Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2535/2025 08.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:icarə,pul) X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndənmüqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə yaranmış 37996,00 manat məbləğində pulun (borcun), 3799,60 manat məbləğində faizin və dövlət rüsumuna görə ödənilmiş 215,39 manat pulun, ümumilikdə isə 42010,99 manat pulun alınaraq iddiaçı"xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə 01/23 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən **-NJ-*** dövlət qeydiyyat nişanlı HANWOO markalı beton nasos, **-MG-*** və **-BN-*** dövlət qeydiyyat nişanlı 2 ədəd SHACMAN markalı beton qarışdıran nəqliyyat vasitəsi 2023-cü ilin fevral ayı ərzində bir aylıq müddətə cavabdehə icarəyə verilmiş və qeyd olunan nəqliyyat vasitələrinin icarəyə verilməsi xx.xx.2023-cü il tarixli EBDB seriyalı 986310 nömrəlielektron qaiməfaktura ilə rəsmiləşdirilmişdir. İcarəyə verilmiş nəqliyyat vasitələrinin icarə haqqı 35400,00 manat (ƏDV ilə birlikdə) təşkil etmişdir. Bundan əlavə, tərəfimizdən Cavabdeh MMC-yə 1 kub metri 100,00 manat (ƏDV-siz) olmaqla 22 kubmetr M-350 markalı beton təqdim edilmiş, bu təqdimetmə xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 618626 nömrəli elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş və təqdim edilmiş malın dəyəri 2596,00 manat (ƏDV ilə birlikdə) təşkil etmişdir. Ümumilikdə təqdim edilmiş xidmət və malların dəyəri 37996,00 manat (ƏDV ilə birlikdə) təşkil etmiş, lakin həmin məbləğ bu günədək ödənilməmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdehndən müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə yaranmış 35400,00 manat məbləğində pulun (borcun), 3540,00 manat məbləğində faizin və dövlət rüsumuna görə ödənilmiş 215,39 manat pulun, ümumilikdə isə 39155,39 manat pulun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməs9barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
7. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin yazılı ərizəsini razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
10. İddiaçı MMC (“icarəyə verən”) ilə Cavabdeh MMC (“icarəçi”) arasında xx.xx.2023-cü il tarixdə 01/23 saylı nəqliyyat vasitəsinin icarəsi haqqında müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən icarəyə verən qanuni əsaslarla ona məxsus olan **-NJ-*** dövlət qeydiyyat nişanlı HANWOO markalı beton nasos, **-MG-*** və **-BN-*** dövlət qeydiyyat nişanlı 2 ədəd SHACMAN markalı beton qarışdıran nəqliyyat vasitələrini icarəyə verir, İcarəçi isə həmin Nəqliyyat vasitələtini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir. - “İcarəçi”nin vəzifələri: - 1.1.1-ci bəndinə əsasən Bu Müqavilənin 1.1. bəndində qeyd edilmiş Nəqliyyat vasitələrini «01» fevral 2023-cü il tarixində qəbul etmək. - 1.1.2-ci bəndinə əsasən İcarə haqqını bu Müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəmək. - 1.1.3-cü bəndinə əsasən İcarəyə alınmış Nəqliyyat vasitəsi ona uyğun olan texniki istismar qaydalarına müvafiq olaraq saxlamaq. - 1.1.4-cü bəndinə əsasən İcarəyə alınmış Nəqliyyat vasitəsinin zəruri yanacaqla təmin olunmasını və bütün təmir xərclərini öz qüvvə və vəsaiti hesabına həyata keçirmək. - 3.1-ci bəndinə əsasən İcarəçi bu Müqavilədə qeyd edilmiş və icarəyə alınmış Nəqliyyat vasitələrinin 1 (bir) ay müddətinə icarəsi üçün İcarəyəverənə 30 000.00 (otuz min) manat icarəyə götürülən aydan sonrakı ayın ilk 5 iş günü ərzində icarə məbləğini ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
11. İddiaçı tərədfindən cavabdehə EBDB 986310 saylı xx.xx.2024-cü il tarixli 35400 manat,EBDJ 618626 nömrəli xx.xx.2023-cü il tarixli 2596 manat məbləğində elektron qaimə göndərilmişdir (cavabdeh tərəfindən) . V. Tətbiq edilən hüquq:
12. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
13. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
15. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
16. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
17. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə müqavilədə qeyd olunmuş nəqliyyat vasitələrini cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh icarə haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.Qeyd edilən hal iş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq ediliş icarə müqaviləsi, elektron qaimə və dgər sbutlarla öz təsdiqini tapır.
18. Belə ki, iş materialları əsasında, iddiaçının nümayəndəsinin izahatı və iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, avadanlıqlar 1 ay müddətində cavabdehin sahibliyində olub və həmin müddət üçün ödənilməli olan icarə haqqı məbləği (ƏDV daxil) 35400 manat təşkil edir.
1. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarəyə verilmiş avadanlıqlara görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla (tərəflər arasında mövcud icarə müqaviləsi, elektron qaimə)35400 manat hissəsində öz təsdiqini tapır, həmin hissədə təmin edilməlidir.
2. Bundan əlavə iddiaçı müqavilə üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə "xxxx" MMC-yə illik 5%-lə hesablanmış 3540 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
3. Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlərə münasibətdə qeyd edilməlidir ki, həmin maddədə nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən pul öhdəliyinin pozulmasına görə tətbiq edildiyindən sanksiya xarakterlidir. Lakin həmin faizlər də borclunu pozuntuya görə cəzalandırmaq deyil, kreditorun pozulmuş hüquqlarını bərpa etmək, yəni kreditorun borclu tərəfindən ödənilməsinin gecikdirildiyi pul vəsaitindən istifadə etdiyi halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəliri, yəni maddi zərərin formalarından biri olan əldən çıxmış faydanı kompensasiya etmək məqsədi ilə tətbiq edildiyindən bərpaedici xarakterli sanksiyadır.
4. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən 2 illik gecikdirilmiş müddət üçün 3540 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməldir.
5. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 215.38 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
6. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehndən müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə yaranmış 35400,00 manat məbləğində pulun (borcun), 3540,00 manat məbləğində faiz və dövlət rüsumuna görə ödənilmiş 215,39 manat pulun, ümumilikdə isə 39155,39 manat pulun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova