Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-254/2023 30.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı X1 Cavabdeh MMC-yə qarşı xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X3 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçı X1 xeyrinə 01 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən 29.435 manat icarə haqqı; 01 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən 23.520 manat icarə haqqı; 01 noyabr 2021-ci il tarixli müqaviləyə əsasən 23.520 manat icarə haqqı; 01 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən 35.070 manat icarə haqqı olmaqla, cəmi 111.545 manat icarə haqqının, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 5.015,97 manat məbləğində pulun, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 7 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış 01 sentyabr 2021-ci il tarixli, 01 oktyabr 20221-ci il tarixli, 01 noyabr 2021-ci il tarixli və 01 dekabr 2021-ci il tarixli nəqliyyat vasitəsinin, maşın və mexanizmin icarəyə götürülməsi müqavilələrinə əsasən müqaviləyə əlavə olunan protokolda göstərilən maşın mexanizmləri və nəqliyyat vasitələrini 01 ay müddətinə Dübəndi-Zirə mənzilinin dəmir yollarının əsaslı təmiri və tikinti işləri üçün icarəyə verilmişdir. Müqaviləyə əlavə edilən qiymət razılaşdırma protokoluna əsasən hər bir reysin qiyməti 35 manat olmaqla dövlət qeydiyyat nişanı **-VR- *** olan “KAMAZ 5410” markalı, dövlət qeydiyyat nişanı **-KH-*** olan “KAMAZ 5410” markalı və dövlət qeydiyyat nişanı **-XN-*** olan “KAMAZ 5511” markalı yük maşınları icarəyə verilmişdir. Həmin icarə müqavilələrinə əsasən tərtib edilmiş 01 oktyabr 2021-ci il tarixli, 01 noyabr 2021-ci il tarixli, 01 dekabr 2021-ci il tarixli, 05 yanvar 2022-ci il tarixli və 01 fevral 2022-ci il tarixli aktlara əsasən cavabdeh tərəfindən 111.545 manat məbləğində icarə haqqının ödənilməli olduğu görünür. Belə ki, 01 oktyabr 2021-ci il tarixli aktdan görünür ki, 01 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən icarəyə götürülmüş nəqliyyat vasitələri 841 reys etmiş və hər reys 35 manatdan hesablanmaqla 29.435 manat icarə haqqı; 01 noyabr 2021-ci il tarixli aktdan görünür ki, 01 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən icarəyə götürülmüş nəqliyyat vasitələri 672 reys etmiş və hər reys 35 manatdan hesablanmaqla 23.520 manat icarə haqqı; 01 dekabr 2021-ci il tarixli Aktdan görünür ki, 01 noyabr 2021-ci il tarixli müqaviləyə əsasən icarəyə götürülmüş nəqliyyat vasitələri 672 reys etmiş və hər reys 35 manatdan hesablanmaqla 23.520 manat icarə haqqı; 05 yanvar 2022-ci il tarixli aktdan görünür ki, 01 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən icarəyə götürülmüş nəqliyyat vasitələri 756 reys etmiş və hər reys 35 manatdan hesablanmaqla 26.460 manat icarə haqqı; 01 fevral 2022-ci il tarixli Aktdan görünür ki, 01 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən icarəyə götürülmüş nəqliyyat vasitələri 246 reys etmiş və hər reys 35 manatdan hesablanmaqla 8610 manat icarə haqqı olmaqla, cəmi 111.545 manat icarə haqqı hesablanmış və bu günə kimi həmin məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək bu günədək borcu qaytarmaqdan boyun qaçırır. Öhdəliyin yerinə yetirilməsi ilə bağlı cavabdehə pretenziya məktubu da göndərilmiş, mübahisənin məhkəmədənkənar qaydada mediasiyada həll edilməsi ilə bağlı təklif də göndərilmiş lakin, nəticəsi olmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göründüyü kimi, tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun olaraq icarə müqavilələri bağlanmış, icarə müqaviləsinə əsasən borclu hər ayın sonunda icarə haqqını ödəməyi öhdəsinə götürmüş, lakin müqavilədə icarə haqqının ödənilməsi üçün müəyyənləşdirilmiş müddət bitməsinə baxmayaraq cavabdeh icarə haqqını ödəməkdən imtina edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir: Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: X3 (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış 01 sentyabr 2021-cı il tarixli nəqliyyat vasitəsinin, maşın və mexanizmin icarəyə götürülməsi üzrə müqaviləsinə əsasən icarəyə verən müqaviləyə əlavə olunan protokolda göstərilən maşınmexanizmləri və nəqliyyat vasitələrini 01 sentyabr 2021-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək Dübəndi-Zirə mənzilinin dəmir yollarının əsaslı təmiri və tikintisi işləri üçün icarəyə verir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarə müqaviləsi 01-30 sentyabr 2021-ci il müddətinə bağlanılır. 2.2-ci bəndinə görə icarəçinin icarə hüququ 01 sentyabr 2021-ci il tarixdən etibarən başlayır və 1 ay müddətində qüvvədədir. 2.4-cü bəndinə görə bir ay ərzində müvafiq akta əsasən işlədiyi reyslərin sayına uyğun olaraq ödəniş köçürmə yolu ilə ödənilir. Müqavilə hər iki tərəfin imzası və icarəçinin möhürü ilə təsdiqlənmişdir. Qiymət razılaşdırma protokoluna əsasən dövlət qeydiyyat nişanı **-XN-*** olan “KAMAZ 5511” markalı yük maşının bir reysinin qiyməti 35 manat, **-VR-*** olan “KAMAZ 5410” markalı yük maşının bir reysinin qiyməti 35 manat və **-KH-*** olan “KAMAZ 5410” markalı yük maşının bir reysinin qiyməti 35 manat müəyyən edilmişdir. Razılaşma protokolu tərəflərin imzası və icarəçinin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli akta əsasən müəyyən edilir ki, 01 sentyabr 2021-ci il tarixli müqavilə əsasında icarəyə götürülmüş dövlət qeydiyyat nişanı **-XN-*** olan “KAMAZ 5511” markalı yük maşını 280 reys, **-VR-*** olan “KAMAZ 53229” markalı yük maşını 280 reys və **-KH-*** olan “KAMAZ 55111” markalı yük maşını 281 reys olmaqla cəmi 841 reys etmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir. X3 (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış 01 oktyabr 2021cı il tarixli nəqliyyat vasitəsinin, maşın və mexanizmin icarəyə götürülməsi üzrə müqaviləsinə əsasən icarəyə verən müqaviləyə əlavə olunan protokolda göstərilən maşınmexanizmləri və nəqliyyat vasitələrini 01 oktyabr 2021-ci il tarixdən 31 oktyabr 2021-ci il tarixədək Dübəndi-Zirə mənzilinin dəmir yollarının əsaslı təmiri və tikintisi işləri üçün icarəyə verir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarə müqaviləsi 01-31 oktyabr 2021-ci il müddətinə bağlanılır. 2.2-ci bəndinə görə icarəçinin icarə hüququ 01 oktyabr 2021-ci il tarixdən etibarən başlayır və 1 ay müddətində qüvvədədir. 2.4-cü bəndinə görə bir ay ərzində müvafiq akta əsasən işlədiyi reyslərin sayına uyğun olaraq ödəniş köçürmə yolu ilə ödənilir. Müqavilə hər iki tərəfin imzası və icarəçinin möhürü ilə təsdiqlənmişdir. Qiymət razılaşdırma protokoluna əsasən dövlət qeydiyyat nişanı **-XN-*** olan “KAMAZ 5511” markalı yük maşının bir reysinin qiyməti 35 manat, **-VR-*** olan “KAMAZ 5410” markalı yük maşının bir reysinin qiyməti 35 manat və **-KH-*** olan “KAMAZ 5410” markalı yük maşının bir reysinin qiyməti 35 manat müəyyən edilmişdir. Razılaşma protokolu tərəflərin imzası və icarəçinin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli akta əsasən müəyyən edilir ki, 01 oktyabr 2021-ci il tarixli müqavilə əsasında icarəyə götürülmüş dövlət qeydiyyat nişanı **-XN-*** olan “KAMAZ 5511” markalı yük maşını 224 reys, **-VR-*** olan “KAMAZ 53229” markalı yük maşını 224 reys və **-KH-*** olan “KAMAZ 55111” markalı yük maşını 224 reys olmaqla cəmi 672 reys etmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir. X3 (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış 01 noyabr 2021cı il tarixli nəqliyyat vasitəsinin, maşın və mexanizmin icarəyə götürülməsi üzrə müqaviləsinə əsasən icarəyə verən müqaviləyə əlavə olunan protokolda göstərilən maşınmexanizmləri və nəqliyyat vasitələrini 01 noyabr 2021-ci il tarixdən 30 noyabr 2021-ci il tarixədək Dübəndi-Zirə mənzilinin dəmir yollarının əsaslı təmiri və tikintisi işləri üçün icarəyə verir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarə müqaviləsi 01-30 noyabr 2021-ci il müddətinə bağlanılır. 2.2-ci bəndinə görə icarəçinin icarə hüququ 01 noyabr 2021-ci il tarixdən etibarən başlayır və 1 ay müddətində qüvvədədir. 2.4-cü bəndinə görə bir ay ərzində müvafiq akta əsasən işlədiyi reyslərin sayına uyğun olaraq ödəniş köçürmə yolu ilə ödənilir. Müqavilə hər iki tərəfin imzası və icarəçinin möhürü ilə təsdiqlənmişdir. Qiymət razılaşdırma protokoluna əsasən dövlət qeydiyyat nişanı **-XN-*** olan “KAMAZ 5511” markalı yük maşının bir reysinin qiyməti 35 manat, **-VR-*** olan “KAMAZ 5410” markalı yük maşının bir reysinin qiyməti 35 manat və **-KH-*** olan “KAMAZ 5410” markalı yük maşının bir reysinin qiyməti 35 manat müəyyən edilmişdir. Razılaşma protokolu tərəflərin imzası və icarəçinin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli akta əsasən müəyyən edilir ki, 01 noyabr 2021-ci il tarixli müqavilə əsasında icarəyə götürülmüş dövlət qeydiyyat nişanı **-XN-*** olan “KAMAZ 5511” markalı yük maşını 224 reys, **-VR-*** olan “KAMAZ 53229” markalı yük maşını 222 reys və **-KH-*** olan “KAMAZ 55111” markalı yük maşını 222 reys olmaqla cəmi 672 reys etmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir. X3 (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış 01 dekabr 2021cı il tarixli nəqliyyat vasitəsinin, maşın və mexanizmin icarəyə götürülməsi üzrə müqaviləsinə əsasən icarəyə verən müqaviləyə əlavə olunan protokolda göstərilən maşınmexanizmləri və nəqliyyat vasitələrini 01 dekabr 2021-ci il tarixdən 30 dekabr 2021-ci il tarixədək Dübəndi-Zirə mənzilinin dəmir yollarının əsaslı təmiri və tikintisi işləri üçün icarəyə verir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarə müqaviləsi 01-30 dekabr 2021-ci il müddətinə bağlanılır. 2.2-ci bəndinə görə icarəçinin icarə hüququ 01 dekabr 2021-ci il tarixdən etibarən başlayır və 1 ay müddətində qüvvədədir. 2.4-cü bəndinə görə bir ay ərzində müvafiq akta əsasən işlədiyi reyslərin sayına uyğun olaraq ödəniş köçürmə yolu ilə ödənilir. Müqavilə hər iki tərəfin imzası və icarəçinin möhürü ilə təsdiqlənmişdir. Qiymət razılaşdırma protokoluna əsasən dövlət qeydiyyat nişanı **-XN-*** olan “KAMAZ 5511” markalı yük maşının bir reysinin qiyməti 35 manat, **-VR-*** olan “KAMAZ 5410” markalı yük maşının bir reysinin qiyməti 35 manat və **-KH-*** olan “KAMAZ 5410” markalı yük maşının bir reysinin qiyməti 35 manat müəyyən edilmişdir. Razılaşma protokolu tərəflərin imzası və icarəçinin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli akta əsasən müəyyən edilir ki, 01 dekabr 2021-ci il tarixli müqavilə əsasında icarəyə götürülmüş dövlət qeydiyyat nişanı **-XN-*** olan “KAMAZ 5511” markalı yük maşını 252 reys, **-VR-*** olan “KAMAZ 53229” markalı yük maşını 252 reys və **-KH-*** olan “KAMAZ 55111” markalı yük maşını 252 reys olmaqla cəmi 756 reys etmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli akta əsasən müəyyən edilir ki, 01 dekabr 2021-ci il tarixli müqavilə əsasında icarəyə götürülmüş dövlət qeydiyyat nişanı **-XN-*** olan “KAMAZ 5511” markalı yük maşını 82 reys, **-VR-*** olan “KAMAZ 53229” markalı yük maşını 82 reys və **-KH-*** olan “KAMAZ 55111” markalı yük maşını 82 reys olmaqla cəmi 246 reys etmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir. X3 tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli pretenziya məktubu ünvanlanaraq 01 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən 29.435 manat icarə haqqı; 01 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən 23.520 manat icarə haqqı; 01 noyabr 2021-ci il tarixli müqaviləyə əsasən 23.520 manat icarə haqqı; 01 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən 35.070 manat icarə haqqı olmaqla, cəmi 111.545 manat icarə haqqı borcunun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X3 ilə Cavabdeh MMC arasında 01 sentyabr 2021-ci il tarixli, 01 oktyabr 2021-ci il tarixli, 01 noyabr 2021-ci il tarixli və 01 dekabr 2021-ci il tarixli icarə müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilələri üzrə qiymət razılaşdırma protokolunda göstərilmiş nəqliyyat vasitələrini (yük maşınlarını) cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh icarə haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin 01 sentyabr 2021-ci il tarixli müqavilə üzrə 29.435 manat, 01 oktyabr 2021-ci il tarixli müqavilə üzrə 23.520 manat, 01 noyabr 2021-ci il tarixli müqavilə üzrə 23.520 manat və 01 dekabr 2021-ci il tarixli müqavilə üzrə 35.070 manat icarə haqqı olmaqla, X2 olan cəmi borcu 111.545 manat təşkil edir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqavilələri üzrə icarəyə verilmiş nəqliyyat vasitəsinə görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının icarə haqqının ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən ümumilikdə 111.545 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 111.545 manat borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% həddində hesablanmaqla 5.015,97 manat məbləğində faizin tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Hazırkı işdə məhkəmə Cavabdeh MMC-nin icarə müqavilələrinə əsasən icarə haqlarının ödənilməsini 1 il müddətə gecikdirdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı X3 Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 5.015,97 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 7 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 406,56 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. MPM-in 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı ödədiyi mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 7 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC -dən 01 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən 29.435 manat; 01 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən 23.520 manat; 01 noyabr 2021-ci il tarixli müqaviləyə əsasən 23.520 manat; 01 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən 35.070 manat məbləğində borc, 5.015,97 manat məbləğində faiz, cəmi 116.560,97 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 400, dövlət rüsumunun əvəzi olaraq 7 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-254/2023
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-254/2023
30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver