müqaviləsindən məlumatlı olmamışdır. Həyat yoldaşı etibarnamə əsasında əmlakı ipoteka ilə yüklü edib.
9. Məhkəmə bildirişləri cavabdeh Qanuni nümayəndə və Cavabdeh3 MMC-nin qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirməklə, Cavabdeh3 MMC-nin hüquqi ünvanına göndərilməklə, cavabdeh Qanuni nümayəndə və Cavabdeh3 MMC-nin qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən mübahisəyə cavabdehlərin iştirakı olmadan baxmışdır.
10. Üçüncü şəxsə məhkəmə bildirişləri yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat vermədir. Məhkəmə mübahisəyə üçüncü şəxsin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması tələbi ilə bağlı
12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
14. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçı ilə Cavabdeh3 MMC arasında 29 avqust 2023-cü il tarixli 2732-ƏKM nömrəli əsas kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı Cavabdeh3 MMC-yə 60 ay müddətinə (xx.xx.2028-ci il tarixədək) 350 000 manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açmağı, Cavabdeh3 MMC isə ona kredit limiti çərçivəsində təqdim olunmuş krediti müvafiq əlavə kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə hesablanmış faizləri iddiaçıya ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür; – Həmin əsas kredit müqavilə çərçivəsində iddiaçı ilə Cavabdeh3 MMC arasında 29 avqust 2023-cü il tarixli 2732-KQ nömrəli əlavə kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı Cavabdeh3 MMC-yə 12 ay müddətində (xx.xx.2024-cü il tarixədək) 100 000 manat məbləğində, kreditdən istifadəyə görə illik 14 faiz ödəmək şərtilə bərpa olunan kredit xətti açmağı, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri iddiaçıya ödəməyi, habelə kreditdən dövriyyə vəsaitlərinin artırılması üzrə istifadə etməyi öhdəsinə götürmüşdür; – Adıçəkilən əlavə kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 65000 manat (1-ci tranş), xx.xx.2023-cü il tarixdə 35000 manat (2-ci tranş) kredit istifadə edilmişdir; – Həmin əsas kredit müqavilə çərçivəsində iddiaçı ilə Cavabdeh3 MMC arasında 29 avqust 2023-cü il tarixli 3242-KQ nömrəli əlavə kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı Cavabdeh3 MMC-yə 12 ay müddətində (xx.xx.2024-cü il tarixədək) 100 000 manat məbləğində, kreditdən istifadəyə görə illik 14 faiz ödəmək şərtilə bərpa olunan kredit xətti açmağı, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri iddiaçıya ödəməyi, habelə kreditdən dövriyyə vəsaitlərinin artırılması üzrə istifadə etməyi öhdəsinə götürmüşdür; – Adıçəkilən əlavə kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 10000 manat (1-ci tranş), xx.xx.2023-cü il tarixdə 65000 manat (2-ci tranş), xx.xx.2023-cü il tarixdə 10000 manat (3-cü tranş) kredit istifadə edilmişdir; – Sözügedən əsas kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdeh Qanuni nümayəndə ilə xx.xx.2023-cü il tarixli 2732-İZG/3 nömrəli zaminlik müqaviləsi bağlanmış, sonuncu borcalanın iddiaçı qarşısındakı öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür; – Cavabdeh3 MMC kredit məbləğini təşkil edən pul vəsaitlərinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
15. İddiaçı 2732-KQ nömrəli xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə 64936,07 manat əsas, müqavilə müddətinə 162,07 manat faiz, xx.xx.2023-cü il tarixli 2-ci tranş üzrə 35000 manat əsas, müqavilə müddətinə manat faiz, 3242-KQ nömrəli xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə 10000 manat əsas, müqavilə müddətinə 132,22 manat faiz, xx.xx.2023-cü il tarixli 2-ci tranş üzrə 60000 manat əsas, müqavilə müddətinə 770 manat faiz, xx.xx.2023-cü il tarixli 3-cü tranş üzrə 10000 manat əsas, müqavilə müddətinə 190,55 manat faiz bоrcunun cavabdehlərdən tutulmasını tələb edir.
16. Borcalan və zamin hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir, ipoteka qoyan isə ipoteka müqaviləsindən məlumatlı olmadığını bildirir.
17. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.
18. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
20. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
22. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
23. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
24. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
25. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı ekspert rəyinə etiraz etməmiş, cavabdehlər rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət verməmişlər.
26. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2531/2025 nömrəli qərardadı əsasında təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2874 nömrəli 11 iyun 2025-ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh3 MMC-nin xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə xx.xx.2024-cü il tarixə əsas borcu 64936,07 manat, faiz borcu 757,59 manat, xx.xx.2023-cü il tarixli 2-ci tranş üzrə xx.xx.2024-cü il tarixə əsas borcu 35000 manat, faiz borcu 381,13 manat, xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə xx.xx.2024-cü il tarixə əsas borcu 10000 manat, faiz borcu 132,22 manat, xx.xx.2023-cü il tarixli 2-ci tranş üzrə xx.xx.2024-cü il tarixə əsas borcu 60000 manat, faiz borcu 770 manat, xx.xx.2023-cü il tarixli 3-cü tranş üzrə əsas borcu 10000 manat, faiz borcu 190,55 manat təşkil edir. Həmçinin xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə sualda borcun soruşulduğu tarixdən sonra cavabdeh tərəfindən ayrı-ayrı tarixlərdə ümumilikdə 595,52 manat, xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə sualda borcun soruşulduğu tarixdən sonra cavabdeh tərəfindən 29.11 2024-cü il tarixdə 325,91 manat məbləğində ödəniş olmuş, lakin ekspert qarşısında qoyulmuş sualda borc konkret tarixlərə soruşulduğundan hesablama zamanı həmin ödənişlər nəzərə alınmamışdır.
27. Məhkəmə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdən sonra edilən ödənişlərlə bağlı qeyd edir ki, xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə edilmiş 595,52 manat ödəniş iddiaçı tərəfindən kreditdən istifadəyə görə faiz borcundan silinərək yekun faiz borcu 162,07 manat (757,59 manat – 595,52 manat) kimi tələb olunduğundan yekun borc müəyyən edilərkən iddiaçının iradəsinə uyğun olaraq həmin ödəniş faiz borcundan silinməlidir. xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə sualda borcun soruşulduğu tarixdən sonra cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə edilmiş 325,91 manat məbləğində ödəniş üzrə iddiaçı tərəfindən silinmə aparılmadığından həmin ödənişin silinməsi xx.xx.2023-cü il tarixli əsas və həmin tranşın aid olduğu 3242-KQ saylı əlavə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq əvvəlcə cərimə məbləği üzrə aparılmalıdır. Odur ki xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə edilmiş 325,91 manat məbləğində ödəniş həmin tranş üzrə yekun cərimə borcu müəyyən edilərkən nəzərə alınmalıdır.
28. Məhkəmə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdən sonra edilən ödənişlərin borcalanın müqavilə müddətinə faiz öhdəliklərinə silindiyini nəzərə alaraq hesab edir ki, 2732-KQ nömrəli xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə 64936,07 manat əsas, müqavilə müddətinə 162,07 manat (757,59 manat – 595,52 manat) faiz, xx.xx.2023-cü il tarixli 2-ci tranş üzrə 35000 manat əsas, müqavilə müddətinə 381,13 manat faiz, 3242-KQ nömrəli xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə 10000 manat əsas, müqavilə müddətinə 132,22 manat faiz, xx.xx.2023-cü il tarixli 2-ci tranş üzrə 60000 manat əsas, müqavilə müddətinə 770 manat faiz, xx.xx.2023-cü il tarixli 3-cü tranş üzrə 10000 manat əsas, müqavilə müddətinə 190,55 manat faiz bоrcu mövcuddur.
29. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
30. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
31. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
32. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
33. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 2732-KQ nömrəli xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə 64936,07 manat əsas, müqavilə müddətinə 162,07 manat (757,59 manat – 595,52 manat) faiz, xx.xx.2023-cü il tarixli 2-ci tranş üzrə 35000 manat əsas, müqavilə müddətinə 381,13 manat faiz, 3242-KQ nömrəli xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə 10000 manat əsas, müqavilə müddətinə 132,22 manat faiz, xx.xx.2023-cü il tarixli 2-ci tranş üzrə 60000 manat əsas, müqavilə müddətinə 770 manat faiz, xx.xx.2023-cü il tarixli 3-cü tranş üzrə 10000 manat əsas, müqavilə müddətinə 190,55 manat faiz bоrcu cavabdehlər Qanuni nümayəndə və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
34. İddia ərizəsində iddiaçı 2732-KQ nömrəli xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə 9722,37 manat, xx.xx.2023-cü il tarixli 2-ci tranş üzrə 5240,28 manat, 3242-KQ nömrəli xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə 1171,31 manat, xx.xx.2023-cü il tarixli 2-ci tranş üzrə 8983,33 manat, xx.xx.2023-cü il tarixli 3-cü tranş üzrə 1497,22 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
35. 29 avqust 2023-cü il tarixli 2732-ƏKM nömrəli əsas kredit müqaviləsinin 8.2-ci bəndinə əsasən, əlavə kredit müqaviləsində başqa qayda nəzərdə tutulmadıqda, Borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, borc verən tərəfindən borc alana gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müvafiq əlavə kredit müqaviləsində kreditdən istifadəyə görə müəyyən olunmuş illik faiz dərəcəsinin 1 (bir) misli miqdarında illik faiz dərəcəsi ilə penya hesablana bilər.
36. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
37. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
38. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
39. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdehlərlə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır.
40. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 2732- KQ nömrəli xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə 3200 manat, xx.xx.2023-cü il tarixli 2-ci tranş üzrə 1700 manat, 3242-KQ nömrəli xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə 825,91 manat, xx.xx.2023-cü il tarixli 2-ci tranş üzrə 3000 manat, xx.xx.2023cü il tarixli 3-cü tranş üzrə 500 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
41. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq 2732-KQ nömrəli xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə 3200 manat, xx.xx.2023-cü il tarixli 2-ci tranş üzrə 1700 manat, 3242-KQ nömrəli xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə 500 (tutulmalı cərimə 825,91-ödənilən cərimə 325,91; bax 27-ci §) manat, xx.xx.2023-cü il tarixli 2-ci tranş üzrə 3000 manat, xx.xx.2023-cü il tarixli 3-cü tranş üzrə 500 manat pul cavabdehlər Qanuni nümayəndə və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
c) Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra hesablanan illik 5 faizin tutulması tələbi ilə bağlı
42. İddiaçı 2732-KQ nömrəli xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə 3472,28 manat, xx.xx.2023-cü il tarixli 2-ci tranş üzrə 1871,53 manat, 3242-KQ nömrəli xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə 534,72 manat, xx.xx.2023-cü il tarixli 2-ci tranş üzrə 3208,33 manat, xx.xx.2023-cü il tarixli 3-cü tranş üzrə 534,72 manat illik 5 faizlə hesablanmış pulun da cavabdehlərdən tutulmasını xahiş edir.
43. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası).
44. Konstitusiya Məhkəməsi göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlar).
45. Yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, müqavilələr üzrə annuitet ödənişlərin həyata keçirilməli olduğu müddət xx.xx.2024-cü il tarixdə başa çatdığından həmin dövrdən sonra hesablanan əsas borca illik beş faizlə hesablanmış məbləğ tutulmalıdır.
46. Qanuni faizin məbləğini qiymətləndirərkən məhkəmə qeyd edir ki, müqavilə müddətinin bitdiyi xx.xx.2024-cü il tarixdən etibarən iddiaçı tərəfindən hesablamanın aparıldığı xx.xx.2025-ci il tarixədək (391 gün) əsas borca illik 5 faizlə hesablanmış məbləğ 2732-KQ nömrəli xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə 3478,08 (64936,07 * 5 % / 365 * 391 gün) manat, xx.xx.2023-cü il tarixli 2-ci tranş üzrə 1874,66 (35000 * 5 % / 365 * 391 gün) manat, 3242-KQ nömrəli xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə 535,62 (10000 * 5 % / 365 * 391 gün) manat, xx.xx.2023-cü il tarixli 2-ci tranş üzrə 3213,7 (60000 * 5 % / 365 * 391 gün) manat, xx.xx.2023-cü il tarixli 3-cü tranş üzrə 535,62 (10000 * 5 % / 365 * 391 gün) manat təşkil edir.
47. Lakin mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir (bax §11, 218.3-cü maddə).
48. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən əsas borca illik 5 faizlə hesablanmaqla xx.xx.2023-cü il tarixli 2732-ƏKM nömrəli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli 2732-KQ nömrəli əlavə kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə 3472,28 manat, xx.xx.2023-cü il tarixli 2-ci tranş üzrə 1871,53 manat, xx.xx.2023-cü il tarixli 3242- KQ nömrəli əlavə kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə 534,72 manat, xx.xx.2023-cü il tarixli 2-ci tranş üzrə 3208,33 manat, xx.xx.2023-cü il tarixli 3-cü tranş üzrə 534,72 manat məbləğində pul cavabdehlər Qanuni nümayəndə və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
d) Tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı
49. İddiaçı eyni zamanda tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1/torpaq sahəsinə (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023-cü il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********11) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh3 MMC və Qanuni nümayəndə müştərək qaydada tutulmasını xahiş edir.
50. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
51. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
52. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
53. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
54. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
55. “İpoteka haqqında” Qanunun (zaman görə qüvvədə olan redaksiyasına əsasən) 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
56. Həmin Qanunun 41-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
57. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
58. "xxxx" ASC (ipoteka saxlayan qismində) ilə Cavabdeh1 (ipoteka qoyan qismində) və Cavabdeh3 MMC (borcalan qismində) arasında notarial qaydada bağlanmış xx.xx.2023-cü il tarixli 2732-İZG/1 nömrəli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, bu Müqavilənin predmetini Müqavilənin 1.2-ci bəndində göstərilən Əsas kredit müqaviləsinə, o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və bu Müqavilənin 2.2ci bəndində göstərilmiş müqavilələrə əsasən, Borc alanın İpoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə İpoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan Müqavilənin 1.3-cü bəndində göstərilən əmlakın İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsi təşkil edir (1.1). Bu Müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik Borc alanla İpoteka saxlayan arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2732-ƏKM saylı Əsas kredit müqaviləsindən, o cümlədən həmin müqavilə çərçivəsində bağlanan (bağlanmış) və bu Müqavilənin 2.2-ci bəndində göstərilmiş müqavilələrdən irəli gələn bütün pul tələbləridir. İpoteka predmeti olan əmlak İpoteka saxlayanın tələblərini faktiki təminat məqamında, əsas borc, faizlər, penya, İpoteka saxlayanın xidmət haqları (komisyon haqları), İpoteka saxlayana dəymiş zərər və bu Müqavilə üzrə ipoteka predmeti olan əmlaka tutma yönəldiləməsil ilə bağlı xərclər də daxil olmaqla, tam həcmdə təmin edir (1.2). İpoteka predmeti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışa əsasən İpoteka qoyanın mülkiyyətində olan aşağıdakı əmlakdır (reyestr nömrəsi **********11; qeydiyyat nömrəsi **********): ünvan 2 ünvanında, mülkiyyətdə olan 0.017 ha torpaq sahəsi (1.3). İpoteka qoyan təsdiq edir ki, ipoteka predmeti onun müstəsna mülkiyyətindədir, üçüncü şəxslərin bütün hüquq və tələblərindən azaddır, ipoteka predmetinə dair girov və ya digər yüklülüklər, o cümlədən üçüncü şəxslərin iddia və məhkəmə mübahisələri mövcud deyildir (1.4). Tərəflər razılaşırlar ki, Müqavilənin qüvvədə olduğu müddətdə ipoteka predmeti İpoteka qoyanın sahibliyində və istifadəsində qalır (1.5). İpoteka predmeti torpaq sahəsi, fərdi yaşayış evi, əmlak kompleksi kimi müəssisə, hər hansı torpaq sahəsi üzərində yerləşən tikili/qurğu olduğu və həmin torpaq sahəsi İpoteka qoyanın mülkiyyətində olduğu halda İpoteka saxlayanın ipoteka hüququ bu Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində həmin torpaq sahəsi üzərində yerləşən və/və ya sonradan tikilən bütün binalara, tikililərə və qurğulara şamil edilir (1.6). "xxxx" MMC qiymətləndirmə şirkətinin 4817/ABB saylı rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 300 000 (üç yüz min) manat, likvid dəyəri isə 270 000 (iki yüz yetmiş min) manat məbləğində müəyyən edilir (1.7). Əsas kredit müqaviləsinə əsasən İpoteka saxlayan tərəfindən Borc alana aşağıdakı mühüm şərtlərlə kredit limiti açılır: 2.1.1. Kredit limitinin məbləği - 350 000 (üç yüz əlli min) manat ekvivalenti; 2.1.2. Kredit limitinin müddəti – 60 (altmış) ay; 2.1.3. Kredit limiti çərçivəsində verilən kreditlərdən istifadəyə görə maksimal faiz dərəcəsi – 30 (otuz) faiz. 2.1.4. kredit limiti çərçivəsində verilən kreditlər üzrə penya - gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər gününə görə kreditdən istifadə üçün müəyyən olunmuş illik faiz dərəcəsinin 1 (bir) misli miqdarında illik faiz dərəcəsi ilə hesablanır. Əsas kredit müqaviləsi üzrə açılmış kredit limiti üzrə Borc alana milli və xarici valyutalarda kreditlərin verilməsi, bu Müqavilənin 2.1-ci bəndində göstərilmiş məbləğ və müddət limitini aşmamaq şərtilə, Borc alanla İpoteka saxlayan arasında kredit müqaviləsinin, kredit xətti müqaviləsinin, overdraft müqaviləsinin, qarantiya verilməsi şərtləri barədə sazişin, akkreditivin açılması barədə sazişin və digər müqavilələrin bağlanması ilə rəsmiləşdirilir və verilmiş hər bir kreditin müddəti, məbləği, valyutası, qaytarılma şərtləri, ona hesablanan faizlərin miqdarı və ödənilməsi şərtləri, məqsədi (təyinatı) və digər xüsusi şərtləri müvafiq Əlavə kredit müqaviləsi ilə tənzimlənir. Bu bəndin tələblərinə əməl edilməsini təmin etmək üçün hər bir kredit verilərkən Əsas kredit müqaviləsi çərçivəsində daha əvvəl xarici valyutada verilmiş kreditlər üzrə əsas borcun qalığı (kreditin xarici valyutada verildiyi halda, həmçinin həmin kreditin məbləği) Mərkəzi Bankın kreditin verildiyi günə olan məzənnəsinə müvafiq olaraq manat ekvivalentində nəzərə alınır. Əlavə kredit müqaviləsinin bağlanması zamanı İpoteka qoyanın razılığının alınması tələb edilmir (2.2).
59. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 29 avqust 2023-cü il tarixli 2732-ƏKM nömrəli əsas kredit müqaviləsi üzrə ünvan 1/torpaq sahəsinin (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023-cü il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********11) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.
60. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli bildiriş xx.xx.2024-cü il tarixdə ipoteka qoyan tərəfindən qəbul edilmiş, ipoteka saxlayanın bildirişin qeydə alınması barədə xx.xx.2024-cü il tarixli ərizəsi ipotekanın dövlət qeydiyyatı orqanı tərəfindən qeydə alınmışdır.
61. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.
62. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
63. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir.
64. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli 01 nömrəli qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
65. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2531/2025 nömrəli qərardadı əsasında aparılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli LP-115/2025 nömrəli rəyinə əsasən, ünvan 1/torpaq sahəsinin hazırkı bazar dəyəri 380 000 manat, likvid dəyəri təxminən 338 000 manat məbləğində müəyyən olunur.
66. Məhkəmə tərəflərin qiymətləndirmə rəyi ilə bağlı hər hansı əsaslı etiraz irəli sürməməsini nəzərə alaraq və təqdim olunan rəyi qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1/torpaq sahəsinin ilkin satış qiyməti 338 000 manat müəyyən edilməlidir.
67. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
68. Məhkəmə Cavabdeh1 ipoteka müqaviləsindən xəbərsiz olması barədə dəlillərinə münasibətdə isə göstərməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixli 2732-İZG/1 nömrəli ipoteka müqaviləsi ipoteka qoyan Cavabdeh1 adından xx.xx.2013-cü il tarixli etibarnamə əsasında X2 tərəfindən imzalanmışdır. Həmin etibarnamədə X2 müvafiq səlahiyyətləri nəzərdə tutulmuşdur. Bu isə cavabdehin həmin əsasla ipoteka predmetinə tutma yönəldilməsinə etirazının formal olduğunu göstərir.
69. Məhkəmə ipoteka ilə təmin edilmiş öhdəliyin Cavabdeh3 MMC tərəfindən lazımınca icra edilmədiyini nəzərə alaraq hesab edir ki, tutma Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1/torpaq sahəsinə (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023-cü il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********11) ilkin satış qiyməti 338000 manat müəyyən edilməklə yönəldilərək həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışdan əldə olunmuş vəsait xx.xx.2023-cü il tarixli 2732-ƏKM nömrəli əsas kredit müqaviləsi üzrə cəmi 200093,62 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 507,81 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 135 manat pulun ödənilməsinə yönəldilməli, ipoteka predmetinin satışından əldə olunan vəsait xx.xx.2023-cü il tarixli 2732-ƏKM nömrəli əsas kredit müqaviləsi üzrə cəmi 200093,62 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 507,81 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 135 manat pulun əvəzinin tam ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh3 MMC və Qanuni nümayəndə müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
e) Məhkəmə xərcləri ilə bağlı
70. İddiaçı eləcə də ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 136,98 manat dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 507,81 manat dövlət rüsumu və 1,13 manat xidmət haqqının tutulmasını xahiş etmişdir.
71. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbz əsasında 484,17 manat, ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbz əsasında 23,64 manat dövlət rüsumu (1,13 manat xidmət haqqının ödənildiyi təsdiq olunmur) iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
72. İş materiallarına olan xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün cəmi 135 manat ödənilmişdir.
73. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli 9/2874 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 500 manat təşkil edir.
74. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli LP-115/2025 nömrəli rəyinə əsasən, aparılmış tədqiqatın dəyərini 300 manat təşkil edir.
75. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
76. Həmin Məcəllənin 115.0, 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.
77. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
78. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
79. İş materialları ilə müəyyən olunur ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər ilə mübahisənin həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdehlər mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq bölüşdürülməlidir.
80. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 507,81 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 135 manat məbləğində pul cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 və Qanuni nümayəndə müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə, ekspertiza xərci olaraq 500 manat cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 və Qanuni nümayəndə müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 300 manat məbləğində pul cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 və Qanuni nümayəndə müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir.
V. Nəticə:
81. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli 2732- ƏKM nömrəli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli 2732- KQ nömrəli əlavə kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə 64936,07 manat əsas borc, 162,07 manat faiz borcu, 3200 manat cərimə məbləği, əsas borca illik 5 faizlə hesablanmış 3472,28 manat, xx.xx.2023-cü il tarixli 2-ci tranş üzrə 35000 manat əsas borc, 381,13 manat faiz borcu, 1700 manat cərimə məbləği, əsas borca illik 5 faizlə hesablanmış 1871,53 manat, xx.xx.2023-cü il tarixli 3242-KQ nömrəli əlavə kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli 1-ci tranş üzrə 10000 manat əsas borc, 132,22 manat faiz borcu, 500 manat cərimə məbləği, əsas borca illik 5 faizlə hesablanmış 534,72 manat, xx.xx.2023-cü il tarixli 2-ci tranş üzrə 60000 manat əsas borc, 770 manat faiz borcu, 3000 manat cərimə məbləği, əsas borca illik 5 faizlə hesablanmış 3208,33 manat, xx.xx.2023-cü il tarixli 3-cü tranş üzrə 10000 manat əsas borc, 190,55 manat faiz borcu, 500 manat cərimə məbləği, əsas borca illik 5 faizlə hesablanmış 534,72 manat olmaqla ümumilikdə 200093,62 manat məbləğində pul cavabdehlər Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 507,81 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 135 manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Qanuni nümayəndə müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1/torpaq sahəsinə (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023-cü il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********11) ilkin satış qiyməti 338000 manat müəyyən edilməklə yönəldilərək həmin əmlak açıq hərracda satılsın. Əmlakın satışdan əldə olunmuş vəsait xx.xx.2023-cü il tarixli 2732-ƏKM nömrəli əsas kredit müqaviləsi üzrə cəmi 200093,62 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 507,81 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 135 manat pulun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait xx.xx.2023-cü il tarixli 2732-ƏKM nömrəli əsas kredit müqaviləsi üzrə cəmi 200093,62 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 507,81 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 135 manat pulun əvəzinin tam ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olaraq 500 manat cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Qanuni nümayəndə müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************), 300 manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Qanuni nümayəndə müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN – **********, "xxxx" ASC Yasamal filialı, VÖEN – **********, M/h: AZ02NABZ********************, kodu: 512565, SWİFT BİC: AZRT AZ 22, H/h: AZ30AZRT********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova